SABAHLI ƏMƏL
I. Övladım Safruhumun cafakeşliyi nəticəsində Ata Hökmü
yerinə yetirildi: “Məbəd” kitabı, “Müqəddəs Təlim” məcmuəsi,
“Ocaq Tarixi” hazırlandı.
Bu, Amalımızın Yolunda yeni Mərhələ deməkdir.
II. Safruhun Fədakar Əməyi Təqdir olunur.
III. Kitablar artırılmalı və Xalqa çatdırılmalıdır.
187
IV. Övladlığa qəbul olunanlar Kitabları öyrənir, Övladlar
Kitablara sahib olurlar.
V. “Məbəd” Ləyaqət səviyyəsində satılır, Ocaq maddiyya-
tına yarayır, xalqın Amallaşmasına gərək olur.
Qaranlıqlar Yarılsın!
16 Arzu günü, Xəzan Ayı, 11-ci il. Bakı.
SAFRUHUN ORTA ASİYA SƏFƏRİ
Orta Asiyanın qapısı Amalımızın üzünə açıldı, indi Evə
daxil olmaq, onu İşıqlandırmaq lazımdır.
AKTYOR EVİNDƏ ATAYLA GÖRÜŞ
I. Görüş camaatı Amala yönəltmə Yolunda ciddi addım
oldu.
II. Övladım Əsilin Yaradıcı, İnadkar, Fədakar Təşkilat-
çılığını xüsusi qeyd etmək gərək.
25 Dözüm günü, Xəzan Ayı, 11-ci il. Bakı.
MÜQƏDDƏS MƏTBUAT
I. Məbəd, Müqəddəs Təlim və Ocaq Tarixinin hazırlan-
masıyla Amal Mətbuatı yarandı.
II. Safruhun Zəngin, Səriştəli, Uğurlu Əməli xüsusi Təqdir
olunur.
III. Müqəddəs Mətbuatı ardıcıl şəkildə xalqa çatdırmalı.
188
XƏTT
Minimal İmkandan maksimal istifadə.
27 Qismət günü, Xəzan Ayı, 11-ci il. Bakı.
BAKIDAKI ATA AİLƏSİNİN TƏMSİLÇİSİ
SAFRUHUN HESABATI HAQQINDA
Ailə Müqəddəslik üstə köklənib – Müqəddəslik çalmalıdır!
TELETEATRDA ATAYLA GÖRÜŞ
Görüş Amalın xalqlaşmasına yaradı...
Əsilin yaradıcı, inadkar, fədakar Təşkilatçılığı xüsusi qeyd
olunmalıdır.
NEFT və KİMYA İNSTİTUTUNDA
ATAYLA GÖRÜŞ
Amalla camaatın doğmalaşması yolunda irəliləyiş oldu
Mərasim.
Əsilin yaradıcı, inadkar, fədakar Təşkilatçılığı xüsusi qeyd
olunmalıdır.
28 Ümid günü, Yağış Ayı, 11-ci il. Bakı.
POLİTEXNİK İNSTİTUTUNDA ATAYLA GÖRÜŞ
Mərasimdə Amal bildirildi, əmələ çağırıldı.
Əsilin Təşkilatçılığı yüksək səviyyədəydi.
29 Dözüm günü, Yağış Ayı, 11-ci il. Bakı.
189
11-ci İL “SƏFƏR GÜNÜ” MƏRASİMİ
1. Mərasim Mütləq Səcdə üstündə köklənir və 4 hissədən
ibarət olur:
I. Ata Kəlamı.
II. Övladlaşma.
III. Safruhun Səfər Təcrübəsi.
IV. Övladların Səfər, yaxud Səfərsizlik haqqında sözləri.
2. Mərasimin gedişatını Halal yazır və Sərt Ayının 15-də
Ataya təqdim edir.
3. Mərasim Əsilin Evində keçirilir – 2 saat müddətində.
4 Arzu günü, Sərt Ay, 11-ci il. Bakı.
ÖVLADIM DOSTA
Şərdən başqa Düşmənimiz yoxdur.
İnsanın daxilindəki Şərdən başqa.
Dünyanın daxilindəki Şərdən başqa.
Xeyirə Dostuq.
Dost adını sənə halal eləyirəm.
Adına layiq ol!
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
5 Ümid günü, Sərt Ay, 11-ci il. Bakı.
(Qeyd: Həyatda adı Hidayət idi. Ocaqdan çıxdı.)
190
QƏLBİ GƏLİŞİ
Övladlarım Sadiqimin və Üstünün oğlu Qəlbi adlandırılır –
Yüksək və Ürəkli böyüsün, Ataya Övlad olsun.
Layla üstündə köklənsin Analığı Üstünün,
Qayğı üstündə köklənsin Atalığı Sadiqin.
RUHANİ TOPLU
Sadiqimin tərtib etdiyi “Övlad sözü” – Amala gərəkdir, İşıq
payıdır camaata Övladlardan. Yayılsın Car kimi.
7 Dözüm günü, Sərt Ay, 11-ci il. Bakı.
ÖVLADIM GÖYLÜYƏ
Yerin mənası Göydədir.
Göylüyük – çünki İnamlıyıq.
Göysüzdürlər – çünki İnamsızdırlar.
Göylüyük – çünki İdraklıyıq.
Göysüzdürlər – çünki İdraksızdırlar.
Göylüyük – çünki Mənəviyyatlıyıq.
Göysüzdürlər – çünki Mənəviyyatsızdırlar.
Göylüyük – çünki İradəliyik.
Göysüzdürlər – çünki İradəsizdirlər.
Yurdçuyuq – Göylüyük.
Göylü adını sənə halal eləyirəm.
Adına layiq ol.
Daxilindəki Mütləq sənə Yar olsun!
11 Arzu günü, Sərt Ay, 11-ci il. Bakı.
(Qeyd: Həyatda adı Rəhilə idi. Ocaqdan çıxdı).
191
MƏNƏVİ RƏMZLƏR
Cənnət – İnam.
Cəhənnəm – Tərəddüd.
O dünya – Kamillik.
Bu dünya – Naşılıq.
15 Qismət günü, Sərt Ay, 11-ci il. Bakı.
SAFRUHUN QƏDİMYURD AİLƏSİ
MƏRASİMİ HAQQINDA HESABATI
1. Mərasim Müqəddəslik məzmununda, Ruhani biçimdə,
Bənzərsizlik Qanununa uyğun, Ləyaqət İşığında keçib.
2. Safruhun Yüksək Əməli təqdir olunur.
3. Övladların Amal Birliyi, Mübahisəsizlik Doğmalığı
təqdir olunur.
Məzmun Mütləqiliyinə çatın!
Biçim Mütləqiliyinə çatın!
Qaranlıqlar Yarılsın!
25 Arzu günü, Sərt Ay, 11-ci il. Bakı.
ÖVLADIM QALAYA
İnam Qalasını uçurtdular İnamsızlar.
İnam Qalası tikməliyik.
İdrak Qalasını uçurtdular İdraksızlar.
İdrak Qalası tikməliyik.
Mənəviyyat Qalasını uçurtdular Mənəviyyatsızlar.
Mənəviyyat Qalası tikməliyik.
İradə Qalasını uçurtdular İradəsizlər.
İradə Qalası tikməliyik.
192
Qala olmalıyıq Yurda.
Qala adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın.
Daxilindəki Mütləq sənə Yar olsun!
(Qeyd: Həyatda adı Sahib idi. Ocaqdan çıxdı).
SUMQAYITDA ATAYLA GÖRÜŞ
Mərasim Amala çağırdı, Şər tanındı, Xeyir təsdiqləndi.
Soylunun sürətlə yetkinləşən Təşkilatçılığı Təqdir olunur.
26 Ümid günü, Sərt Ay, 11-ci il. Bakı.
ÖVLADIM LAYİQƏ
İnama layiq deyil Bugünkülər –
Çünki İnamları nisbidir – yəni yoxdur.
İdraka layiq deyil Bugünkülər –
Çünki İdrakları nisbidir – yəni yoxdur.
Mənəviyyata layiq deyil Bugünkülər –
Çünki Mənəviyyatları nisbidir – yəni yoxdur.
İradəyə layiq deyil Bugünkülər –
Çünki İradələri nisbidir – yəni yoxdur.
İnama layiqik – çünki İnamımız Mütləqdir.
İdraka layiqik – çünki İdrakımız Mütləqdir.
Mənəviyyata layiqik – çünki Mənəviyyatımız Mütləqdir.
İradəyə layiqik – çünki İradəmiz Mütləqdir.
Mütləq İnam gətirməliyik ömürlərə.
Mütləq İdrak gətirməliyik ömürlərə.
Mütləq Mənəviyyat gətirməliyik ömürlərə.
Mütləq İradə gətirməliyik ömürlərə.
193
Layiq adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
(Qeyd: Həyatda adı Əlikram idi. Ocaqdan çıxdı).
ÖVLADIM FƏRƏHƏ
Fərəhsizdirlər Bugünkülər – çünki İnamsızdırlar, İdraksız-
dırlar, Mənəviyyatsızdırlar, İradəsizdirlər.
Fərəhliyik – çünki İnamlıyıq, İdraklıyıq, Mənəviyyatlıyıq,
İradəliyik.
Fərəh gətirməliyik Ömürlərə – İnam Fərəhi, İdrak Fərəhi,
Mənəviyyat Fərəhi, İradə Fərəhi.
Fərəhsizdir Bugünkülər – çünki Ülvi Fərəh tanımırlar.
Ülvi Fərəh gətirməliyik Ömürlərə, Ülvi Fərəhə qərq
olmalıdır ömrümüz.
Fərəh adını sənə halal eləyirəm!
Qaranlıqlar Yarılsın.
Daxilindəki Mütləq sənə Yar olsun!
26 Ümid günü, Sərt Ay, 11-ci il. Bakı.
(Qeyd: Həyatda adı Mikayıl idi. Ocaqdan çıxdı).
“SƏFƏR GÜNÜ” MƏRASİMİ
Mərasim Yetkin keçdi.
Əsilin Təşkilatçılığı, Safruhun Sözü, Halalın Yazısı, Övlad-
ların Riqqəti Müqəddəslik səviyyəsindəydi.
Nöqsan: Toplanış Mütləqiliyinin pozulması.
Qaranlıqlar Yarılsın!
30 Murad günü, Sərt Ay, 11-ci il. Bakı.
194
FƏRQ
Səcdədə İnsan özündən Yüksəyə ucalır.
Mütilikdə İnsan özündən Güclüyə alçalır.
MANEƏLƏR
İnsaniliyə ən çox Allahlar mane olublar – təxəyyülləşən
Hökmdarlar.
HƏQİQƏT
Mədəniyyətin əsası İnamdır,
İnamsızlıq – Mədəniyyətsizlikdir.
Mədəniyyət üçün məktəb azdır,
Mehrab gərək!
31 İnam günü, Sərt Ay, 11-ci il. Bakı.
VƏZİYYƏT
İslam millət tanımır, bu səbəbdən də İslam İranı azərbay-
canlı tanımır – Vahid Azərbaycan ideyası İslamla döyüş tələb
eləyir: İslam heyranları Yurda xəyanət eləyirlər, Yağıya xidmət
eləyirlər.
HƏQİQƏT
Talış Türklə birləşib Bir olub,
Türkdən ayrılıb İkiləşmək ona nə verər?
Kürd Türklə birləşib Bir olub,
Türkdən ayrılıb İkiləşmək ona nə verər?
Tat Türklə birləşib Bir olub,
Türkdən ayrılıb İkiləşmək ona nə verər?
Lahıc Türklə birləşib Bir olub,
Türkdən ayrılıb İkiləşmək ona nə verər?
Yağıya yarayan – özünə yaramaz!
195
CƏFƏNG ŞÜAR
Türkləşmə – millətləşmə deməkdir, İslam – millət tanımır,
bu səbəbdən də türkləşməyə ziddir; “türkləşmə - islamlaşma”
şüarı cəfəngiyyatdır; islamlaşan türkləşə bilməz, müsəlmanlaşa
bilər yalnız.
1 Arzu günü, Qar Ayı, 11-ci il. Bakı.
FƏRQ
Xristianlar Mərhəmətə əsaslanır, Hürufilər Heyrətə.
İslam İnsanı Qorxudur, Hürufilər İnsana Səcdə qılır.
HƏQİQƏT
Əgər özünü görə bilmirsənsə, kimi görə biləcəksən?
2 Ümid günü, Qar Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Məhəbbət – Bədənin üzağlığıdır.
GƏRƏKSİZLİK
Gözəllik Sirdir, Sehrdir; “Estetika Elmi” Sirri, Sehri öldürür
– bu səbəbdən də o, Gözəllik Təlimi yox, Gözəllik Məzarıdır.
VƏZİYYƏT
Qərb sübut elədi ki, Bəşər maddiyyatçılığa baş əyir.
Şərq sübut eləməlidir ki, İnsan maddiyyatçılığı əyir.
VƏZİYYƏT
Dünya Qərbindir, Dünyanın Dərdi –Şərqin.
VƏZİYYƏT
Qərb oyaq görünür, əslində isə Yuxudadır – Ruhsuzluq
Yuxusunda.
196
RUHANİ TƏŞKİLATÇILIQ MƏRASİMİ
Övladım Əsilin Yaradıcı, İnadkar, Fədakar fəaliyyətindən
Ruhani Təşkilatçılıq əməli yaranıb – Mərasimləşməyə layiq.
Hər Od ayının 7-si “Ruhani Təşkilatçılıq Günü” sayılır və
Bayram edilir.
3 Dözüm günü, Qar Ayı, 11-ci il. Bakı.
ALTERNATİV YOXLUĞU
Amal Alternativliyi Yoxdur – Amal Birdir.
Həqiqət Alternativliyi Yoxdur – Həqiqət Birdir.
Amalsızlıq Alternativliyi Var – Amalsızlıq – Çoxdur.
Həqiqətsizlik Alternativliyi Var –Həqiqətsizlik – Çoxdur.
HƏQİQƏT
Ziyalı Təbəqəsi – Ziyasızdır.
Ziyalı – Təbəqədən artıqdır, böyükdür, yüksəkdir – mahiy-
yətcə Təbəqəyə qarşıdır.
HƏQİQƏT
Birlik gərək: Ata ətrafında, Atalıq ətrafında, Ata Amalı
ətrafında, Ata Sabahı ətrafında.
17 Dözüm günü, Qar Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Xalqın səviyyəsinə enmək – Xalqa xəyanət eləməkdir.
19 Qismət günü, Qar Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Beynəlmiləlçilik əvəzinə – Humanizm.
Kollektivçilik əvəzinə – Birlik.
Dövlətçilik əvəzinə – Xalqçılıq.
Marksizm əvəzinə – Amal.
197
VƏZİYYƏT
Kommunistlər Azərbaycanı kommunizm zülmətinə qərq
etdilər.
İndi də İslamçılar Azərbaycanı islam zülmətinə qərq etmək
istəyirlər.
25 Mərhəm günü, Qar Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Qəzavü-qədərdə Ruhaniyyat yoxdur, o dünya cəfəngiyya-
tında Ruhaniyyat yoxdur; hürü-pəri şirniyyatında, Yeri – Göyü
yaradan Allah vəhmində Ruhaniyyat yoxdur;
İslam – dəhşətli Ruhsuzluqdur əslində.
Qərb – Maddiyyatçılıq Ruhsuzluğudursa –
İslam – ilahiyyatçı Ruhsuzluqdur.
HƏQİQƏT
Mütləq olmasaydı – Nisbi olmazdı.
Sonsuz olmasaydı – Sonlu olmazdı.
Əbədi olmasaydı – Keçici olmazdı.
Mütləq olmasaydı – Nisbi Mütləq sayılardı.
Sonsuz olmasaydı – Sonlu Sonsuz sayılardı.
Əbədi olmasaydı – Keçici Əbədi sayılardı.
VƏZİYYƏT
Nüvə silahının yaranması – maddi tərəqqi və mənəvi
iflasdır.
Nüvə silahından əqidəsizlik bahasına xilas olmaq yenə də
mənəvi iflasdır.
İnsan İnsan olsaydı – Nüvə silahı yaranmazdı.
İnsan İnsan olsaydı – Əqidəsizlik yaranmazdı.
27 Murad günü, Qar Ayı, 11-ci il. Bakı.
198
HƏQİQƏT
Dialektika – Üzdəki.
Metafizika – Daxildəki.
28 İnam günü, Qar Ayı, 11-ci il. Bakı.
ÖVLADIM QEYRƏTƏ
Qeyrətdən uzaqdırlar Bugünkülər – çünki İnamdan uzaqdır-
lar, İdrakdan uzaqdırlar, mənəviyyatdan uzaqdırlar, İradədən
uzaqdırlar.
Mütləqsizdirlər – bu səbəbdən də hünərsizdirlər.
İnamlıyıq, İdraklıyıq, Mənəviyyatlıyıq, İradəliyik, bu səbəb-
dən də Qeyrətə tapınırıq...
Qeyrət İşığına qərq olmalıdır Yurdumuz.
Qeyrət adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
(Qeyd: Həyatda adı Bəhram idi. Öldü).
ÖVLADIM YURDÇUYA
Yurdçuyuq – Mütləqçiyik.
Yurdçuyuq – Amalçıyıq.
Yurdçuyuq – sabahçıyıq.
Yurdçu İnamımız Mütləqdir.
Yurdçu İdrakımız Mütləqdir.
Yurdçu İradəmiz Mütləqdir.
Yurdumuz – Müqəddəsimizdir,
Yurdçuluğumuz – Müqəddəsliyimizdir.
199
Yurdçu adını sənə halal eləyirəm.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
5 Arzu günü, Köçəri Ay, 11-ci il. Bakı.
(Qeyd: Həyatdakı adı Ələddin idi. Ocaqdan çıxdı).
BİRİNCİ “AİLƏ GÜNÜ” MƏRASİMİ HAQQINDA
Mərasim Müqəddəsliyə yaradı, Mütləqi təsdiq etdi.
Özümlünün Sözü, Safruhun, Qədimin hesabatları, Əsilin
təşkilatçılığı Təqdir olunur.
Nöqsanlar: İntizam Mütləqiliyinin pozulması.
Girişin sönüklüyü.
10 Köçəri Ay, 11-ci il. Bakı.
MƏQSƏD
Mütləqi Tanımaq.
Nisbini Rədd etmək.
Mütləqə Çatmaq.
HƏQİQƏT
Dövlətçilik – Zorakı Hamılaşma.
Demokratiya – Azad Hamılaşma.
Hər ikisi – İnsanlaşmaya zidd.
19 Arzu günü, Köçəri Ay, 11-ci il. Bakı.
HƏQİQƏT
Əqidəsizlik Haqqından böyük Haqsızlıq yoxdur!
21 Dözüm günü, Köçəri Ay, 11-ci il. Bakı.
200
VƏZİYYƏT
Dünya cəfəngləşib – hədsiz dərəcədə müdrik olmaq gərək.
VƏZİYYƏT
Hər bir Dövr özünü doğrultmağa çalışır.
Bu səbəbdən heç bir Dövr özünü doğru qiymətləndirmir.
Dövrü yalnız Dövrdən yüksəkdə duran qiymətləndirə bilər.
HƏQİQƏT
Mütləqə İnanırıq – bu səbəbdən də Dünyanın ölümünə
İnanmırıq.
Mütləqə İnanırıq – bu səbəbdən də Nisbini Mütləq saymırıq.
Mütləqə İnanırıq – bu səbəbdən də Mütləqdən ayrılan
Dünyanı Dünyasızlıq sayırıq.
HƏQİQƏT
Sabaha gərək olduğumuz dərəcədə –
Bugünə gərəyik.
Sabahı gördüyümüz dərəcədə –
Bugünü görürük.
Bugünə qarşı olduğumuz dərəcədə –
Bugünlə təmasdayıq.
HƏQİQƏT
I
Dünyanın Mənasına İnanıram- Məna həddinə İnanmıram.
Bu səbəbdən Zəmanə İnamına İnanmıram.
II
Bugünün gözü – bugünü görmür;
Bugünün qulağı – bugünü eşitmir.
Sabah gözlü, sabah qulaqlı olmaq gərək...
22 Mərhəm günü, Köçəri Ay, 11-ci il. Bakı.
201
HƏQİQƏT
Ocağa gələn – Doğulur. Ocaqdan gedən – Ölür.
HƏQİQƏT
Ölkənin Atası olmayanda – Ağası olur.
24 Murad günü, Köçəri Ay, 11-ci il. Bakı.
QORUYUCULUQ
Ruhaniyyatı Ehkamdan qorumaq.
Mənəviyyatı Cəmiyyətdən qorumaq.
İradəni Hökumətdən qorumaq.
26 Arzu günü, Köçəri Ay, 11-ci il. Bakı.
12-Cİ “YENI İL” MƏRASİMİ HAQQINDA
Mərasim Müqəddəsliyə yaradı, Mütləqi təsdiq etdi.
Safruhun Ricası, Övladların Sözü, Əsilin Təşkilatçılığı,
Sadiqin Yazısı Təqdir olunur.
Nöqsan: İntizam Mütləqiliyinin pozulması.
2 Günəş Ayı, Qismət günü, 12-ci il. Bakı.
SAFRUHUN GÜNDƏLİYİ HAQQINDA
1. Gündəlikdə Safruh Ataya yaxınlaşır və Atadan ayrılır.
Ayrılma: Zahirilik. Guya Mərasim Xalq cəbhəsi Hünərinin
yanında balaca işdir.
Halsızlıq: Duyğu pərakəndəliyi.
“Balaca Mən”dən asılılıq.
2. Gündəlik – özünüqınamadır, özüylə döyüş deyil, özüylə-
döyüşdə yön – özündənyüksəyə qalxmaqdır, gündəlikdə özün-
dən kənara çıxmır Övlad.
202
3. Təmsilçilik – Ruhani Təmasdır, Fərqsizlikdir, başçılıq
deyil, Hakimlik bizə yaddır;
Təmsilçi Qardaşdır – Doğma.
4. Gündəlikdə gerçəkliyi görmək, duymaq, anlamaq var,
ötmək yoxdur.
Gerçəkliyi ötmədən Həqiqətə çatmaq olmaz.
VƏZİYYƏT
Dini Dirçəldirlər – Ruhaniyyatı Zəhərləyirlər.
HƏQİQƏT
Həyatın öz Qanadı yoxdur; Həyatın Qanadı – Amaldır.
6 Ümid günü, Günəş Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Fərdi Fərdə tapşırmaq gərək – Xalqı Ataya.
Xalqı Xalqa tapşırmaq – Günahdır.
12 Ümid günü, Günəş Ayı, 12-ci il. Bakı.
ÖVLADIM YÜKSƏYƏ
Dövrdən Yüksək olmadan Həqiqətə çatmaq olmaz.
Dövrdən Yüksək olmadan Amala çatmaq olmaz.
Dövrdən Yüksək olmadan İnama çatmaq olmaz.
Dövrdən Yüksək olmadan İdraka çatmaq olmaz.
Dövrdən Yüksək olmadan Mənəviyyata çatmaq olmaz.
Dövrdən Yüksək olmadan İradəyə çatmaq olmaz.
Yüksək adını sənə halal eləyirəm.
Adına layiq ol!
203
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
17 Murad günü, Günəş Ayı, 12-ci il. Bakı.
(Qeyd: Həyatda adı Əvəz idi. Ocaqdan çıxdı).
İNŞAAT İNSTİTUTUNDA ATAYLA GÖRÜŞ
Görüş Amal çağırdı, Amala çağırdı.
Əsilin Təşkilatçılığı, Sadiqin Təşəbbüsü, Fərəhin Təqdimi
Təqdir olunur.
25 İnam günü, Günəş Ayı, 12-ci il. Bakı.
EVLADIM ÖTKÜNƏ
Zəmanə Əskikdir – onu ötmək gərək.
İnamdan əskikdir, İdrakdan əskikdir, Mənəviyyatdan əskik-
dir, İradədən əskikdir, İnsanlıqdan əskikdir Zəmanə.
Onu ötməlisən ki, İnama çatasan, İdraka çatasan, Mənəviy-
yata çatasan, İradəyə çatasan – İnsanlığa çatasan.
Ötkün adını sənə halal eləyirəm.
Zəmanədən artıq ol ki, Həqiqət qarşısında, Ədalət qarşısında
əskik olmayasan.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
27 Ümid günü, Günəş Ayı, 12-ci il. Bakı.
(Qeyd: Həyatda adı Qiyas idi. Ocaqdan çıxdı).
204
“YAS GÜNÜ”NÜN YAZISI
1. Mərasim Kədərə düşmək və Kədərdən çıxmaq İdeyaları
əsasında qurulur.
2. “Yas Günü” Safruhun Ruhani Ricasıyla başlayır, Ataya
Ricayla davam etdirilir, Ata Carıyla Müqəddəsləşir, Övlad
Qəbuluyla varisləşir.
3. Ata Sözündən sonra Övlad Ağıları, Bayatıları, Məqam-
ları, İzharları səslənir.
Ruhani Sənədlər oxunur.
4. Mərasim Ata Haraylarıyla müşayiət olunur.
5. Mərasim Əsilin Evində keçirilir.
28 Dözüm günü, Günəş Ayı, 12-ci il. Bakı.
Dostları ilə paylaş: |