8
Filogenez insanın bütün tarixi boyunca psixikasının
yaranması və inkişafı kimi xarakterizə olunur. Hər bir canlı
dünyaya gəldiyi vaxtdan daha ölənə qədər keçirdiyi dövr
ontogenez adlanır. Ontogenezin mənası fərdi inkişaf
deməkdir. Cinsiyyətli çoxalan orqanizmlərdə fərdi inkişaf-
ontogenez mayalanmış yumurta hüceyrəsindən-ziqotdan
başlayır. Bu insanda yumurta hüceyrəsinin mayalandığı andan
başlayaraq orqanizm ölənədək davam edir. Ontogenezi 2
dövrə bölmək olar: bətndaxili dövr və bətnxarici dövr-
postembrional
inkişaf.
İnsanın
və
meymunların
postembrional inkişaf dövrünün müddəti müqayisə edildikdə
müəyyən olunmuşdur ki, meymunlarda ümumi inkişaf dövrü
7-11 yaşlarında tamamlandığı bir halda, insanda bu dövr 20
yaşınadək (bəzən, daha çox ) davam edir. Bundan sonrakı
yetkin yaş dövrü də insanda daha uzunmüddətlidir.
Dostları ilə paylaş: