On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri


HƏQİQƏT  Elə alçaqlıq yoxdur ki, həyati görünməsin.  Elə yüksəklik yoxdur ki, Qeyri-həyati görünməsin



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix03.12.2016
ölçüsü2,19 Mb.
#690
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

HƏQİQƏT 

Elə alçaqlıq yoxdur ki, həyati görünməsin. 

Elə yüksəklik yoxdur ki, Qeyri-həyati görünməsin. 

 

HƏQİQƏT 

Ürək – Ruhun qulağı. 

Zəka – Ruhun gözü. 

 

Ürəksizlik – Ruhani Karlıq. 



Zəkasızlıq – Ruhani Korluq. 

 

 



HƏQİQƏT 

Həyati Əqidə olmur; Həyati Əqidəsizlik olur. 

Əqidə Həyatdan artıqdır. 

Əqidə – Həyatdan – Ali Həyat yaradır; 

Adamdan – İnsan yaradır. 

 

HƏQİQƏT 

Əzəlilik – Tükənməz Mənadır. 

Əbədilik – Tükənməz Mənadır. 

Sonsuzluq – Tükənməz Mənadır. 

Kamillik – Tükənməz Mənadır. 

 


 

274 


Dünyanın  Mənası  Tükənməz  olmasaydı,  Dünya  çoxdan 

tükənərdi. 

Həyatın  Mənası  Tükənməz  olmasaydı,  Həyat  çoxdan 

tükənərdi. 

İnsanın  Mənası  Tükənməz  olmasaydı,  İnsan  çoxdan 

tükənərdi. 

 

HƏQİQƏT 

Halallıq – Qeyri-Həyatidir, bu səbəbdən də Fədakarlıq tələb 

eləyir. 

Haramlıq – Həyatidir, bu səbəbdən də ölmür. 

Həyatı ötmədən – Halallığa çatmaq olmaz. 

Həyatı ötmədən – Haramlıqdan çıxmaq olmaz. 



 

2 Mərhəm günü, İşıq Ayı, 13-cü il. Bakı. 

 

GERÇƏKLİK SƏVİYYƏSİ 

Gerçəklik səviyyəsində Dostluq – əslində Yağılıq. 

Gerçəklik səviyyəsində Aşiqlik – əslində Əyyaşlıq. 

Gerçəklik səviyyəsində Mərifət – əslində Qəbahət. 

Gerçəklik səviyyəsində Həqiqət – əslində Yalan. 

Gerçəklik səviyyəsində Cəsarət – əslində Qorxaqlıq. 

Gerçəklik səviyyəsində Qeyrət – əslində Qeyrətsizlik. 

Gerçəklik səviyyəsində Ləyaqət – əslində Ləyaqətsizlik. 

Gerçəklik səviyyəsində Müdriklik – əslində Naşılıq. 

 

HƏQİQƏT 

Nisbilik Yoluna düşən – Yoxluğa çatır. 

Mütləqlik Yoluna düşən – Varlığa çatır. 

 

DİALEKTİK CƏFƏNGİYYAT 

Əgər Halallıq nisbidirsə – 

Onun haramlıqdan elə bir Fərqi yoxdur;  

deməli, Halallıq – elə Haramlıqdır. 


 

275 


 

Əgər Mərifət nisbidirsə  

Onun Qəbahətdən elə bir Fərqi yoxdur;  

deməli, Mərifət – elə Qəbahətdir. 

 

Əgər Sədaqət nisbidirsə  



Onun Xəyanətdən elə bir Fərqi yoxdur;  

deməli, Sədaqət – elə Xəyanətdir. 

 

Əgər Müdriklik nisbidirsə  



Onun Naşılıqdan elə bir Fərqi yoxdur; 

deməli, Müdriklik – elə Naşılıqdır. 

 

Dialektika – Cəfəng Təlimidir – 



Cəfəng Təlimdir. 

 

HƏQİQƏT 

Naqislə Nisbi arasında bir qarış yol var. 

Nisbiylə Mütləq arasında bir dünya yol var. 

 

 

HƏQİQƏT 



Gerçəklikdə  hər  şey  nisbidir  –  deməli,  İnsan  gerçəkliyi 

ötməlidir. 



3 Qismət günü, İşıq Ayı, 13-cü il. Bakı. 

 

ADAMLIQ SƏVİYYƏSİ 

Adamlar  Heyvanların  başına  gətirdiklərini  biri-birilərinin 

başına gətirirlər. 

 

HƏQİQƏT 

Gerçəklik Ölçüsü – Həqiqətsizlik. 

 

4 Murad günü, İşıq Ayı, 13-cü il. Bakı. 



 

276 


HƏQİQƏT 

Körpə Həyatı sehr və sirr kimi qavrayır, bu səbəbdən də o, 

Həyatın Mənasını böyükdən yaxşı duyur. 

 

6 Arzu günü, İşıq Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM ULUYOLA 

Mütləqə İnam Yolu – Ulu Yoldur: – 

Zərdüştdən gələn, Babəkdən gələn, Dədə Qorquddan gələn, 

Hürufilərdən gələn, Füzulidən gələn, Muğamdan gələn, Sazdan 

gələn! 


İnsanlaşma Yolu – Ulu Yoldur: – 

Zərdüştdən gələn, Babəkdən gələn, Dədə Qorquddan gələn, 

Hürufilərdən gələn, Füzulidən gələn, Muğamdan gələn, Sazdan 

gələn! 


Ruhani Cəmiyyət Yolu – Ulu Yoldur: – 

Zərdüştdən gələn, Babəkdən gələn, Dədə Qorquddan gələn, 

Hürufilərdən gələn, Füzulidən gələn, Muğamdan gələn, Sazdan 

gələn! 


Müstəqil Vətən Yolu – Ulu Yoldur: – 

Zərdüştdən gələn, Babəkdən gələn, Dədə Qorquddan gələn, 

Hürufilərdən gələn, Füzulidən gələn, Muğamdan gələn, Sazdan 

gələn! 


Özümlü Şərq Yolu – Ulu Yoldur: – 

Zərdüştdən gələn, Babəkdən gələn, Dədə Qorquddan gələn, 

Hürufilərdən gələn, Füzulidən gələn, Muğamdan gələn, Sazdan 

gələn! 


 

Uluyol adını sənə halal eləyirəm! 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



 

14 Ümid günü, İşıq Ayı, 13-cü il. Bakı. 

 

(Qeyd: Həyatda adı Dadaş idi. Döndü). 



 

277 


“YAS GÜNÜ” MƏRASİMİ HAQINDA 

“Yas Günü” Fərəh çağırdı, Fərəhə çağırdı. 

Evladların  Sözü,  Əsilin  Təşkilatçılığı,  Ellinin  Evgüzarlığı 

Təqdir olunur. 

Özümlünün  Təmsil  etdiyi  Ailənin  Evlad  Ləyaqəti  Təqdir 

olunur. 

Qaranlıqlar Yarılsın! 

 

EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

 

2.  Müqəddəslik  üstə  köklənməli,  Müqəddəsliyə  çağrılmalı, 



Müqəddəslik çağırmalı! 

 

3. Amallaşma  –  İnsanlaşma – Xalqlaşma Birliyinə Yüksəl-



məli! 

 

4. Ataya Təzə Evlad Yetirmək! 



 

5. Dərgini Bənzərsizlik səviyyəsinə çatdırmaq, yaymaq! 

 

Nurlanın, Nurlandırın! 



 

15 Dözüm günü, İşıq Ayı, 13-cü il. Bakı. 

 

“ATALI YURD” DƏRGİSİNƏ XEYİR-DUA 

Gerçəkliyi ötün ki, gerçəkliyə gərək olasınız! 

Həyatı ötün ki, Amala gərək olasınız! 

Nisbini ötün ki, Mütləqə gərək olasınız! 

İnsanlaşın ki, Yurdlaşasınız! 

Bəşər Ruhsuzluq bəlasına düçar olub, –  

Ruhani İntibah gərək! 

Əzəli, Əbədi, Sonsuz, Kamil Varlığa yüksəlin! 

Ötəri, Keçici, Sonlu, Qeyri-Kamil Yoxluqdan qurtarın! 

 

Qaranlıqlar Yarılsın! 



 

21 İşıq Ayı, Ümid günü, 13-cü il. Bakı. 

 

278 


ATAYLA AZNEFTDƏ GÖRÜŞ 

Görüş Amal çağırdı, Amala çağırdı. 

 

ATAYLA NEFT DAŞLARINDA, 

CİLOV ADASINDA GÖRÜŞ 

I. Görüş Mütləqə yaxın səviyyədə keçdi. 

 

II. Əsilin yaradıcı Təşkilatçılıq Əməli təqdir olunur. 



 

“EVLAD GÜNÜ” MƏRASİMİ 

I. Mərasimin Yazısı övladım Uğura tapşırılsın. 

Yazı 27 İşıq Ayı Ataya təqdim edilsin. 

 

II. Mərasimin Məzmunu: 



Ata Sözü. 

Evladların Evladlar haqqında Sözü. 

Ruhani Sənədlərin oxunması. 

 

23 Mərhəm günü, İşıq Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Cəmiyyət  –  Ağalıq,  Nökərçilik,  Təbəqə,  İmtiyaz  əsasında 

qurulub. 

Cəmiyyət  –  Antiinsani  quruluşdur  əslində;  onu  Antiinsa-

nilik qurub. 

İnsanlaşma  –  Ağalığın,  Nökərçiliyin,  Təbəqələrin,  İmtiyaz-

ların ölümüdür. 

İnsanlaşmada – cəmiyyətçilik ölür. 

 

EVLADIM GÖYLÜYƏ 

Yurdumuz – Göyümüzdür – Müqəddəs Ucalığımız! 

Amalımız – Göyümüzdür – Müqəddəs Ucalığımız! 

Əməlimiz – Göyümüzdür – Müqəddəs Ucalığımız! 

Göy boyda Yük daşıyırıq, – Göy Yükü daşıyırıq – Fərəhli! 



 

279 


Mütləqə İnam Göylüyük! 

Özüylədöyüş Göylüyük! 

Ruhani Cəmiyyət Göylüyük! 

Müstəqil Vətən Göylüyük! 

Özümlü Şərq Göylüyük! 

Dünyanın Mənası var – Dünyadan artıq – 

Dünyanın Mənası – Göyümüzdür. 

Həyatın Mənası var – Həyatdan artıq – 

Həyatın Mənası – Göyümüzdür. 

İnsanın Mənası var – İnsandan artıq – 

İnsanın Mənası – Göyümüzdür. 

Göyümüz – Ruhani Gözümüzdür. 



Göylü adını sənə halal eləyirəm! 

 

Qaranlıqlar Yarılsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

25 Murad günü, İşıq Ayı, 13-cü il. Bakı. 



 

(Qeyd: Həyatda adı Xatirə idi. Ocaqdan çıxdı). 



 

 

FƏRQ 

Ağalıq – Maddiyyatçılığa əsaslanır; 

Atalıq – Ruhaniyyatçılığa. 

 

HƏQİQƏT 

Dövlət – İctimai Quruluşu qoruyur, İnsanı İctimai Quruluş-

dan qorumur.  

İctimai Quruluş – cəmiyyətin antiinsanilik səviyyəsini qoru-

yur; 


İnsanilik – cəmiyyət səviyyəsindən Yüksəkdir. 

 


 

280 


HƏQİQƏT 

Cəmiyyətlər  Ağalıq  ehtirasından  yarandılar,  Atalıq  qayğı-

sından yaranmadılar. 

26 İnam günü, İşıq Ayı, 13-cü il. Bakı. 

 

İNALA, RUHANƏYƏ, ELANAYA 

Böyüyün İnsan olun. 

İnamınız Tam, Bütöv, Doğru olsun. 

İdrakınız Tam, Bütöv, Doğru olsun. 

Mənəviyyatınız Tam, Bütöv, Doğru olsun. 

İradəniz Tam, Bütöv, Doğru olsun. 

Yurdçu olun, Mütləqçi olun, Müqəddəsçi olun! 

Ürəyinizdə Günəş olsun. 

 

İnal – Bacılarının Ruhani Qardaşı olsun! 



Bacılar – İnalın Ruhani Bacıları olsunlar! 

Yəni İnal Bacılarının Amaldaşı olsun! 

Yəni Bacılar İnalın Amaldaşı olsunlar! 

 

Əsilin balaları – Əsilliyin balaları. 



Yetkinin balaları – Yetkinliyin balaları. 

Əsil Böyümək. 

Yetkin Böyümək. 

Əsilliyə çatmaq. 

Yetkinliyə çatmaq. 

 

1 Şölə Ayı, Murad günü, 13-cü il. Bakı.  

 

 

HƏQİQƏT 



Özündəki Adama inanma. Özgəsindəki Adama inanma. 

 

7 Qismət günü, Şölə Ayı, 13-cü il. Bakı. 

 


 

281 


“RUHANİ QURUM GÜNÜ” MƏRASİMİ 

I. Mərasimin Yazısı Əsilə tapşırılır. 

 

II. Yazı Şölə Ayının 25-də Ataya təqdim olunur. 



 

Mərasimin məzmunu: 

Ata Sözü. 

Evlad Sözü. Əsil, Təmsilçilər, Evladlar. 

Ruhani Sənədlərin oxunuşu. 

 

14 Qismət günü, Şölə Ayı, 13-cü il. Bakı. 

 

BUZOVNADA ATAYLA GÖRÜŞ 

Görüş Amal çağırdı, Amala çağırdı. 

Sadiqimin Təşkilatçılığı Təqdir olunur. 

 

 

ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

I. Ailənin zəngin Ruhani Əməli Təqdir olunur. 



 

II.  Kapitalizm  –  Sosializm,  İslam  –  Marksizm  Birliyini 

Bilmək və camaata çatdırmaq. 

 

III.  Türkçülük  –  Şərqilik  –  Bəşərilik  Birliyini  Bilmək  və 

camaata çatdırmaq. 

 

IV.  Gerçəkliyi  ötmək  Məqsədinin  ÖzüyləDöyüş  Əməliylə 



birliyinə nail olmaq! 

 

Nurlanın, Nurlandırın! 



 

15 Murad günü, Şölə Ayı, 13-cü il. Bakı. 

 

 



 

282 


“EVLAD GÜNÜ” MƏRASİMİ 

Mərasim  Mütləqə  yaxın  səviyyədə  keçdi,  Müqəddəsliyə 

yaradı; Əsilin Təşkilatçılığı, Ellinin Evgüzarlığı Təqdir olunur. 

Mərasimə gəlməyənlər Ata qarşısında cavab verməlidirlər. 

 

17 Arzu günü, Şölə Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM SOYLUNUN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

I. Hesabat Təqdir olunur. 

 

II. Müqəddəslik kökü üstündə köklənməli. 



III.  Xalqlaşma  –  Evladlaşma  –  Kamilləşmə  Birliyinə 

çatmalı. 



 

EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

I. Hesabat Təqdir olunur. 

 

II. İnsanlaşma – Amallaşma – Evladlaşma birliyinə çatmaq. 



 

III. Xalqlaşma Yüksəkliyinə çatmaq. 

 

25 Ümid günü, Şölə Ayı, 13-cü il. Bakı. 

 

 



EVLADIM ELANAYA 

Elimizə Analar gərək – Amallı, Sabahlı. 

Mütləqə İnam böyütsün Analar Balalarda. 

İnsanlaşma böyütsün Analar Balalarda. 

Müstəqil Vətən böyütsün Analar Balalarda. 

Ruhani Cəmiyyət böyütsün Analar Balalarda. 

Özümlü Şərq böyütsün Analar Balalarda. 

 


 

283 


Analıq Müqəddəsliyinə çatsınlar Analar. 

Beşik başında Amal oxunsun, Sabah oxunsun. 



Elana adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Qaranlıqlar Yarılsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

6 Murad günü, Od Ayı, 13-cü il. Bakı. 

 

(Qeyd: Əsilin – Elxanın, Yetkinin – Sevincin 8 yaşlı qızı...). 



 

EVLADIM SOYLUNUN TƏMSİL ETDİYİ  

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

I. Hesabat Təqdir olunur. 

 

II. Amallaşma – Evladlaşma – Xalqlaşma birliyinə çatmaq. 



 

III. Müqəddəslik Halı Mütləqləşsin! 

 

8 Arzu günü, Od Ayı, 13-cü il. Bakı. 

 

 



“RUHANİ QURUM” MƏRASİMİ HAQQINDA 

I. Mərasim Mütləqə yaxın bir səviyyədə keçdi. 

 

II. Əsilin Yazısı, Təşkilatçılığı Təqdir olunur. 



 

III. 


Mərasimə 

gəlməyənlər 

Ata  qarşısında  cavab 

verməlidirlər. 

 

9 Ümid günü, Od Ayı, 13-cü il. Bakı. 

 


 

284 


EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

I. Hesabat Təqdir olunur. 

 

II.  Konkret  Əməl  İdeyasını  Ruhani  Səviyyədə  bilmək, 



bildirmək. 

 

III. Rəğbətçilər Dairəsini genişləndirmək. 



 

Nurlanın, Nurlandırın! 

 

15 Arzu günü, Od Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM DOĞMANIN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

I. Hesabat Təqdir olunur. 

 

II.  Amallaşma  –  İnsanlaşma  –  Xalqlaşma  səviyyəsinə 



çatmaq. 

Qaranlıqlar Yarılsın. 

 

21 İnam günü, Od Ayı, 13-cü il. Bakı. 

 

 



“ATA GÜNÜ” MƏRASİMİ HAQQINDA 

I. Mərasim Mütləq səviyyədə keçməlidir. 

 

II. Mərasimin Yazısı Safruha, Əsilə, Elliyə tapşırılır. 



 

III. Yazının ilk çeşidi Qürub Ayının 25-də Ataya çatdırılır. 

 

IV. Mütləq İntizam səviyyəsi yaranmalıdır – İntizamı pozan 



Ocaqdan çıxarılır. 

Qaranlıqlar Yarılsın! 



 

285 


HƏQİQƏT 

Təzə – Köhnənin əvvəli. 

Köhnə – Təzənin sonu. 

Əbədi – Təzədən Üstün, Köhnədən Üstün. 

 

Təzə Var olmur – çünki Köhnəlir. 



Köhnə Var olmur – çünki Ölür. 

Əbədi Var olur – çünki Köhnəlmir, Ölmür. 

 

25 Mərhəm günü, Od Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Allah – gerçəklik səviyyəsində  Mütləqdir,  yəni  Mahiyyətcə 

– AntiMütləqdir. 

 

Din  –  gerçəklik  səviyyəsində  Mütləqilikdir,  yəni  Mahiy-



yətcə AntiMütləqilikdir. 

 

28 İnam günü, Od Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM SOYLUNUN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

I. Hesabat Təqdir olunur. 

 

II.  Özüylədöyüş  Mütləq  Özünütanıma,  Özündənayrılma, 



Özünəçatma səviyyəsinə Yönəlməlidir. 

 

III. İntizam Mütləqiliyinə nail olmalı! 



 

Qaranlıqlar Yarılsın! 

 

HƏQİQƏT 

İnsandan kənarda Dünya var; 

İnsanilikdən kənarda Dünya yoxdur. 


 

286 


HƏQİQƏT 

Dünyanın Mənası – İnsanilik. 



 

HƏQİQƏT 

İnsan həm Dünyanın çiyninə düşən ən ağır Yükdür, həm də 

çiynində Dünyanın ən ağır Yükünü – Mənasını daşıyandır... 

 

İNSANIN MAHİYYƏTİ 

İnam,  İdrak,  Mənəviyyat,  İradə,  Vicdan,  Ədalət,  Həqiqət, 

Sığmazlıq, Mütləqilik. 



 

 

ÖZÜYLƏDÖYÜŞ İZHARI 

Nə  qədər  ağıllı  olsam  da  –  Ocağa  qədər  ağılsızdım  –  indi 

ağıllıyammı? 

Nə qədər təmiz olsam da – Ocağa qədər pozğun idim – indi 

təmizəmmi? 

 

Nə qədər qüvvətli olsam da – Ocağa qədər zəif idim – indi 



qüvvətliyəmmi? 

 

 



VARLIQ – YOXLUQ 

Mütləq – Nisbinin Yoxluğu. 

Nisbi – Mütləqin Yoxluğu. 

 

HƏQİQƏT 

Xalq – Mütləq Fərdiyyət. 

Fərdiyyət – Mütləq Xalq. 

 

31 Dözüm günü, Od Ayı, 13-cü il. Bakı. 

 

 



 

287 


SSRİ ALİ TƏHSİL NAZİRLİYİ ALİ ATTESTAT 

KOMİSSİYASININ SƏDRİNƏ 

 

Əfəndiyev Asif Qasım oğlu tərəfindən 

 

Ərizə 

Sizin  idarəniz  tərəfindən  mənə  verilən  dövlət  filosofluğu 

diplomları  mənəviyyatsız  siyasətbazlar,  mənsəbpərəstlər,  əz-

bərçilər  ordusu  yaratdı;  indi  o,  qətiyyətlə  kapitalist  kommu-

nistlərə, dindar ateistlərə çevrilməkdədir. 

Vəsiqələrinizi  qaytarmaqla  mən  öz  insani  ləyaqətimin 

qeydinə qalıram. 

 

HƏQİQƏT 

Azadlıq  –  İnsanilik:  Mütləq  İnam,  Mütləq  İdrak,  Mütləq 

Mənəviyyat, Mütləq İradə, Mütləq Ədalət, Mütləq Həqiqət. 

 

 



HƏQİQƏT 

İnsanilik  –  Fərddə  ifadə  olunur,  Xalqda  ifadə  olunur  – 

Cəmiyyətdə rədd olunur. 

HƏQİQƏT 

Vətəndaş  –  cəmiyyətdaş  deyil,  çünki  Vətən  –  cəmiyyət 

deyil. 

 

ÖLÜM – CƏMİYYƏT 



Ölüm – Fərdə qarşıdır: Onu öldürür. 

Cəmiyyət – Fərdə qarşıdır: Onu ictimailəşdirir. 



Cəmiyyət Adamı  əslində ölmüş adamdır. 

 

HƏQİQƏT 

Cismani  Ailə  –  Ağalığı  aradan  qaldırmadı,  Xanımlığı  ara-

dan qaldırmadı; Yadlığı, Yırtıcılığı, Şəhvəti aradan qaldırmadı 

– bu səbəbdən də İnsaniliyə yaramadı. 


 

288 


HƏQİQƏT 

Gerçəklik Uçurumdur – 

Əgər Sənlə Gerçəklik arasında Uçurum yoxsa – 

Uçurumdasan. 

 

Gerçək İnam – Uçurumdur – 



Əgər Sənlə Gerçək İnam arasında Uçurum yoxsa – 

Uçurumdasan. 

 

Gerçək İdrak – Uçurumdur – 



Əgər Sənlə Gerçək İdrak arasında Uçurum yoxsa – 

Uçurumdasan. 

 

Gerçək Mənəviyyat – Uçurumdur – 



Əgər Sənlə Gerçək Mənəviyyat arasında Uçurum yoxsa – 

Uçurumdasan. 

 

Gerçək İradə – Uçurumdur – 



Əgər Sənlə Gerçək İradə arasında Uçurum yoxsa – 

Uçurumdasan. 

 

FƏRQ 

Həyat Yolu – Ölüm. 

Ruhaniyyat Yolu – Mütləq. 

 

HƏQİQƏT 

Dünyaya Ümidim yoxdur – 

Dünyanın Mənasına Ümidim var. 

 

Həyata Ümidim yoxdur – 



Həyatın Mənasına Ümidim var. 

 

İnsana Ümidim yoxdur – 



Adamın Mənasına – İnsana Ümidim var. 

 

 

289 


MÜTLƏQ İSTƏK 

Allahdan istədiyini özündən istə. 

 

HƏQİQƏT 

Xəlqi Şüur – Fərdi Şüur. 

İctimai Şüur – Antixəlqi Şüur. 

Ruhani Şüur – Fərdi Şüur, Xəlqi Şüur. 

 

HƏQİQƏT 

Həyat – Ömrün Bayırı. 

Ruh – Ömrün İçi. 



1 Mərhəm günü, Qürub Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Nisbi Məna olmur. 



Gerçəklikdə hər şey nisbidir. 

Deməli, Məna Gerçəkliyi Mütləq ötməlidir. 



 

 

HƏQİQƏT 

Nisbi Ruhaniyyat olmur. 

Gerçəklikdə hər şey nisbidir. 

Deməli, gerçəklikdə Ruhaniyyat olmur. 



Deməli, Ruhaniyyat  Gerçəkliyi Mütləq ötməlidir. 

 

2 Qismət günü, Qürub Ayı, 13-cü il. Bakı. 



 

 

HƏQİQƏT 

Mütləq İnam – Antiictimai İnam. 

Mütləq İdrak – Antiictimai İdrak. 

Mütləq Mənəviyyat – Antiictimai Mənəviyyat. 

Mütləq İradə – Antiictimai İradə. 

 


 

290 


HƏQİQƏT 

İnsan  –  ictimai  münasibətlərin  inkarıdır,  bu  səbəbdən  də 

ictimai münasibətlər İnsana qarşıdır. 

 

HƏQİQƏT 

İctimai İdrak: keçici, nisbi, qeyri-kamil. 

Ruhani İdrak: əbədi, Mütləq, kamil. 



 

 

HƏQİQƏT 

İnsan – Mütləq Fərdiyyətdir: Bənzərsiz, Əvəzsiz, Müstəqil. 

Cəmiyyət  Fərdiyyətə  qarşıdır  –  bu  səbəbdən  də  İnsana 

qarşıdır. 

İnsani cəmiyyət yoxdur: çünki Fərdiyyətçi cəmiyyət yoxdur. 

 

HƏQİQƏT 

Gerçəkliyi sevmək – Nikbinlik deyil; 

Gerçəklikdə hər şey Nisbidir, Keçicidir, Qeyri-Kamildir: 

Gerçəkliyi  sevən  üçün  Mütləq  yoxdur  əslində  –  Əbədi 

yoxdur, Kamil yoxdur. 



Gerçəkliyi sevən – Mahiyyətcə Bədbindir. 

 

HƏQİQƏT 

Cəmiyyət – Gerçəkliyi qoruyur – əslində Yoxluğu qoruyur. 

 

3 Murad günü, Qürub Ayı, 13-cü il. Bakı. 

 

 

HƏQİQƏT 



Ekzistensialistlərlərin 20-ci əsrdə gördüklərini Sufilər 10-cu 

əsrdə görmüşlər. 

Şərq Qərbi 10 əsr qabaqlayıb. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin