On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix03.12.2016
ölçüsü2,19 Mb.
#690
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

ÖVLADIM DAĞTƏKİNİN 

ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA 

Böyüyür Dağtəkinim – Ataya Böyük Övlad olur. 



Hökm: Özüylədöyüşün Özünüdəyişməyə bərabər olsun. 

 

ÖVLADIM ODTƏKİNİN 



ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA 

Böyüyür Odtəkinim – Ataya Böyük Övlad olur. 



Hökm: Özüylədöyüşün Özünüdəyişməyə bərabər olsun. 

 

239 


ÖVLADIM NURANDIN 

ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA 

Böyüyür Nurandım – Ataya Böyük Övlad olur. 



Hökm: Özüylədöyüşün Özünüdəyişməyə bərabər olsun. 

 

 



HƏQİQƏT 

İnciklik  –  Doğmalıq  Nisbiliyidir  –  aradan  qaldırılmasa  – 

Yadlığa keçən. 

10 Arzu günü, Ata Ayı, 12-ci il. Bakı. 

 

 



FƏRQLƏR 

Həsəd – Kin yaradır. 

Qibtə – Təəssüf yaradır. 

Heyrət – Fərəh yaradır. 

 

12 Dözüm günü, Ata Ayı, 12-ci il. Bakı. 

 

GÖYLÜNÜN ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA 

Əzabın Mənasına çatmaq – Fərəhə çatmaqdır. 

Göylü Məna Yolundadır – Fərəhə çatacaq. 

 

19 Dözüm günü, Ata Ayı, 12-ci il. Bakı. 

 

 



GÖYTƏKİNİN ÖVLAD DƏFTƏRİ HAQQINDA 

Göytəkinin Dəftəri – İzhardır – Özüylədöyüş deyil. 



Özüylədöyüşdə  naqisliklər ömürdən silinməlidir. 

İzhar – səmimidir, mənalıdır, genişdir – Özüylədöyüşə ruha-

ni hazırlıqdır. 

 

20 Mərhəm günü, Ata Ayı, 12-ci il. Bakı. 

 


 

240 


ÖVLADIM ƏSİLİN  

ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA 

Müqəddəs Yolun Müqəddəs Səyi – Ucalığı, Fərəhi – Kamil-

liyə aparan. 

Özüylədöyüşün Nəticəsi – Sabahlıq. 

Əsil Yolçudur – Məhəbbətli, Ehtizazlı, Əməlli... 

Mənəviyyat Güzgüsü yaranmalı Dəftərdən – Ruhani Silah. 

 

ÖVLADIM YÜKSƏYİN  

ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA 

Yüksək – özüylədöyüşün ilk pilləsindədir. 

O – təzə pillələrə yüksələcək və İnsanlığa çatacaq. 

 

ÖVLADIM HALALIN 

ÖZÜYLƏDÖYÜŞ DƏFTƏRİ HAQINDA 

Özüylədöyüş  dəftəri  yoxdur  –  özüylədöyüş  dəftərinə 

hazırlıq var. 

23 İnam günü, Ata Ayı, 12-ci il. Bakı. 

 

YARDIMLIDA ATAYLA GÖRÜŞ 

Təbiilik,  Səmimilik,  Müqəddəs  Heyrət  Birliyi  yarandı 

Görüşdə. 

Övladım İşıqlının Əməli Təqdir olunur. 

 

(Qeyd: İşıqlı – Səxavət...). 



 

HƏQİQƏT 

Həyatın Ölümdən başqa Zirvəsi yoxdur. 

Amal Həyat Zirvəsini aşır. 

 

HƏQİQƏT 

Mütləqilik – Azadlıq. 

Nisbilik – Əsarət. 

Məna – Azadlıq. 

Təzahür – Əsarət. 



 

241 


EVLADIM DOĞMANIN ÖZÜNÜDƏRKİ HAQQINDA 

Doğma  özünü  tanıyır.  Mənaya  çatmaq  üçün  Yoldadır  – 

Mənaya çatacaq. 

24 Arzu günü, Ata Ayı, 12-ci il. Bakı. 

 

EVLADIM LAYİQİN  

ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA 

Evladım Layiq böyüyür – Ataya Böyük Evlad olur. 



Hökm: Özüylədöyüşün özünüdəyişmənə bərabər olsun. 

 

27 Mərhəm günü, Ata Ayı, 12-ci il. Bakı. 



 

 

ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

Amallaşma – Özüylədöyüş – Xalqlaşma Birliyi yaranır. 

Məqsəd: İnsanlaşma – İnsanlaşdırma Birliyinə çatmaq. 

 

Nurlanın, Nurlandırın! 



Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

 

30 İnam günü, Ata Ayı, 12-ci il. Bakı. 

 

TƏQDİR 

Evladım Əsilin Müqəddəs Əməl səviyyəsinə yetən Təşkilat-

çılığı Təqdir olunur. 



2 Ümid günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

 



HƏQİQƏT 

Siyasi Dirçəliş olmur – Siyasi Çevriliş olur. 

Ruhani Çevriliş olmur – Ruhani Dirçəliş olur. 

 


 

242 


HƏQİQƏT 

Siyasət – Bəşərin Ruhani səviyyəsizliyinin bəhrəsidir. 

Siyasi Rəhbərlik – Ruhani Rəhbərsizliyin bəhrəsidir. 

Siyasi Fəallıq – Ruhani Fəalsızlığın bəhrəsidir. 

 

HƏQİQƏT 

Ruhaniyyat – Mahiyyətcə Anti Siyasət deməkdir. 

Bu  səbəbdən  də  Siyasətçilər  Ruhaniyyatı  sevə  bilməzlər  – 

sevən görünərlər, bilinərlər. 

Ruhaniyyat – Mahiyyətcə Siyasətin Ölümüdür. 

Siyasət – öz ölümünü sevməz. 



 

MƏQSƏD 

Siyasəti Ruhaniyyatla əvəz etmək. 

 

6 Murad günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

EVLADIM TÜRKELƏ 

Türk  Elliyik  –  Alp  dağlarından  Sibirə  tək,  Sibirdən  Aralıq 

Dənizinədək. 

Oğuzlu, Qıpçaqlı, Peçeneqli, Polovesli, Hunlu. 

Ayrılmışıq, səpələnmişik, səpilmişik – diyar-diyar. 

Birləşməliyik: Mütləqə İnam əsasında, İnsanlaşma əsasında, 

Ruhani  Cəmiyyət  əsasında,  Müstəqil  Vətən  əsasında,  Özümlü 

Şərq əsasında. 

Türk Elliyik, Şərq Mahiyyətliyik, Dünyalıyıq – Dünyasızlar 

arasında. 

Türkel adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 

Daxilindəki Mütləq sənə Yar olsun. 



Yükümüzdən Böyük Fərəhimiz yoxdur. 

 

(Qeyd: Həyatda adı İslam idi. Öz istəyiylə Ocaqdan çıxdı). 



 

243 


EVLADIM ULUTAYA 

Suyumuz Uludur. 

Zərdüşt Suyluyuq, Babək Suyluyuq, Dədə Qorduq Suyluyuq, 

Hürufi  Suyluyuq,  Füzuli  Suyluyuq,  Muğam  Suyluyuq,  Saz 

Suyluyuq. 

İnam  Suyu  içmişik,  İdrak  Suyu  içmişik,  Mənəviyyat  Suyu 

içmişik, İradə Suyu içmişik. 

Ulularımıza tay olmalıyıq. 



Ulutay adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 

Daxilindəki Mütləq sənə Yar olsun! 



Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

 

7 İnam günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Xanlar idi. Ocaqdan çıxdı). 



 

FƏRQ 

Siyasət Riyanı yaşadır – Ruhaniyyat Riyanı öldürür. 

Siyasət Həyanı öldürür – Ruhaniyyat Həyanı yaşadır. 

 

8 Arzu günü, Xəzan Ayı, 12-ci il. Bakı. 



 

HƏQİQƏT 

Dünya Birdir. İkili Dünya – Dünyasızlıqdır. 

 

HƏQİQƏT 

Xeyir Var olduğu dərəcədə Şər yoxdur. 



 

FƏRQ 

Həqiqət – Varlıq Əməli. 

Yalan – Yoxluq Əməli. 

 

HƏQİQƏT 

Xülyavi gerçəklik əslində – gerçəklik Xülyasıdır. 


 

244 


HƏQİQƏT 

Yalan Hüdudu – Gerçəklik. 

Həqiqət Hüdudsuzluğu – Mahiyyət. 

 

HƏQİQƏT 

Həqiqət – İnsan İnamı. 

Yalan – Adam İnamı. 

 

HƏQİQƏT 

Yalan  –  Yoxluq  ifadəsidir.  Yalanın  çoxalması  –  Yoxluğun 

çoxalması deməkdir. 

 

HƏQİQƏT 

Yalandan İnam yaradırlar – əslində İnam Yoxluğu yaradırlar. 

Yalandan  Ümid  yaradırlar  –  əslində  Ümid  Yoxluğu 

yaradırlar. 

 

HƏQİQƏT 

Həqiqət – Əzablı Varlıq. 

Yalan – Nəşəli Yoxluq. 

 

HƏQİQƏT 

Xeyir – Dünya boyda Varlıq. 

Şər – Dünyasızlıq boyda Yoxluq. 

 

9 Ümid günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

12-ci İL “ATA GÜNÜ” MƏRASİMİ HAQQINDA 

Mərasim Müqəddəs İzhar səviyyəsində keçdi. 

Nöqsanlar:  Texniki  çatışmazlıq,  İntizam  Mütləqiliyinin 

pozulması. 

 

HƏQİQƏT 

Mücərrəd – yəni Əzəli, Əbədi. 

Konkret – yəni Keçici, Ötəri. 


 

245 


HƏQİQƏT 

Konkret Həqiqət – əslində konkret Yalan deməkdir. 

 

HƏQİQƏT 

Din Yalan əsasında Əzəli, Əbədi Söz demək istəyir; unudur 

ki, Əzəli Yalan olmur, Əbədi Yalan olmur – Əzəli Həqiqət olur, 

Əbədi Həqiqət olur. 

 

HƏQİQƏT 

Xeyir Haqsız olub – Şər haqlı: Xeyir Haqq olub – Şər Nahaqq. 



 

HƏQİQƏT 

Yalan  –  Şərdir.  Din  yalandan  Xeyir  yaratmaq  istəyir  –  Şər 

yaranır. 

HƏQİQƏT 

Sərt Həqiqət olur – Azğın Həqiqət olmur: Azğın Yalan olur. 

 

TARİXİ ƏMƏLİYYAT 

Xeyiri Şərə qatdılar və Xeyir Şərdən seçilmədi. 



 

HƏQİQƏT 

Həqiqət ən yoxsul libasda belə – Gözəldir. 

Yalan ən varlı libasda belə – çirkindir. 

 

HƏQİQƏT 

Yalan gözəlliyi haqqında “həqiqət” – Yalandır! 



 

HƏQİQƏT 

“Bədii  Yalan”  –  Gerçəkliyi  ötür  –  Mənaya  çatır,  bu 

səbəbdən də o, Bədii Həqiqətdir əslində. 

 

HÜRUFİLİK ÜSTƏ 

Əgər İnsan – Allahdırsa, o – Kamil olmalıdır; 

Əgər Kamil deyilsə, o – İnsan deyil. 


 

246 


HƏQİQƏT 

İqtisadiyyatçı cəmiyyətdə İnsan iqtisadlaşır. 



 

HƏQİQƏT 

Təzahür keçmişə çevrilir – Mahiyyət keçmişə çevrilmir. 

Təzahür gəlir-gedir – Mahiyyət gəlmir-getmir – Olur, Qalır. 

 

 

HƏQİQƏT 

Dünyanı  yaradan  Allah  ideyası  –  Dünya  Mahiyyətinin 

Mütləqiliyinə Ziddir – bu səbəbdən də Yalandır. 

Qəzavü-qədər  İdeyası  –  İnsani  Mahiyyətin  Mütləqiliyinə 

Ziddir – bu səbəbdən də Yalandır. 

Din əslində Mütləqiliyə qarşıdır – buna görə də Yalandır. 



 

HƏQİQƏT 

Bədiiyyat  –  Mənanın  İzharıdır.  Bu  səbəbdən  də  Bədii 

Təxəyyül Yalançı deyil – Həqiqətçidir. 

 

10 Dözüm günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

FƏRQ 

Özünə inanmadığın dərəcədə Allaha inanırsan. 

Özünə inandığın dərəcədə Mütləqə inanırsan. 

 

ÖLÇÜ 

Yalana Ehtiyacın olduğu dərəcədə Naqissən. 

Həqiqətə Ehtiyacın olduğu dərəcədə Kamilsən. 

 

FƏRQ 

Özünü bilməyə-bilməyə Oda-Közə vurmaq – Naşılıqdır. 

Özünü bilə-bilə Oda-Közə vurmaq – Müdriklikdir. 

 

11 Mərhəm günü, Xəzan Ayı, 12-ci il. Bakı. 



 

 

247 


HƏQİQƏT 

Hüquqdan  kənarda  Borc  yoxdur,  çünki  Zorakı  Borc  – 

Mütilikdir. 

Əslində  Borc  elə  Hüquq  deməkdir  –  Hüquq  elə  Borc 

deməkdir. 

 

HƏQİQƏT 

İnsan  hüquqları  uğrunda  döyüşmək  –  İnsan  Borcları 

uğrunda döyüşməkdir. 

İnsan hüquqları uğrunda döyüşmək – özü İnsani Borcdur. 

 

HALLAR 

İnsan haqqı Anlayışına İnsan Borcu da daxildir. 

İnsan  haqqı  elə  İnsan  Borcudur,  İnsan  Borcu  elə  İnsan 

Haqqıdır. 



HƏQİQƏT 

Zorakı Cəmiyyətlər əslində ən Məsuliyyətsiz cəmiyyətlərdir. 

 

HƏQİQƏT 

Yenilikçi Konservator olmasa – Yeniliyi Təsdiq edə bilməz. 

Konservator Yenilikçi olmasa – Sabitliyi Qoruya bilməz. 

Yenilikçi  –  Konservator  Təzadı  Səthi  Təzaddır  –  Siyasətə 

yarayan. 

HƏQİQƏT 

Dünyada  Mənadan  başqa  heç  nə  yoxdur  –  çünki  Mənadan 

başqa nə varsa – Mənasızdır. 

 

HƏQİQƏT 

Zorakı Məsuliyyət olmur – Zorakı Mütilik olur. 

Zorakı Məsuliyyət  əslində Məsuliyyətsizlikdir. 

 

HƏQİQƏT 

Keçmişin Böyüklüyü – Keçmişə çevrilməmək. 



 

 

248 


HƏQİQƏT 

Təmənnasızlıq olmayan yerdə – İnsanilik Yoxdur. 

Təmənna olmayan yerdə – cəmiyyət yoxdur. 

İnsanilik cəmiyyətə Ziddir mahiyyətcə. 

Cəmiyyətçilik – antiinsanidir. 

 

HƏQİQƏT 

Müasir cəmiyyət – İnsana Əmtəə baxımından yanaşır, onun 

İstehlak  Dəyərini  nəzərə  alır;  Ruhani  Mahiyyətinə  məhəl 

qoymur. 


 

HƏQİQƏT 

Cəmiyyətlə  İnsanın  Dostluğu  tutmur  –  Alverdə  Dostluq 

olmaz... 

HƏQİQƏT 

Güzəran İnsan üçün azdır, ona Məna gərək. 



HƏQİQƏT 

Maddi Rifahda Fayda var, Məna yoxdur. 

 

HƏQİQƏT 

Maddi Qıtlıq – İnsanı alçaldır; – 

Maddi Rifah – İnsanı Yüksəltmir. 

 

MƏNASIZLIQ 

Müasir  Dünyada  –  Varidat  Bolluğunda  Məna  görür,  Siyasi 

Möhtəşəmlikdə  Məna  görür  –  əslində  Mənasızlıqda  Məna 

görür. 

 

HƏQİQƏT 



Cəmiyyət  –  Gerçəkliyə  uyğundur,  bu  səbəbdən  də 

Mənasızdır. 

 

HƏQİQƏT 

Dönüklük – Gerçəkliyə uyğundur. 

Sədaqət – Mənaya uyğundur. 


 

249 


HƏQİQƏT 

Mənaya İnanan – Gerçəkliyə İnanmaz. 

Gerçəkliyə İnanan – Mənaya İnanmaz. 

 

HƏQİQƏT 



Məna – Əzəlidir, Əbədidir, Kamildir. 

Bu səbəbdən də Var olandır. 



 

Gerçəklik – Ötəridir, Sonludur, Qeyri-Kamildir. 

Bu səbəbdən də Yox olandır. 



 

Mənalı – Mənadan azdır, Gerçəklikdən çox. 

Bu  səbəbdən  Varlıqdan  azdır,  Yoxluqdan  çox  –  Varlıqla 

Yoxluq arasındadır. 



 

HƏQİQƏT 

Gerçəklik  Bir  olanı  İkiləşdirir  –  Paralayır,  Parçalayır  – 

Mənasızlaşdırır – Yoxluğa aparır. 

 

HƏQİQƏT 

Mənanın Üzü Birdir, Gerçəkliyin Üzü – Min. 

Bu səbəbdən də Məna – Dəyişməzdir, Gerçəklik – Dəyişkən. 

 

HƏQİQƏT 

Gerçəkliyə Bel bağlayan – Aldanır... 

Mənaya Bel bağlayan – Aldanmır. 

 

HƏQİQƏT 

Dialektika Gerçəkliyi Məna sayır – Mənanı gerçəkləşdirir – 

Yox eləyir. 



14 İnam günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Ənənə – Əbədiliyin ifadəsidir. 

Əbədi – Keçmişə çevrilmir. 



 

250 


HƏQİQƏT 

Ailə – ictimai hadisə deyil, ruhani hadisədir. 

Ailə ictimailəşəndə – dağılır. 

 

ƏNƏNƏ 

Keçmişə çevrilməyən Qədimlik. 

 

HƏQİQƏT 

Ruhani  Bərabərsizlik  –  Maddi  Bərabərliyi  ləğv  etmir  – 

Təsdiq edir. 

 

HƏQİQƏT 

Məna – Bölünməzdir, çünki Müəyyəndir. 

Mənasızlıq – Bölünəndir, çünki Qeyri-Müəyyəndir. 

 

HƏQİQƏT 

Mütləq – Müəyyəndir, Nisbi – Qeyri-Müəyyən. 

Sonsuz – Müəyyəndir, Sonlu – Qeyri-Müəyyən.  

Əbədi – Müəyyəndir, Keçici – Qeyri-Müəyyən.  

Kamil – Müəyyəndir, Naqis – Qeyri-Müəyyən. 

 

HƏQİQƏT 

Ailə  – əslində cəmiyyətdən qorunmaq üçündür  – cəmiyyəti 

qorumaq üçün deyil. 



15 Arzu günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Gerçəklik Yuxusu. 

Amal Oyanışı. 

 

16 Ümid günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

XEYİR-DUA 

Güneydəki  Ata  Ailəsinin  “Ata  Yolu”  Dərgisinə  Xeyir-Dua 

verirəm. 



 

251 


Müqəddəslik  səviyyəsi  –  Ruhani  Kamillik  İşığına  bərabər 

olsun. 


Yükümüzdən Böyük Fərəhimiz Yoxdur! 

 

17 Dözüm günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

EVLADIM ÖMÜRTAYA 

Ömür Mənaya Sərf olunmayanda – Adam Ömürsüzləşir. 

Bugünkülər – Ömürsüzdürlər, çünki İnamsızdırlar, İdraksız-

dırlar, Mənəviyyatsızdırlar, İradəsizdirlər. 

Ömrün  Mütləqə  İnam  Mənası  olmalıdır,  Özüylədöyüş  Mə-

nası  olmalıdır,  Ruhani  Cəmiyyət  Mənası  olmalıdır,  Müstəqil 

Vətən Mənası olmalıdır, Özümlü Şərq Mənası olmalıdır. 

Ömür Amala tay olmalıdır. 



Ömürtay adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Daxilindəki Mütləq sənə Yar olsun. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur. 



 

18 Mərhəm günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Məlahət idi. Ocaqdan çıxdı). 



 

ATAYLA XARKOVDA GÖRÜŞ 

Hər yerdə bizi gözləyirlər – tanımaya-tanımaya. 

İnamlının Təşkilatçılığı Təqdir olunur. 

Əsilin Atagüzarlığı Yüksək səviyyədəydi. 

 

31 Dözüm günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Azadlıq – Ruhani Kamillik Haqqı. 

Bərabərlik – Ruhani Kamillik Haqqı. 

Qardaşlıq – Ruhani Kamillik Haqqı. 

 

6 Ümid günü, Yağış Ayı, 12-ci il. Bakı. 



 

252 


BEYLƏQANDA ATAYLA GÖRÜŞ 

Görüş Amal çağırdı, Amala çağırdı. 

Qədimin, Düzgünün, Günevin Təşkilatçılığı Təqdir olunur. 

Əsilin Atagüzarlığı Yüksək səviyyədəydi. 

 

9 Qismət günü, Yağış Ayı, 12-ci il. Bakı. 

 

ÖVLADIM ÜZAĞLIYA 

Üzləri Qaradır Bugünkülərin: – İnamsızlıq kimi, İdraksızlıq 

kimi, Mənəviyyatsızlıq kimi, İradəsizlik kimi. 

Üzümüz ağdır:  –  İnam  kimi,  İdrak kimi,  Mənəviyyat  kimi, 

İradə kimi. 

Mütləqə İnam adlı ÜzAğlığımız var. 

Özüylədöyüş adlı ÜzAğlığımız var. 

Ruhani Cəmiyyət adlı ÜzAğlığımız var. 

Müstəqil Vətən adlı ÜzAğlığımız var. 

Özümlü Şərq adlı ÜzAğlığımız var. 

 

Üzağlı adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 

Qaranlıqlar Yarılsın! 



Daxilindəki Mütləq sənə Yar olsun. 

 

12 Arzu günü, Yağış Ayı, 12-ci il. Bakı. 



 

(Qeyd: Həyatda adı Vaqif idi. Savaşa getdi – qayıtmadı). 



 

ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ  

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

Amallaşma  Dərinləşdikcə  Özüylədöyüş  Dərinləşir,  Özüylə-

döyüş Dərinləşdikcə Xalqlaşma Dərinləşir. 

Məqsəd: Ruhani Mərkəzə çevrilmək. 



 

253 


İlk addım: Ailə Mərasiminə Özgələri daha çox cəlb eləmək 

– Özümləşdirmək məqsədiylə. 

 

Nurlanın, Nurlandırın! 



Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

 

20 Ümid günü, Yağış Ayı, 12-ci il. Bakı. 



 

ATAYLA BAKININ LENİN RAYONUNDA GÖRÜŞ 

1. Görüş Amal çağırdı, Amala çağırdı  – Ocağın Xalqlaşma 

Məqsədinə yaradı. 

 

2. Əsilin Təşkilatçılığı Ruhani Hünər səviyyəsindəydi. 



 

24 Murad günü, Yağış Ayı, 12-ci il. Bakı. 

 

 



ATAYLA İNŞAAT İNSTİTUTUNDA GÖRÜŞ 

Görüş Ocağın Xalqlaşma Yolunda səmərəli addım oldu. 

Əsilin Təşkilatçılığı Təqdir olunur. 

 

24 Murad günü, Yağış Ayı, 12-ci il. Bakı. 



 

 

HƏQİQƏT 

Əqidəsizlikdən böyük İdraki Məhdudluq yoxdur. 

 

30 Qismət günü, Yağış Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

İslamın  Zərdüştçülük  üzərində  qələbəsi  –  Əhrimənin  Hür-

müzd üzərində qələbəsi oldu. 

2 İnam günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 


 

254 


HƏMİŞƏLİK 

Məna həmişəlik yaşayır – Təzahür həmişəlik ölür. 

 

4 Ümid günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Əgər Dünyanın Mənası Dünyadan artıq olmasaydı – Dünya-

nın Dərdi olmazdı. 



 

FƏRQ 

Özgə Əlifba – Özgələşmə Əməliyyatıdır. 

Doğma Əlifba – Özümləşmə Əməlidir. 

HƏQİQƏT 

Həyat öz Mənasına Həsrətdir, bu səbəbdən də Kədərlidir. 

 

5 Dözüm günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Ruhani Yükdən azad olmaq – Fərəhdən azad olmaqdır. 

Fərəh – Ruhani Yükdür əslində. 

 

FƏRQ 

Beynəlmiləlçilik – Millətlərüstü Birlikdir. 

Humanizm – Millətlər birliyidir. 

 

DİNİ İDARƏÇİLİK 

Keşiş – Allah çinovniki. 

Molla – Allah çinovniki. 

 

6 Mərhəm günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

FƏRQ 

Hakimlik – Özünütəsdiq. 

Atalıq – Özündənkeçmə. 

 


 

255 


HƏQİQƏT 

Cəmiyyətçi  Ruhaniyyat  olmur  –  Ruhaniyyatçı  cəmiyyət 

olmayıb. 

HƏQİQƏT 

Din – cəmiyyətləşən, yəni hakimiyyətləşən İnam. 

 

FƏRQ 

Amal – Göy Həqiqəti. 

Din – Göy Əfsanəsi. 

 

FƏRQ 

İskəndərləri Zaman yetirir – Zərdüştləri İnam. 

 

HƏQİQƏT 

Cəmiyyət  İnsan  yetirmir  –  Hakim  yetirir,  Rəiyyət  yetirir, 

Çinovnik yetirir, İxtisasçı yetirir. 

İnsanı cəmiyyətə qarşı duran Ruhaniyyat yetirir. 



 

FƏRQLƏR 

Zərdüştçülük – İşıqçılıq. 

İslam – İtaətçilik. 

Xristianlıq – Mərhəmətçilik. 

Amal – İnsançılıq. 

 

HƏQİQƏT 

Cəsarət Azadlığı – Mütilik Üsulu. 

 

VƏZİYYƏT 

Ruhaniyyatçı üzünü Şərqə tutub, Şərq üzünü Qərbə. 

 

7 Qismət günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Sosializmə Kamil İnsan gərək deyil – Müti Adam gərəkdir. 

Kapitalizmə Kamil İnsan gərək deyil – Varlı Adam gərəkdir. 


 

256 


Kamil  İnsan  uğrunda  döyüş  –  Sosializmə  qarşı  döyüşdür, 

Kapitalizmə qarşı döyüşdür. 



Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin