YOXLUQ HÖKMÜ
Fərd üzərində Hakim çoxluğu – Ata yoxluğuna dəlalət
eləyir.
Atasızlara hökm eləyən çox olur.
XALQ – FƏRD
Xalq – Fərdi özünüifadə və özünütəsdiqdir – qarşısıalınmaz,
aramsız.
152
BİRLİK – CƏMİYYƏT
Cəmiyyət sözü Birlik hadisəsinin mahiyyətini ifadə eləmir,
kəmiyyətini ifadə eləyir.
Bu səbəbdən də Ruhani Cəmiyyət anlayışını Ruhani Birlik
anlayışıyla əvəz etmək lazımdır.
XALQSIZLIQ
Parlamentarizm – Xalqı ifadə eləmir, müxtəlif təbəqələri
ifadə eləyir – təbəqələrin cəmi Birlik deyil, Birlik olmayan
yerdə isə Xalq yoxdur.
YERSİZ
Xalqın cəmiyyətdə yeri yoxdur əslində – çünki Xalq
cəmiyyətdən artıqdır.
QEYRİ-İCTİMAİLİK
Marksizm İnsaniliyi İctimailiklə bərabərləşdirir.
Əslində isə İnsanilik Zorla, Güclə, Əlacsızlıqdan İctimailik-
dir, İctimailiyə sığmayan Ruhanilikdir... – Ruhaniyyatın boy-
nuna salınan Boyunduruqdur.
Birlik gərəkdir İnsaniliyə – İctimailik yox!
ATALIQ SƏLAHİYYƏTİ
Ata – Hakim deyil – Yaradıcıdır; –
Müstəqil Fərdlərdən Xalq yaradır.
FƏRQ
Cəmiyyət təbəqələşməyə meyl eləyir, Xalq Birliyə.
ƏDALƏTLİ ASILILIQ
Cəmiyyət Fərddən asılı olduğu dərəcədə – Fərd cəmiyyət-
dən asılı olur.
153
FƏRQLƏR
Rəiyyətləşmə – Hakimin Fərdə Sahib olması.
Təbəqələşmə – Cəmiyyətin Fərdə Sahib olması.
Xalqlaşma – Fərdin özünə Sahib olması.
Bu səbəbdən də Xalq Rəiyyətçiliyə qarşıdır, təbəqəçiliyə
qarşıdır mahiyyətcə.
Bu səbəbdən də Xalq indiyə qədər öz mahiyyətini tam ifadə
eləməyib.
ÖLÇÜ
Təbəqə tanımırıq, Sinif tanımırıq – Fərd tanıyırıq, Xalq
tanıyırıq.
Fərd – Özünə Sahib olan.
Xalq – Fərdin Qovuşduğu.
NAİLİYYƏT – MƏĞLUBİYYƏT
Bəşərin millətlərə bölünməsi – bəşərin qələbəsiydi – İnsanı
sürüdən ayıran.
Millətlərin təbəqələrə bölünməsi – bəşərin məğlubiyyətiydi
– İnsanı İnsandan ayıran.
ÖLÇÜLƏR
Qərbdə İnsan nailiyyətə bərabərdir.
Şərqdə itaətə bərabərdir.
Əslində isə İnsan – İnsaniyyətə – yəni Ruhani Kamilliyə
bərabərdir.
FƏLAKƏTLİ DƏRS
Texnikadan Nökər düzəltmək əvəzinə – Müəllim düzəldir-
lər, Mexanikləşmiş cəmiyyət yaradırlar – İnsana zidd.
MÜNASİBƏT
Texnikanı başa çıxaranda – İnsan ayağa düşür.
Texnikanı ayağa salmaq lazımdır ki, İnsan başa çıxsın.
154
DEYİLƏN – DEYİLMƏYƏN
Sənayeləşmə – ekoloji vəhşilik yaratdı – bunu deyirlər.
Sənayeləşmə – yeni quldarlıq yaratdı – bunu demirlər.
MÜTLƏQSİZLİK
Texnikadan Hökmdar yaradırlar İnsanlara – onlara isə
Mütləq gərəkdir!
TEXNİKA “XİLASI”
Kompüterləşmə vasitəsiylə İnsanlaşmaq olmaz.
XƏYANƏT
Atalarımıza Papa dedik, Analarımıza Mama dedik – Ataları-
mıza, Analarımıza xəyanət elədik.
Atalarımız, Analarımız bizə Papa öyrətdilər, Mama öyrət-
dilər – Övladlarına xəyanət elədilər.
ATASIZLIQ
Şahlar xalqa Atalıq eləməyiblər – Ağalıq eləyiblər.
Krallar xalqa Atalıq eləməyiblər – Ağalıq eləyiblər.
Prezidentlər xalqa Atalıq eləməyiblər – Hamilik eləyiblər.
Xalqlar Atasız olublar, bu səbəbdən də birlik yaranmayıb.
QANUNSUZLUQ
Yalnız Mütləq olan Qanunidir.
Müasir Qanunların heç biri Mütləq deyil – bu səbəbdən də
Qanunsuzdur.
14 Dözüm günü, Şölə Ayı, 11-ci il. Bakı.
FƏRQ
İqtisadi Tərəqqi – İqtisadiyyatın İnsan üzərində Hakimliyi.
Ruhani Tərəqqi – İnsanın İqtisadiyyat üzərində Hakimliyi.
155
ƏMƏKÇİ MÜLKİYYƏTİ
Əməkçi satılmazlığı.
MÜNASİBƏT
Maksimal İqtisadiyyat Minimal Ruhaniyyat yaradır.
Minimal İqtisadiyyatı Seçmək lazım olur.
AVROPA SİVİLİZASİYASI
Sənayeləşmə – Əməyin satın alınması.
Ticarət – Satma, satılma.
Demokratiya – Könüllü satılma.
Dünyəviləşmə – Mütləqsizlik.
ƏMƏK HAQQI
Dövlətə satılmağımız.
SATILMA
Hökumət bizə Ev verəndə – Biz satılırıq.
Hökumət bizə Hamam tikəndə – Biz satılırıq.
Hökumət bizə Qaz çəkəndə – Biz satılırıq.
Hökumət bizə Yiyəlik eləyəndə – Biz satılırıq.
SATILMA ƏSASI
İqtisadiyyat İnsan Həyatının əsası sayılan gündən İnsan
satılır.
NAQİS MÜNASİBƏTLƏR
İqtisadi münasibətlər əslində çox sadə münasibətlərdir.
Ruhani naqislik onları mürəkkəbləşdirdi.
GƏRƏKSİZLİK
Sosializm rüşvətxora gərəkdir, əyyaşa gərəkdir, yaltağa
gərəkdir, qəddara gərəkdir, şöhrətpərəstə gərəkdir, riyakara
gərəkdir – İnsaniyyətə gərək deyil.
156
MADDİLƏŞMƏ
Maddi bərabərsizlikdə İnsan maddiləşir.
MÜNASİBƏT
Kamili – Cəmiyyət öz qapısından içəri buraxmır.
Kamil – Cəmiyyəti öz qapısından içəri buraxmır.
17 Murad günü, Şölə Ayı, 11-ci il. Bakı.
PEYĞƏMBƏRLİK ÜSTÜNLÜYÜ
Koperniklərin, Darvinlərin, Eynşteynlərin bütün fəaliyyət-
ləri bir “Ənəlhəqq” kəlamına bərabər deyil.
DAXİLİ GÖZ
Evdə oturub Dünyanı görmək olar.
SUFİ SƏS
Qədir Rüstəmov – sufidir, sufiliyi bilməsə də: Pünhan oxu-
yur, Pünhanı oxuyur.
MUĞAM ÇILĞINLIĞI
Müdriklik Haraydır – Eşidilməyincə!
FƏRQLƏR
Kapitalizm – Bazar.
Sosializm – Zindan.
Ruhani Birlik – Məbəd.
QİYMƏT
Cəmiyyətdə İnsanın Bazar qiyməti olur – İnsan qiyməti
olmur.
157
FƏRQ
Rəqabət olmayan yerdə Varidat yoxdur.
Rəqabət olan yerdə Ruhaniyyat yoxdur.
BAZAR MƏNTİQİ
Cəmiyyət mübadilə əsasında – yəni Bazar məntiqiylə –
Qurulur.
Bu səbəbdən də cəmiyyətdə Ülvilik yoxdur.
FƏRQ
Cəmiyyətdə İnsan – iqtisadiyyatlaşır, istehsallaşır, siyasət-
ləşir – özündən ayrılır.
Xəlqi Birlikdə – İnsan – İnsaniləşir.
Xəlqi Birlik Yaranmalıdır – Cəmiyyət əvəzinə.
İDEAL
Maddi Təminat – Ruhani Həyat.
ƏSRİN ÖYRƏTDİYİ
Maddi Tərəqqi – Mənəvi Tərəqqi yaratmır.
FƏRQLƏR
Kapitalizm – Varidatçı.
Sosializm – Zorçu.
Ruhani Birlik – İnsançı.
18 İnam günü, Şölə Ayı, 11-ci il. Bakı.
ƏLAQƏ
Amal Yükü – Fərəh Yükü.
RUHANİYYAT ANTİİCTİMAİLİYİ
Ruhaniyyat – maddiyyatdan kənardadır.
Cəmiyyət isə maddiyyata əsaslanır.
Bu səbəbdən də Ruhaniyyat – Antiictimaidir.
158
İDRAKSIZLIQ
İdrak Varidatı bəyənməz – Varlı İdraksızdır.
İdrak Mənsəbi bəyənməz – Mənsəbpərəst İdraksızdır.
İdrak – İmtina sevər.
İmtinasız – İdraksızdır.
HADİSƏ
Antiictimai Xəlqilik.
ATASIZLIQ
Cəmiyyət – Yalançı, Zahiri birlikdir, bu səbəbdən də cəmiy-
yətin Atası olmur, Ağası olur.
MƏDƏNİ TƏNƏZZÜL
Sinfonizm öyrədirlər adamlara –
İnsaniyyət öyrətmirlər.
Opera öyrədirlər adamlara –
İnsaniyyət öyrətmirlər.
Kompyüter öyrədirlər adamlara –
İnsaniyyət öyrətmirlər.
“İnsan – Allahdır!” – öyrətmirlər.
Özümləşmə öyrətmirlər.
Başqalaşma öyrətmirlər.
Xalqlaşma öyrətmirlər.
Dünyalaşma öyrətmirlər.
RUHSUZLUQ
Adamları Bacarıqlılara və Bacarıqsızlara bölmək – İnsaniy-
yətə ziddir.
Bacarıq Faydalığı ifadə eləyir – İnsanlıq isə Ruhani Kamil-
liyə bərabərdir – İnam, İdrak, Mənəviyyat, İradə yetkinliyinə.
Bacarıq baxımından adamları təbəqələşdirmək – insana tica-
rətçi münasibətidir, ruhani münasibət deyil.
159
MÜNASİBƏT
Cəmiyyətə xidmət elədiyin dərəcədə Xalqa xəyanət eləyirsən.
İNSANSIZLAŞMA
Sənayeçi cəmiyyətdən danışırlar.
Texnoloji cəmiyyətdən danışırlar.
İnsani cəmiyyətdən danışmırlar.
Cəmiyyətin başına mühəndis qoyurlar, texnik qoyurlar –
İnsan qoymurlar.
Cəmiyyətin Məqsədini sənayeləşmədə, texnikləşmədə
görürlər – İnsanlaşmada görmürlər.
Vasitəni Məqsəd sayırlar – Məqsədi Vasitəsizləşdirirlər.
İQTİSADİ RUHSUZLUQ
Cəmiyyəti İqtisadiyyatın ixtiyarına vermək - əslində Ruhu
bədənin ixtiyarına verməkdir.
Son nəticədə Ruhaniyyatdan məhrum olan cəmiyyət
İqtisadiyyatdan da məhrum olur.
ÖVLADIM BİNALIYA
Binasızdırlar Bugünkülər.
Çünki İnamsızdırlar, İdraksızdırlar, Mənəviyyatsızdırlar,
İradəsizdirlər.
Ruhundan İnam Binası tik!
İdrakından Həqiqət Binası tik!
Mənəviyyatından Saflıq Binası tik!
İradəndən Dəyanət Binası tik!
Yurduna gərək ol!
Binalı adını sənə halal eləyirəm!
160
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
19 Arzu günü, Şölə Ayı, 11-ci il. Bakı.
(Qeyd: Həyatdakı adı Qüdrət idi. Ocaqdan çıxdı).
SİVİLİZASİYA AQİBƏTİ
Elektrik İşığı Hürmüzd İşığını əvəz edə bilmədi.
VƏZİYYƏT
Hakimiyyət olan yerdə – Zülm var, Hakimiyyət Atalıqla
əvəz olunmalıdır ki, Zülm yox olsun...
MƏHƏBBƏTƏ QARŞI
Şəhvət – məhəbbəti öldürür, şəhvətsiz də həyat yoxdur –
həyat məhəbbətə qarşıdır əslində.
YOXLUQ
İmtinan yoxdur – nəyi Təsdiq edirsən?
MÜQƏDDƏS OLMAYAN
Məhəmməd – Gündüz Ruhuna, axşam Bədəninə qulluq elə-
yirdi.
Gündüz təmizlənirdi, axşam çirklənirdi.
Nə Təmizdən təmiz idi, nə Çirklidən çirkli – Həyatın yarat-
dığı kimi, Müqəddəslikdən uzaq.
FƏRQ
Qərbin – Göyü olmayıb əslində – Şərqin Yeri.
161
VƏZİYYƏT
İqtisadi Tərəqqidə İnsan Təbiətə Yağı kəsildi;
Təbiətlə barışmaq üçün o, İqtisadi Tərəqqiyə hədd qoyma-
lıdır: maddiyyat əsrini Ruhaniyyat əsri əvəz etməlidir.
VƏZİYYƏT
Müasir Ərəbistan İslam Bayrağı altında Avropa yoluyla gedir.
Müasir Hindistan Qandi bayrağı altında Avropa yoluyla gedir.
Müasir Türkiyə Millətçilik bayrağı altında Avropa yoluyla
gedir.
Şərq Atalıq Bayrağı altında öz yoluyla getməlidir.
20 Ümid günü, Şölə Ayı, 11-ci il. Bakı.
FƏRQ
Xalqa Ata gərəkdir, cəmiyyətə – Lider.
Ata Mütləqçidir, Lider – siyasətçi.
ANTİİCTİMAİ XALQ
Xəlqi cəmiyyət olmayıb – Xalq antiictimaidir mahiyyətcə.
O, Birlikdir, cəmlik deyil.
UTOPİYA
Amalsızlıq.
AĞILSIZLIQ
Ruhsuz ağıl mahiyyətcə ağılsızlıqdır, çünki Mənaya çatmır
– Zahirə pərçimlənir.
GÖYSÜZLƏR ULDUZLARI
Estrada ulduzları.
Paqon ulduzları.
Döş ulduzları.
Müasir Göysüzlərin aqibətinə düşən səyyarələr.
162
YAŞAMAMAQ
Zərdüştsüz də yaşamaq olarmış – Zülmət içində...
Babəksiz də yaşamaq olarmış – Köləlikdə.
Dədə Qorqudsuz da yaşamaq olarmış – Başsız.
Nəsimisiz də yaşamaq olarmış – Mütləqsiz!
Füzulisiz də yaşamaq olarmış – Eşqsiz!
Yaşamaq olarmış – yaşamaqsız!
21 Dözüm günü, Şölə Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Mütiliyin qənimi – İntizam.
VƏZİYYƏT
Cəmiyyət adamı Yaltaq olmaya bilməz, Alçaq olmaya
bilməz – yoxsa onu cəmiyyətdən qovarlar.
Yaltaq olmayan, Alçaq olmayan – cəmiyyət adamı ola
bilməz əslində.
BİRLİK GƏRƏKLİYİ
Bolqarlar Türkləri ölkədən qovurlar.
Özbəklər Mesxet Türklərini qırırlar.
Ermənilər Qarabağı zəbt eləyirlər.
Türklər Birliyi gərəkdir!
HƏQİQƏT
Dünyalaşmaq – Özümləşmək.
Dünyasızlaşmaq – Özgələşmək.
İMKANSIZLIQ
İmkan daxilində İmkansızlıq yetişir. –
İmkansızlıq daxilində İmkan.
163
GERÇƏK AMALSIZLIQ
Gerçəklik səviyyəsində Amal olmur – Amalsızlıq olur.
Gerçəkliklə barışmaq – Amalsızlaşmaqdır.
HƏQİQƏT
Gerçəklikdən üstün olmayan – gerçəkləşməz.
SUFİLİYİMİZ
Mütləqə vurulmuşuq, Mütləqcəsinə vurulmuşuq...
MƏNASIZLIQ
Mütləqə can atmaq Həyatın mənasına can atmaqdır.
İndikilər Mütləqə can atmırlar, bu səbəbdən də müasir həyat
əslində mənasızdır.
SƏMAVİ MƏNA
Yerin mənası əslində Səmavidir.
Maddiyyatçılar bunu anlamırlar və Yeri mənasızlaşdırırlar.
(Səmavi – yəni Yerdən Uca – Yerin mənası Yerdən Ucadır).
22 Mərhəm günü, Şölə Ayı, 11-ci il. Bakı.
HALLAR
Dəyişməz – yəni Dəyişdikcə aşkarlanan.
Dəyişkən – yəni Dəyişdikcə itən.
23 Qismət günü, Şölə Ayı, 11-ci il. Bakı.
QORXMAZLIQ
Kilsələrdə Müqəddəslik Yoxdur – ona görə də Şər kilsədən
qorxmur.
Məscidlərdə Müqəddəslik Yoxdur – ona görə də Şər
məsciddən qorxmur.
Olmayandan qorxmur Şər.
164
FƏND
Kilsələrdən Komitə düzəltmək istəyirlər.
Məscidlərdən Komitə düzəltmək istəyirlər.
Xurafatdan bəhrələnmək istəyirlər Fəndgirlər.
MÜTLƏQSİZLİK
“Dünyada hər şey nisbidir!” – deyirlər.
Nisbidə məna yoxdur.
Dünyanı mənasızlaşdırırlar Mütləqsizlər.
24 Murad günü, Şölə Ayı, 11-ci il. Bakı.
QAQAUZ DOĞMALARIMIZA
Yolunuza nur çilənsin!
Bilin və agah olun ki, Şər öz əliylə Sizə Müstəqillik verməz.
Müstəqillik üçün Şərlə qəti və barışmaz Döyüş gərəkdir.
Türk Doğmalarınızla birləşin – azərbaycanlılarla, osmanlı-
larla, qıpçaqlarla...
Tələsmədən və gecikmədən xalqı Şərlə Döyüşə hazırlayın.
Boyunduruq sınmalıdır – onda siz arzunuza çatarsınız, Türk
Birliyində layiqli yer tutarsınız.
Ürəyiniz Qaranlıqları Yarsın!
Daxilinizdəki Mütləq sizə Yar olsun!
HƏQİQƏT
SSRİ daxilində Milli müstəqillik mümkün deyil – Milli
müstəqillik Müstəqil Dövlət tələb edir – İttifaq Dövlətindən
asılı olmayan.
Sosializm daxilində Milli müstəqillik mümkün deyil –
sosializm millətlərin biri-birinə qovuşması – yəni əslində milli
assimilyasiya, ərimə ideyasına xidmət eləyir.
165
Milli Müstəqillik SSRİ-dən ayrılmaq, sosializmdən xilas
olmaq tələb eləyir.
26 Arzu günü, Şölə Ayı, 11-ci il. Bakı.
GÜNAH
Sovet xalqı Günahkardır – Sovet cəmiyyətinə tabe oldu,
şəraitdən yuxarı qalxa bilmədi – İnsansızlaşdı.
Xalq cəmiyyətdən artıqdır, böyükdür, yüksəkdir; Xalq bunu
unutdu, Xalqa bunu unutdurdular.
ÖVLADIM DOĞMAYA
Dünya İnsana Yaddır.
Çünki İnamsızdır, İdraksızdır, Mənəviyyatsızdır, İradəsiz-
dir.
Qardaş Qardaşa Yaddır.
Uşaq Böyüyə Yaddır.
Dost Dosta Yaddır.
Oğul Anaya Yaddır.
Fərd Xalqa Yaddır.
Ziyalı İşığa Yaddır.
Bugün Dünənə Yaddır.
Yadlıqla doludur ürəklər.
Doğma olaq Dünyaya, Doğmalaşdıraq Həyatı, Doğma Yur-
dumuza Doğma Aqibət gətirək, Qurtaraq onu Yad Aqibətdən,
Yadlığın Qənimi olaq, Doğmalıq yayaq talelərə, – Doğmalığa
qərq olsun ömürlər, Doğmalıq yetirək Bağımızda.
Doğma adını Sənə halal eləyirəm!
Adına Layiq ol.
Daxilindəki Mütləq sənə Yar olsun!
Qaranlıqlar Yarılsın!
27 Ümid günü, Şölə Ayı, 11-ci il. Bakı.
(Qeyd: Həyatda adı Mayisə idi. Ocaqdan çıxdı).
166
MADDİ BƏRABƏRSİZLİK HƏQARƏTİ
İnsanlığın – maddi Dəyəri yoxdur.
Ayda 1000 manat alan Rəis ayda 200 manat alan Tabeçidən
5 dəfə aşağı ola bilər İnsanlıqda.
Maddi Bərabərsizlik İnsanlığa Ziddir.
FƏRQ
Cəmiyyət – adamı yüksək maaşla satın alır – İnsan
cəmiyyətə satılmır.
28 Dözüm günü, Şölə Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Azərbaycan Sovet Hökuməti –
Ölkəsizlik, Dövlətsizlik Qoruyucusu.
Azərbaycan Sovet Bayrağı –
Ölkəsizlik, Dövlətsizlik Rəmzi.
Azərbaycan Sovet Himni –
Ölkəsizlik, Dövlətsizlik Mahnısı.
Azərbaycan Sovet İqtisadiyyatı –
Ölkəsizlik, Dövlətsizlik Məhsulu.
Azərbaycan Sovet Mədəniyyəti –
Ölkəsizlik, Dövlətsizlik Bəhrəsi.
Azərbaycan Sovet Elmi –
Ölkəsizlik, Dövlətsizlik Nəticəsi.
167
HƏQİQƏT
Azərbaycan Sovet Respublikası – yəni Azərbaycan dövlət-
sizliyi, ölkəsizliyi – əslində respublikasızlığı – çünki dövlətsiz,
ölkəsiz respublika olmur.
SAFRUHA
Övlad Ehtiramın Pakdır!
1. “Ata Günü”nə Üç Əməl gətirirsən: “Məbəd”, “Müqəddəs
Təlim”, “Məlumat Kitabçası”.
2. Mərasimin Yazılışı Sənə Tapşırılır.
Birinci variantı gələn Ata Görüşünə gətirirsən. Mahiyyət
dəyişilmir, Biçim Təzələnir.
3. Nişanələr hazırlanır 15-20 ədəd.
4. “Ata Haqqında Söz”ün Məna Quruluşu:
Ata Mahiyyəti.
Ata İnamı.
Ata İdrakı.
Ata Mənəviyyatı.
Ata İradəsi.
Özümü Ataya layiq sayırammı?
Övladlara çatdırılsın.
5. “Ata günü” Mərasiminin Ümumi Məzmunu:
Ata Haqqında Söz.
Övlad Qəbulu.
Ata Sözü.
Ruhani Sənədlərin oxunması.
Müqəddəsat: Səcdə, Rica, Muğam.
6. Mərasim 4 saat ərzində keçirilir...
Vaxt nizamı pozulmur.
168
7. Keçən Mərasimlərə gəlməyənlər – Ata Hüzuruna çağırı-
lır.
Atayla bərabər Safruh hamıdan çox işləyir, bu onun
Fərəhini çoxaldır.
Qaranlıqlar Yarılsın!
30 Qismət günü, Şölə Ayı, 11-ci il. Bakı.
RUHANİ CƏMİYYƏT QAYDASI
İqtisadiyyatla məşğul olmaq – Ruhaniyyatla yaşamaq.
MƏQSƏD
İqtisadiyyatın Məqsədi Varidat olmalıdır, Zor olmamalıdır –
iqtisadiyyatın məqsədi Ruhaniyyat olmalıdır; yəni İqtisadiyyat
İnsanı maddi əsarətdən qurtarmalıdır ki, – İnsan ömrü özünüta-
nımağa, özünütapmağa, özünəçatmağa həsr olunsun.
Bu baxımdan, minimal iqtisadiyyatın ruhani gücü maksimal
iqtisadiyyatın ruhani gücündən artıqdır.
1 Murad günü, Od Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Köhnələn nə varsa – əslində təzələnmir, yalnız köhnəl-
məyən təzələnir.
2 İnam günü, Od Ayı, 11-ci il. Bakı.
Dostları ilə paylaş: |