Görmə itiliyinin simulyasiyası
Görmənin həm birtərəfli, həm də ikitərəfli simuyasiyası müşahidə oluna bilər. Birtərəfli görmə itiliyinin
simulyasiyası halları xüsusilə hərbi həkim komissiyasında tez- tez müşahidə olunur. Xüsusilə birtərəfli görmə
itiliyinin simulyasiya hallarında neytrallaşdırma testi effektlidir. Bu zaman prizma və ya yüksək dioptrili eynək
linzaları ilə neytrallaşma testini həyata keçirtməklə xəstələrin çoxunu çaşdırmaq və istənilən görməni almaq olar.
Xəstənin hər iki gözünə eyni anda yerləşdirilmiş eyni nömrəli yüksək dioptrli mənfi və müsbət linzaların sağlam
gözdən birinin götürülməsi, xəstənin sanki sağlam gözlə gördüyünə inanması ilə “xəstə” gözün görməsinin təyin
edilməsinə nail olmaq olar. Bu müayinəni mərkəzi dəlikli diafraqma ilədə aparmaq mümkündür. Bu zaman xəstənin
sağlam gözü diafraqma , digər gözü isə mərkəzi 3 mm dəlikli diafraqma ilə örtülür. Xəstəyə inandırmaqla, sanki
hər iki gözü ilə baxmış kimi mərkəzi dəlikdən baxması tələb olunur. Bu zaman xəstə hər iki gözlə baxmağa çalışır,
əgər xəstənin görmə itiliyi kifayət qədər deyilsə xəstə eynəyin altında gah sağlam və gah da xəstə gözünü qıyaraq
anlamağa çalışır. Xəstəyə hər iki gözünü geniş açaraq görmə itiliyi cədvəlində dəlikli diafraqmadan oxumaq
xahiş olunur. Lazım gələrsə diafraqmanın önünə lazımı korreksiya edici şüşələr yerləşdirilir. Bəzi hallarda xəstə
ilk üçüncü və ya ikinci cərgədən görmürsə ona daha böyük optatiplər göstərilir. Bu test birtərəfli simulyasiyanı
aşkarlamağa və ya ambliopiyasi olan gözün maksimal görmə itiliyini təyin etməyə imkan verir.
Hərbi həkim komissiyalarında daha bir görmə itiliyinin simulyasiya halına rast gəlmək olur ki, bu da neqativ
simulyasiyadır. Adətən birtərəfli ambliopiya və ya bir tərəfli göz dibi patologiyasının mövcudluğu zamanı xəstə
sağlam gözü ilə gördüyü optotipləri yadda saxlamaq və ya hər hansı bir baş pozisiyası ilə eksentrik görmə əldə
etməklə və ya sağlam gözü ilə görməyə nail olmaqla xəstə gözün bir və ya bir neçə cərgə gördüyünu söyləyə bilər.
Bütün hallarda xəstənin görmə itiliyinin müayinəsi zamanı eynəkdən istifadə etmək şərti ilə, digər gözün düzgün
bağlanılmasına diqqət yetirmək, hər bir gözün müayinəsi zamanı müxtəlif optatiplər göstərməklə (bir gözdə rəqəm
digər gözdə isə hərfləri) xəstəni çaşdırmaq, düzgün baş pozisiyasının və mərkəzi fiksasiyanın olub olmamasına
diqqət yetirmək çox vacibdir.
Bizim tədqiqata daxil olan və görmə itiliyinin pozitiv, eləcədə neqativ simulyasiya hallarında yüxarıda göstərilən
çaşdırıcı və dumanlaşdırıcı testlərdən (neytrallaşma və ya diafraqma testləri) istifadə olunmaqla simulyasiyanı
aşkarlamaq mümkün olmuşdur.
Dostları ilə paylaş: |