Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   2   3   4   5   6   7   8   9   ...   26

 
Әdəbiyyat 
 
Demircan Ö. 2003, Türkçede çatı, İntanbul 
D
əmirçizadə Ə. 1972, Müasir Azərbaycan dili, (Fonetika, orfoepi-
ya, orqorafiya) Bakı, “Maarif”, 308 s. 
Dilçilik Ensiklopediyası, I cild, 513 s., II cild, 526 s., Dərs vəsaiti, 
Bakı, Mütərcim, 2006-2008 
Doğan G. 2000, İltifat Olgusuna Bilişsel Bir Yaklaşım. – Dilbilim 
Araştırmaları, Boğaziçi Üniversitesi Yayınevi, İnstanbul, s.49-63. 
Erkman-
Akerson F. 2005, Göstergebilime Giriş, Çemberlitaş-
İstanbul, 262 s.  
F. de Saussure 1967, Grundlagen der allgemeinen 
Sprachwissenschaft, Berlin 
Ханина О.В. 2004, Желание: когнитивно-функциональный пор-
трет. – Вопросы языкознания, №4, s.122-155 
 
62 
 

Куртене Бодуен де И.Е. 1963, Избранные труды по общему 
языкознанию, М., I cild, II cild.  
ЛЭС: 1990, Лингвистический энциклопедический словарь, 
Москва, «Советская Энциклопедия», 683 s. 
Маслов Ю.С. 1975, Введение в языкознание. М.: Высш. Шк. 
Маслов Ю.С. 2005, Введение в языкознание. М.: Высш. Шк. 
Musaoğlu M. 2002, Türkolojinin Çeşitli Sorunları Üzerine Ma-
kaleler-
İncelemeler, T.C.Kültür Bakanlığı Yayınları. 
Musaoğlu M. 2008 a, Türkçede Çatı. – Prof.Dr. Ahmet Bican 
Ercilasun Armağanı, Akçağ Yayınları, Ankara, s.207-234 
Musaoğlu M. 2008 b, Türk Dil Biliminde Görünüş Kategorisinin 
İncelenmesi. Türkologiya, №.1-2, s.23-54 
Musayev 
M.M. 2012, Türkoloji dilçilik, Bakı Slavyan Universiteti, 
D
ərslik. Bakı, 453 s. 
Словарь литературоведческих терминов. 
http://slovar.lib.ru/dictionary/text-10.01.2011 
Стариченок В.Д. 2008, Большой лингвистический словарь. Рос-
тов-на Дону, Феникс, 811 с. 
Татарская грамматика 1993, Т 1, Казань, Татар. Книжное Изд-
во, 552 с. 
Veys
əlli F.Y. 2008, STUDIA PHİLOLOGİCA II, Dərs vəsaiti, 
Morfemika, Sintaqmatika, Bakı, Mütərcim,  307 s. 
Veys
əlli F.Y. 2010, STUDIA PHİLOLOGİCA IV, Semiotika, Bakı, 
Müt
ərcim.  
Вейселли Ф.Я. 2009, О просодике предложения. Seçilmiş əsər-
l
ər. s.74-77 
Veys
əlli F.Y. 2012, İşarə, anlam, məna və məzmun anlayışları haq-
qında. – Dil Araştırmaları Uluslararası Hakemli Dergi, Sayı II. 
 
 
 
 
 
 
 
63 
 

 
IV Fəsil 
 
AZӘRBAYCAN DİLİNDӘ SÖZ YARADICILIĞI  
VӘ YA YENİ TİPLİ DİL-DANIŞIQ ALIŞQANLIQLARI 
 
Bu gün Az
ərbaycan dilində  bütövlükdə  söz  yaradıcılığı, 
ayrılıqda  isə  sözgedən dildə  yeni qəlib-ifadələrin,  metaforaların, 
üslubi-
sintaktik  normaların,  variantların  və  s.  yaranması,  istər 
diskursiv m
əkan-zaman, istərsə də interaktiv işlənilmə və informa-
siyavericilik  baxımlarından  yeni  bir  dərketmə  mahiyyəti qazan-
maqdadır. Buna görə artıq ana dilimizin öyrənilməsi və öyrədilməsi 
sad
əcə klassik ədəbi dil kanonlarıyla deyil, həm də günümüzün e-dil 
gerç
əklikləri, qlobal dil siyasəti, ortaq, milli və  ana dillərinin 
birinci, ikinci, üçüncü v
ə  s.  dil  kimi  işlənilmə  imkanlarıyla  bağlı 
olaraq aparılmalıdır.  
 
4.1.  Әdəbi dilin dil-danışıq  normalarında  yeni  inkişaf 
meyll
əri 
 
İndiyə qədər “ədəbi dillər olaraq müəyyənləşdirilən (Seçdirmə 
bizimdir  – 
M.M.Musayev)”ayrı-ayrı  türk  dillərinin  leksikonuna, 
danışıq sintaksisisinə, diskurs və mətn səviyyələrinə bu gün yaxın 
və  ən  yaxın  qohum  dillərin,  qohum  olmayan  xarici  dillərin  və 
ü
mumiyyətlə    inkişaf  edən  və  dəyişən  sosiolinqvistik  faktorların 
ciddi  təsiri  müşahidə  olunur.  Həmin  təsir  sözügedən  dillərdə 
müxtəlif  leksik  və  qrammatik  yeniliklər,  bəzən  də  qələti-məşhur 
səciyyəli gəlişmələr olaraq da özünü göstərir. Əslində çağdaş türk 
dillərində özünü göstərən həmin gəlişmə və dəyişmələr, hər şeydən 
öncə,  müxtəlif  sosiolinqvistik  və  ekstralinqvistik  təsirlərin 
nəticəsində  gerçəkləşən  yeni  dil-danışıq  normaları  və 
normalaşmalarından  başqa  bir  şey  deyildir.  Bu  normaların 
gerçəkləşməsi danışıq alışqanlığı və ya vərdişi, ayrıca olaraq da dil-
nitq  yenilənməsi  nəticəsində  getdikcə  normalaşan  dil-nitq 
 
64 
 

variantlarının  işlənilmə  sıxlıqları  ilə  müşahidə  olunur.  Sözügedən 
sıxlıqlar,  hər  şeydən  öncə,  dəyişməz  və  ya  uzun  müddətli 
dönəmlərdə  dəyişən  dil  normalarının  variantları  kimi  də  işlənilir. 
Bunlar  dildəki  ierarxik,  sistematik  və  ardıcıl  inkişafı  təmin  edən 
fonem,  morfem,  sintaksem,  leksem,  frazem  və  tekstem  kimi dil; 
sintaqm,  söyləm  və  diskurs  olaraq  da  nitq  vahidlərinin  statistik, 
struktur-semant
ik və konseptual-koqnitiv təsvirinə əsasən öyrənilir. 
Dil variantlarının funksional işlənilmə sahələrinin və ya məzmun və 
ifadə  özəlliklərinin  müəyyənləşdirilməsi  işi  isə  “diskurs-mətn 
yaradıcılığına,  bu  yaradıcılığın  və  ya  prosesin”  (Seçdirmə-M.M.) 
gerçəkləşdiyi  gündəlik  danışılan  dilə  və  kütləvi  informasiya 
vasitələrinə  və  variantların  konseptual-koqnitiv  olaraq  dərk 
olunmasına və sosiolinqvistik ortamına əsasən aparılmalıdır.  Yeni 
sözlər,  ünsiyyət-işlənilmə  tərzləri,  deyimlər  və  qəlib-ifadələr; 
asimmetr
ik gəlişmələr və dəyişmələr müxtəlif dil-danışıq variantları 
olaraq  Avrasiya  türkcələrində  ən  çox  1970-ci  illərdən  başlayaraq 
özünü  göstərir.  Həmin  variantlar  insanlar  arasındakı  ünsiyyətdə 
gündəlik  olaraq  gerçəkləşən  əqli  dərk  olunmaya  və  ümumən  də 
şüura  söykənən  danışıq  dilində  “verici-göndərilən-alıcı 
kommunikativ  dövrəsi”nə  (Musayev  2011:  275)  əsasən 
müəyyənləşdirilir.    Gəlinən  nöqtədə  sözügedən  variantalar  və  ya 
yeni dil-
danışıq  normaları  bu  gün  artıq  koqnitiv-funksional  və 
informasiya-kommunikativ üns
iyyət  vasitəsi  kimi  səciyyələndirilə 
bilən e-dildə işlənilməkdə, seçilməkdə və dilimizə girməkdədir.  
Əlbəttə,  sözügedən  dil-danışıq  normaları  və  onların  müxtəlif 
variantları bütün çağdaş türk ədəbi dillərində bu və ya digər şəkildə 
müxtəlif  linqvistik  və  ekstralinqvistik  təsirlərin  nəticəsində 
işlənilməkdədir.  Təbii  ki,  bunların  müqayisəli-tutuşdurmalı  olaraq 
öyrənilməsi də türkoloji dilçiliyin ən aktual problemlərindən biridir. 
Ancaq  burada  indilikdə  görüləcək  əsas  iş  isə  türk  dillərində 
sözügedən  dil-danışıq  normalaşmalarının  əsas  istiqamətlərinin, 
onların  normalarının  və  variantlarının  sinxronik  olaraq  müəyyən-
ləşdirilməsindən ibarətdir. Məhz bu baxımdan aşağıda Azərbaycan 
 
65 
 

dilində  yeni  yaranan  bəzi  dil-danışıq  alışqanlıqları  və  müxtəlif 
xarakterli alınmaları üzərində durulur. 
 
4.2.  Azərbaycan  dilində  yeni  dil-danışıq  alışqanlıqları  və 
alınmaları  
 
XX  yüzilin  son  qərinəsindən  etibarən  dünyada  yeni  siyasi, 
iqtisadi,  etnoqrafik,  demoqrafik  və  kulturoloji  bir  qlobal  düzən 
gerçəkləşməyə başlamışdır. Bu proses Sovet İttifaqının dağılması və 
Avrasiya  coğrafiyasında  yeni  müstəqil  dövlətlərin,  muxtar 
respublikaların  və  federal  gəlişmələrin  meydana  çıxması,  Avropa 
İttifaqının genişlənməsi, Çinin dünyaya açılması və nəhayət Yaxın 
Şərqin  yenidən  şəkillənməsi  və  “Ərəb  baharı”  ilə  özünü  göstərir. 
Belə bir düzənin gerçəkləşməsi dünyada özü ilə bərabər yeni bir dil-
ünsiyyət  ortamı  və  fərqli  sosiolinqvistik  şərtlər  də  gətirmişdir.  Bir 
çox dil; rəsmi dövlət dili statusu və ya  müəyyən bir miqyasda isə 
yeni  işlənilmə,  tərcümə  oluna  və  ya  çevrilə  bilmə  sferaları  əldə 
etmişdir.  Ortaq  ünsiyyət  vasitəsi  olan  dillərin,  özəlliklə  də  ingilis, 
ispan,  çin  dillərinin  və  latın  əsaslı  əlifbaların  işlənilmə 
funksionallığı və sahələri genişlənmişdir. Dünyada danışılan bir çox 
dil artıq sadəcə kütləvi informasiya və təlim-tərbiyə vasitələri və ya 
diplomatik  əlaqələr  vasitəsilə  yayılmır.  Həmin  dillərin 
funksionallığının  genişlənməsi  həm  də  daşıyıcılarının  dünyanın 
iqtisadi  olaraq  inkişaf  etmiş  və  etməkdə  olan  və  üçüncü  dünya 
ölkələrində yayılması ilə də özünü göstərir.  Bunun nəticəsində yeni 
dil-
işlənilmə və tərcümə-çevrilmə bölgələrinin təşəkkül tapması ilə 
fərqli sosiolinqvistik şərtlərin yaranmasına yol açılır. Bir-birinə ən 
yaxın qohum dillər olan Avrasiya türkcələri arasındakı əlaqələr də 
yeni bir ədəbi və danışıq dili işlənilməsi və çevrilməsi müstəvisində 
inkişaf etməyə başlamışdır.  
 
Belə  bir  konseptual  kontekstdə  1950-ci  illərdən  başlayaraq 
Azərbaycan dilində dilimizin öz daxili imkanları hesabına yaranan 
yeni  ifadə  vasitələrinin,  özəlliklə  də  ayrı-ayrı  yeni  sözlərin 
işlənilməsi  prosesi  getdikcə  sürətlənməkdədir.  Müstəqillik 
 
66 
 

illərindən  öncə  və  sonra  işlənilməyə  başlayan  həmin  yeni  sözlərə 
dair  artıq  kifayət qədər  xarakterik  leksikoqrafik  örnəklər  də 
göstərilə bilər.  
Məsələn:  ilğım,  şəfqət  bacısı,  nəfəslik,  işıqfor,    əyləc, 
dincəliş, soyuducu, taleyüklü, yetərsay, çalarçimərlik və s.   
Elm və texnikanın inkişafı, millətlərarası yeni iqtisadi, siyasi, 
mədəni sahələrin və əlaqələrin yaranması nəticəsində Hind-Avropa 
mənşəli onlarla yeni sözün bu gün dilimizdə işlənildiyi də müşahidə 
olunmaqdadır.  Məsələn:  Nostalji  və  ya  nostalgiya,  konsorsium, 
konsensius, mentalitet, aura, kompüter, monitor, not-buk, 
mobil telefon, lot (qiymətli səhmlərin hər birinin dəyəri), media, 
aksion, konsern, termin
al,  konstruktiv,  tender  (ihalə), 
konvensiya,  konsolidasiya,  qlobal,  sammit  (zirvə),  sponsor, 
opsion  (hissə  sənədi),  makslimit,  legitim,  deportasiya, 
prezentasiya  (təqdimat),  passionarlıq  və  s.    Həmin  sözlərin  bir 
çoxunun  dilimizə  alınmasında  Türkiyə  türkcəsinin  də  müəyyən 
rolunun olduğu inkar edilə bilməz.       
Bu kontekstdə Azərbaycan dilindəki bəzi ərəb, fars və slavyan 
mənşəli  sözlərin  və  dil-danışıq  qəliblərinin  yerinə  Türkiyə 
türkcəsindən  yeni  söz  və  ifadələrin  alınması  diqqəti  daha  çox 
çəkməkdədir. Sözügedən linqvistik gəlişmə son dövrlərdə türkoloji 
dilçilikdə  ayrıca  olaraq  vurğulanmaqdadır  (Musaoğlu  2002:  159-
171;  Melikli  2004:  125).  Bu  alınmalar  Türkiyə  və  Azərbaycan 
türkcələrində  yeni  yaranan  eyni  sosiolinqvistik  şərtlərə  və  dil-
danışıq  ortamına  bağlı  olaraq  ortaya  çıxmaqdadır.  Bunlar  dil-nitq 
vahidlərinin  və  digər  ünsiyyət  vasitələrinin  çoxmənalılığının, 
sinonimliyinin,  omonimliyinin,  antonimliyinin  və  s.  inkişafının  və 
həmin dillər arasında dil-işlənilmə, tərcümə oluna və çevrilə bilmə 
əlaqələri  potensialının  genişlənməsinin  ən  açıq  göstəricisidir. 
Həmin alınmalar leksik-etimoloji mənşəyi; leksikoqrafik, diskursiv 
və  funksional  işlənilmə  müxtəlifliyinə  əsasən  aşağıdakı  qruplara 
ayrıla bilər.  
 
 
67 
 

4.2.1. Türk mənşəli leksik-funksional alınmalar 
 
Bu g
ün Azərbaycan dilində bəzi ərəb və fars mənşəli sözlərin 
yerində  Türkiyə  türkcəsindən  funksional  işlənilmə  imkanlarıyla 
ünsiyy
ət  alışqanlığı  prosesində  alınan  türk  mənşəli  sözlər 
işlənilməkdədir.  Qeyd  olunmalıdır  ki,  sözügedən  leksik  vahidlər 
artıq  Azərbaycan  dilində  getdikcə  daha  çox  vətəndaşlıq  hüququ 
qazanmaqdadır.  Həmin  sözlərə  aşağıdakılar  örnək  olaraq  göstərilə 
bilər:   
-
“Hadisə” yerinə “olay”, “təhqiqat və tədqiqat ” yerinə  
“araşdırma”; 
 -
“İnkişaf və ya tərəqqi” yerinə “gəlişmə//gəlişim və  
dəyişmə//dəyişim”; 
 -
“İzah etmək/şərh etmək” yerinə “açıqlamaq”; 
-
“İzah və ya şərh” yerinə “açıqlama və ya “açıqlanma”; 
 -
“Əhəmiyyət” yerinə “önəm”, “əhəmiyyətli” yerinə “önəmli”;  
-
“Nəşr etmək/çap etmək” yerinə “yayınlamaq//yayımlamaq”, 
“nəşr/çap” yerinə “yayın//yayım”; 
 -
“İclas” yerinə “toplantı”, “vəziyyət” yerinə durum”, “xüsusi” 
yerinə “özəl”;  
-
“Həsrət çəkmək” yerinə “özləmək”, “kədərlənmək” yerinə 
“üzülmək”; 

“Mənbə və ya məxəz” yerinə “qaynaq” və s. 
 
4.2.2. Sinonim xarakterli və yaxınmənalı leksik-funksional 
alınmalar və ya yeni dil-danışıq normaları və normalaşmaları  
 
Bəzi  sinonim  xarakterli  sözlər  və  dil-ifadə  qəlibləri  bu  gün 
çağdaş  Türkiyə  və  Azərbaycan  türkcələrində  paralel  olaraq 
işlənilməkdədir.  Sözügedən  sözlər  və  dil-ifadə  qəliblərinin  çağdaş 
Azərbaycan  türkçəsində  işlənilməsinini  bütövlükdə  millətlərarası 
yeni sosial aura və buna bağlı olaraq da iqtisadi, siyasi və mədəni-
kütl
əvi  əlaqələr  müəyyənləşdirməkdədir.  Bəs  bugünkü  funksional 
Azərbaycan türkcəsində sözügedən dil-danışıq normalaşmasının və 
 
68 
 

normalarının təşəkkül tapmasını konkret olaraq şərtləndirən başlıca 
konseptual  amillər  hansılardır?!  Bu  funksional  normalaşma,  hər 
şeydən  öncə,  Azərbaycanın  müstəqil  bir  dövlət,  Azərbaycanın 
dilinin də onun rəsmi dövlət dili olmasına əsaslanır. Azərbaycan dili 
müstəqil rəsmi dövlət dili olmaqla bərabər, həm də ana dili və ortaq 
dildir. O, kütləvi informasiya vasitələri və texnologiyalarının dili və 
ya  qısaca  olaraq  e-dil
8
 
kimi  də  ədəbi  dildəki  normalaşma  və 
normaların 
müəyyənləşməsini 
şərtləndirməkdədir. 
Bu 
normalaşmanın  və  ya  konkret  olaraq  da  dil-danışıq  normalarının 
təşəkkülü  Azərbaycan  dilində  ən  çox  onun  ümumişlək 
leksikonundan  müəyyən  söz  və  ifadələrin  seçilərək  funksional 
ədəbi-danışıq dilində daha aktiv işlənilməsilə bağlıdır. Beləliklə, bu 
ədəbi dil-danışıq prosesi Türkiyə türkcəsindən, daha çox da Türkiyə 
türkcəsinin və digər ekstralinqvistik amillərin təsiri ilə Azərbaycan 
dilinin ümumişlək leksikonundan alınan uyğun sözlərin və dil-ifadə 
qəliblərinin  hesabına  genişlənir.  Məsələn,  örnək,  bölgə,  birlik, 
qırmaq//qırılmaq,  qavram//qavrayış,  qatılmaq  kimi  sözlər,  əlbəttə, 
Azərbaycan  dilinin  ümumişlək  leksikonunda  əvvəllər  də  müxtəlif 
leksik  mənalarda  işlənilirdi.  Ancaq  bu  gün  belə  söz  və  ifadələr 
dilimizdə  yeni-yeni funksional anlam yükü qazanaraq interaktiv 
ünsiyyətdə  daha  sıx  işlənilməkdədir.  Həmin  sözlərə  və  dil-ifadə 
qəliblərinə aşağıdakılar konkret örnək olaraq göstərilə bilər.   
 
8
  Elektronik dil (e-dil)  sözün  dar  mənasında  müxtəlif  informasiya  texno-
logiyalarında və ya informatikada, özəlliklə də kompüterdə işlənilən dil mənasına 
gəlir.  Əlbəttə,  e-dil  şərti  olaraq  işlənilən  və  başa  düşülən  bir  ifadə-anlayışdır. 
Çünki  həmin  dil  ingiliscə,  rusca,  fransızca,  almanca,  türkcə  (Türkiyə  türkcəsi), 
Azərbaycanca və s. dillər ola bilər. İndi buna bağlı olaraq e-dövlət, e-iqtisadiyyat, 
e-
turizm  və  s.  qavramlar  da  ortaya  çıxmışdır.  Bunlar  hamısı  müxtəlif  elm  və 
texnologiya, iqtisadiyyat, sənaye, tədris kimi sahələrin sürətlə kompüterləşməsi, 
informatikanın  və  ya  informasiya  texnologiyaları  vasitələrinin  sözün  geniş 
mənasında  e-dildə  işlənilməsi  və  bununla  da  mediologiyanın  getdikcə  müstəqil 
elm olaraq formalaşması ilə bağlıdır.   
 
69 
 
                                                            

A. Sözlər: 
-
“Gündəlik”  lə  bərabər  “gündəm”;  “rayon”la  bərabər  “bölgə”; 
“müasir”lə bərabər “çağdaş”; 
 -
“Bilik,  məlumat”la  bərabər  “bilgi”;  “müəssisə”  ilə  bərabər 
“qurum”;  
“Yazıçı”  ilə  bərabər  “yazar”;  “ittifaq”la  bərabər  “birlik”; 
“əvvəl//əvvəlcə ilə bərabər “öncə”; 
-
“Müsbət”lə  bərabər  “olumlu”;  “həyat”la  bərabər  “yaşam”; 
“köməkçi” ilə bərabər “yardımçı”; 
-
“Əlaqə” ilə bərabər “bağlantı”; “məqsəd”lə bərabər “hədəf”; 
-
“Azad//azadlıq”la  bərabər  “özgür//özgürlük”;  “adam”la  bərabər 
“insan”; 
-
“Kefinə  dəymək//incimək”lə  bərabər  “qırmaq//qırılmaq”;  “əsr”lə 
bərabər “yüzil”; 
-
“Başa  düşmək//başa  düşülmək”lə  bərabər  anlamaq//anlaşılmaq; 
“məna” ilə bərabər “anlam”; 
-
“Mədəni”  ilə  bərabər  “kültürəl”;  “sistem”lə  bərabər  “düzən”; 
“dövr”lə bərabər “dönəm”; 
-
“Fikirləşmək”lə  bərabər  “düşünmək”;  “işləmək”lə  bərabər 
“çalışmaq”; 
-
“Şərait”lə  bərabər  “ortam”;  “yoldaş”la  bərabər  “arkadaş”;  “kimi” 
ilə bərabər “olaraq”; 
-
“Çeşitlənmək”lə  bərabər  “çeşitləndirmək”;  “şəhadətnamə”  ilə 
bərabər “sertifikat”; 
-
“Konsept”lə və ya “məfhuml”la bərabər “qavram//qavrayış”;  
-
“İştirak etməklə” bərabər “qatılmaq”; “ifadə” ilə bərabər “deyim”;   

“Maraq”la  bərabər  “ilgi,  “maraqlanmaq”la  bərabər  “ilgilənmək”, 
“maraqlı” ilə bərabər “ilginc” və s.   
 
B. Qəlib-ifadələr: 
-
Əstəğfürullah;  icazənizlə//müsaidənizlə;  istirahət  günü  və  ya 
günləri//həftəsonu 
-
Özündən  muğayat  ol//özünüzdən  muğayat  olun//özünüzə  yaxşı 
baxın; 
 
70 
 

-Yer alm
aq//yer  tutmaq;  ev  dağıldı  və  ya  uçdu//ev  çökdü;  birbaşa 
veriliş//canlı yayın;  
-
Kömək  etmək//köməklik  göstərmək//yardım  etmək//yardımçı 
olmaq;  
-
Əl telefonu//cib telefonu//mobil telefon; malik olmaq//sahib olmaq  
-
Üstünə//üzərinə getmək və s. 
 
4.2.3.  Azərbaycan  dilinə  Türkiyə  türkcəsindən  keçən 
müxtəlif mənşəli leksik alınmalar 
 
Azərbaycan  dilinin  lüğət  tərkibində  mövcud  olan,  ancaq 
interaktiv  xarakterli  gündəlik  ünsiyyətdə  çox  geniş  dil-işlənilmə 
yayğınlığına  sahib  olmayan  bəzi  sözlər  Türkiyə  türkcəsindən 
Azərbaycan türkcəsinə fərqli mənaları və çalarları ilə gəlməkdədir. 
Bunları iki qrupa ayırmaq mümkündür:   
A. 
Türk 
kökənli 
leksik 
vahidlər. 
Məsələn: 
dəstək//dəstəkləmək; sayı; yolsuzluq; öndər və s.  
Bunlarla  bərabər,  Azərbaycan  türkcəsində  işlənilən  elə  yeni 
sözlər vardır ki, onlar Türkiyə türkcəsindəki mövcud leksik modelə 
əsasən düzəldilir. Məsələn, Türkiyə türkcəsində “beklemek” feli və 
həmin  feildən  düzəldilmiş  “beklenti”  ismi  vardır.  Azərbaycan 
Türkcəsində “beklenti” felinin sözügedən mənadakı leksik qarşılığı 
olaraq  “gözləmək”  feli  işlənilir.  Artıq  Azərbaycan  dilində  həmin 
feildən  mövcud  leksik-leksikoqrafik  modelə  əsasən  yeni  bir 
“gözlənti” ismi düzəldilmişdir. Və həmin söz bu gün dilimizdə çox 
geniş işlənilməkdədir.  
B. Müxtəlif dillərdən alınan və türkcə dil-işlənilmə modeli ilə 
Azərbycan  dilinə  keçən  bəzi  leksik  alınmalar.  Məsələn:  mesaj, 
rəqəmsal,  kontur,  media,  manyak,  helikopter,  kültürəl  və  s.  Qeyd 
olunmalıdır  ki,  çağdaş  Türkiyə  türkcəsində  -sal,  -sel  köməkçi 
morfemi  məhsuldar  bir  iki  variantlı  sifət  düzəldən  leksik  şəkilçi 
olaraq özünü göstərir. Məsələn: kumsal, bilimsel, yapısal, siyasal və 
s.  (Musaoğlu  2002:234).  Azərbaycan  dilində  isə  indiyə  qədər 
sözügedən  şəkilçi  ilə  düzəldilən  təkcə  bir  “qumsal”  leksik  vahidi 
 
71 
 

işlənilirdi.  İndi  isə  həmin  leksikoqrafik  modelə  əsasən  “rəqəmsal” 
sözü  də  düzəldilmişdir.  Ancaq  həmin  söz  dilimizdə  ya  ahəng 
qanununa əsasən  “rəqəmsəl” şəklində, ya da Türkiyə türkcəsindəki 
uyğun  mənası  ilə  “sayısal”  leksik  vahidi  olaraq  işlənilməlidir. 
“Mesaj”  sözü  isə  dilimizin  interaktiv  lüğət  tərkibində  ahəng 
qanununa əsasən “məsaj” şəklində yer almalıdır.  
 
4.2.4.  Azərbaycan  və  Türkiyə  türkcələrində  yeni  leksik-
qrammatik və sintaktik normalar və normalaşmalar 
 
Son 20-
25  il  içərisində  Türkiyə  Türkcəsindən  Azərbaycan 
türkcəsinə  keçən  müxtəlif  dil-danışıq  vasitələrini  sadəcə  ayrı-ayrı 
leksik  vahidlərlə  məhdudlaşdırmaq  mümkün  deyildir.  Burada 
sintaktik  birləşmələrdən  də  bəhs  edilə  bilər.  Məsələn:  internet 
mediası, hava alanı, canlı yayın və s.  
İndi  Azərbaycan  türkcəsində  çox  vaxt  ədəbi-diskursiv 
kontekstdən  də  asılı  olaraq  felin  indiki  zamanının  və  ya  xəbər 
şəklinin  yerində  onun  vacib  formasının  işlənildiyinin  getdikcə 
intensivləşməsi  özünü  göstərir.  Məsələn:  işlənilir//işlənilməkdədir 
və  ya  davam  etdirilir//davam  etdirilməkdədir  və  s.  Bu  gün  artıq 
Azərbaycan  dilindən  də  bəzi  dil-danışıq  elementlərinin  az  da  olsa 
Türkiyə Türkcəsinə keçdiyi müşahidə olunmaqdadır. Məlum olduğu 
kimi,  müxtəlif  mənalı  subordinativ,  koordinativ  və  korrelyativ 
polipredikativ  vahidlər  və  ya  klassik  terminologiya  ilə  ifadə  etsək 
tabeli  mürəkkəb  cümlələr  Azərbaycan  dilində  Türkiyə  türkcəsinə 
nisbətən daha yayğındır. Türkiyə Türkcəsində isə feli bağlama, feli 
sifət,  məsdər  tərkibi  və  qoşmalı  birləşmələrlə  qurulan  sadə  geniş 
cümlələrin  işlənilmə  sıxlığı  yüksəkdir.  Məsələn,  bir  cümlə 
konstruksiyası Azərbaycan Türkcəsində “Mən onu demək istəyirəm 
ki,  siz  hamınız  çox  yaxşı  uşaqlarsınız”  şəklində  ifadə  olunur. 
Türkiyə  türkcəsində  isə  həmin  konstruksiya  adətən  aşağıdakı 
şəkildə işlənilir: “Ben sizin hepinizin çok iyi çocuklar olduğunuzu 
söylemek  istiyorum.”  Ancaq  sözügedən  mürəkkəb  cümlə 
konstruksiyalarının  bu  gün  paralel  olaraq  Azərbaycan  dilinin  və 
 
72 
 

digər türk ədəbi dillərinin də təsiri ilə Türkiyə türkcəsində daha sıx 
işlənildiyi  müşahidə  olunur.  Bu  gün  Türkiyə  türkcəsində  “yerine 
getirmek”le bərabər “yerine yetirmek”, “hoşuna getmek”le bərabər 
“hoşuna  gelmek”  ifadələrinin,  “işlənmək//işlənilmək”  feil 
modelindəki  kimi  “kullanmak”la  bərabər  “kullanılmak”ın  da 
işlənildiyinə  təsadüf  olunur.  Bunlar  da  Türkiyə  türkcəsinə 
Az
ərbaycan türkcəsinin təsiri olaraq açıqlana bilər. 
 
4.3. Feil köklərinin müqayisəli-tutuşdurmalı morfematik 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin