EVLADLARIM UĞURA – ZAHİDƏYƏ XEYİR-DUA
Ruhani Yadlığa qarşı – Ruhani Doğmalıq Qalası tikin.
Cəmiyyətçiliyə qarşı – İnsançılıq Qalası tikin.
Dinçiliyə qarşı – İnamçılıq Qalası tikin.
Özgəçiliyə qarşı – Özümçülük Qalası tikin.
Pulçuluğa qarşı – Yurdçuluq Qalası tikin.
Ruhani Doğmalar Yetirin.
İnsançılar Yetirin.
İnamçılar Yetirin.
Özümçülər Yetirin.
İkiliyi Ömrünüzdən silin.
Ağalığa havalanmayın.
399
Xanımlığa havalanmayın.
Atalığa Qalanın.
Analığa Qalanın.
Ləyaqətə Qalanın.
Məna İşığına qovuşsun ömrünüz.
30 Qismət günü, Od Ayı, 15-ci il. Bakı.
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur!
2. Ailə – Xalqlaşma Birliyinə çatın.
3. Özüylədöyüşün Kamillik səviyyəsinə çatın.
Qaranlıqlar Yarılsın!
2 Arzu günü, Qürub Ayı, 15-ci il. Bakı.
EVLADIM UCARUHA
Ruhumuz Ucadır.
Zərdüşt Ruhluyuq.
Babək Ruhluyuq.
Dədə Qorqud Ruhluyuq.
Hürufi Ruhluyuq.
Füzuli Ruhluyuq.
Muğam Ruhluyuq.
Saz Ruhluyuq.
Ruh Həyatdan Ucadır.
400
Ruhsuzdurlar, Qanadsızdırlar Bugünkülər, çünki İnamsız-
dırlar.
Ocaqçılıq – Ucaruhluqdur.
Ucaruh adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
3 Ümid günü, Qürub Ayı, 15-ci il. Bakı.
(Qeyd: Yaşamda adı Sevinc Əli qızı idi. Ocaqdan çıxdı).
“ATA GÜNÜ” MƏRASİMİ
1. Mərasim Mütləq Səcdə, Mütləq Doğmalıq, Mütləq
İntizam səviyyəsində keçməli.
2. Mərasimin Məzmunu:
Evlad Qəbulu.
Atayla Ruhani Qovuşma – Evlad İzharı.
Ata Kəlamı.
Atanın Müqəddəslik İzharı.
3. Gedişatı Safruh yazır.
4. Yazı 15 Ata Ayında Ataya təqdim edilir.
Qaranlıqlar Yarılsın!
10 Qismət günü, Qürub Ayı, 15-ci il. Bakı.
401
EVLADIM ULURUHA
Ruhumuz Uludur.
Mütləqə İnanırıq.
İnsanlaşırıq, İnsanlaşdırırıq.
Vicdançıyıq, Təmənnasızıq, Fədakarıq.
Zamandan Üstünük, Şəraitdən Üstünük, Mühitdən Üstünük.
Din – İnamla əvəz olunmalı.
Cəmiyyət – Xalq Birliyiylə əvəz olunmalı.
Adam – İnsanla əvəz olunmalı.
Maddiyyatçılıq – Ruhaniyyatçılıqla əvəz olunmalı.
Uluruh adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
16 Mərhəm günü, Ata Ayı, 15-ci il. Bakı.
(Qeyd: Yaşamda adı Əzizbala idi. Ocaqdan çıxdı).
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur!
2. Son siyasət məğlubiyyətinin əsaslarını camaata anlatmalı.
İnsansızlıq məğlubiyyəti.
İnamsızlıq məğlubiyyəti.
İdraksızlıq məğlubiyyəti.
Mənəviyyatsızlıq məğlubiyyəti.
İradəsizlik məğlubiyyəti.
Zahirilik məğlubiyyəti.
Qərbçilik məğlubiyyəti.
3. Ocağa Evlad yetirməli.
Qaranlıqlar Yarılsın!
18 Murad günü, Ata Ayı, 15-ci il. Bakı.
402
EVLADIM YOLNURUN TƏMSİL ETDİYİ
ŞƏMKİR ATA AİLƏSİNİN
HESABATLARI HAQQINDA
1. Hesabatlar Təqdir olunur. Ailə Yetkinliyinə doğru
irəliləyir.
2. Azərbaycanda son siyasət məğlubiyyətinin İnsansızlıq
məğlubiyyəti olduğunu bilməli və camaata bildirməli.
3. Onun İnamsızlıq məğlubiyyəti olduğunu bilməli və
camaata bildirməli.
4. Onun İdraksızlıq məğlubiyyəti olduğunu bilməli və
camaata bildirməli.
5. Onun İradəsizlik məğlubiyyəti olduğunu bilməli və
camaata bildirməli.
6. İndiki hakimlərin Qəyyumçu, Ağaçı olmalarını bilməli və
camaata bildirməli.
7. Ocağa Evlad yetirməli.
Qaranlıqlar Yarılsın!
25 Ata Ayı, Murad günü, 15-ci il. Bakı.
EVLADIM ÖTGÜNƏ
Zamanı ötməsən – Həqiqətə çatmazsan.
Adamı ötməsən – İnsana çatmazsan.
Siyasəti ötməsən – Ruhaniyyata çatmazsan.
Ötərini ötməsən – Əzəliyə çatmazsan.
Keçicini ötməsən – Əbədiyə çatmazsan.
403
Sonlunu ötməsən – Sonsuza çatmazsan.
Qeyri-Kamili ötməsən – Kamilə çatmazsan.
Bugünü ötməsən – Sabaha çatmazsan.
Ötgünlük gərək Ocaqçıya – Zamandan Üstün, Adamdan Üs-
tün, Siyasətdən Üstün, Ötəridən Üstün, Keçicidən Üstün, Son-
ludan Üstün, Qeyri-Kamildən Üstün, Bugündən Üstün.
Ötgün adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
1 Qismət günü, Xəzan Ayı, 15-ci il. Bakı.
(Qeyd: Yaşamda adı Müşfiq idi. Ocaqsızlaşdı).
EVLADIM YOLRUHA
Amalımız – Ruh Yoludur; -
İnam Yoludur,
İdrak Yoludur,
Mənəviyyat Yoludur,
İradə Yoludur;
İnsanlaşma Yoludur;
Ruhani Cəmiyyət,
Müstəqil Vətən,
Özümlü Şərq Yoludur.
Ruhsuzluğa qarşıyıq – İnamsızlığa, İdraksızlığa, Mənəviy-
yatsızlığa, İradəsizliyə qarşıyıq – Yolsuzluğa qarşıyıq.
Din əvəzinə İnam, Adamlıq əvəzinə İnsanlıq, Cəmiyyət əvə-
zinə Birlik, Özgəçilik əvəzinə Özümçülük bərqərar olunmalıdır
– Yurdumuzda, Şərqimizdə, Dünyamızda.
Yolruh adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
21 İnam günü, Yağış Ayı, 15-ci il. Bakı.
404
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur!
2. Müqəddəs Kitabların İzharlaşması Əməlinə keçməli.
3. Özüylədöyüşün – özünüdəyişmə səviyyəsini Yüksəltməli.
4. Xalqlaşmanı genişləndirməli...
Qaranlıqlar Yarılsın!
26 Qismət günü, Yağış Ayı, 15-ci il. Bakı.
EVLADIM DOĞMANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Qəbul olunur!
2. Ailə aşağıdakı İdeyaların Özümləşməsiylə məşğul
olmalıdır:
Mütləqə İnam.
İnsanlaşma.
Ruhani Cəmiyyət.
Müstəqil Vətən.
Özümlü Şərq.
Din əvəzinə İnam.
Adamlıq əvəzinə İnsanlıq.
Cəmiyyət əvəzinə Birlik.
Maddiyyatçılıq əvəzinə Ruhaniyyatçılıq.
3. Bədiyyat İdeyalarla bağlı İzharlar biçimində yazılmalıdır.
Ədəbiyyat dərnəyi səviyyəsinə enməmək.
405
4. Kal, Ruhsuz giley-güzarlara, hərcayi ittihamlara, şikayət-
lərə yol verməməli; Ocaq məbədliyini, müqəddəsliyini iclas
bəsitliyindən, bayağılığından qorumalı.
5. Mütləq Səcdə, Mütləq İntizam, Mütləq Doğmalıq Birli-
yinə Yetməli.
Qaranlıqlar Yarılsın!
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur!
2. Ailədə Amallaşma Əməli aşağıdakı İdeyaların Özümləş-
məsi Biçimində gerçəkləşsin:
Din əvəzinə İnam.
Adamlıq əvəzinə İnsanlıq.
Cəmiyyət əvəzinə Birlik.
Maddiyyatçılıq əvəzinə Ruhaniyyatçılıq.
3. Ailədə
İnsanlaşma İdeyası aşağıdakı İdeyaların
özgələşməsi Biçimində gerçəkləşsin:
Ocağa qədərki “Mən”.
Ocaqdakı “Mən”. Fərq. Nəticə.
4. Ailədə Xalqlaşma Ailənin Ailədən kənara çıxması,
camaatla Ailənin Ruhani Təması Biçimində gerçəkləşsin.
27 Murad günü, Yağış Ayı, 15-ci il. Bakı.
406
SADİQƏ
Təcili olaraq Kitabı Elucaya ver.
Sən Ziyankarlıq eləyirsən.
20 səhv yox, 100 səhv də olsa, – Kitabın çıxması –çıxma-
masından yaxşıdır.
Sabah Kitab Nəşriyyatda olmalıdır.
Belə getsə, səni Kitab işindən ayıracam.
Qaş qayırdığın yerdə göz çıxarırsan.
6 Sərt Ay, Arzu günü, 15-ci il. Bakı.
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Dəyişkənliyə qarşı Sabitlik, Ziddiyyətə qarşı Bütövlük,
Zahiriyə qarşı Daxili – Tələbinə Yüksəlməli.
3. Ocaq Nikbinliyini öyrənmək və öyrətmək.
Qaranlıqlar Yarılsın!
“SƏFƏR” MƏRASİMİ HAQQINDA
1. Mərasim Mütləq Səcdə, Mütləq Doğmalıq, Mütləq
İntizam halında keçməlidir.
2. Mərasimin Gedişatını Evladım Eluca yazır.
3. Gedişat Sərt Ayın 17-də Ataya Təqdim olunur.
Mərasimin Məzmunu:
1. Evlad İzharları.
2. Evlad Qəbulu.
3. Ata Kəlamı.
4. Ruhani Sənədlərin oxunuşu.
10 Qismət günü, Sərt Ay, 15-ci il. Bakı.
407
EVLADIM GÖYTƏKİNƏ
Ocaq adlı Göyümüz var.
Amal adlı Göyümüz var.
İnam adlı Göyümüz var.
Ocaq – Yerin Göyüdür.
Amal – Yerin Göyüdür.
İnam – Yerin Göyüdür.
Mütləqə İnam Göylüyümüz var.
İnsanlaşma Göylüyümüz var.
Ruhani Cəmiyyət Göylüyümüz var.
Müstəqil Vətən Göylüyümüz var.
Özümlü Şərq Göylüyümüz var.
Göy təkinik.
Göytəkin adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
12 İnam günü, Sərt Ay, 15-ci il. Bakı.
(Qeyd: Yaşamda adı Könül idi. Ocaqsızlaşdı).
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Mütləq İntizama çatmalı.
3. “Ruh üstə” Kəlamını öyrənməli.
4. Ata Xeyir-Dualarını öyrənməli.
Qaranlıqlar Yarılsın!
30 Mərhəm günü, Sərt Ay, 15-ci il. Bakı.
408
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Amalın Mütləq Anlaq səviyyəsinə Yetməli.
3. Ocağa Evlad Yetirməli.
Qaranlıqlar Yarılsın!
15 Murad günü, Qar Ayı, 15-ci il. Bakı.
AİLƏ MƏRASİMİ HAQQINDA
1.
Mərasimin
Məzmunu:
Ailə
Təmsilçilərinin
və
Evladlarının İzharı:
Ailənin Amallaşma səviyyəsi.
İnsanlaşma səviyyəsi.
Xalqlaşma səviyyəsi.
Ata Kəlamı.
2. Mərasim Gedişatının Yazısı Sadiqə tapşırılsın.
3. Yazı Qar Ayının 28-də Ataya Təqdim edilsin.
22 Murad günü, Qar Ayı, 15-ci il. Bakı.
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Ata Xeyir-Duaları İşığında Ailəni Təkmilləşdirmək.
409
3. Ocağa Evlad Yetirməli.
Qaranlıqlar Yarılsın!
30 İnam günü, Qar Ayı, 15-ci il. Bakı.
EVLADIM RUHDAŞIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Ailə Mərasimindəki Ata Kəlamı öyrənilsin.
3. Ocağa Evlad Yetirilsin.
EVLADIM GÜNEVİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Ailə Mərasimindəki Ata Kəlamı öyrənilsin.
3. Ocağa Evlad Yetirilsin.
7 Arzu günü, Köçəri Ay, 15-ci il. Bakı.
EVLADIM ELLİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Mərasimdəki Ata Kəlamı öyrənilir.
3. Ocağa Evlad Yetirməli.
Qaranlıqlar Yarılsın!
10 Mərhəm günü, Köçəri Ay, 15-ci il. Bakı.
410
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Mərasimdəki Ata Kəlamını öyrənməli.
3. Ocağa Evlad Yetirməli.
Qaranlıqlar Yarılsın!
12 Murad günü, Köçəri Ay, 15-ci il. Bakı.
“YENİ İL” MƏRASİMİ
1. Mərasimin Məzmunu:
Ata Kəlamı.
Evladların Özünüxasiyyətnamələri.
Ruhani Sənədlər.
2. Mərasimin Gedişatını Birüz yazır.
3. Gedişat Yazısı Köçəri Ayın 23-də Ataya Təqdim olunur.
Qaranlıqlar Yarılsın!
18 Köçəri Ay, 15-ci il. Bakı.
EVLADIM DOĞMANIN TƏMSİL ETDİYİ
“QANAD” ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Atanın son Mərasimdəki Kəlamını öyrənməli.
411
3. Ocağımıza Evlad yetirməli.
Qaranlıqlar Yarılsın!
23 Qismət günü, Köçəri Ay, 15-ci il. Bakı.
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. “Özündən Yüksək”, “Mahiyyət” kitablarını öyrənmək.
3. Ocağa Evlad Yetirmək.
Qaranlıqlar Yarılsın!
25 Qismət günü, Köçəri Ay, 15-ci il. Bakı.
EVLADIM UCATAYA
İnam adlı Ucalığa çatmaq gərək.
İdrak adlı Ucalığa çatmaq gərək.
Mənəviyyat adlı Ucalığa çatmaq gərək.
İradə adlı Ucalığa çatmaq gərək.
İnsan adlı Ucalığa çatmaq gərək.
Ruhçuluq adlı Ucalığa çatmaq gərək.
Yurdçuluq adlı Ucalığa çatmaq gərək.
Ucatay adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
26 Murad günü, Köçəri Ay, 15-ci il. Bakı.
(Qeyd: Yaşamda adı Xəzəngül idi. Ocaqsızlaşdı).
412
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Ata Xeyir-Duaları öyrənilsin.
3. Ata Hökmlərinə tam əməl olunsun.
4. Ailəyə Evlad Yetirilsin.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur.
26 Murad günü, Günəşi Ayı, 15-ci il. Bakı.
EVLADIM ELLİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2.
Amallaşmanın
İdeyalarını
Mütləq
səviyyədə
özümləşdirmə-li.
3. Özüylədöyüşün Özünü tanıma – Özünü təmizləmə –
Özümlüyə çatma mərhələlərini Dərinləşdirmək.
4. Ocağa Evlad Yetirmək.
Qaranlıqlar Yarılsın!
28 Arzu günü, Günəş Ayı, 15-ci il. Bakı.
413
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Ailə Əməli əsasında Kitab hazırlamağa başlayın.
3. Ailə Yazılarından Seçmələri mətbuata Təqdim edin.
4. Özüylə Döyüşü Dərinləşdirin, Kamilliyə çatmağa çalışın.
5. Ocağa Evlad Yetirin.
Qaranlıqlar Yarılsın!
28 Arzu günü, Günəş Ayı, 15-ci il. Bakı.
EVLADIM ELLİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Amallaşma – İnsanlaşma – Xalqlaşma Birliyinə çatmaq!
3. Ocağa Evlad Yetirmək!
Qaranlıqlar Yarılsın!
OCAQÇI HALI
I
İnamı Həyatdan Üstün tutmaq.
Həyatdan keçmək – İnamdan keçməmək.
İnam Müqəddəsliyində yaşamaq.
414
2
Ocağı Şəxsi Həyatdan Üstün tutmaq.
Şəxsi Həyatdan keçmək – Ocaqdan keçməmək.
Ocaq Mütləqiliyində yaşamaq.
3
Dünyaya Uyğunlaşmamaq – Dünyanın Mənasına Uyğun
yaşamaq.
4
Zamanın arxasınca getməmək – Zamanı arxada qoymaq.
Mühitin arxasınca getməmək – Mühiti arxada qoymaq.
Şəraitin arxasınca getməmək – Şəraiti arxada qoymaq.
5
İnsançı olmaq – Cəmiyyətçi olmamaq.
6
Dəyişkən dünyada – Dəyişməz əqidə daşımaq.
7
Qaranlığı Yarmaq – Həmişə və Hər Yerdə.
8
Ömrü Ruhani İntizam Üstə qurmaq.
9
Yurdçu olmaq – Bugünçü olmamaq.
10
Çətin yaşamaq –
Fərəhli Müqəddəsçilik Mütləqiliyində yaşamaq.
26 Ümid günü, Çiçək Ayı, 16-cı il. Bakı.
415
EVLAD MƏRASİMİ
1. Mərasimin Məzmunu:
Evladlıq haqqında Ata Kəlamı.
Evladlar haqqında Ata Fikri.
Ruhani Sənədlər.
2. Mərasimin Gedişatını Eluca yazır.
3. Gedişat İşıq Ayının 25-də Ataya Təqdim olunur.
21 Murad günü, İşıq Ayı, 16-cı il. Bakı.
EVLADIM ULUYOLA
İnam Yolu – Ulu Yoldur, Ulular Yoludur.
İdrak Yolu – Ulu Yoldur, Ulular Yoludur.
Mənəviyyat Yolu – Ulu Yoldur, Ulular Yoludur.
İradə Yolu – Ulu Yoldur, Ulular Yoludur.
İnsanlaşma Yolu – Ulu Yoldur, Ulular Yoludur.
Ruhani Cəmiyyət Yolu – Ulu Yoldur, Ulular Yoludur.
Özümləşən Şərq Yolu – Ulu Yoldur, Ulular Yoludur.
Müstəqil Vətən Yolu – Ulu Yoldur, Ulular Yoludur.
Uluyol adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
25 Dözüm günü, İşıq Ayı, 16-cı il. Bakı.
(Qeyd: Yaşamda adı Elşən Əlibala oğlu idi. Elə bir
Ocaqçılığı olmayıb, dönüb).
416
EVLADLAR
Safruh
İnamında, İnsançılığında – Bütöv;
Yurdçuluğunda, Türkçülüyündə, Həqiqətçiliyində – Qəti.
Hal sabitliyində – Natam.
Özüylədöyüşdə Hal sabitliyinə Sahib olsun.
Sadiq
İnamında – Möhkəm, Əməlində – Dəqiq;
Həyat – İradəsinə güc gəlir.
Özüylədöyüşdə Zəifliyini aradan qaldırsın.
Halal
Halallığında, İnamçılığında – Qəti, Bütöv.
İntizamında – Möhkəm.
İstəyi Əməlindən Üstün.
Özüylədöyüşdə Əməlini İstək səviyyəsinə Yüksəltsin.
Haqlı
İnamı – Yetkin. Halı natam. Əməli nisbi.
Özüylədöyüşdə Bütövlüyə Yetsin.
Qədim
Etiqadlı, İntizamlı.
İnamı Mütləq. Halı Nisbi.
Özüylədöyüşdə Halını Yetirsin.
417
Qalib
İnamında, İradəsində – Bütöv.
Əməlində Sabit.
Fərəhində – Pərakəndə.
Özüylədöyüşdə Fərəhə çatsın.
Düzgün
İnama çatan. Əmələ yetən.
Fəal, Ehtiraslı Ruhçu.
Halına sahib olmayan.
Özüylədöyüşdə Hal Yetkinliyinə çatsın.
Dostları ilə paylaş: |