On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix03.12.2016
ölçüsü2,19 Mb.
#690
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

 

HƏQİQƏT 

Mahiyyətlə Gerçəklik arasında Uçurum var. 



İnam onu dəf eləyir. 

 

30 Dözüm günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Totalitarizm – Sosializmi qoruyur. 

Demokratiya – Kapitalizmi qoruyur. 

İnsanlaşma – İnsani Cəmiyyəti qorumalıdır. 

 

HƏQİQƏT 

Təbiətlə döyüş Adamı yaratmadı – yaşatdı. 

Mahiyyətcə İnsanilik Təbiətlə döyüşə ziddir. 

Yaşamaq üçün Adam İnsaniliyindən keçməli oldu. 

 

3 İnam günü, Yağış Ayı, 13-cü il. Bakı. 

 

İNSAN 

Mənadan yaranan, Mənasızlığa düçar olan, Məna həsrətiylə 

qovrulan, Mənaya can atan, Mənaya çatan... 

 

5 Ümid günü, Yağış Ayı, 13-cü il. Bakı. 



 

SOYLUNUN TƏMSİL ETDİYİ ATA AİLƏSİNİN 

FİKİR EVİ HAQQINDA 

Fikir Evi Yola düşüb – indi Yol getməlidir. 



 

328 


İNSANLIQ TƏLƏBİ 

Gerçəklikdə Mütləq Xeyir yoxdur – 

Daxilində Mütləq Xeyir var; – 

Onu gerçəkliyə gətir. 

 

Gerçəklikdə Mütləq Ədalət yoxdur – 



Daxilində Mütləq Ədalət var; – 

Onu gerçəkliyə gətir. 

 

Gerçəklikdə Mütləq Həqiqət yoxdur – 



Daxilində Mütləq Həqiqət var; – 

Onu gerçəkliyə gətir. 

 

6 Dözüm günü, Yağış Ayı, 13-cü il. Bakı. 

 

 



EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

 

2. Ailə – Fikir Evi Birliyinə Yetməli. 



 

3. Camaatla Üz-Üzə durmalı. 

 

Qaranlıqlar Yarılsın! 



 

 

EVLADIM GÜNTAYA 

İnamsızlıq Qaranlığına düşüb 

Yurdumuz, Şərqimiz, Dünyamız. 

İnam İşığı gərək – Qaranlıqları Yaran. 

 

İdraksızlıq Qaranlığına düşüb 



Yurdumuz, Şərqimiz, Dünyamız. 

İdrak İşığı gərək – Qaranlıqları Yaran. 



 

329 


Mənəviyyatsızlıq Qaranlığına düşüb 

Yurdumuz, Şərqimiz, Dünyamız. 

Mənəviyyat İşığı gərək – Qaranlıqları Yaran. 

İradəsizlik Qaranlığına düşüb 

Yurdumuz, Şərqimiz, Dünyamız. 

İradə İşığı gərək – Qaranlıqları Yaran. 

 

Gün gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 



Günə tay olmalıyıq. 

Güntay adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

7 Mərhəm günü, Yağış Ayı, 13-cü il. Bakı. 



 

(Qeyd: Həyatda adı Mənuçöhr Cavanşir idi. Ocaqdan çıxdı). 

 

MÜQƏDDƏS HAL 

Mənaya bənzəmək – Bənzərsizliyi. 

Mənaya çatmaq – Əlçatmazlığı. 

Mənalanmaq – Müstəqilliyi. 

 

11 Arzu günü, Yağış Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

I. Hesabat Təqdir olunur. 

 

II. Ailənin nəzdində Fikir Evi yaradılsın. 



 

III. Rəğbətçilərə Ocaq haqqında Bilik verməli. 

 

Qaranlıqlar Yarılsın. 



 

27 Dözüm günü, Yağış Ayı, 13-cü il. Bakı. 

 

330 


EVLADIM ULUSUYA 

Suyumuz Uludur. 

Zərdüşt İşığından yaranıb, 

Babək Yenilməzliyindən yaranıb, 

Dədə Qorqud Ağsaqqallığından yaranıb, 

Hürufi İnsanlığından yaranıb, 

Füzuli Eşqindən yaranıb, 

Muğam Hikmətindən yaranıb, 

Saz Dəyanətindən yaranıb. 

 

Ulu Suyumuzu Bulandırırlar; 



Xurafat  çirki,  Cəhalət  çirki,  Hərcayilik  çirki,  Qəbahət, 

Cəhalət, Həqarət çirki qatırlar Suyumuza... 

Ulu  Su  olmalıyıq.  İnam  Suyu,  İdrak  Suyu,  Mənəviyyat 

Suyu, İradə Suyu. 



Ulu Su adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

28 Mərhəm günü, Yağış Ayı, 13-cü il. Bakı. 

 

(Qeyd: Həyatda adı Aynur idi. Ocaqdan çıxdı). 



 

EVLƏNMƏ XEYİR-DUASI 

Qoy Fərəh Evin Atası olsun – Ağası olmasın. 

Qoy Nigar Evin Anası olsun – Xanımı olmasın. 

Qoy Qayınata Evlənənlərin Atası olsun – Ağası olmasın. 

Qoy Qayınana Evlənənlərin Anası olsun – Xanımı olmasın. 

Ömür Amala həsr olunsun – Həyata həsr olunmasın – Həyat 

Amalla İşıqlansın. 

 

Qaranlıqlar Yarılsın. 



 

1 İnam günü, Sərt Ay, 13-cü il. Bakı. 

 

331 


“SƏFƏR GÜNÜ” MƏRASİMİ 

I. Mərasim Gedişatının Yazısı Safruha tapşırılır. 

 

II. Yazı Sərt ayın 20-də Ataya təqdim olunur. 



 

III.  Mərasim:  –  Ata  Sözündən,  Səfər  hesabatlarından  və 

Ruhani Sənədlərin oxunmasından ibarət olur. 

 

13 Qismət günü, Sərt Ay, 13-cü il. Bakı. 

 

EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

I.  Hesabat  Təqdir  olunur.  Ailənin  Amallaşma  səviyyəsi 

yüksəlir. 

 

II. “Fikir Evi” yaradılmalı. Xalqla Təmas yaranmalı. 

 

III. Dərgilər Ocaq ifadəsi qabiliyyəti kəsb etsin. 



 

IV. Cənubla əlaqə artsın. 

 

Qaranlıqlar yarılsın! 



 

26 Dözüm günü, Sərt Ay, 13-cü il. Bakı. 

 

 

HƏQİQƏT 

Üz – Mənəvi Xəritə. 

 

5 İnam günü, Qar Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM İŞIQLIYA 

İşıqsızdır Dünya – çünki İnamsızdır. 

İşıqlıyıq – çünki İnamlıyıq. 



 

332 


İşıqsızdır Dünya – çünki İdraksızdır. 

İşıqlıyıq – çünki İdraklıyıq. 

 

İşıqsızdır Dünya – çünki Mənəviyyatsızdır. 



İşıqlıyıq – çünki Mənəviyyatlıyıq. 

 

İşıqsızdır Dünya – çünki İradəsizdir. 



İşıqlıyıq – çünki İradəliyik. 

 

İşıqlı adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Qaranlıqlar Yarılsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

(Qeyd: Həyatdakı adı Elçin Qaliboğlu...) 



 

EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

 

2. Camaatla Üz-Üzə durmaq vaxtıdır. 



 

3. Özüylədöyüşün Mütləqilik səviyyəsinə Yetmək vaxtıdır. 

 

Qaranlıqlar Yarılsın! 



 

25 Murad günü, Qar Ayı, 13-cü il. Bakı. 

 

“AİLƏ GÜNÜ” MƏRASİMİ HAQQINDA 

I. Ailə gününün Yazısını, Carları Özümlü hazırlayır. 

 

II.  Gedişat:  Təmsilçilərin  və  Evladların  Ailələr  haqqında 



Sözü. 

Ata Sözü. 

III. Yazı Qar Ayının sonunda Ataya təqdim edilir. 

 

26 İnam günü, Qar Ayı, 13-cü il. Bakı. 



 

333 


MÜTLƏQÇİLİK AQİBƏTİ 

Mütləqçilik – Gerçəkliyi ötməkdir: 

Gerçəkliyi ötmək – Gerçək İnamı ötməkdir: – 

Dini İnamla əvəz etməkdir. 

Mütləqçilik – Gerçək İdrakı ötməkdir: – 



Maddiyyatçılığı Ruhaniyyatçılıqla əvəz etməkdir. 

Mütləqçilik – Gerçək Mənəviyyatı ötməkdir: – 



Adamı İnsanla əvəz etməkdir. 

Mütləqçilik – Gerçək İradəni ötməkdir: – 



Zəmanəyə qarşı durmaqdır. 

Dini İnamla əvəz etmək – İnamsızlıqdan qurtarmaqdır. 

Maddiyyatçılığı Ruhaniyyatçılıqla əvəz etmək – Ruhsuzluq-

dan qurtarmaqdır. 

Adamı İnsanla əvəz etmək – İnsansızlıqdan qurtarmaqdır. 

Zəmanəyə qarşı durmaq – Həqiqətsizlikdən qurtarmaqdır. 

Mütləqçi  Dünyanın,  Həyatın,  İnsanın  Mütləq  Mənasına 

inanır:  bu  səbəbdən  də  Qismətçiliyə  –  Allah  kəramətinə,  Alın 

yazısına, Cənnət xülyasına, Cəhənnəm xofuna qarşıdır. 

Mütləqçi  Dünyaya,  Həyata,  İnsana  Mütləq  ölçüsüylə  yana-

şır, Mütləq olmayanı Həqiqət saymır. 

Mütləqçi – Nisbi Evladlığı rədd edir; 

Mütləq Evladlıqdan başqa Evladlıq tanımır. 

Mütləqçi – Nisbi Qardaşlığı rədd edir; 

Mütləq Qardaşlıqdan başqa Qardaşlıq tanımır. 

Mütləqçi – Nisbi Bacılığı rədd edir; 

Mütləq Bacılıqdan başqa Bacılıq tanımır. 

Nisbi  Evladlıq  Səcdə,  İntizam  Mütləqiliyinə  xələl 

gətirməkdir ki, bunu Evladlıq saymaq Günahdır. 



Nisbi  Qardaşlıq  –  mübahisəli,  həsədli,  hədəli,  şübhəli, 

qeybətli,  gileyli,  dedi-qodulu  Qardaşlıqdır  ki,  onu  Qardaşlıq 

saymaq – Günahdır. 

Nisbi  Bacılıq  –  mübahisəli,  həsədli,  hədəli,  şübhəli,  qey-

bətli,  gileyli,  dedi-qodulu  Bacılıqdır  ki,  onu  Bacılıq  saymaq  – 

Günahdır. 


 

334 


Mütləqçilik  –  Aramsız,  Ardıcıl  Mütləqləşmə  Yoludur  – 

Gerçəklikdən Üstün. 



1 Murad günü, Köçəri Ay, 13- cü il. Bakı. 

 

 



MÜTLƏQÇİ HALI 

1. Acığı eşitməmək. 

 

2. Ürəyin qapısını Kinin üzünə bağlamaq. 



 

3. Bütün vəziyyətlərdə Ruhu rəvan saxlamaq. 

 

4. Rəqabəti həqarət saymaq. 



 

 

MÜTLƏQÇİ SƏVİYYƏSİ 

1. Qərb Açıqlığını – İslam Qapalılığını rədd etmək. 

 

2. Din İnamsızlığını – Ateizm İnamsızlığını rədd etmək. 



 

3.  Demokratiya  Səfalətini  –  Dövlətçilik  Əsarətini  rədd 

etmək. 

 

ÖZÜNÜTANIMA 



Özünə  Özünün  Gözüylə  baxmaq  –  Özgənin  Gözüylə 

baxmamaq. 

 

EVLADIM AMALTAYA 

Həyata tay olmaq – Yalana tay olmaqdır. 

Amala tay olmaq – İnama tay olmaqdır. 

Həyatı keçmədən – Yalandan keçmək olmaz. 

Amala Yetmədən – İnama Yetmək olmaz. 

Mütləqə İnam adlı İnamımız var – ona Tay olmalıyıq. 

İnsanlaşdırma adlı İnamımız var – ona Tay olmalıyıq. 


 

335 


Müstəqil Vətən adlı İnamımız var – ona Tay olmalıyıq. 

Özümlü Şərq adlı İnamımız var – ona Tay olmalıyıq. 



Amaltay adını sənə halal eləyirəm. 

Qaranlıqlar Yarılsın! 

 

(Qeyd: Həyatda adı İbrahimli Xaqani idi. Qarabağ savaşında 



həlak oldu). 

 

ATAYLA MİNGƏÇEVİRLİLƏRİN GÖRÜŞÜ 

Görüş Amal izharı səviyyəsində keçdi. 

 

Evladım Bağbanın Təşkilatçılıq Əməli təqdir olunur. 



 

 

FİKİR EVİ HAQQINDA 

“Fikir Evi” Amal çağırdı, Amala çağırdı. 

 

Evladım Əsilin Təşkilatçılıq Əməli təqdir olunur. 



 

5 Dözüm günü, Köçəri Ay, 13-cü il. Bakı. 

 

 



SOYLUNUN TƏMSİL ETDİYİ  

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

 

2. İntizamsızlıq ləğv edilməli. 



 

3.  Amallaşma  –  İnsanlaşma  –  Evladlaşma  –  Xalqlaşma 

Birliyi Yoluna düşməli. 

 

Qaranlıqlar Yarılsın! 



 

10 Arzu günü, Köçəri Ay, 13-cü il. Bakı. 

 

336 


EVLADIM ELÜRƏYƏ 

Elimizə İnamlı Ürək gərək. 

İdraklı Ürək gərək. 

Mənəviyyatlı Ürək gərək. 

İradəli Ürək gərək. 

Mütləq İşığıyla İşıqlanan Ürək gərək. 

Özüylədöyüş İşığıyla İşıqlanan Ürək gərək. 

Ruhani Cəmiyyət İşığıyla İşıqlanan Ürək gərək. 

Özümlü Şərq İşığıyla İşıqlanan Ürək gərək. 

Müstəqil Vətən İşığıyla İşıqlanan Ürək gərək. 



Elürək adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 

Qaranlıqlar Yarılsın! 



 

(Qeyd: Həyat adı Aliyə Cavanşir idi. Ocaqdan çıxdı). 

 

 

EVLADIM ELQAYAYA 



Qaya olmalıyıq – Zamana əyilməyən; – 

İnamsızlığa qarşı duran İnam Qayası; 

İdraksızlığa qarşı duran İdrak Qayası; 

Mənəviyyatsızlığa qarşı duran Mənəviyyat Qayası; 

İradəsizliyə qarşı duran İradə Qayası... 

Dəyişkənlər 

arasında  Dəyişməz,  Dönüklər  arasında 

Dönməz. 


Elin Amal qayası olmalıyıq. Ruh Qayası olmalıyıq Elimizə. 

Elqaya adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 

Qaranlıqlar Yarılsın! 



 

(Həyatda adı: Məmmədəli Zirək. Təbrizli. Qəbula gəlməyib). 



 

 

337 


EVLADIM BULAĞA 

İnamsızdır Dünya – 

İnam Bulağı olmalıyıq dünyaya. 

İdraksızdır Dünya – 

İdrak Bulağı olmalıyıq dünyaya. 

Mənəviyyatsızdır Dünya – 

Mənəviyyat Bulağı olmalıyıq dünyaya. 

İradəsizdir Dünya – 

İradə Bulağı olmalıyıq dünyaya. 

Zərdüşt Bulağının İşığı düşməlidir Həyata – 

Ali  Həyat yaranmalıdır. 

Babək Bulağının İşığı düşməlidir Həyata – 

Ali  Həyat yaranmalıdır. 

Dədə Qorqud Bulağının İşığı düşməlidir Həyata – 

Ali  Həyat yaranmalıdır. 

Hürufi Bulağının İşığı düşməlidir Həyata – 

Ali  Həyat yaranmalıdır. 

Muğam Bulağının İşığı düşməlidir Həyata – 

Ali  Həyat yaranmalıdır. 

Saz Bulağının İşığı düşməlidir Həyata – 

Ali  Həyat yaranmalıdır. 

Bulaq adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

 

15 Murad günü, Köçəri Ay, 13-cü il. Bakı. 



 

(Qeyd:  Həyatda  adı:  Lalə  Cavanşir.  Təbrizli  –  Ərdəbilli. 

Qəbula gəlməyib). 

 

EVLADIM BİRELƏ 

Cənubi Azərbaycan yoxdur. 

Şimali Azərbaycan yoxdur. 

İran Azərbaycanı yoxdur. 


 

338 


Rusiya Azərbaycanı yoxdur. 

Elimiz – Birdir. 

Bir İnam əsasında yaşamalıyıq – Mütləqə İnam. 

Bir Mənəviyyat əsasında yaşamalıyıq – İnsanlaşmaq. 

Bir Məqsəd əsasında yaşamalıyıq – Müstəqil Vətən. 

Bir İdeal əsasında yaşamalıyıq – Ruhani Cəmiyyət. 

Bir Ruh əsasında yaşamalıyıq –  ÖzümlüŞərq. 

Birel adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

 

(Qeyd:  Həyatda  adı:  Babək  Cavanşir.  Təbrizli.  Qəbula 



gəlməyib). 

 

EVLADIM ELQALAYA 

Elimizin İnam Qalası Uçub, 

Elimizə İnam Qalası olmalıyıq. 

 

Elimizin İdrak Qalası Uçub, 



Elimizə İdrak Qalası olmalıyıq. 

Elimizin Mənəviyyat Qalası Uçub, 

Elimizə Mənəviyyat Qalası olmalıyıq. 

 

Elimizin İradə Qalası Uçub, 



Elimizə İradə Qalası olmalıyıq. 

 

Mütləqilik Qalası gərək Elimizə. 



İnsanlaşma Qalası gərək Elimizə. 

Müstəqil Vətən Qalası gərək Elimizə. 

Ruhani Cəmiyyət Qalası gərək Elimizə. 

Özümlü Şərq Qalası gərək Elimizə. 

 

Elqala adını sənə halal eləyirəm. 

Adına layiq ol! 



 

339 


Qaranlıqlar Yarılsın! 

 

(Qeyd:  Həyatda  adı:  Arif  Kəskin.  Təbrizli.  Qəbula 



gəlməyib). 

 

EVLADLARIM  



GÜNTAYA – YÜKSƏYƏ XEYİR-DUA 

Təhlükənin üstünə Şığıyırsınız. 

Ölümün Üstündən Adlayırsınız. 

Təhlükədən Üstün olursunuz. 

Ölümdən Üstün olursunuz. 

Cənubdakılara deyin ki, İnama gəlsinlər – 

İslam – İnamsızlıqdır. 

İdraka Yüksəlsinlər –  

İslam – İdraksızlıqdır. 

Mənəviyyata Yetsinlər – 

İslam – Mənəviyyatsızlıqdır. 

İradəyə Çatsınlar –  

İslamçılıq – İradəsizlikdir. 

Azərbaycanımız Birdir – İran Azərbaycanı Yoxdur, Rusiya 

Azərbaycanı Yoxdur. 

Şərq Birliyinə – Özümlü Azərbaycan gərək – İran Azərbay-

canı Yox, Rusiya Azərbaycanı Yox. 

Cəhalətin Üstünə Şığıyırsınız. 

Qəddarlığın Üstündən Adlayırsınız. 

Adamlara Həqiqət aparırsınız, Məhəbbət aparırsınız. 

Nur aparın, Uğur gətirin. 



Daxilinizdəki Mütləq Sizə Yar olsun! 

 

17 Arzu günü, Köçəri Ay, 13-cü il. Bakı. 

 

“YENİ İL” MƏRASİMİ 

1. Mərasim Ruhani Fərəh üstə köklənir. 

 

2. Gedişatı və Carları Fərəh yazır... 



 

340 


3. Yazı Köçəri Ayın 23-də Ataya təqdim olunur. 

 

4. Mərasimin Məzmunu: 



I. Ocaq İli haqqında Ata Sözü, Evlad Sözü. 

 

II. Ruhani Sənədlərin oxunması. 



 

III. Evlad Qəbulu. 

 

XALQ CƏBHƏSİ KLUBUNDA  

ATAYLA GÖRÜŞ 

1. Görüş Amal çağırdı, Amala çağırdı. 

 

2. Evladım Düzgünün Təşkilatçılıq Əməli Təqdir olunur. 



 

18 Ümid günü, Köçəri Ay, 13-cü il. Bakı. 

 

HAL 

Həqiqətdən qorxmuram, çünki o, mənim dostumdur. 

Yalandan qorxmuram, çünki o, mənim düşmənimdir. 

 

20 Mərhəm günü, Köçəri Ay, 13-cü il. Bakı. 

 

 

UNİVERSİTET AİLƏSİNİN FİKİR EVİ ƏMƏLİ 



1. Fikir Evi Əməli Təqdir olunur. 

 

2. Suallara Cavab Təkmilləşməlidir. 



 

3.  5  Müqəddəs  İdeya  Fikir  Evi  Günlərinin  hamısında 

Təkrarlanmalıdır. 

 

Nur aparın, Uğur gətirin. 



 

Qaranlıqlar Yarılsın! 

 

22 Murad günü, Köçəri Ay, 13-cü il. Bakı. 


 

341 


MÜTLƏQÇİ HALI 

İnsanda Mütləqilik Var – 

Yəni ən Sarsıntılı Məqamlarda belə  

Sarsılmamaq, Sarsıntını ötmək İmkanı Var – 



Mütləqçi Sarsıntını ötməli, Sarsılmazlığa çatmalıdır. 

 

İnsanda Mütləqilik Var – 



Yəni ən Qorxulu Məqamlarda belə  

Qorxmamaq, Qorxunu ötmək İmkanı Var – 



Mütləqçi Qorxunu ötməli, Qorxmazlığa çatmalıdır. 

 

İnsanda Mütləqilik Var – 



Yəni ən Dözülməz Məqamlarda belə  

Dözmək, Dözümsüzlüyü ötmək İmkanı Var – 



Mütləqçi Dözümsüzlüyü ötməli, Dözümə çatmalıdır. 

 

İnsanda Mütləqilik Var – 



Yəni ən Çirkin Məqamlarda belə – 

Çirklənməmək, Çirki ötmək İmkanı Var – 



Mütləqçi Çirki ötməli, Çirksizliyə çatmalıdır. 

 

İnsanda Mütləqilik Var – 



Yəni ən Canavar Məqamlarda belə  

Canavarlaşmamaq, Canavarlığı ötmək İmkanı Var – 



Mütləqçi Canavarlığı ötməli, İnsaniliyə çatmalıdır. 

 

İnsanda Mütləqilik Var – 



Yəni ən İlan Məqamlarda belə  

İlanlaşmamaq, İlanlığı ötmək İmkanı Var – 



Mütləqçi İlanlığı ötməli, İnsaniliyə çatmalıdır. 

 

İnsanda Mütləqilik Var – 



Yəni ən Tülkü Məqamlarda belə  

Tülküləşməmək, Tülkülüyü ötmək İmkanı Var – 



Mütləqçi Tülkülüyü ötməli, İnsaniliyə çatmalıdır. 

 

342 


İnsanda Mütləqilik Var – 

Yəni ən İt Məqamlarda belə – 

İtləşməmək, İtliyi ötmək İmkanı Var – 

Mütləqçi İtliyi ötməli, İnsaniliyə çatmalıdır. 

 

İnsanda Mütləqilik Var – 



Yəni ən İnamsız Məqamlarda belə  

İnamsızlaşmamaq, İnamsızlığı ötmək İmkanı Var – 



Mütləqçi İnamsızlığı ötməli, Mütləq İnama çatmalıdır. 

 

İnsanda Mütləqilik Var – 



Yəni ən İdraksız Məqamlarda belə  

İdraksızlaşmamaq, İdraksızlığı ötmək İmkanı Var – 



Mütləqçi İdraksızlığı ötməli, Mütləq İdraka çatmalıdır. 

 

İnsanda Mütləqilik Var – 



Yəni ən Mənəviyyatsız Məqamlarda belə  

Mənəviyyatsızlaşmamaq,  Mənəviyyatsızlığı  ötmək  İmkanı 

Var. 

Mütləqçi  Mənəviyyatsızlığı  ötməli,  Mütləq  Mənəviyyata 

çatmalıdır. 

 

İnsanda Mütləqilik Var – 



Yəni ən İradəsiz Məqamlarda belə - 

İradəsizləşməmək, İradəsizliyi ötmək İmkanı Var – 



Mütləqçi İradəsizliyi ötməli, Mütləq İradəyə çatmalıdır. 

 

İnsanda Mütləqilik Var – 



Yəni öz Qeyri-Kamilliyini ötmək, 

Kamilliyə çatmaq İmkanı Var – 

Mütləqçi Qeyri-Kamilliyini ötməli – 

Kamilliyə çatmalıdır. 

 

29 Murad günü, Köçəri Ay, 13-cü il. Bakı. 

 


 

343 


EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

 

I. Hesabat Təqdir olunur. 



 

II.  Evladlar  özlərinə  Ruhani  Xasiyyətnamələr  yazsınlar  – 

özləri haqqında bildiklərini ümumiləşdirsinlər. 

 

III.  Sovet  Ədəbiyyatı,  Sovet  Pedaqogikası,  Sovet  Tarixi, 



Sovet  Psixologiyası,  Sovet  Fəlsəfəsi  haqqında  Fikir  izhar 

etməli. 


19 Mərhəm günü, Günəş Ayı, 14-cü il. Bakı. 

 

EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ  



ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

 

1. Hesabat Təqdir olunur. 



 

2. Evladlar özlərinə Ruhani Xasiyyətnamələr yazırlar. 

 

3.  “Azərbaycanımız  –  Azərbaycanlığımız”  devizi  altında 



Ailə camaatla Görüşür. 

 

Qaranlıqlar Yarılsın! 



 

24 Ümid günü, Günəş Ayı, 14-cü il. Bakı. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin