On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri


HƏQİQƏT  Şübhə – Gerçəkliyə İnam.  İnam – Gerçəkliyə Şübhə.    HƏQİQƏT



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix03.12.2016
ölçüsü2,19 Mb.
#690
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

HƏQİQƏT 

Şübhə – Gerçəkliyə İnam. 

İnam – Gerçəkliyə Şübhə. 

 

HƏQİQƏT 

Məxluq – Dünyanın sakini. 

Adam – Dünyanın kirayəçisi. 

İnsan – Dünyanın qəribi. 



 

HƏQİQƏT 

Gerçəklik – Mahiyyətə İstehza. 



 

HƏQİQƏT 

Gerçəklikdə Var olan – Yox olur. 

Deməli Gerçəklik – əslində Yoxluqdur. 

Gerçəkliyin Var olması – Yalandır əslində. 

Gerçəkliyin Yalanı – Doğrudur, Doğrusu – Yalandır. 



 

 

HƏQİQƏT 

“Hər  şey  axır,  hər  şey  dəyişilir!”  –  hər  şey  var  olmur 

deməkdir əslində. 

 

 

FƏRQ 

Gerçəklik – Çay. 

Mahiyyət – Dağ. 

 


 

222 


HƏQİQƏT 

Gerçəklik – Dəyişkəndir, Mahiyyət – Dəyişməz. 

Bu baxımdan Gerçəklik – Həqiqətsizdir; Gerçəklik haqqın-

da Həqiqət – Həqiqətsizliyin Təsdiqidir əslində. 



 

 

HƏQİQƏT 

Daimi Dəyişkənlik – Daimi Yoxluq deməkdir, əslində. 



 

HƏQİQƏT 

Çevik Həqiqət olmur – çevik Yalan olur. 



 

HƏQİQƏT 

Təqib – Təsdiq deməkdir. 

İndiki “Qorxmazları” təqib eləmirlər – təsdiq eləmirlər. 

 

HƏQİQƏT 

Yalnız Mahiyyət – Zəruridir. Təzahürlərin hamısı Təsadüfidir. 



 

 

FƏRQ 

Şübhə – Təzahürdə ilişib qalır. 

İnam – Mahiyyətə çatır. 

 

HƏQİQƏT 

İnsan – Mahiyyət Dağından qopub – Gerçəklik Dərəsinə düşən. 



 

MƏQSƏD 

Rəylər Qaranlığını Həqiqət İşığıyla Yarmaq. 

 

HƏQİQƏT 

Nisbi  –  Var  olmaq  olmaz,  Müvəqqəti  –  Var  olmaq  olmaz; 

Mütləq – Var olmaq olar, həmişəlik – Var olmaq olar. 

Bu səbəbdən də gerçəkliyin Var olması Yalandır. 



 

223 


 

HƏQİQƏT 

Var olan – Yox olmaz. 

Gerçəklikdə elə Var olan Yoxdur ki, Yox olmasın. 

Bu səbəbdən də gerçəklikdə Var olan Yoxdur. 

 

15 Dözüm günü, Qürub Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Dünya – Mahiyyətcə Məna deməkdir. 

Məna – Dəyişməzdir. 

Gerçəklikdə  Dəyişilməyən  yoxdur;  bu  səbəbdən  də 

Gerçəklik Mənasızdır. 

 

HƏQİQƏT 

Gerçəklikdə Adam Mənasını itirir, Mənasına çatmaq üçün o

Gerçəkliyi ötməlidir. 

 

HƏQİQƏT 

Deyəndə  ki,  Dünya  dərk  edilməzdir  –  demək  istəyirlər  ki, 

Mənanı gözlə görmək olmaz. 

 

HƏQİQƏT 

Gerçəklikdən beşəlli yapışmaq əslində bədbinlikdir. 

 

16 Mərhəm günü, Qürub Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Cəmiyyət İnsanı Gerçəkliyə bağlayır. 

Ruhaniyyat İnsanı Mahiyyətə qaldırır. 

 

HƏQİQƏT 

İctimai Qanunlar – Gerçəkliyi qoruyur. 

Ruhani Qanunlar – İnsanı Gerçəklikdən qoruyur. 


 

224 


HƏQİQƏT 

“Biri üçün Şər olan – o biri üçün Xeyir olur; Bir vəziyyətdə 

Şər olan – o biri vəziyyətdə Xeyir olur” – iddiası Yalandır. 

Şər  hər  kəs  üçün  Şərdir  –  ziyanından  və  qazancından  asılı 

olmadan. 

Xeyir  hər  kəs  üçün  Xeyirdir  –  ziyanından  və  qazancından 

asılı olmadan. 

Şər hər vəziyyətdə Şərdir – ziyanından və qazancından asılı 

olmadan. 

Xeyir hər vəziyyətdə Xeyirdir – ziyanından və qazancından 

asılı olmadan. 

 Xeyir  də,  Şər  də  –  ziyanından  və  qazancından  Yüksəkdə 

dururlar. 

 

HƏQİQƏT 

Cəmiyyət – Mənasızlığı qoruyur, Mənadan qorunur. 



 

HƏQİQƏT 

Sokrat Gerçəkliyin Varlığını sübut etmək üçün Gerçəkliyin 

Yoxluğunu sübut etməli oldu. 

 

HƏQİQƏT 

Şəraitdən asılı olan Həqiqət – Yalandır. 

Mühitdən asılı olan Həqiqət – Yalandır. 

Konkret Həqiqət – Yalandır. 

 

 



HƏQİQƏT 

Söz – Mahiyyətlidir. Bu səbəbdən də o, gerçəklikdən artıqdır. 



 

FƏRQ 

Gerçəklik – qeyri-müəyyəndir, Söz – müəyyən. 

Bu səbəbdən də Söz – gerçəkliyi ötür. 

 


 

225 


DƏYİŞMƏZLİK 

Deyirlərki, çay bulanmasa, onun Duruluğu bilinməz. 

Bulaq bulanmır – onun Duruluğu itmir ki? 

 

HƏQİQƏT 

Sözə bərabər Əməl az olur. Əməli günahlandırmaq əvəzinə - 

Sözü günahlandırırlar. 

 

HƏQİQƏT 

İdrak  Mahiyyəti  –  Gerçəklikdən  artıq  olanı  dərk  edir  – 

Gerçəklikdən artığa Yüksəlir. 

Bu səbəbdən də İnikas nəzəriyyəsi cəfəngiyyatdır. 

 

HƏQİQƏT 

Dövlət  –  Mahiyyət  kimi  düşünülüb,  ancaq  Gerçəkliyə 

bərabər olub – Var olmayıb. 

 

HƏQİQƏT 

Gerçəklik  –  Mahiyyətdən  uzaq,  Cəmiyyət  Gerçəklikdən 

uzaq – İki dəfə Mahiyyətdən uzaq... 

 

HƏQİQƏT 

Təbiilik – Özümlük, Sünilik – Özgəlik. 

 

FƏRQ 

İctimai Qanunlar – Gerçəkliyi qoruyur, bu səbəbdən də Var 

olmur – Yox olur. 

Ruhani  Qanunlar  –  Mahiyyəti  ifadə  eləyir,  bu  səbəbdən  də 

Var olur – Yox olmur. 

 

17 Qismət günü, Qürub Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Var olmaq – Gerçəklikdən Yüksək olmaqdır. 



 

226 


Yox olmaq – Gerçəkliyə bərabər olmaqdır. 

Bu səbəbdən də  Var olmaq  –  Gerçək  İmkanları ötməkdir  – 

İmkansızlıqdır. 

 

HƏQİQƏT 

Sokrat  gerçək  Biliyi  rədd  eləyir,  əslində  gerçəkliyi  rədd 

eləyir. 

Sokrat  gerçək  Biliyi  Həqiqətsizlik  sayır,  əslində  gerçəkliyi 

Həqiqətsizlik sayır. 

Sokrat  İdraki  olanı  Var  olan  sayır,  –  bu  səbəbdən  də 

gerçəkliyi Var olan saymır. 

Sokrat  gerçək  “həqiqətləri”  sarsıdır,  əslində  gerçəkliyi 

sarsıdır. 

 

HƏQİQƏT 

Gerçəklik səviyyəsində İdrak – İdraksızlıqdır. 

 

HƏQİQƏT 

Gerçəklik – Dialektikdir, bu səbəbdən də Mənasızdır. 

Mahiyyət – Antidialektikdir, bu səbəbdən də Mənalıdır. 

 

HƏQİQƏT 

Sokrat  “İdraki  olmayan  –  Yoxdur”  –  deyirdi,  İdrakilik 

Sokratda “Antidialektikaya” bərabər idi; Gerçəklik Dialektikdi; 

bu  səbəbdən  də  Sokrat  Fəlsəfəsində  gerçəklik  Yoxluğa 

bərabərdir  əslində.  İdrakilik  isə  gerçəklikdən  Yüksəkdə  – 

Allahda, Ağılda görünür... 

Sofistlər gerçəklikdən başqa heç nə  görmür, Sokrat  gerçək-

likdən  Yüksəkdə  Mahiyyət  görür,  onu  Təsdiq  edir  –  Platonun 

ikili Dünyasına Yol açılır. 

 

HƏQİQƏT 

Sokrat  İdraksızlığı  öldürürdü;  gerçək  İdrakçılar  Sokratı 

öldürdülər. 



 

 

227 


HƏQİQƏT 

Gerçəkliyə uyğunlaşan – Mənasızlığa uyğunlaşır. 

 

HƏQİQƏT 

Gerçəkliyi ötməyən – Mahiyyətə çatmaz. 

Mənasızlığı ötməyən – Mənaya çatmaz. 

 

HƏQİQƏT 

Mahiyyətlə Gerçəkliyi bərabərləşdirmək – Varlıqla Yoxluğu 

bərabərləşdirmək deməkdir. 

 

FƏRQ 

Sokrat  gerçək  İdrakın  cəfəngliyini  sübut  elədi,  Platon  Ger-

çəkliyin  cəfəngliyinə  qarşı  İdrak  Dünyasını  qoydu  (İdeyalar 

aləmini). 



Həm  Sokrat,  həm  Platon  Mahiyyətin  Antidialektikliyini 

təsdiq elədilər. 

 

FƏRQ 

Materializm  Mahiyyəti  gerçəkliyə  qarışdırır  –  Mənanı 

Mənasızlığa qarışdırır. 

İdealizm  Mahiyyəti  gerçəklikdən  ayırır  –  Mənanı  Məna-

sızlıqdan ayırır. 

 

HƏQİQƏT 

Mücərrəd Məna, konkret Mənasızlıq. 

 

 

HƏQİQƏT 

Məhəbbət  –  Gerçəkliyi  ötür;  Qeyrət  –  Gerçəkliyi  ötür; 

Qəhrəmanlıq – Gerçəkliyi ötür; Müdriklik – Gerçəkliyi ötür. 

 

18 Murad günü, Qürub Ayı, 12-ci il. Bakı. 

 


 

228 


HƏQİQƏT 

Gerçəklikdə  Ümumi  yoxdur  –  çünki  Dəyişməz  yoxdur; 

Xüsusi yoxdur – çünki Dəyişməz yoxdur; Fərdi yoxdur – çünki 

Dəyişməz yoxdur. 

Mahiyyətdə  Ümumi  var  –  çünki  Mahiyyət  Dəyişməzdir, 

Xüsusi  var  –  çünki  Mahiyyət  Dəyişməzdir,  Fərdi  var  –  çünki 

Mahiyyət Dəyişməzdir. 

 

Mahiyyət – gerçəklikdən artıqdır, böyükdür, yüksəkdir. 



Var olmaq – Mahiyyətli olmaqdır, yəni Gerçəkliyi ötməkdir. 

 

ÖVLADIM ÜSTÜNƏ “ÖZÜYLƏDÖYÜŞ DƏFTƏRİ” 

BARƏDƏ 

I.  Ölümə  inanmıram.  Atanda  mahiyyətcə  nə  vardısa  səndə, 

bacında, qardaşında yaşayacaq. 

Ruhani  Atana  layiq  olduğun  dərəcədə  cismani  Atanın 

xatirəsinə layiq olacaqsan. 

 

II.  Sadiq  –  Üstünün  əri,  ruhani  qardaşı,  həm  də  ruhani 



balası... 

Üstün – Sadiqin arvadı, ruhani bacısı, həm də ruhani balası. 

 

III.  Üstünün  Övladlıq  Mahiyyətinə  Ata  tam  inanır  –  ən 



gözlənilməz Təzahür nöqsanlarından artıq. 

 

IV.  Ruhani  Biçim  məsələsini  Ata  Üstünə  həvalə  eləyir; 



Üstünü bu Böyük Əmələ layiq sayır. 

 

V. “Özüylədöyüş dəftəri”ndə Üstün “Mən kiməm?” sualına 



cavab  tapsın,  “Mən  necə  olmalıyam?”  Yoluyla  Kamilliyə 

Yüksəlsin. 

 

Yükümzdən böyük Fərəhimiz Yoxdur! 



 

 

229 


HƏQİQƏT 

Yalnız Dəyişməyən – Var olur. 

Yalnız Əbədi – Var olur. 

Yalnız Sonsuz – Var olur. 

 

Gerçəklikdə Dəyişməyən Yoxdur. 



Əbədi olan yoxdur, Sonsuz olan yoxdur. 

 

Bu səbəbdən gerçəklik Var olmur. 

 

Mahiyyət Dəyişməzdir, Əbədidir, Sonsuzdur – bu səbəbdən 



də yalnız Mahiyyət – var olandır. 

 

Dünyada Dəyişməz, Əbədi, Sonsuz nə varsa, o – Mahiyyətdir. 



Dünyada Dəyişkən, Keçici, Sonlu nə varsa, o – Gerçəklikdir. 

 

20 Arzu günü, Qürub Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Bilik  –  İdrakın  nəticəsi  deyil,  Başlanğıcıdır  –  İdrakın 

Nəticəsi Mahiyyətin dərkidir – Bilikdən artıq olan. 

 

DİALETİKA ÖLÜMÜ 

Həyatı Ölümdən asılı eləyirlər – ölümü həyatlaşdırırlar. 

 

HƏQİQƏT 

İdealizmdə Həqiqət Müqəddəsləşir. 

Materializmdə Həqiqət Hərcayiləşir. 

 

HƏQİQƏT 

Platon və  Hegel  Mahiyyəti  İdrakla  (Zəkayla) bərabərləşdir-

məkdə  səhv  eləyirdilər:  Mahiyyət  Dünyanın  Özüdür  və  bu 

səbəbdən də İdrakdan kənarda mövcuddur. 

Materialistlər  Mahiyyəti  gerçəkləşdirirdilər,  yəni  əslində 

Yox eləyirdilər. 



 

230 


HƏQİQƏT 

Platon  əslində  Mahiyyətdən  başqa  Varlıq  tanımır,  Gerçək-

liyi Varlıq saymır, bu səbəbdən də o, Dualist deyil, Monistdir – 

yəni İkidünyalı deyil – Birdünyalıdır. 

 

HƏQİQƏT 

Ağıl görəni – Göz görmür. 

Göz görəni – Ağıl görmür. 

Ağıl üçün Gerçəklik Yoxdur – Yoxu görməzlər. 

Göz üçün Mahiyyət Yoxdur – Yoxu görməzlər. 

 

HƏQİQƏT 

Materializm Fəlsəfəni Həqiqətdən məhrum etdi. 



 

HƏQİQƏT 

Mahiyyətdə Dialektika (Dəyişkənlik, Ziddiyyət,  Əksliklərin 

Vəhdəti)  axtarmaq  –  Mahiyyəti  Gerçəkliklə  bərabərləşdirmək-

dir,  yəni  əslində  Mahiyyəti  öldürməkdir  ki,  Hegelin  ən  böyük 

bəlası elə bundadır. 

21 Ümid günü, Qürub Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Xeyirin Şərə keçməsi – Şərdir. 

Şərin Xeyirə keçməsi – Şərdir. 



 

HƏQİQƏT 

Gerçəklik – Mənadan ayrılıb, bu səbəbdən də gerçək Məna 

gerçəkliyi ötür. 

FƏRQ 

Gerçəklik – Məna Həddi. 

Mahiyyət –Məna Hədsizliyi. 

 

22 Dözüm günü, Qürub Ayı, 12-ci il. Bakı. 

 


 

231 


HƏQİQƏT 

Hədsizlik – Müəyyəndir, çünki Mütləqdir. 

Hədd – Qeyri-Müəyyəndir, çünki Nisbidir. 

 

HƏQİQƏT 

Var olmaq – Mahiyyət Hədsizliyi. 

Yox olmaq – Gerçəklik Həddi. 

 

VƏZİYYƏT 

Dünyanı eşidəndə – Dünya bizi eşitməyib; 



Dünyanı eşitməyək ki, Dünya bizi eşitsin. 

 

HƏQİQƏT 

“Şər olmasa Xeyir olmaz!” – deyirlər. 

“Şər olmasa Xeyir olar!” – demək gərək. 

“Şər olduğu üçün Xeyir olmur!” – demək gərək. 

 

HƏQİQƏT 

Gerçəklikdən Yüksəyə qalxmaq – Var olmaq. 

Gerçəkliyə  Bərabər  olmaq,  –  Gerçəklikdən  Aşağı  olmaq  – 

Yox olmaq. 

 

HƏQİQƏT 

Gerçəklik səviyyəsində Əxlaq – Əxlaqsızlıqdır. 

Gerçəklik səviyyəsində İdrak – İdraksızlıqdır. 

Gerçəklik səviyyəsində İnam – İnamsızlıqdır. 

Gerçəklik səviyyəsində Mənəviyyat – Mənəviyyatsızlıqdır. 

Gerçəklik səviyyəsində İradə – İradəsizlikdir. 



 

HƏQİQƏT 

Cənnət-Cəhənnəm – Yer mahiyyətsizliyi. 

 

HƏQİQƏT 

“Xeyir olmasa – Şər olmaz!” – deyirlər. 

“Xeyir olsa – Şər olmaz!” – demək gərək. 


 

232 


HƏQİQƏT 

Bir səbəb-nəticə əlaqələri var: Mahiyyət – Gerçəklik. 

Qalanları Fatalizmdir – Qismətçilikdir. 

 

23 Mərhəm günü, Qürub Ayı, 12-ci il. Bakı. 



 

HƏQİQƏT 

İnsani  ömür  –  əslində  həyatla  döyüşdür  və  son  nəticədə 

ölümdən sonra həyat üzərində qələbədir. 

 

MÜASİR SEVGİ 

Heyran olur ki, heyvan olsun! 

 

HƏQİQƏT 

Çılpaq  Həqiqət  olmur  –  çünki  Həqiqətin  Geyimə  ehtiyacı 

olmur. 

 

HƏQİQƏT 

Dünya səviyyəsindən Həqiqəti görmək olmaz. 

Dünya  yalan  səviyyəsindədir,  Həqiqət  səviyyəsinə 

çatmayıb... 



 

 

“ATA GÜNÜ” MƏRASİMİ HAQQINDA 

I. Mərasim üç hissədən ibarət olur: 

1.  Evlad  qəbulu;  2.  Evlad  Sözü;  3.  Ata  Sözü  –  Ruhani 

Sənədlərin oxunması. 

 

II. Mərasimin Yazısı Evladım Göytəkinə tapşırılır. 



 

III.  Yazının  ilk  variantı  Ata  Ayının  9-da  Ataya  təqdim 

olunur. 

24 Qismət günü, Qürub Ayı, 12-ci il. Bakı. 

 


 

233 


HƏQİQƏT 

Ziddiyyətli Yoxluq – Bütöv Varlıq. 

 

29 Dözüm günü, Qürub Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Bədən qədər keçici gerçəklik. 

Ruh qədər Əbədi Mahiyyət. 

 

30 Mərhəm günü, Qürub Ayı, 12-ci il. Bakı. 

 

EVLADIM SOYLUNUN ÖZÜYLƏDÖYÜŞ DƏFTƏRİ 



HAQQINDA 

Ömür Mütləqilik üstə köklənib – həmişəlik. 

 

31 Qismət günü, Qürub Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Müdrik – Mənaçı. 

Naşı – Gerçəkçi. 



 

HƏQİQƏT 

Dünyaya  vaxtından  əvvəl  gəlmək  –  mahiyyətcə  vaxtında 

gəlməkdir və əksinə. 

 

HƏQİQƏT 

Gerçəkliyə uyğun olan Yalan. 

Mahiyyətə uyğun olan Həqiqət. 

HƏQİQƏT 

Əzəli, Əbədi Yalan olmur – Həqiqət olur. 

Ötəri, Sonlu Həqiqət olmur – Yalan olur. 

 

HƏQİQƏT 

İnsanın Mahiyyətində Heyvanilik yoxdur. 



 

234 


Bu səbəbdən Heyvanilik İnsanın Yoxluğudur. 

Heyvaniliyini öldürməyən – var olmur. 



 

HƏQİQƏT 

Şərqin  Avropadan  təcrid  olunması  haqqında  əsrlər  boyu 

bağırıblar, Avropanın Şərqdən təcrid olunması haqqında heç nə 

demirlər. Əsl fəlakət isə bundadır. 



 

HƏQİQƏT 

Cəmiyyətçi – Yalançı. 

Ruhaniyyatçı – Həqiqətçi. 

 

2 İnam günü, Ata Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Qorxmaz – Qorxuya qələbə çalan. 

Qorxaq – Qorxuya məğlub olan. 

 

DÜNYA 

Gerçəklik Zülməti. 

Mahiyyət İşığı. 

 

HƏQİQƏT 

Tale – gerçəklik Yalanı. 

 

HƏQİQƏT 

Məhəbbət – Mənaçılıq. 



 

FƏRQ 

Şəhvət – Həyat Yükü. 

Məhəbbət – Amal Yükü. 

 

3 Arzu günü, Ata Ayı, 12-ci il. Bakı. 

 


 

235 


FƏRQ 

Zərdüşt İnam yaradırdı – Bəşər üçün. 

Makedoniyalı İsgəndər İmperiya yaradırdı – özü üçün. 

 

5 Dözüm günü, Ata Ayı, 12-ci il. Bakı. 



 

ÖVLADIM ELLİNİN “ÖZÜYLƏDÖYÜŞ DƏFTƏRİ” 

HAQQINDA 

I. Özüylədöyüş Ruhani Fərəh Yoludur... 



Elli Yolun başlanğıcındadır. 

Özüylədöyüşdə İnam da, İdrak da, Mənəviyyat da, İradə də 

iştirak etməlidir. 

Elli Qorxunu  İdrakın  süzgəcindən keçirir, onu təhlil  eləyir, 

çeşidləşdirir ki, – Yox etsin. 

 

II.  Məsuliyyət  –  Qorxmazlıqdır  –  yəni  İradənin  Qorxu 

üzərində Qələbəsidir. 

 

III. Qorxuda – İnsanilik Yox olur, bu səbəbdən də Qorxudan 



azad olmaq – Var olmaqdır. 

 

Qaranlıqlar Yarılsın! 



 

EVLADIM AMANDA 

Yurdumuz Yaman  gündədir – ona Amand olmalıyıq:  İnam 

Amandı, İdrak Amandı, Mənəviyyat Amandı, İradə Amandı. 

İnamsızlıqdan,  İdraksızlıqdan,  Mənəviyyatsızlıqdan,  İradə-

sizlikdən Amand umurlar Bugünkülər – Amandsızlar. 

Şərq özündən ayrılıb – Qərb Ruhsuzdur. 

Təqlidçilik,  Rəiyyətçilik,  Həşirçilik  –  Uçurumundadır 

camaat. 


Mütləq  İnam  gərəkdir, Kamil  İnsan  gərəkdir, Müstəqil Və-

tən gərəkdir, Ruhani Cəmiyyət gərəkdir, Özümlü Şərq gərəkdir 

Xalqa. 


 

236 


Amand adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 

Daxilindəki Mütləq sənə Yar olsun. 



Yükümüzdən böyük Fərəhimiz yoxdur. 

 

6 Mərhəm günü, Ata Ayı, 12-ci il. Bakı. 

 

(Qeyd: Həyatdakı adı Mirəli idi. Ocaqdan çıxdı). 



 

HƏQİQƏT 

Zəruriyyət – Gerçəklik həddi. 

Azadlıq – Mahiyyət Hədsizliyi. 

 

HƏQİQƏT 

Mütləq Zəruriyyət olmur. 

Nisbi Azadlıq olmur. 

 

7 Qismət günü, Ata Ayı, 12-ci il. Bakı. 



 

HƏQİQƏT 

Azad Bədən olmur – Azad Ruh olur. 

 

HƏQİQƏT 

Azad Nisbi olmur – Azad Mütləq olur. 

 

HƏQİQƏT 

Azad Adam olmur – Azad İnsan olur. 



 

HƏQİQƏT 

Azadlıq – Gerçəkliyi ötmək. 

Əsarət – Gerçəkliklə barışmaq. 

 

HƏQİQƏT 

Azadlıq – Zəruriyyətdən İmtina. 


 

237 


HƏQİQƏT 

Azad Yalan olmur – Azad Həqiqət olur. 



 

HƏQİQƏT 

Xalq – Fərd Azadlığı. 

Cəmiyyət – Fərd Əsarəti. 

 

HƏQİQƏT 

Heyvanilik – Əsarətdir. 

Bu səbəbdən də Azad Heyvanilik olmur. 

 

HƏQİQƏT 

Qəbahət – əsarətdir. Bu səbəbdən də Azad Qəbahət olmur. 

 

HƏQİQƏT 

Cinayətkarlıq  –  Əsarətdir.  Bu  səbəbdən  də  azad  cinayət 

olmur. 

 

ÖVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ  



ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

1. “Fikir Evini” yaratmağın vaxtı çatıb. 

 

2. Camaatla daha geniş təmasın Vaxtı çatıb. 



 

3. Rəmzləşmənin, Bayraqlaşmanın vaxtı çatıb. 

 

4.  Mütləq  Əxlaq  İdeyasını  Mütləq  Həqiqət  səviyyəsində 



öyrənməli. 

 

5. Özüylədöyüşün Özünəsahibolma səviyyəsi yaranmalı. 



 

Nurlanın – Nurlandırın! 

 

8 Murad günü, Ata Ayı, 12-ci il. Bakı. 


 

238 


FƏRQ 

Siyasət – cəmiyyətçilik. 

Ruhaniyyat – İnsançılıq. 

 

HƏQİQƏT 

Əxlaq – Azadlıqdır, Əxlaqsızlıq – Əsarət. 

 

9 İnam günü, Ata Ayı, 12-ci il. Bakı. 

 

ÖVLADIM ÖZÜMLÜNÜN  

ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA 

Böyüyür Özümlüm – Ataya Böyük Övlad olur. 



Hökm: Özüylədöyüşün Özünüdəyişməyə bərabər olsun. 

 

ÖVLADIM HAQLININ 



ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA 

Böyüyür Haqlım – Ataya Böyük Övlad olur. 



Hökm: Özüylədöyüşün Özünüdəyişməyə bərabər olsun. 

 

 



ÖVLADIM QALİBİN 

ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA 

Böyüyür Qalibim – Ataya Böyük Övlad olur. 



Hökm: Özüylədöyüşün Özünüdəyişməyə bərabər olsun. 

 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin