oriJİnal məqaləLƏR


Görmə sahəsinin simulyasiyası



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix26.12.2016
ölçüsü1,26 Mb.
#3392
1   2   3   4   5   6   7   8   9   ...   15
Görmə sahəsinin simulyasiyası

Simulyasiyaya şübhəli namizədlərdə görmə sahəsinin müayinəsi onun müxtəlif şəkildə görülən dəyişikliyiilə 

müşahidə  olunmaqdadır.  Bir  sıra  müəlliflərin  müşahidələrinə  əsasən  görmə  sahəsində  simulyasiya  nəticəsində 

yaranan dəyişikliklər qeyri düzgün daralmalar, spiral və ya boruşəkilli daralmalar şəklində görülə bilər [1]. Bəzi 




17

2015/3 (19)

ORİJİNAL MƏQALƏLƏR

hallarda bu görmə sahəsində ulduzşəkilli dəyişikliklər və ya bütünlüklə mütləq skatoma şəklində dəyişikliklərlə 

də təzahür oluna bilər. Adətən görmə sahəsinin simulyasiya olunması halları bilateral olaraq müşahidə olunur, çox 

nadir olaraq unilateral simulyasiyayarast gəlinə bilər. Görmə sahəsində müşahidə olunan dəyişikliklərin düzgün 

təhlili olduqca vacibdir. Çünki bəzi hallarada bu beynin xiazmal və ya retroxiazmal sahələrində baş verən bir sıra 

patoloji dəyişikliklərin əsas diaqnostik kriteriyalarından biri ola bilər[1-5]. Simulyasiya edən şəxslərdə asanlıqla 

geniş kor ləkə, hətta hemianopsiyalar müşahidə oluna bilər. Mərkəzi fiksasiya nöqtəsindən 10- 20 dərəcəyə yaxın 

defektlərin olması və ya görmə sahəsinin 10 dərəcəyə qədər konsentik daralması halları xəstəlrin gündəlik sərbəst 

həyatını məhdudlaşdırmalıdır [3, 4]. Əgər bilateral görmə sahəsində bu cür dəyişiklikləri müşahidə olunan xəstələr 

müayinə  otağında  sərbəst  hərəkət  edirlərsə,  düzgün  istiqamətlərdə  fiksasiyaları  müşahidə  olunursa,  otaqda  hər 

hansı  obyektə  toxunmadan,  maneələri  rahatlıqla  keçərək  düzgün  addımlayırsa  onda  simulyasiyadan  düşünmək 

lazıdır.  Müayinə  otağında  xəstədən  müəyyən  məsafə  və  istiqamətdə  durmuş  olan  həkimin  xəstəyə  qəflətən 

müraciət etməsi və xəstənin mövcud görmə sahəsinin daralmasına baxmayaraq həkim tərəfə fikirləşmədən düzgün 

fiksasiya ilə baxması xəstənin mövcud görməsini simulyasiya etməsi haqqında düşünməyə imkan verir. Bəzən bu 

xəstələri müayinə otağından xaricdə bir müddət gizli təqib etmək, bəzi hallarda onların hospitalizasiyasını həyata 

keşirtməklə bir müddət müşahidə etmək lazım gəlir.

Adətətən simulyasiya edən şəxslərdə görmə sahəsinin sentropetal vəya parsentral şəklində baş verən dəyişikliyi 

demək olar ki, rast gəlinmir. Bu cür dəyişikliklərin təkrari müayinə nəticəsində təkrarlanma şansı çox azdır. Ancaq 

boruşəkilli  daralma,  mərkəzi  mütləq  və  ya  nisbi  skatoma  şəklində  dəyişiklikləri  müşahidə  olunan  xəstələrdə 

əksər hallarda göz dibində görmə siniri və ya görmə mərkəzinin patoloji dəyişikiyi müşahidə olunmaqdadır. Bəzi 

hallarda isə bir sıra əlavə müayinə üsullarının: optik koherent tomografiya (OKT), görmənin çağırılmş potensialın 

müayinəsi  (GÇP),  elektroretinoqram  (ERQ)  müayinəsi,  flüoressein  angioqrafiya  (FFA),  maqnit-rezonanas 

tomoqrafiya  (MRT)  aparılmasına  zərurət  yaranır.  Simulyasiyaya  şübhə  olan  xəstələrdə  görmə  sahəsinin  hansı 

testlərlə  müayinə  olunması  da  çox  önəmlidir.  Bir  sıra  müəlliflərin  tədqiqatlarına  əsaslanaraq  görmə  sahəsinin 

kompyuter perimetriya müayinəsi Goldmanın kinetik perimetriyası ilə müqayisədə az etibarlı və qeyri dəqiq hesab 

olunur [1, 5]. Aparılan tədqiqatlara əsasən məhz Goldman kinetik perimetriya müayinəsi zamanı simulyasiyanı 

asanlıqla üzə çıxartmağa imkan verdiyi halda, kompyuter perimetriyada xəstələrin görmə defektlərini asanlıqla 

imitasiya etmələri müşahidə olunmuşdur [1, 5, 6]. Goldman kinetik perimetriya müayinəsini icra edən peşəkar 

tibb işçisi simulyasiyaya şübhə hallarında bir sıra fəndlərdən istifadə edərək simulyasiya edən xəstənin yalanını 

üzə çıxara bilər. Avtomatlaşdırılmış perimetriya müayinəsində verilən və bir neçə dəfə təkrarlan siqnalların düzgün 

təyin edilməməsi nəticəsində alınan görüntünü etibarsız edir.

 Görmə sahəsində bilateral boruşəkilli daralması olan xəstələrdə hərəkət testini aparmaqla simulyasiyanı təyin 

etmək olur. Bu zaman xəstədən bir qədər aralıda yerləşən fiksasiya nöqtəsi və onun ətrafında sakkadik hərəkət 

edən iki nöqtələr arasındakı məsafəni artırmaqla, onları daralmış görmə sahəsindən kənarlaşdırmaq və görüntünü 

itirmək  mümkün  olur.  Simulyasiya  edən  xəstələr  asanlıqla  aldanaraq  fiksasiya  nöqtəsindən  uzaqda  yürləşən 

nöqtələri  gördüklərini  etiraf  edirlər.  Sakkadik  hərəkət  testini  xəstənin  arxası  üstə  uzanmış  vəziyyətdə  həyata 

keşirtməklə aparmaq olar. Bu testin spesifikliyi 100%, həssaslığı isə 87% kimi qiymətləndirilmişdir. Test çox asan 

və vaxt aparmadan simulyasiya halını aşkarlamağa imkan verir [2] . 

Həmçinin  bəbəyin  müayinəsi  birtərəfli  görmə  itiliyi  və  görmə  sahəsinin  zəifliyində  simulyasiya  halını 

aşkarlamağa  imkan  verir.  Afferent  bəbək  defektinin  olması  görmə  sinirinin  və  ya  intraokulyar  patologiya  ilə 

əlaqəli  ola  bilər.Belə  ki,  göz  daxili  patologiya  asanlıqla  kliniki  müayinələr  nəticəsində  aşkarlana  bilir,  görmə 

siniri patoloqiyalarında isə afferent bəbək defekti müşahidə olunur. Simulyasiya edən xəstələrdə afferent bəbək 

reaksiyası tamamilə saxlanılmış olur. 

Görmə  siniri  patologiyasına  şübhə  olduqda,  xüsusilə  pre  və  retroxiazmal  patologiyaya  şübhəli  namizədlərdə 

kompyuter tomografiyası və ya kontrastlı magnit rezonans tomografiya müayinələri aparılmalıdır. Əgər müayinələrin 

cavabı normaldırsa simulyasiyaya şübhə daha çox artır. Bu zaman görmənin çağırılmış potensialları (GÇP) müayinəsi 

görmə yollarının funksional vəziyyəti haqda verdiyi məlumat əvəzsizdir. Nisbətən daha yeni müayinə metodu kimi 

tətbiq  olunan  GÇP  müayinəsi  görmə  yollarının  patologiyalarının  erkən  diaqnostikasında  əvəzsiz  rol  oynamaqdadır. 

Belə ki, görmə sinirinin bir sıra patologiyasında erkən mərhələdə göz dibi müayinəsi normal olduğu üçün görmə və 

görmə sahəsinin müayinəsinin nəticələrini əsas tutaraq görmə yolları haqqında GÇP vasitəsi ilə informasiya əldə etmək 

mümükündür. GÇP müayinəsi görmə yollarının funksional vəziyyətini, onun yetkinlik səviyyəsini müayinə etməklə 

retinokortikal  görmə  yolunun  zədələnməsi  haqqında  məlumat  verir  [7].  Eyni  zamanda  görmə  yollarının  funksional 

vəziyyətinin  göstərdiyi  üçün  ambliopiyanın  simulyasiya  hallarında  da  effektlidir.  Ambliopiyalı  gözlərdə  görmə 

yollarının orqanik dəyişikliyindən fərqli olaraq p2 komponentinin latentliy və amplitudası normal, p100 komponentinin 

latentliyi norma daxilində, amplitudası isə ambliopiyanın səviyyəsindən asılı olaraq azalmış olur [5, 6].



18


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin