Ürəyin qapalı masajı aparılmasının əsas qaydaları: zərərçəkən bərk yerdə (döşəmədə) uzadılmalıdır – reanimasiya edən bir əlini o biri əlinin üzərinə qoyur, iki əli ilə birlikdə döş qəfəsinə təzyiq edir. Təzyiqin tətbiq olunma zonası zərərçəkənin döş sümüyünün aşağı hissəsi, orta xətt üzrə olmalıdır. Bu zaman döş qəfəsi 4-6 santimetr sıxılmalıdır. Sıxılmaların sayı 1 dəqiqədə 80-100 olmalıdır. Ağciyərlərin süni tənəffüsü döş qəfəsinin sıxılması ilə eyni vaxtda aparılmalıdır. Massajın effektliyini göstərən əlamətlərə dərinin rənginin dəyişməsi, əvvəlcə genəlmiş olan göz bəbəklərinin daralması; yuxu arteriyasında nəbzin əmələ gəlməsi, bəzən sərbəst tənəffüsün başlaması aiddir. Zərərçəkənin tənəffüsü və ürək döyüntüsü bərpa olunarsa, onu elə vəziyyətdə yerləşdirmək lazımdır ki, zərərçəkəndə qusma olsa, onun tənəffüs yolları qusuntu ilə tutulmasın və zərərçəkən boğulmasın. Buna təhlükəsiz vəziyyət deyilir.
Nəşr olunmuş bu buklet “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi tərəfindən Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən “İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzləri” layihəsi çərçivəsində ərsəyə gəlmişdir, və məzmunu USAID və ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirməyə bilər.
“Şəffaflıq Azərbaycan” və ALAC layihəsi haqqında əlavə məlumat almaq üçün www.transparency.az internet səhifəsinə müraciət edə bilərsiniz.