Onun gözlərini pərdə aldı, dodaqları göm-göy göyərdi 256 çənlibeldən səni deyib gəlmişəm



Yüklə 20,45 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü20,45 Kb.
#40096
1   2
QACAQ NEBI DASTANIN DA BEDII IFADE VASITELERI

Telli Qara Cətandaşda vurulmuş,

Axıb qanı çalalarda qurumuş…” [30, s.104] misrasından bəlli ilə başlayan şeir parçası qəhrəmanın ölüm səhnəsini bədii boyalarla təsvir edir. Qaçaq Nəbini deyilənlərə görə qazamatdan Telli Qara xilas edir. Nəbi hətta Telli Qaraya sifariş göndərir:

Qaçaq Nəbinin həyatının, şəxsiyyətinin müəyyən tipik cizgilərini əhatə edən, rəvayətlər onun dastanlaşması üçün başlanğıc olmuşdur. Bir rəvayətdə vurğulanır ki, “evimiz kəndin girəcəyində, yol qırağında yerləşirdi. Mən bir neçə nəfərlə oturub söhbət edirdim. Elə bu vaxt yaşı 35-40 arasında olan, qara və kal buynuzu kimi eşmə bığlı, başında quzu dərisindən alagül papağı olan bir nəfər bizə yaxınlaşaraq ədəblə salam verdi. Sonra soruşdu ki, bu yol kənarındakı ev kimindir? Cavab verdim ki, Hacı Məhəmmədindir, mən isə onun oğlu Abbasam... Həmin adam məni bir kənara çəkib dedi:



- Abbas, mən Qaçaq Nəbiyəm... Naxçıvan qazamatından qaçmışam. Tez Hacı Məhəmmədə deynən, mənə bir at versin ki, təqib edən piristav və onun silahlı dəstəsindən canımı qurtarım...” [123]. Nəbini xilas edən Abbasın ailəsi hökumət tərəfindən cəzalandırılır. Başqa bir rəvayətdə deyilir ki, “Rüstəmilər nəslinin bir neçə nümayəndəsi Nəbiyə kömək etdiyi üçün xüsusi plan əsasında türmədən qaçırdılan quldurlar tərəfindən bir gecədə öldürülür. Bütün bu hadisələrdən xəbər tutan Qaçaq Nəbi Mahmudobaya gələrək dostunun və namərd gülləsiylə qətlə yetirilənlərin hüznündə iştirak edir. Orada söz verir ki, bu müdhiş gecənin qatillərini tapıb güllələyəcək... Bundan bir müddət sonra Nəbi dəstəsiylə Arazın o tayına adlayır. O, çoxsaylı dostlarının köməyi ilə qətli törədən qatilləri tapıb xalqın gözü qarşısında güllələyir”. Nəbinin mərd və dostluğa sadiq idi. “Çar hökumət orqanları kəndlilərə qarşı amansız cəza tədbirləri tətbiq edir, sakinləri əldə silah sosial ədalətsizliyə qarşı çıxan və ya xalq qisasçılarına kömək göstərən kəndləri məhv etməkdən belə çəkinmirdilər.” [37, s.100] Xalq bütün bunlara baxmayaraq öz qəhrəmanını qoruyurdu. “Mübarizənin uğurlu olması üçün qaçaqları gizlədən kənd cəmiyətlərinin elliklə və ciddi şəkildə cəzalandırılması təklif edilirdi. Baş mülki rəis qubernatora belə bir hüquq vermişdi. Lakin ən ciddi repressiyalar belə Nəbinin dəstəsini məhv etməyə imkan vermirdi.” [141, s.77]

Bütün bunlar və bu kimi örnəklər xalqın yaddaşında zaman-zaman özünə yer almış və bu gün də almaqdadır.



Müxtəlif tarixi dövrlərdə qaçaqlara münasibət fərqli olmuş “Çarizm dövründə rəsmi darələrin yolkəsən və quldur, dövlətə qarşı çıxan asi hesab etdikləri qaçaqlar elə öz dövrünün xalq yaradıcılığında məzlum kəndlilərin mənafeyi uğrunda vuruşan əsil qəhrəmanlar kimi tərənnüm olunmuşlar. Qaçaq hərəkatı sovet dövründə isə çarizmə və milli dövlətimizə-Azərbaycan Xalq Cümhuriyyətinə qarşı çıxan qüvvələr kimi qələmə verilmişdir. XX əsrin 30-cu illərindən başlayaraq stalinizm repressiyaları dövründə isə qaçaq hərəkatını obyektiv şəkildə tədqiq etmək istəyənlər qanlı represiyaların qurbanı olmuşdular.” [83,151]
Yüklə 20,45 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin