HƏQİQƏT
Mühitə uyğun İnam olmur, İnamsızlıq olur;
İnam Mühitdən Üstündür.
Mühitə uyğun İdrak olmur, İdraksızlıq olur;
İdrak Mühitdən Üstündür.
Mühitə uyğun Mənəviyyat olmur, Mənəviyyatsızlıq olur;
Mənəviyyat Mühitdən Üstündür.
Mühitə uyğun İradə olmur, İradəsizlik olur;
İradə Mühitdən Üstündür.
Bu səbəbdən də Mühitə uyğunlaşmaq – İnamsızlıq, İdrak-
sızlıq, Mənəviyyatsızlıq, İradəsizlikdir əslində.
HƏQİQƏT
Quldarlıq – Adama yaradı; ona görə də yarandı;
İnsana yaramadı; ona görə də məhv oldu.
Feodalizm – Adama yaradı; ona görə də yarandı;
İnsana yaramadı; ona görə də məhv oldu.
Sosializm – Adama yaradı; ona görə də yarandı;
İnsana yaramadı; ona görə də məhv oldu.
Kapitalizm – Adama yarayır; ona görə də yaranır;
İnsana yaramır; ona görə də məhv olacaq.
HƏQİQƏT
Təbiət üzərində Ağalıq – Antiinsanilik.
Adam üzərində Ağalıq – Antiinsanilik.
Xalqlar üzərində Ağalıq – Antiinsanilik.
Cəmiyyət Tarixi – Antiinsanilik Tarixi.
310
HƏQİQƏT
Adam Təbiət üzərində Ağalığından əl çəksə – ölər və İnsan
kimi təzədən dirilər.
HƏQİQƏT
Təbiətlə döyüşdə Adam qələbə çaldı, İnsan məğlub oldu.
2 Arzu günü, Ata Ayı, 13-cü il. Bakı.
RUHANİ XƏTT
Kim bizi özünə Düşmən sayırsa saysın, biz heç kəsi
özümüzə Düşmən saymırıq.
Düşməni saymırıq.
4 Dözüm günü, Ata Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Feyerbax İlahiliyin İnsani mahiyyətini kəşf etdi, Hürufilər
İnsaniliyin İlahi Mahiyyətini.
Feyerbaxda İlahilik İnsaniləşdi, Hürufilikdə İnsanilik
İlahiləşdi...
İlahiliyin İnsaniləşməsi – Göydəkinin Yerə endirilməsiydi
– İnsaniliyin İlahiləşməsi – Yerdəkinin Göyə qaldırılmasıydı.
HƏQİQƏT
Spinozada İnsan Təbiətləşir, Sufilərdə – İlahiləşir.
FƏRQ
Spinozada İnsan Zəruriyyət Dairəsinə düşür,
Sufilərdə Allaha qovuşur – Azadlığa çıxır.
Spinoza panteizmi – maddiyyatçılıqdır;
Sufi panteizmi – ruhaniyyatçılıq.
311
FƏRQ
Spinozada Allah Təbiətin Özülüdür;
Sufilərdə – Təbiətin Ruhudur.
Sufilər Spinozadan Yüksəkdirlər.
HƏQİQƏT
Faustla İblisin Yolçuluğu tutur: bunu nüvə silahının kəşfi
sübut etdi.
HƏQİQƏT
Totalitarizm Adamları Zorla İradəsizləşdirir.
Demokratiya Adamları Xoşla İradəsizləşdirir.
Cəmiyyət – İradəsizləşmə Üsuludur əslində.
NİKBİNLİYİN ƏSASI
İnsan – Gerçəkliklə barışmır.
FƏRQ
Vüqar – İqtidar.
Lovğalıq – İqtidarsızlıq.
HƏQİQƏT
Təsadüfi Məna olmur, Təsadüfi Mənasızlıq olur və Gerçək-
lik onunla doludur.
HƏQİQƏT
Məna Təzahürə bərabər olsaydı, Mənasız olardı.
HƏQİQƏT
Adam Qisməti – Adamlıq.
İnsan Qisməti – İnsanlıq.
312
HƏQİQƏT
Din İnsanı Allaha tapşırır. –
Bu səbəbdən də İnsanlaşmaya qarşıdır.
Kommunizm İnsanı Mülkiyyətə tapşırır. –
Bu səbəbdən də İnsanlaşmaya qarşıdır.
Amal İnsanı İnsana tapşırır. –
Bu səbəbdən də İnsanlaşmaya əsaslanır.
HƏQİQƏT
Tarix – Ağalıq-Nökərlik Dairəsindən kənara çıxa bilmir; bu
səbəbdən də cəmiyyət mahiyyətcə dəyişmir.
HEGELƏ QARŞI
Dərk olunmuş Zəruriyyət – Azadlıq deyil, Qismətlə barış-
maqdır əslində – Dini xurafatçılıqdır Fəlsəfə biçimində.
Dialektikanın Qanunları – Həqiqət deyil – Qismətçilikdir –
Fəlsəfə biçimində.
HƏQİQƏT
Zəmanəyə düşmək – bizdən asılı deyil.
Zəmanədən çıxmaq – bizdən asılıdır.
HƏQİQƏT
Vaxt – Əbədiyyətin Təzahürüdür, İfadəsi deyil –
Mahiyyətcə Əbədiyyət – Vaxtsızlıqdır.
Məkan – Sonsuzluğun Təzahürüdür, İfadəsi deyil –
Mahiyyətcə Sonsuzluq – Məkansızlıqdır.
HƏQİQƏT
Qismət – Adamlıq Tarixidir – Ömrümüzə düşən.
HƏQİQƏT
Adamın Ömrünə Adamlıq Tarixi düşür ki, buna Bəxt
deyirlər.
313
Adamın Ömrünə Adamlıq Zamanı düşür ki, buna Bəxt
deyirlər.
Adamın Ömrünə Adamlıq Mühiti düşür ki, buna Bəxt
deyirlər.
Adamın Ömrünə Adamlıq düşür ki, buna Bəxt deyirlər.
HƏQİQƏT
Tarixin Kökü – Adamların daxilindədir;
Adamlar onu Xaricdə axtarırlar və tapa bilmirlər...
Adam daxilindəki Canavarı öldürə bilmir və Canavarlıq
Tarixi yaranır.
Adam daxilindəki Tülkünü öldürə bilmir və Tülkülük Tarixi
yaranır.
Adam daxilindəki İlanı öldürə bilmir və İlanlıq Tarixi
yaranır.
5 Mərhəm günü, Ata Ayı, 13-cü il. Bakı.
FƏRQ
Xudbin – Özündəki Böyükdən keçir – Kiçiyi seçir.
Fədakar – Özündəki Kiçikdən keçir – Böyüyü seçir.
HƏQİQƏT
Fərdiyyət – Xudbinliyin Ölümü.
HƏQİQƏT
Din əslində İmtina tanımır – bu dünyadakı İmtinanın
əvəzini o dünyada qaytarır.
Din əslində Fədakarlıq tanımır – bu dünyadakı Fədakarlığı
o dünyada mükafatlandırır.
6 Qismət günü, Ata Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
İctimai Dostluq olmur – çünki Mənafe Dostluğa Ziddir.
314
İctimai Məhəbbət olmur – çünki Mənafe Məhəbbətə Ziddir.
İctimai Fədakarlıq olmur – çünki Mənafe Fədakarlığa
Ziddir.
İctimai İnsanilik olmur – Çünki İnsanilik Mənafeyə
Ziddir.
HƏQİQƏT
Mənafe – Adamları biri-birindən ayırır, buna görə də
Mənafe Birliyi – Ayrılmadır əslində.
HƏQİQƏT
Mənfəət əsasında – cəmiyyət yaranır, Xalq yaranmır.
Xalq Ruhaniyyat əsasında yaranır.
Buna görə də Mahiyyətcə Xalq – Cəmiyyətə Qarşıdır;
Xəlqilik – İctimailiyə qarşıdır.
HƏQİQƏT
İnsan özündəki Mənfəətçiliyi – Cəmiyyətçiliyi – öldürməlidir.
HƏQİQƏT
Cəmiyyət Adamdakı Canavarı öldürmür –
Rəsmiləşdirir.
Adamdakı Tülkünü öldürmür – Rəsmiləşdirir.
Adamdakı İlanı öldürmür – Rəsmiləşdirir.
HƏQİQƏT
Hamılaşmadan, Özgələşmədən, Təbəqələşmədən azad olan
nə varsa – Fərdiyyətdir.
Cəmiyyətdən azad olan nə varsa – Fərdiyyətdir.
HƏQİQƏT
Cəmiyyətdə Ağalar Nökərləri dolandırırlar.
7 Murad günü, Ata Ayı, 13-cü il. Bakı.
315
HƏQİQƏT
İctimailəşən Xalq – Kütlə.
Ruhaniləşən Xalq – Ailə.
8 İnam günü, Ata Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Yerin Göy boyda Mənası var –
Yerdən Uzaq, Yerdən Uca.
Adamın İnsan boyda Mənası var –
Adamdan Uzaq, Adamdan Uca.
Zamanın Əbədiyyət boyda Mənası var –
Zamandan Uzaq, Zamandan Uca.
13 Qismət günü, Ata Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Mütləqə İnamın Əsası – Ruh.
Mütləq İdrakın Əsası – Ruh.
Mütləq Mənəviyyatın Əsası – Ruh.
Mütləq İradənin Əsası – Ruh.
İnsaniliyin Əsası – Ruh.
19 Mərhəm günü, Ata Ayı, 13-cü il. Bakı.
OCAQDAN GEDƏNLƏR
Yatırlar – oyanıb Ocağa gəlirlər, sonra
Yatmaları tutur – Ocaqdan gedirlər.
316
RUHANİ İNTİBAH YOLU
Ruhani Bazis.
Maddi Üstqurum.
21 Murad günü, Ata Ayı, 13-cü il. Bakı.
EVLADIM ELİŞIĞA
Elimizə İşıq olmalıyıq –
Mütləqə İnam İşığı.
Özüylə döyüş İşığı.
Müstəqil Vətən İşığı.
Ruhani Cəmiyyət İşığı.
Özümlü Şərq İşığı.
İnamsızlıq Qaranlığını Yarmalıyıq.
İdraksızlıq Qaranlığını Yarmalıyıq.
Mənəviyyatsızlıq Qaranlığını Yarmalıyıq.
İradəsizlik Qaranlığını Yarmalıyıq.
Elişıq adını sənə halal eləyirəm.
Qaranlıqlar Yarılsın.
(Qeyd: Həyatda adı Səbinə idi. Ocaqdan çıxdı).
EVLADIM ÖTKÜNƏ
Sabaha çatmaq üçün Bugünü ötmək gərək.
Amala çatmaq üçün Həyatı ötmək gərək.
Mütləqə çatmaq üçün Nisbini ötmək gərək.
İnama çatmaq üçün Zaman İnamını ötmək gərək.
İdraka çatmaq üçün Zaman İdrakını ötmək gərək.
Mənəviyyata çatmaq üçün Zaman Mənəviyyatını ötmək gərək.
İradəyə çatmaq üçün Zaman İradəsini ötmək gərək.
Mütləqə İnam Ötkünlüyünə çatmalı!
Özüylədöyüş Ötkünlüyünə çatmalı!
Müstəqil Vətən Ötkünlüyünə çatmalı!
317
Ruhani Cəmiyyət Ötkünlüyünə çatmalı!
Özümlü Şərq Ötkünlüyünə çatmalı!
Ötkün adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
24 Ümid günü, Ata Ayı, 13-cü il. Bakı.
(Qeyd: Həyatda adı Kamran idi. Ocaqdan çıxdı).
FƏRQ
Yağı Dünyanı Adam Yağılığı yaradır;
Doğma Dünyanı İnsan Doğmalığı yaratmalıdır.
HƏQİQƏT
İdealsızlıq – Yoxluq.
FƏRQ
Adam özü yaratdığı Yağı Dünyaya atılır;
İnsan Adamı Yağı Dünyadan çıxarır.
HƏQİQƏT
İnsanilik – Mütləqiliyə bərabərdir.
Mütləqilik olmayan yerdə İnsanilik yoxdur.
1 Ümid günü, Xəzan Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
İdeal – Gerçəkliyin Varlığı.
TƏKLİK
Özünlə Tək qalmazsan.
Özünlə deyilsən – ona görə Təksən.
318
HƏQİQƏT
Məhəbbətdə İnsan Özüylə Bir olur.
HƏQİQƏT
Adamın Özümlüyü də özündədir, Özgəliyi də:
Adam ən çox özgəliyiylə olur –
Özümlüyüylə az olur.
KAMİLLİK YOLU
Dəyişirsən ki, dəyişməyəsən.
HƏQİQƏT
Adam Özündən çəkinməsə – İnsan olmaz.
3 Mərhəm günü, Xəzan Ayı, 13-cü il. Bakı.
FƏRQ
Şüar – Zahiri Söz.
İzhar – Daxili Söz.
AQİBƏT
Cəmiyyət İnsan Aləti olmadı;
İnsan Cəmiyyət Aləti oldu.
FƏRQLƏR
Fərdiyyət – Daxili Həyat.
Xalq – Daxili Həyat Birliyi.
Cəmiyyət – Zahiri Həyat.
FƏRQ
Məhəbbət – Daxili Həyat.
Şəhvət – Zahiri Həyat.
319
HƏQİQƏT
Daxili Həyat – Məna Evi.
Zahiri Həyat – Mənasızlıq Evsizliyi.
HƏQİQƏT
Daxili Həyat – Həyatdan artıq.
HƏQİQƏT
O Dünya – Bu Dünya xülyası.
Cənnət – Cəhənnəm xülyası.
HƏQİQƏT
Zənginlik – Bütövlük.
Yoxsulluq – Natamlıq.
HƏQİQƏT
Yekdillik – Diri Birlik.
Yeknəsəqlik – Ölü Birlik.
HƏQİQƏT
Daxili aləm – Varlığı qoruyur,
Zahiri aləm – Yoxluğu.
HƏQİQƏT
Zaman Daxilində Müstəqillik – Asılılıqdır.
Şərait Daxilində Müstəqillik – Asılılıqdır.
Mühit Daxilində Müstəqillik – Asılılıqdır.
Zaman – Asılılıq deməkdir.
Şərait – Asılılıq deməkdir.
Mühit – Asılılıq deməkdir.
4 Qismət günü, Xəzan Ayı, 13-cü il. Bakı.
320
HALLAR
Kamillik Azadlığı.
Naqislik Əsarəti.
HƏQİQƏT
Ölümdən Həyat yaranmaz, Həyatdan Ölüm yaranar.
Yoxdan Var yaranmaz, Vardan Yox yaranar.
HƏQİQƏT
Varlıqla Yoxluğun Birliyi tutmaz.
Məqsəd – Yoxluqdan çıxmaq – Varlığa çatmaq;
Nisbidən çıxmaq – Mütləqə çatmaq;
Gerçəklikdən çıxmaq – Amala çatmaq.
HƏQİQƏT
Gerçəklikdə Yox olan Varlıq – İnsan İnamında, İdrakında,
Mənəviyyatında, İradəsində yaşayır.
İnsan Varlığı Gerçəklikdən qoruyur.
HƏQİQƏT
Azadlıq – Yoxluqdan çıxmaq.
HƏQİQƏT
İnsan Yoxluqda Varlığı yaşadır.
HƏQİQƏT
Mütləq – Mütləqi – Varlığı yaşadır.
Nisbi – Nisbini – Yoxluğu yaşadır.
HƏQİQƏT
İnsan – Gerçəkliyə – Yoxluğa qarşı durur.
321
HƏQİQƏT
İnsan – Dünyanın Sahibi deyil,
– Dünyanın Əsiri deyil –
– Dünyanın Mənasıdır.
HƏQİQƏT
Mücərrəd İnsan – İctimai İnsan.
Konkret İnsan – Ruhani İnsan.
HƏQİQƏT
Şəraitdə İnsan Mücərrədləşir.
Mühitdə İnsan Mücərrədləşir.
Zamanda İnsan Mücərrədləşir.
Konkret İnsan – Şəraiti ötür;
Mühiti ötür;
Zamanı ötür.
MÜASİR FƏALLIQ
Gerçəkliyə pərçimlənmək – Mənadan ayrılmaq, Mahiyyət-
dən ayrılmaq.
HƏQİQƏT
Gerçəklik səviyyəsində İnam – əslində Şübhədir, çünki Ger-
çəklik – Mütləq tanımır, deməli, Həqiqət tanımır.
5 Murad günü, Xəzan Ayı, 13-cü il. Bakı.
İNSAN LƏYAQƏTİ
Məna adlı Varlığı Gerçəklik adlı Yoxluqda daşımaq.
HƏQİQƏT
Gerçəkliyin Ümidi – Mahiyyət.
Nisbinin Ümidi – Mütləq.
Yoxluğun Ümidi – Varlıq.
322
HƏQİQƏT
Bənzərsizliyin – Mahiyyətə Bənzəri var.
Əlçatmazlıq – Mahiyyətə çatır.
Müstəqillik – Mahiyyətlidir.
HƏQİQƏT
Allah – Nisbi Mütləq, yəni əslində Anti-Mütləq.
HƏQİQƏT
İnam – İdrakın Mənası.
HƏQİQƏT
Gerçəklik İnsanı Mənadan ayrı salır.
İnsan Gerçəkliyi ötür və Mənaya qovuşur.
7 Arzu günü, Xəzan Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Ömrü boyu Adam Məna tanımır, – Ölüm ayağında Mənadan
ayrıla bilmir.
HƏQİQƏT
Cəmiyyəti İdarə etmək – əslində Hamılaşmanı idarə etmək-
dir, Təbəqələşməni idarə etməkdir, Özgələşməni idarə etməkdir
– yəni Antiinsaniliyi, Antixəlqiliyi idarə etməkdir.
HƏQİQƏT
Cəmiyyət – Yoxluqdur –
Xalq – Varlıq.
Varlıq Yoxluqda yaşayır.
FƏRQ
Cəmiyyət – xidmət tələb eləyir,
Ruhaniyyat – məhəbbət.
323
HƏQİQƏT
Cəmiyyət – Keçicidir, Vətən Əbədi.
Əbədi – Keçicidə yaşamalı olur.
HƏQİQƏT
Cəmiyyət – Yoxluqdur.
İnsan – Varlıq.
İnsanla Cəmiyyətin Birliyi – Varlıqla Yoxluğun Birliyi
olardı – Cəfəng.
HƏQİQƏT
Cəmiyyət öz İnamsızlığıyla Adamı İnamdan ayırır.
Öz İdraksızlığıyla Adamı İdrakdan ayırır.
Öz Mənəviyyatsızlığıyla Adamı Mənəviyyatdan ayırır.
Öz İradəsizliyiylə Adamı İdrakdan ayırır.
Cəmiyyət Adamı İnsandan ayırır.
HƏQİQƏT
Cəmiyyətçilik – Özümsüzlük.
Mühitçilik – Özümsüzlük.
Şəraitçilik – Özümsüzlük.
HƏQİQƏT
Cəmiyyət Adamı İnsandan ayırır.
Şərait Adamı İnsandan ayırır.
Mühit Adamı İnsandan ayırır.
Cəmiyyəti ötüb İnsana çatmaq gərək.
Şəraiti ötüb İnsana çatmaq gərək.
Mühiti ötüb İnsana çatmaq gərək.
HƏQİQƏT
Ruh – Əbədidir; Bədən – Keçici.
Əbədi – Keçicidə yaşamalı olur.
324
HƏQİQƏT
Cəmiyyət – Yadlar birliyi.
FƏRQ
Məhəbbət – Yadlığı öldürür.
Cəmiyyət – Yadlığı yaşadır.
HƏQİQƏT
Cəmiyyəti Sevmək olmaz – Yadlığı sevmək olmaz.
HƏQİQƏT
İctimai Münasibətlər – Yad Münasibətlər.
HƏQİQƏT
Sevgi – Özgəliyin Ölümü.
HƏQİQƏT
Özünə inanmadığın dərəcədə Allaha inanırsan.
Özünə inandığın dərəcədə Mütləqə inanırsan.
FƏRQ
Adam Fərəhi – Maddiyyat.
İnsan Fərəhi – Məna.
Adam Dərdi – Maddiyyatsızlıq.
İnsan Dərdi – Mənasızlıq.
RUHANİ YÖN
Gerçəklikdən – Mənaya.
Cəmiyyətdən – Xalqa.
Siyasətdən – Ruhaniyyata.
HƏQİQƏT
Adamın Sıraviləşməsi – Antiinsanilikdir;
325
İdarəçiləşməsi – Antiinsanilikdir.
Adamın İnsanlaşması – İnsanilikdir.
8 Ümid günü, Xəzan Ayı, 13-cü il. Bakı.
İSTƏK
Sevgi varsa – Biri Çoxdur.
Sevgi yoxsa – Yüzü Azdır.
10 Mərhəm günü, Xəzan Ayı, 13-cü il. Bakı.
EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I. Hesabat Təqdir olunur.
II. Fikir Evinin yaranması vaxtıdır, camaatla Ailə Təması
vaxtıdır.
III. Evlad gətirin Ataya!
Qaranlıqlar Yarılsın!
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I. Hesabat Təqdir olunur – Ailə öz Biçimini tapıb.
II. Ailənin Qapısını Rəğbətçilərin üzünə daha geniş açmalı.
III. Müasir İdrakı, Mənəvi Yoxluğu Müqəddəslik İşığında
görməli – göstərməli.
Qaranlıqlar Yarılsın!
13 İnam günü, Xəzan Ayı, 13-cü il. Bakı.
326
FƏRQ
İsa – Gücsüzlərə baş əydi, İsaçılıq – Gücə.
14 Arzu günü, Xəzan Ayı, 13-cü il. Bakı.
HAL
Mənasızlıqdan böyük İztirab yoxdur.
Mənadan böyük Fərəh yoxdur.
18 Qismət günü, Xəzan Ayı, 13-cü il. Bakı.
EVLADIM NURLANA
Cismin getdi – Ruhun qaldı.
Ömrün getdi – Nurun qaldı.
Nur alacaqlar, Nurlanacaqlar Saflığından Qalanlar.
Körpəliyin ölməyəcək...
20 İnam günü, Xəzan Ayı, 13-cü il. Bakı.
(Qeyd: Nurlan – Bağban’ın oğlu).
HƏQİQƏT
Məna – Ruhda – yəni İnamda, İdrakda, Mənəviyyatda,
İradədə yaşayır...
21 Arzu günü, Xəzan Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
İsa, adamların günahlarını öz üzərinə götürməklə onları
İnsanlıqdan azad etdi.
HƏQİQƏT
Din Adamın özünüyaratmaq haqqını əlindən alır.
Bu səbəbdən də Din – böyük haqsızlıqdır.
327
HƏQİQƏT
Mütləqin Varlığı – Allahın Yoxluğudur.
Allahın Varlığı – İnsanın Yoxluğudur.
Mütləq – Mənadır, Allah – Hakimlik.
Məna – Adamı Yüksəldir; Hakim – Alçaldır.
27 İnam günü, Xəzan Ayı, 13-cü il. Bakı.
Dostları ilə paylaş: |