On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix03.12.2016
ölçüsü2,19 Mb.
#690
1   2   3   4   5   6   7   8   9   ...   26

SAFRUHA 

Evlad ehtiramı pakdır! 

1. Od Ayındakı Yazı Mərasiminə hazırlaşın. 

 

2. Təzə  Evladları  Ata Gününə  qədər Adlanmaya  yüksəldin, 



Nişanəyə hazırlayın. 

 

3. Təzə Kəlamları, Mənaları yaz, İlimiz başa çatanda cilidlə. 



 

4. Səfərə çıx – Nur apar, Uğur gətir. 

 

5.  Daxili  aləm  xəritəsində  bilmədiyin,  tanımadığın  yer  qal-



masın.  Əsas  etibariylə  Atayla  Mütləq  Tənlik  –  yəni  Atanı  hər 

an Mütləq Mənada anlamaq Yüksəkliyi zəbt olunmalıdır, onda 

Özümlüyün Mütləqləşər. 

 

6.  Bayram  Mərasimi  Kəlamını  Evladlara  çatdır,  indidən 



Əməllərinə həkk eləsinlər.  

 

7.  Düzgünün  Tövbəsinə  gərək  ol,  öyrət  qaydanı,  Tövbə 



Mütləq  olmalıdır,  Düzgün  Atanın  ayağının  altına  düşmək 

səviyyəsinə Qalxmalıdır. 

 

8.  Ata  Günündə  Təzə  Evladlarla  bərabər,  Düzgün  (Tövbə-



dən çıxsa) və  Bütöv Bayraq Andı içəcəklər. 

 

9.  “Ata  İşığında”  Deyimlərinin  üzərində  kamilləşmə  işinə 



Səyini əsirgəmə. 

 

69 


10. Müqəddəs Pünhanlıq səviyyəsinə çat: 

Yəni  yalnız  Yetkin  Söz  deyilir,  yalnız  Yetkin  fikir  izhar 

olunur, yalnız Yetkin əməl həyata keçirilir. 

Ələk əlinizin altında... 

 

11.  Bir  də  xatırla,  nəzərdən  keçir:  Atanın  hansı  Hökmünə 



tam  əməl  olunmayıb,  hansı  Kəlamı  öyrənilməyib  –  Günah 

olubsa,  onu  Ruhunla  yu,  çünki  Atalıların  Adlarından  biri  də 

Günahsızdır. 

 

12. “Ruhani Cəmiyyət” Kəlamını birlikdə öyrənin, Evladlar 



yazsınlar, həkk eləsinlər əməllərinə. 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

24 Qismət günü, Çiçək Ayı, 9-cu il. Bakı. 

 

EVLADIM BİLƏNƏ 

Bil ki, Şər Zülmətini Ruh İşığı Yaracaq. 

Bil ki, Ehkam yalanını Ruh Həqiqəti Pozacaq. 

Bil ki, Zor Boyunduruğunu Ruh gücü sındıracaq. 

Bil  ki,  Dünyada,  Həyatda,  İnsanda  Mütləq  Var  –  Mütləq 

İnama layiq. 

Bil  ki,  İnsan  Mütləq  olur  –  Özünə  çatanda,  Özüylə 

Döyüşəndə, Özümləşəndə. 

Bil  ki,  Müstəqil  Atayurd  yaranacaq  Amalımızdan,  Əməli-

mizdən. 


Bil  ki,  Ruhani  cəmiyyət  yaranacaq  Amalımızdan,  Əməli-

mizdən. 


Bil  ki,  Ləyaqətli  Şərq  yaranacaq  Amalımızdan,  Əməli-

mizdən. 


Bil ki, İnamlı Bəşər yaranacaq Amalımızdan, Əməlimizdən. 

Bil ki, Bugündə Şərdən başqa heç nə yoxdur! 

Bil ki, Şər Gücündə Qüdrət yoxdur! 


 

70 


Bil  ki,  İnamla,  İdrakla,  Mənəviyyatla,  İradəylə  Yaraqlanan 

Zoru əyəcək, əyməlidir! 

Bil ki, Bənzərsizlik, Əlçatmazlıq, Müstəqillik Binası tikilib. 

Bil ki, Ruhani Ailə meydanından Geniş Meydan yoxdur. 

Bil ki, Amal toxumundan Sabah haqqı bitəcək. 

Bil ki, Evlad nöqsan tanımır, Zəiflik tanımır, Qətiyyətsizliyə 

Yağıdır. 

Bil ki, Evlad Ata Mütləqiliyinə Səcdəsində Mütləqdir. 

Bil ki, Evladın Amaldan başqa həyatı yoxdur. 

Sabahdan başqa Bugünü yoxdur! 

 

Amallaşırsan,  Müqəddəs  Kitabları  ömrünə  həkk  eləyirsən, 



özünlə  döyüşürsən,  Kamilləşirsən,  Ailələşirsən,  Ataya  Evlad 

hazırlayırsan,  Xalqı  Ata  Amalına  çağırırsan,  Şərdən  İmtina 

Məqamına Ucaldırsan! 

 

Bilən olursan! 



Bilən adını sənə halal eləyirəm. 

 

25 Murad günü, Çiçək Ayı, 9-cu il. Bakı. 

 

(Qeyd: Bu Bilənin adı Aslandır. Döndü). 



 

 

SAFRUHA 



I. Düzgünün tövbəsi haqqında. 

Tövbəsini müfəssəl yazır. 

Atayurd haqqında Ata Kəlamını bir də oxuyur. 

Ata  hüzuruna  Nişanəylə  gəlsin,  Nişanəni  Ataya  təhvil 

versin, Tövbə Səcdəsinə yüksəlsin – Qəlbi kimi. 

Amalın Bənzərsizliyini, Əlçatmazlığını, Müqəddəsliyini tam 

dərk etsin. 

Özünü  Bilsin.  Evladlıq  Yükünü  çəkə  bilməyəcəksə,  heç 

çiyninə götürməsin. 


 

71 


Kəmiyyət ölçüsü bizdə Keyfiyyət ölçüsünün davamıdır. 

Axşam saat 10-da İnamla Tövbəyə gəlsin. 

 

II.  “Mənalar”ı  yazmağı  Ata  Safruha  tapşırıb,  Qəlbiyə 



tapşırmayıb.  Mütləqiliyi  pozmayın.  Bugünün  hərcayi  sərbəst-

liyiylə  murdarlamayın  özünüzü.  Ata  sözü  hər  nöqtəsiylə, 



vergülüylə Mütləqdir. 

 

III. Müqəddəs Kitabların yazılması məqamı yaxınlaşır. 



Girişinə bir də bax, kamilləşdir, yetkin çeşidi Əsildən gön-

dər baxım! 

Gələn  ayın  15-nə  qədər  hazırlıq  işi  başa  çatır,  Ataya 

çatdırılır nəticə... 

 

IV. İlimizin əvvəlindən bu günə qədər olan Amal Hadisələ-



rinin  hamısını  xüsusi  dəftərə  yaz,  tarixi  sənəd  dəqiqliyi, 

dürüstlüyüylə. Hazır olanda Ataya göndər. 

 

V.  Bilənlə  Ata  Gününə  qədər  ciddi  işləmək  gərəkdir. 



Amalla hərəkatların Fərqini öyrənsin... 

 

VI. Kürdlərdən Yağı hazırlayırlar. 



Tatlardan Yağı hazırlayırlar. 

Ləzgilərdən Yağı hazırlayırlar. 

Lahıclardan Yağı hazırlayırlar. 

Talışlardan Yağı hazırlayırlar... 

  

Kürdlərdən Evlad hazırlamalıyıq. 



Tatlardan Evlad hazırlamalıyıq. (Sadiqim  – fitrən atayurd-

ludur, tat mənşəyi onda yadlığa çəkmir!) 

Ləzgilərdən Evlad hazırlamalıyıq. 

Lahıclardan Evlad hazırlamalıyıq. 

Talışlardan Evlad hazırlamalıyıq. 



Yağılığı Evladlıqla öldürməliyik. 

VII.  Qəlbi  Evlad  gətirməlidir,  Ailə  yaratmalıdır  Ata  Günü 

üçün. 


 

72 


VIII.  Səfər  üçün  də  vaxt  tapmalısan,  Ailə  yaradıcılığı  üçün 

də  vaxt  tapmalısan,  Atanın  gündəlik  tapşırıqları  üçün  də  vaxt 

tapmalısan – çünki Amalçısan, həyatçı deyilsən! 

Daxilindəki Mütləq sənə arxadır! 

 

17 Arzu günü, İşıq Ayı, 9-cu il. Bakı. 

 

 



SAFRUHA 

1. Yazı Məqamı gəlir – Müqəddəsliyiylə!.. 

 

2. Ata Safruhu seçdi, Safruh – Bütövü, “Bütöv” – yarı... 



 

3.  Ailə  yaratmaq  lazımdır,  Səfərə  getmək  lazımdır,  zülməti 

yarmaq məqamı çatmalıdır 9-cu ilimizdə. 

 

4. Mərasimlərə aid Hökmləri, Kəlamları seç, göndər Əsildən 



Ataya... Bir də baxsın. 

 

5. Düzgünə anlat ki, Amalımız hərcayiliyə qarşıdır. Ruhani 



İntizam  –  Müqəddəslik  Tərzidir.  Sözü  Əməldən  ayırmaq  – 

Müqəddəsliyə yad olmaqdır. 

Asifçilik – Qeyri-adi Yükdür, onu çəkməyə Qeyri-adi çiyin 

gərək. Özünü yoxlasın, tanısın, aldatmasın. 

 

6.  Evladların  hamısının  tapşırığı  var,  9-cu  ilimiz  10-cu 



ilimizi hazırlamalıdır. 

 

7. Yüz Evlad Ataya bəsdir ki, İmtina İntibahına başlasın! 

 

8. Əsil texnikumu Ataya qurban verdi. 



Qyrban  verməyi  bacarır  Əsil.  İstəməzdim,  özü  istədi. 

Mütləqə tapşırıram Evladımı – daxilindəkinə! 

 

29 Qismət günü, İşıq Ayı, 9-cu il. Bakı. 


 

73 


SAFRUHA 

1.  Düzgünü  görüşə  çağırmırsan,  özü  gələndə  Nişanəni, 

Müqəddəs Yazıları qaytarır. 

Atayla  görüşmür,  Ata  Gününə  dəvət  olunmur,  Evladlıqdan 

çıxır. 

2. Özümlüdən qeyri cənub yoxdur əslində. Bilənin ürəyində, 



ağlında  iynənin  ucu  boyda  şübhə  varsa,  Evladlığa  çağırılmır. 

Kəlamı qaytarır. 

 

3.  Amaldan  ayrı  yaşaya  bilənlərsiz  –  Amal  gözəl  yaşaya 



bilər. 

Keyfiyyət  ölçüsü  şərtdir  Amalda  –  kəmiyyət  keyfiyyətə 

tabedir bizdə. 

 

4.  Evladlıq  yoluna  qədəm  qoyanlara  Mütləqilik  Qanunu 



öyrətmək gərək – birdəfəlik, ciddi, tələbkar. 

Dönüklükdən başqa ölüm tanımır Evlad. 

 

9 Ümid günü, Şölə Ayı, 9-cu il. Bakı. 

 

 

HALALA 



1. 

Yazı  Mərasimi  gəlir  qabaqdan.  Borcunu  ver. 

Qardaşlarınla görüş. Əməlini öyrən. Həyata keçir. 

 

2. Səfər ili olmalıdır Mütləq 9-cu ilimiz.  



Mütləqilik pozulmasın. Söz əməldən ayrılmasın. 

 

3.  Təzə  Hökmlər,  Mərasimlər,  Kəlamlar  var  Amalımızda, 



Onları Safruhdan istə, öyrən, ömrünə həkk eləməyə başla. 

 

4.  Özünü  tam  tanı,  tam  dəyişdir,  Şər  səndən  sarsılsın,  sən 



Şərdən ani də olsa sarsılma. 

 


 

74 


5.  Qardaşlarla  əlaqəni  sıxlaşdır,  azı  Ayda  bir  dəfə  görüşün, 

bir-birinizə hesabat verin. 

 

6. “Amaldan başqa həyat yoxdur!” müqəddəsliyinə sadiq ol, 



Şəxsi Həyat Amalı üstələməsin; bu, Evladlığın Süqutu olardı. 

Ataya Səcdən Müqəddəs özünütəsdiqindir. 

 

Ürəyin qaranlıqları yarsın! 



 

15 Şölə Ayı, 9-cu il. Bakı. 

 

 



SAFRUHA 

Evlad Ehtiramı pakdır! 

1. Müqəddəs Bayramımızda, Müqəddəs Kəlamlarla Təqdim 

olunan  Müqəddəs  Nişanələrin  birini  qaytardılar,  o  birini 

özümüz  qaytardıq.  Murdarlanan  Müqəddəslik  həqarəti  Şəri 

fərəhləndirərdi... 

Ata  Evlad  hazırlamaq  imkanına  hələlik  malik  deyil,  kal 

meyvə  dəririk,  Zirvəyə  çağırırıq  –  Dərənin  dibinə  düşürlər, 

Böyüklüyə  çağırırıq  –  Kiçilirlər,  Təhlükənin  kölgəsindən  qor-

xurlar,  inamsızlıq  dərdi  deyil  dərdləri  –  qorxaqlıqdır  – 

özlərindən gizlədirlər. 

 

2. Evlad olmaq istəyənlərə ən əvvəl “Mənalar”ın hamısını – 



son  kəlamlarına  qədər,  “Ruhani  Hökmlər”i,  “Sədaqət”i 

öyrətmək  lazımdır.  Bənzərsizliyimiz,  əlçatmazlığımız,  Müstə-

qilliyimiz  tam  dərk  olunmalıdır.  Bilik  əsasında  Evladlığa 

layiqlər seçilir, Ata görüşünə hazırlanır. 

 

3. Gələn ayın  7-də  Yazı  Mərasimi  başlayır. Ayın 6-da Əsil 



Safruhun Girişini yazır. 

Girişə Atanın Amal  yaratması, Təqibi, Sonrakılar haqqında 

Üç cümlə əlavə eləyirsən. 

 


 

75 


4.  Yazı  Mərasiminə  qədər  Atanın  təzə  “Hökmlər”ini, 

“Sədaqət”ini,  “Mənalar”ını  və  s.  bir  yerə  toplayırsan  –  Yazı 

üçün. 

 

5.  Ev  pulu  dəftərçəsini  Əsildən  al,  özün  məşğul  ol,  Safruh 



dəqiqliyi lazımdır: 

Şər çibini fikrimi ani də olsa yayındırmasın. 

 

6.  Safruh  birinci  və  sonuncu  dəfə  Ata  Buyuruğunu  unutdu: 



Azərbaycan nağıllarını Ataya gətirmədi. 

Bu  dəfə  dəqiq  olmalıdır:  B.Vahabzadə,  H.Arif,  M.Araz, 

C.Novruz, M.İsmayıl, N.Kəsəmənli, S.Rüstəmxanlı, R.Rövşən, 

N.Həsənzadə,  S.Sərxanlı,  M.İskəndərzadə,  S.Rüstəm,  E.Baxış, 

A.Zeynallı  və  s.  son  kitabları  Ataya  lazımdır,  yazılı  şəkildə 

fikrimi bildirməliyəm İttifaqa. 

 

7.  “Səfər  ili  olacaq  9-cu  ilimiz!”  –  bu  Hökm  Mütləqdir  – 



Ata Sözüdür! 

 

Ürəyin qaranlıqları yarsın! 



 

26 Qismət günü, Şölə Ayı, 9-cu il. Bakı. 

 

 

 

HALALA 

Evlad Ehtiramı pakdır! 

1. Müqəddəs Kitablar yazılır. 

Qardaşlarla birgə Mərasimə yara. 

 

2. Ata Günü Mərasimi gəlir. 



Qardaşlarla birgə Mərasimə yara. 

 

15 Od Ayı, 9-cu il. Bakı. 

 


 

76 


SADİQİMƏ 

Evlad Ehtiramı pakdır! 

1.  Ata  Şərin  qılıncı  altında  Xeyir  üçün  çalışmaqdan  xüsusi 

zövq alır. 



 

2. Mütləqiliyin pozulmasından böyük Təhlükəmiz yoxdur. 

 

3. Sadiqimin Qayğısını və Anlağını bəyənirəm. 



 

4. Müqəddəs Kitablar: Od Ayında yazılacaq, Əsilin evində. 



 

5.  Evladlar  Ata  Sözünün  Mütləqiliyini  Qoruyacaqlar 

daim!.. 

Ürəyin qaranlıqları yarsın! 

 

19 İnam günü, Od Ayı, 9-cu il. Bakı. 

 

MÜQƏDDƏS YAZI ƏMƏLİ 

1.  Müqəddəs  Kitablar  Xeyirin  ömrünə,  Şərin  ölümünə 

yazıldı. 

Safruhun Yetkin Sözü, Dəyanətli İşi Təqdir olunur. 

Sadiqimin Yüksək, Zəruri Ruhani Yararlığı Təqdir olunur. 

Əsilin fədakar, həssas, İnadkar Təşkilatçılığı Təqdir olunur. 

 

2. Nisbiləşmə: 

Tərəddüdlər, Əhval Dəyişkənliyi, Vaxt Dəqiqsizliyi. 

 

3. Dərs: Mütləqi qoruma. 



 

Qaranlıqlar yarılır! 

Mütləq Ürəklərə Yar olur! 

 

31 Qismət günü, Od Ayı, 9-cu il. Bakı. 

 


 

77 


SAFRUHA 

Evlad Ehtiramı Pakdır! 

 

1.  Evlad  Nişanəsinin  Müqəddəs  Ləyaqəti  naminə  –  Tələbi 



artırmaq, azaltmamaq. 

Builki Ata Bayramında Adlanma Mərasimi keçirməmək. 

2.  Özümlüdən  başqa  cənubdakılar  Talışçılıq  məhdudiyyə-

tindən çıxa bilmirlər. 

İçərimizə potensial Yağı gətirməyək. 

 

3.  Ləyaqətsiz  Təhlükə  yaratmamaq:  Rəssamın  Borcunu 



ödəmək, Əlinin Səhvini qaytarmaq. 

 

4.  Rəğbətçilər  səviyyəsi  yaranmalıdır  Ətrafımızda.  Ata 

Yükünə Hörmət eləyənlər, Evladlığa çatmayanlar. 

 

5.  Qəlbi  və  Özümlü  Əməldə  Qardaşlarına  Borcludurlar. 



Atanın Adından onlarla danış: Ata Bayramında nədən hesabat 

verəcəklər? Nə vaxta qədər maddi Borc Qanununu pozacaqlar? 

Bəlkə Ataya Evlad olmağı bacarmırlar?.. 

 

6.  Evladlar  Ata  Hökmlərinin  hamısına  riayət  eləmirlər. 



Ataya Ricalar heç səslənməyib də... 

Təzədən  Hökmlərə  qayıtmaq  və  onlara  Mütləq  riayət 

etmək... 

 

7.  Səfərə  Ata  Sözü  –  Səsi  seçirsiniz.  Şeir,  “Mənalar”dan, 



başqa Kitabçalardan, Kəlamlardan, “Yol”dan, “Mütləqilik”dən, 

digər  Kitablardan  parçalar  aparırsınız  özünüzlə.  Səfəri  onlarla 

başa  çatdırırsınız.  Xalqı  tək-tək,  yaxud  cəm  halında  Ata 

İnamına Səsləyirsiniz, Ata Haqqında  Zəruri  Söz  söyləyirsiniz. 

Seçiləni Ata hüzuruna hazırlayırsınız. 

 


 

78 


8.  Atalıqla  ilk  tanışlıq  “Mənalar”dan  başlansın.  Safruh 

Ruhani  oxuma  Əməli  yaratsın.  Müəyyən  vaxt  Sabahsevər 

Müqəddəsatı oxuyur, öyrənir Safruhun köməyiylə. 

 

9.  Safruhun  Yetkin  və  Qanadlı  Girişində  “Müqəddəs 



Kitablar” Sözü olmadı, ancaq olmalıydı... 

 

10. Safruhum daxili dünyasını yoxlasın: 

Ata  vəhdətindən  kənarda  suverenlik  bugünlüyü  aramağın 

səbəbi nədir? 

“Ata  Sözü  Mütləqdir!”  Tələbindəki  Müqəddəs  Qəlbin 

hökmü deyilmi? 

Atayla  Ruhani  Tamlıq  Bənzərsiz,  Əlçatmaz  Müstəqillik 

deyilmi? 

Mütləqçinin Mütləq İnamdan böyük Müstəqilliyi varmı? 

 

11. Ata haqqında Müqəddəs Bayram Sözü aşağıdakı şəkildə 



Tarixləşsin: 

1) Ata İnamı, İdrakı, Mənəviyyatı, İradəsi. Faktlar, hadisələr 

əsasında. 

2) Ata Qədimliyi, Antibugünlüyü. 



3) Ata Sabahı. 

4) Ata və Evlad. 

5) Evlad Qəlbində Ata Surəti. 

Söz yazılır, Qalır. 

6)  Ata  Bayramında  Ata  Sözü  –  Səsi  Eşidilir:  Başlanğıcda, 

Sonda, Mərasimlərarası məsafələrdə. 

 

Ürəyin Qaranlıqları Yarsın! 



 

Daxilindəki Mütləq Sənə Yar olsun! 

 

31 Qismət günü, Od Ayı, 9-cu il. Bakı. 

 

 


 

79 


MÜQƏDDƏS “ATA GÜNÜ” 

BAYRAMI HAQQINDA 

 

EVLADLARA 

 

1. Bayramda Ata Sözü – Səsi dinlənilir. 



Başda, Gedişatda, Sonda. 5 dəfə. 

 

2.  Ata  Sözü  –  Səsi  Yazılışı  Safruha,  Sadiqimə,  Əsilə 



tapşırılır. Qürub Ayının son günündə Ata hüzuruna gətirilir. 

 

3. Ata haqqında Evlad Sözü aşağıdakı şəkildə tarixləşir: 



Ata  İnamı,  İdrakı,  Mənəviyyatı,  İradəsi  (Faktlar,  Hadisələr 

əsasında). 

Ata Qədimliyi, Antibugünlüyü. (Müqayisələr, Fərqlər). 

Ata Sabahı. 

Ata və Evlad. 

Evlad Qəlbində Ata surəti. Söz Yazılır, Qalır. 

 

4. Ata haqqında Evlad Sözləri Ataya Ricalarla qurtarır. 



 

31 Qismət günü, Od Ayı, 9-cu il. Bakı. 

 

SƏFƏR ƏHVALI 

Evlad Əhvalını Səfərə Özüylə aparır. 

Səfərdən Əhval diləmir. 

 

31 Qismət günü, Od Ayı, 9-cu il. Bakı. 

 

SADİQİMƏ 

1. Ata Gününə Yüksəl! 

 

2. Şərə Yağı olduğumuz dərəcədə Rəhmliyik! 



 

1 Murad günü, Qürub Ayı, 9-cu il. Bakı. 

 

80 


MÜQƏDDƏS ATAYA 

EVLADI QƏLBİNİN SÖZÜ 

 

Ata, 9 il əvvəl sizin ruhani varlığınıza tapındım, sizə qovuş-



dum.  12  il  əvvəl  sizin  yanar  zəkanızın  vurğunu  oldum.  Sizin 

Ocaq  dünyanız  ruhani  dünyam  oldu.  Ocaq  yolunda,  Amal 

uğrunda  döyüşlərə  qoşuldum.  Həyatımdan,  məişətimdən 

keçməyə belə razı oldum. Əvəzində ülvi, təmiz, saf bir mənə-

viyyat  qazandım. Ata Amalını Amalım  sandım. Ata qanunları 

ruhani qanunlarım oldu. Kamilliyə, insanlaşmaya doğru uzanan 

bir  yola  üz  tutdum.  Bu  yolda  Atanı  özümə  bələdçi  seçdim. 

Ocaq,  Ata,  Amal  mənə  çox  şey  verdi.  Amal  qarşısındakı 

xidmətlərim isə cüzi oldu. Etiraf edim ki, bəzi hallarda məişət, 

ailə  başımı  qarışdırdı.  Ata  və  Amal  Evladları  ilə  əlaqəm  zəif-

lədi.  Amma  bütün  bunlar  mənim  ruhani  dünyamı,  Amallı  mə-

nəviyyatımı, müqəddəs hisslərimi azalda bilmədi.  

Mən  mənəvi  dünya  qazandım.  Əvəzində  maddi  çətinlik 

çəkdim,  Texnikumda  qəbul  imtahanları  götürdüyüm  beş  il 

müddətində  başıma  pul  səpirdilər.  Mən  isə  bu  pul  yağışından 

yalnız mənəvi təmizlik xəzinəsi götürdüm. Bunun üçün Ataya, 

Amala minnətdaram. 

Bu  gün  mən  çox  ciddi  maddi  böhran  keçirirəm.  Ailəmi, 

körpələrimi saxlamaq üçün bəzən boşalmış limonad şüşələrini 

təhvil  verirəm.  Mənəviyyatı  çox  aşağı  olan  adamlardan  borc 

alıram. Gözlərimin qarşısında ağır xəstə olan balamı sağaltmaq 

üçün dərman pulu tapmıram. Rəngləri sap-sarı saralmış körpə-

lərim  meyvə  yemək  istədikdə  “sabah  alacağam”  deyib  onları 

həmişə  aldadıram.  Yoldaşım  cırıq  paltarla  işə  gedərkən  yad 

kişilərin baxışı altında əriyirəm. Bütün bunlara ürək  ağrısı ilə 

dözürəm. Nə vaxtsa düzələr ümidi ilə özümə təsəlli verirəm. 

Nəhayət,  Amal,  Ocaq,  Ata  məndən  müqəddəs  işimiz  üçün 

maddi  borc  hökmünü  tələb  edərkən  sıxılıram.  Onsuz  da  ac 

qalan balalarımın boğazından kəsib, Ocağın boğazına tökməyə 

çalışıram. 



 

81 


Ocaq  üçün  pul  qazanmağa  çalışıram.  Öz  mənəviyyatım 

əleyhinə gedərək, ömrüm boyu etmədiyim, bir vaxtlar özümün 

rədd  etdiyim  pul  alverinə  girişirəm.  Nəhayət,  bu  işdə  ilişirəm 

və 6500 manat ziyana düşürəm. Ya bu pulu (rüşvəti) verdiyim 

adamdan geri almalıyam, ya da dövlət orqanlarına xəbər verib 

özüm də cinayətkar kimi cəza almalıyam. Bu məbləğdən Ocaq 

üçün  500  manat  pul  əldə  etməli  idim.  Əvəzində  isə  çox  çətin 

bir  vəziyyətə  düşdüm.  Ailəmin  nişan  üzüyünü  və  başqa  bir 

üzüyü  girov  qoydum.  Bütün  bunlar  da  ilişdiyim  işə  kömək 

etmədi. Bu vəziyyətdə çapalamağa başladım. 

Bu  vəziyyət  mənim  sağlamlığıma  da  çox  pis  təsir  göstərir. 

Ancaq  bunların  hamısına  bəlkə  də  tab  gətirmək  olardı.  Əgər 

Atanın mənə qarşı ittihamı olmasaydı. 

Ata  məni  ittiham  edir.  Mən  Ocağın  maddi  borcunu  ödəyə 

bilmirəm.  Deməli,  Ocaq  qanunlarının,  Evladlıq  borclarının  ən 

əsasını  yerinə  yetirə  bilmirəm.  Mən  imkansız  olduğuma  görə, 

maddi böhranda batdığıma görə ittiham olunuram. Ocağa layiq 

Evlad olmağım şübhə doğurur. Mənə olan etimad, etibar şübhə 

altına alınır. Bu mənim üçün ən böyük ölümə bərabərdir. 

Əgər  maddi  imkansızlığım  mənim  qəbahətimdirsə,  bu 

qəbahəti özüm üçün ən böyük şərəf sayıram. 

Ata!  Mənim  həyatım  üçün,  mənəviyyatım  üçün  nə 

etmisinizsə, bunun üçün Sizə minnətdaram! Hökm Sizindir! 

Əgər mənə qarşı şübhələriniz varsa, etibarınızı,  etimadınızı 

doğrultmamışamsa,  verəcəyiniz  cəzaya  dözməyə  hazıram. 

Cəzam  Evladlıqdan  azad  edilməkdir.  Bilirəm,  ağır  cəzadır. 

Mənim üçün ən ağır cismani cəzadan da ağırdır. Lakin yenə də 

hökm Sizindir. Bircə onu deyə bilərəm ki, əgər ötən bu 12 ildə 

mən  bu  cür  qiymətə  layiq  olmuşamsa,  deməli,  mənim  12  ilim 

röyalar,  xəyallar  ili  olmuşdur.  Mən  bu  xəyallar  üçün  də  Sizə 

minnətdaram. 

Müqəddəs Ataya səcdə ilə: 

Qəlbi. 

10 Arzu günü, Qürub Ayı, 9-cu il. Bakı. 


 

82 


ATANIN CAVABI 

Qəlbiyə qarşı Şübhə yoxdur. 

Qəlbiyə qarşı Tələb var. 

Şərlə döyüşümüzdə Tələb Mütləqləşməyə bilməz... 

Əgər Amalsız yaşaya bilərsənsə – Yaşa. 

Əgər Amalsız yaşaya bilməzsənsə – Tələbə yüksəl... 

Maddiyyat – bizdə Ruhani Borcdur. 

Maddiyyata  görə  Amaldan  ayrılmırsan,  Ruhaniyyata  görə 

Maddiyyatı ödəyirsən... 

İmkan daxilində, lap cüzi miqdarda – intizam naminə... 

Ata Qəlbini Amaldan çıxarmır, Ata Qəlbini İntizama çağırır, 

Mütləq səviyyəli İntizama. 

Əgər Qəlbi  buna çata bilmirsə, onda Amaldan özü könüllü 

ayrıla bilər.  

Ata  Qəlbini  Evladlıqdan  çıxarmır,  ancaq  Qəlbinin 

Evladlıqda qalıb-qalmamaq müstəqilliyi var... 

Çətinliyimiz – Fərəhimizdir... 

Ata ittihamı – Amal Dərsidir! 



9-cu il, Qürub Ayının 2-ci ongünü.  

Bakı. 

 

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin