(Qeyd: Yaşamda adı Firqət oğlu Vəzir idi. Ocaqdan çıxdı).
381
EVLADIM GÖYANDA
Göy Andlıyıq.
Amal Andlıyıq.
İnam Andlıyıq.
İnsan Andlıyıq.
Yurd Andlıyıq.
Mütləq Andlıyıq.
Göysüzlüyə qarşı Ruhani Döyüş Andlısıyıq.
Amalsızlığa qarşı Ruhani Döyüş Andlısıyıq.
İnamsızlığa qarşı Ruhani Döyüş Andlısıyıq.
İnsansızlığa qarşı Ruhani Döyüş Andlısıyıq.
Yurdsuzluğa qarşı Ruhani Döyüş Andlısıyıq.
Mütləqsizliyə qarşı Ruhani Döyüş Andlısıyıq.
Göyand adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
(Qeyd: Yaşamda adı Mustafayeva Aynur idi. Ocaqdan
çıxdı).
EVLADIM ƏRİNAMA
İnam Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza.
Mütləqilik Ərləri – Əzəlilik, Əbədilik, Sonsuzluq.
Kamillik Ərləri.
İnsanilik Ərləri.
Xeyir Ərləri. Ədalət Ərləri. Həqiqət Ərləri.
Yurdçuluq Ərləri.
Şərqçilik Ərləri.
Dinə qarşı duran.
Zamana qarşı duran.
382
Ərinam adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
(Qeyd: Yaşamda adı Elşad bəy idi. Döndü).
EVLADIM ƏRRUHA
Ruh Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza.
Təmənnasızlar, Fədakarlar.
İnam Aşiqləri.
İdrak Aşiqləri.
Mənəviyyat Aşiqləri.
İradə Aşiqləri.
Yurd Aşiqləri.
İnsançılar.
Mənaçılar.
Ərruh adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
(Qeyd: Yaşamda adı Əlövsət Əsəd oğlu idi. Döndü).
EVLADIM GÜNƏRƏ
Saflıq Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza.
Gün kimi saf ərlər gərək.
Saf İnam Ərləri gərək.
Saf İdrak Ərləri gərək.
Saf Mənəviyyat Ərləri gərək.
Saf İradə Ərləri gərək.
383
Yurdçuluq Saflığı gərək – Gün kimi.
İnsançılıq Saflığı gərək – Gün kimi.
Günər adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
28 İnam günü, Köçəri Ay, 14-cü il. Bakı.
(Qeyd: Yaşamda adı – ?.. Ocaqda olmayıb).
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Odtəkinin Təmsilçilik Yükü Təqdir olunur.
3. Ata Hökmləri həyata keçməli: Ailə Böyüməli; Fikir Evi
Ucaltmalı; Ruhani Əməl Xalqlaşmalı.
4. Mütləq özümləşmə Məqsədinə çatmalı.
Qaranlıqlar Yarılsın!
2 Ümid günü, Günəş Ayı, 15-ci il. Bakı.
(Qeyd: Odtəkinin təmsil etdiyi Ailə – ona qədər Özümlünün
təmsil etdiyi Ailə idi).
384
EVLADIM ULUNURA
Həyat Qaranlığını Amal Nuruyla Yarmaq gərək!
İnam Nuru olmalıyıq – Din Qaranlığını Yaran!
İdrak Nuru olmalıyıq – Zor Qaranlığını Yaran!
Mənəviyyat Nuru olmalıyıq – Həqarət Qaranlığını Yaran!
İradə Nuru olmalıyıq – Cəmiyyət Qaranlığını Yaran!
Mütləqçi Nuru olmalıyıq – Nisbiçiliyi Yaran!
İnsançı Nuru olmalıyıq – Dövrançılığı Yaran!
Şərqçi Nuru olmalıyıq – Təqlidçiliyi Yaran!
Xalqçı Nuru olmalıyıq – Yadlığı Yaran!
Müstəqilçi Nuru olmalıyıq – Əsarəti Yaran!
Ulunur adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
3 Günəş Ayı, Dözüm günü, 15-ci il.
(Qeyd: Bu adı almalı olan adam “Yas Günü” Mərasiminə
gəlmədi, Evladlığa qəbul olunmadı).
28 Dözüm günü, Çiçək Ayı, 15-ci il.
EVLADIM UCARUHA
Ruh Ucalığı gətirməliyik Yurdumuza, Şərqimizə, Dünyamıza.
İnam Ucalığı.
İdrak Ucalığı.
Mənəviyyat Ucalığı.
İradə Ucalığı.
Mütləqçilik Ucalığı.
İnsançılıq Ucalığı.
Ruhçuluq Ucalığı.
385
Özümçülük Ucalığı.
Ruhsuzdurlar Bugünkülər.
İnamsızdırlar.
İdraksızdırlar.
Mənəviyyatsızdırlar.
İradəsizdirlər.
Nisbiçidirlər.
Zamançıdırlar.
Maddiyyatçıdırlar.
Özgəçidirlər.
Ucaruh adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
7 İnam günü, Günəş Ayı, 15-ci il. Bakı.
(Qeyd: Yaşamda adı İlahə idi. Ocağa gəlmədi, ancaq Ocaq-
sevərliyə yüksəldi).
EVLADIM RUHTƏKİNƏ
İnam adlı Ruhumuz var – Dinə Yad.
Amal adlı Ruhumuz var – Zamandan Üstün.
Mütləqçiyik – Nisbiçiliyə Yad.
İnsançıyıq – Adamçılıqdan Üstün.
Özümçüyük – Özgəçiliyə Yad.
Mənaçıyıq – Hadisəçilikdən Üstün.
Vicdan – Hakimimiz.
Təmənnasızlıq – Niyyətimiz.
Fədakarlıq – Aqibətimiz.
İnam Dünyası yaradırıq Ömürlərdə.
386
Amal Dünyası yaradırıq.
İnsan Dünyası yaradırıq.
Vaxt təkindirlər Bugünkülər.
Ruh təkin olmalıyıq.
Ruhtəkin adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
15 Arzu günü, Günəş Ayı, 15-ci il. Bakı.
(Qeyd: Yaşamda adı İlahə Məti qızı idi. Ocaqsızlaşdı...).
“QANAD” AİLƏSİNƏ
ATA XEYİR-DUASI
Evladlarıma Müqəddəsçilik Ucalığı istəyiylə.
Ata İşığı olun – Qaranlıqları Yaran – hər vaxt, hər yerdə.
İnam İşığı olun – Din Qaranlığını Yaran.
İnsançılıq İşığı olun – Cəmiyyətçilik Qaranlığını Yaran.
Özümçülük İşığı olun – Özgəçilik Qaranlığını Yaran.
İşıqlanın ki, İşıqlandırasınız.
Bugünün havası, küləyi, əqidəsi, gedişatı Amalımızdan çox
aşağıdır.
Dağ olun, qoy illər Yol kimi Ailənizin başına dolansın.
Mütləq Doğmalığa çatın.
Mütləq Doğmalıq İnam halıdır.
Qaranlıqlar Yarılsın.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
28 İnam günü, Günəş Ayı, 15-ci il. Bakı.
387
EVLADIM ULUTAYIN TƏMSİL ETDİYİ
ŞƏMKİR ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Müqəddəsat ardıcıl şəkildə Özümləşməlidir.
3. Ailə “Ocaqlaşma Əməli”nə Qoşulmalıdır.
4. Ata İşığı olun – Qaranlıqları Yaran – həmişə və hər
Yerdə!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
30 Ümid günü, Günəş Ayı, 15-ci il. Bakı.
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Qəbul olunur.
2. Xalqlaşma Yüksəlməli, Ruhani Əməl Zənginləşməli.
3. Təzə Evladlar Yetirməli.
Qaranlıqlar Yarılsın!
4 İnam günü, Çiçək Ayı, 15-ci il. Bakı.
FƏRQ
Partiyalara qoşulurlar; Ocağa Qovuşurlar.
8 Mərhəm günü, Çiçək Ayı, 15-ci il. Bakı.
388
YAS MƏRASİMİ HAQQINDA
1. Mərasimin Yazısı Soyluya tapşırılır.
2. Mərasimin Məzmunu: Evlad Qəbulu; Yas İzharı; Ruhani
Sənədlərin oxunması.
3. Yazı Çiçək Ayının 20-də Ataya təqdim olunur.
11 İnam günü, Çiçək Ayı, 15-ci il. Bakı.
OCAQÇI HALI
Adamda çoxlu Adam var.
İnsan Birdir.
Adam Yoxsuldur, İnsan – Zəngin.
Ocaqçı – İnsan olmalıdır, Adam olmamalıdır.
İMTİNA İNTİBAHI
Ocaq Xalqı İmtina İntibahına qaldırmalıdır.
Dindən imtina İntibahına.
Kapitalizmdən imtina İntibahına.
Qərbçilikdən imtina İntibahına.
Qaranlıqlar Yarılsın.
OCAQÇININ İŞIQÇILIQ ƏMƏLİ
1. Ocaq Halı.
Yurdumuzda Ocaq Halı Yaranmalıdır.
Ocaqçılar İşıqçılıq Əməlinə Yüksəlməlidirlər.
2. Məişəti İşıqlandırmaq.
389
Ocağın Ailə Qaydaları öyrədilir. Atalıq – Evladlıq, Qadınlıq
– Analıq ləyaqəti Təsdiq olunur – Dinə Yad, Qərbçiliyə Yad.
Ocağın Ölüm – Həyat münasibətləriylə bağlı Kəlamları
öyrədilir.
Ocaq Təqvimi öyrədilir.
Ocaq Mərasimləri öyrədilir.
Ocaq Bayramları öyrədilir.
3. Siyasəti İşıqlandırmaq
Demokratiya Özgəçiliyini Aşkarlamaq.
Parlamentçilik Qərbçiliyini Aşkarlamaq.
Kapitalistləşmə İflasını Aşkarlamaq.
Hakimlərin Burjuylaşmasına qarşı Müqavimət Yaratmaq.
Ruhani Cəmiyyət İdeyasını yaymaq.
Ədalətçilər Birliyi Yaratmaq – Haqsızlığa qarşı duran.
“Torpaq Kəndliyə satılmamalıdır – verilməlidir!” – haqqını
Kəndliyə çatdırmaq.
“Zavod, Fabrik Kapitalistə satılmamalıdır – Fəhləyə veril-
məlidir!” – haqqını Fəhləyə çatdırmaq.
Hakimlərin Camaata müntəzəm hesabatını tələb etmək.
Məhkəmənin hakimiyyətdən asılılığına qarşı çıxmaq.
Xalqın Hökumət Tədbirlərinə münasibətini Yetkinləşdir-
mək.
Hərbçilərdə Xalqçılıq əhvali-ruhiyyəsi yaratmaq. Mətbuat
müstəqilliyini müdafiə etmək.
4. Ruhani İşıqlandırma
İnam Dinsizliyi öyrətmək.
Din İnamsızlığını aşkarlamaq.
İnsançılıq öyrətmək.
Amalçılıq öyrətmək.
Ruhçuluq öyrətmək.
Türkçülük öyrətmək.
Şərqçilik öyrətmək.
390
5. Miqyas
İşıqçılıq Əməli Ailələrdə, Fikir Evlərində, Müəssisələrdə,
camaat arasında, məktəblərdə, qohum-əqrəba, tanış-dost yanın-
da, səfərlərdə, toy, yas yerlərində həyata keçirilir.
6. Məsuliyyət
Ocaqçı İşıqçılıq hesabatı verir Ataya, Özünə.
Qaranlıqlar Yarılsın!
CƏNUBİ AZƏRBAYCANDA İŞIQÇILIQ ƏMƏLİ
İslamçılıqdan İmtina İşıqçılığı.
Farsçılıqdan İmtina İşıqçılığı.
Kapitalistçilikdən İmtina İşıqçılığı.
Qərbçilikdən İmtina İşıqçılığı.
26 Arzu günü, Çiçək Ayı, 15-ci il. Bakı.
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Mütləq Səcdə – Mütləq İntizam – Mütləq Doğmalıq
Vəhdətinə nail olmalı.
3. Özüylədöyüş – İşıqçılıq Vəhdətinə nail olmalı.
4. Ocağa Evlad gətirmək.
Qaranlıqlar Yarılsın!
391
EVLADIM ULUTAYIN TƏMSİL ETDİYİ
ŞƏMKİR ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Özüylədöyüş – İşıqçılıq Vəhdətinə çatmalı.
3. Ocağa Evlad gətirməli.
4. Mütləq Səcdə – Mütləq İntizam – Mütləq Doğmalıq
Vəhdətinə nail olmalı.
Qaranlıqlar Yarılsın!
EVLADIM SOYLUNUN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Özüylədöyüş – İşıqçılıq Vəhdətinə nail olmaq.
3. Mütləq Səcdə – Mütləq İntizam – Mütləq Doğmalıq
Vəhdətinə nail olmaq.
4. Ocağa Evlad gətirmək.
Qaranlıqlar Yarılsın!
29 Mərhəm günü, Çiçək Ayı, 15-ci il. Bakı.
EVLADLIQ MƏRASİMİ HAQQINDA
1. Mərasimin Məzmunu:
Evladların Ocaqçılıq hesabatları: –
Amallaşma, İnsanlaşma, Xalqlaşma.
Evladlığa Qəbul.
392
Ata Sözü.
Ruhani Sənədlər.
2. Mərasimin yazısı Safruha tapşırılır.
3. Yazı İşıq Ayının 25-də Ataya Təqdim olunur.
EVLADLARIN HESABAT-İZHAR ƏMƏLİ
Amallaşma İzharı:
Mütləqə İnamı nə səviyyədə Özümləşdirmişəm?
Özüylə Döyüşü nə səviyyədə Özümləşdirmişəm?
Ruhani Cəmiyyət İdealını nə dərəcədə Özümləşdirmişəm?
Müstəqil Vətən İdealını nə dərəcədə Özümləşdirmişəm?
Özümlü Şərq İdealını nə dərəcədə Özümləşdirmişəm?
İnsanlaşma İzharı:
Vicdançılığa nə səviyyədə Yüksəlmişəm?
Təmənnasızlığa nə səviyyədə Yüksəlmişəm?
Fədakarlığa nə səviyyədə Yüksəlmişəm?
Xalqlaşma İzharı:
Öyrəndiyimi nə dərəcədə öyrətmişəm?
17 Arzu günü, İşıq Ayı, 15-ci il. Bakı.
EVLADIM ƏRRUHA
Dünya Pulçuluğa qurşanıb – Dünyanın xilası Ruhçuluqdur.
Dünya Siyasətçiliyə qurşanıb – Dünyanın xilası İnsançılıq-
dır.
Dünya Dinçiliyə qurşanıb – Dünyanın xilası İnamçılıqdır.
Ruh Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza.
Mütləq İnam Ərləri.
393
Mütləq İdrak Ərləri.
Mütləq Mənəviyyat Ərləri.
Mütləq İradə Ərləri.
Özüylədöyüş Ərləri.
Ruhani Cəmiyyət Ərləri.
Müstəqil Vətən Ərləri.
Özümlü Şərq Ərləri.
Ərruh adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
(Qeyd: Bu adı alacaq şəxs adı aldı, Evlad oldu və Ocaqdan
çıxdı. Həyatdakı ad-soyadı bilinmədiyinə görə Ocaqdan çıxma-
ğı barədə Ruhani Hökm yazılmadı).
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
UNİVERSİTET ATA AİLƏSİNİN
HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Ailə Yüksəlişə nail olub.
3. Bədiyyatla Təmas davam etdirilsin – Ədəbi məclisdən
fərqli şəkildə.
4. Vicdançılıq, Təmənnasızlıq, Fədakarlıq Kamilliyinə
çatmağa yönəlsin Ailə Əməli.
5. Müqəddəsat daha dəqiq öyrənilsin.
6. Dərgi bərpa edilsin.
394
ASİF ATANIN “QANAD” AİLƏSİNİN
“FİKİR EVİ”NƏ XEYİR-DUASI
Evladlarıma Müqəddəslik Ucalığı Tələbiylə
Ürəyinizdə Günəş olsun!
Qoy “Fikir Evi”nə gələnlər bilsinlər ki, əgər dünya əvvəlki
kimi siyasətə tapşırılacaqsa, Ruhaniyyata tapşırılmayacaqsa –
o, məhv olacaq!
Qoy “Fikir Evi”nə gələnlər bilsinlər ki, əgər dünya
maddiyyatçılığa tapşırılacaqsa, İnsaniyyatçılığa tapşırılmaya-
caqsa – o, məhv olacaq!
Qoy “Fikir Evi”nə gələnlər bilsinlər ki, əgər dünya əvvəlki
kimi dinə tapşırılacaqsa, İnama tapşırılmayacaqsa – o, məhv
olacaq!
Dünyanın dünya səviyyəsində xilası yoxdur.
Dünyanın dünyadan üstün səviyyədə xilası var.
Gərək dünya Vicdançılıq əsasında təzədən qurulsun və bu
qurum İnsanın daxilində, ağlın və ürəyin əməlində yaşasın.
Siyasət – Vicdançılıq tanımır. Siyasətdə İnsan özünə sahib
olmur.
Siyasət həmişə İnsandan keçir. Və Mahiyyətcə cəzaçılıq
Vicdançılığı rədd eləyir. Bu səbəbdən də cani cəzalandırılır,
cinayət yaşayır.
Siyasət – Təmənnasızlıq tanımır. Siyasət – özü təmənna
əməlidir, mənfəət və fürsət əməlidir.
Siyasət – Fədakarlıq tanımır, faydalıq tanıyır.
Siyasətin yaratdığı dünya – göz qabağındadır.
Tamam başqa dünya yaranmalıdır – İnsan üstə köklənən.
Maddiyyatçılıq – Maddiyyatın İnsan üzərində hakimliyidir;
vasitənin məqsədə çevrilməsidir.
Maddiyyatçılıqda İnsan özündən ayrılır; ömrünün, gününün
yönü, ahəngi zahiriyə, keçiciyə pərçimlənir və İnsani Dünya öz
ahəngini itirir, yönünü azır.
395
Ruhani Dünya gərəkdir İnsana. Yəni İnam Dünyası, İdrak
Dünyası, Mənəviyyat Dünyası, İradə Dünyası.
Din – yalançı inamdır, cəfəngiyyatçı inamdır, cənnətçi
inamdır, cəhənnəmçi inamdır, İnsanı alçaldan inamsızlıqdır.
Dünya İnam üstə köklənməlidir.
İnsanın Mütləqiliyi təsdiq olunmalıdır.
Onun üzərindən xurafat hakimliyi götürülməlidir.
Allah hökmdarlığı, qorxusu ləğv olunmalıdır İnsan həyatın-
dan həmişəlik.
Həm də ateizm hərcayiliyi silinməlidir həyatdan!
Qoy “Fikir Evi”nə gələnlər bilsinlər ki, Ocaq Tələbi var –
tarixin fövqündə, bugünkü Qərbçiliyin, İslamçılığın fövqündə.
Çətin Uğurlar Ocağı Tələbi var; Məşəqqətli Yol Ocağı
Tələbi var.
Dünyanı, Zamanı ötmək Tələbi var – Qədimliyimizdən
gələn; Əzəli, Əbədi, Sonsuz, Kamil Ocaq Tələbi.
Ölkəmizin Ocaqyurd səviyyəsi Tələbi var.
Qaranlıqlar Yarılsın!
28 Qismət günü, İşıq Ayı, 15-ci il. Bakı.
ODQORUYANLAR ƏMƏLİ
Evladlarım – Yurdçunun, İnamçının, Ruhçunun, İşıqlının
timsalında Odqoruyanlar Əməli yaranır.
31 Arzu günü, İşıq Ayı, 15-ci il. Bakı.
BEYLƏQAN AİLƏSİNİN FİKİR EVİNİN
HESABATI HAQQINDA
1. Beyləqanda Ruhani hünər ərəfəsi yaranır – Qaranlıqları
Yaran.
2. Həmin ərəfədən İrəliləmək – Hünərə çatmaqdır.
Həmin ərəfədən geriləmək – hünəri itirməkdir.
1 Şölə Ayı, Ümid günü, 15-ci il. Bakı.
396
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur!
2. Ailə Gününüzü Atanın Son Mərasim Sözü üstə qurun.
3. Ata Hökmlərini gerçəkləşdirin!
Qaranlıqlar Yarılsın!
2 Şölə Ayı, Dözüm günü, 15-ci il. Bakı.
EVLADIM NURRUHA
Ruh Nuru daşıyırıq: İnam Nuru, İdrak Nuru, Mənəviyyat
Nuru, İradə Nuru.
İnsançılıq Nuru, Yurdçuluq Nuru, Vicdançılıq Nuru,
Təmənnasızlıq Nuru, Fədakarlıq Nuru, Xalqçılıq Nuru, Özüm-
çülük Nuru.
Din Qaranlığını Yaran!
Kapitalizm – Sosializm Qaranlığını Yaran!
Qərbçilik Qaranlığını Yaran!
Zamandan Yüksək, Şəraitdən Yüksək, Mühitdən Yüksək,
Cəmiyyətdən Yüksək.
Əzəli, Əbədi, Sonsuz, Kamil.
Millətçilik Nuru – Mütləq Həqiqət, Mütləq Ədalət, mütləq
Xeyir Nuru.
Nurruh adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
27 İnam günü, Şölə Ayı, 15-ci il. Bakı.
397
EVLADIM ULUTAYIN TƏMSİL ETDİYİ
ŞƏMKİR ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur!
2. Ailə Əməlini İşıqçılıq Əməliylə birləşdirməli.
3. Ocağa Evlad Yetirməli!
28 Arzu günü, Şölə Ayı, 15-ci il. Bakı.
BAĞBANIM, ƏVƏZSİZİM
Sənin Ocağa gəlməyin – Səadət idi. Həyatdan getməyin –
Fəlakət oldu.
Saflığın Əvəzsizdi, Fədakarlığın Əvəzsizdi, Aşiqliyin
Əvəzsizdi, Sakitliyin Qüdrətliydi, Təmkinin Hünərliydi.
Mənəviyyatın Göylüydü, Əməlin Ruh üstə köklənmişdi,
Yurdçuluğun – Nurçuluq idi.
Ocaq İşığı oldun.
Oda çevrildin, Ocağa qalandın, Ocaqda qaldın.
Həyat sənə qarşı namərdlik elədi.
O, sənin kimilərindən qorxur.
Çünki sən ondan üstünsən.
Ocaqda sən Ali Həyata qovuşdun – həmişəlik.
Bağbanım, Əvəzsizim – Sənsiz deyiləm – olmayacam –
Səninləyəm – Ocağımın sönməz İşığıyla.
Ocağımızda qalacağıq hamımız – Yurdumuz üçün,
Şərqimiz üçün, Dünyamız üçün!
30 Dözüm günü, Şölə Ayı, 15-ci il. Bakı.
398
EVLADIM ƏRNURA
Nur Ərləri gərək Yurdumuza.
Ruh Ərləri.
İnam Ərləri.
İdrak Ərləri.
Mənəviyyat Ərləri.
İradə Ərləri.
Mütləqçi Nuru gərək Yurdumuza.
İnsançı Nuru gərək Yurdumuza.
Ruhaniyyatçı Nuru gərək Yurdumuza.
Şərqçi Nuru gərək Yurdumuza.
Yurdçuluğumuz – Müqəddəsçiliyimiz – Dünyaçılığımız Birdir.
Ərnur adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
1 Od Ayı, Mərhəm günü, 15-ci il. Bakı.
(Qeyd: Bu adı alacaq şəxs Evladlığa qəbul olunmadı).
Dostları ilə paylaş: |