OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə4/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   68
Ar2018-2944 (1)

 



I FƏSİL
 Uşaq və yeniyetmələrin böyümə və inkişafının ümumi 
qanunauyğunluqları
Uşaqların normal fiziki və zehni inkişafına daim diqqət 
yetirilir. XXI əsrdə elmi texniki tərəqqi ilə əlaqədar olaraq, 
insanlarda hərəki 
funksiyaların nisbətən zəifləməsi
dövrümüzün ən mühüm probleminə çevrilmişdir. Böyümə 
anlayışı orqanizmdə kəmiyyət dəyişikliklərini göstərməklə, 
onun toxuma və orqanlarında hüceyrələrin sayının yaxud 
ölçülərinin artması kimi başa düşülür. 
Biologiyada inkişaf anlayışının əsil mənası canlı 
orqanizmlərdə mövcud olan kəmiyyət və keyfiyyət 
dəyişkənlikləri ilə xarakterizə olunan fizioloji sistemlərin 
funksional mürəkkəbləşməsini, toxuma və orqanlar arasında 
yaranan qarşılıqlı əlaqələrin daha yüksək filogenetik 
mərhələyə çıxarılmasını əks etdirir. Filogenetika 
müasir və 
nəsli kəsilmiş canlılar arasında, təkamül üzrə mövcud olan 
qarşılıqlı əlaqələri müəyyənləşdirən və identifikləşdirən 
bioloji sistemləşdirmə sahəsidir. 
Böyümə anlayışı orqanizmdə 
kəmiyyət dəyişkənliklərini göstərməklə onun toxuma və 
orqanlarında hüceyrələrin sayının, yaxud ölçülərinin artması 
prosesi kimi başa düşülür. 
Fenotip - genetik 
(genotip)
və 
ekoloji faktorların yaratdığı xüsusiyyətlərin canlının xarici 
görünüşündə əks olunmasıdır. Fenotip əksəriyyət 
olaraq 
genlər
tərəfindən təyin olunur. Ancaq bəzi şərtlərdə digər 
faktorlar, fenotipin genotipə yüzdə yüz uymasını maneə 
törədə bilər. Bu vəziyyətə hipomorfizm deyilir. Fenotip, 
zaman içində dəyişə bilər.



Filogenez insanın bütün tarixi boyunca psixikasının 
yaranması və inkişafı kimi xarakterizə olunur. Hər bir canlı 
dünyaya gəldiyi vaxtdan daha ölənə qədər keçirdiyi dövr 
ontogenez adlanır. Ontogenezin mənası fərdi inkişaf 
deməkdir. Cinsiyyətli çoxalan orqanizmlərdə fərdi inkişaf-
ontogenez mayalanmış yumurta hüceyrəsindən-ziqotdan 
başlayır. Bu insanda yumurta hüceyrəsinin mayalandığı andan 
başlayaraq orqanizm ölənədək davam edir. Ontogenezi 2 
dövrə bölmək olar: bətndaxili dövr və bətnxarici dövr-
postembrional 
inkişaf. 
İnsanın 
və 
meymunların 
postembrional inkişaf dövrünün müddəti müqayisə edildikdə 
müəyyən olunmuşdur ki, meymunlarda ümumi inkişaf dövrü 
7-11 yaşlarında tamamlandığı bir halda, insanda bu dövr 20 
yaşınadək (bəzən, daha çox ) davam edir. Bundan sonrakı 
yetkin yaş dövrü də insanda daha uzunmüddətlidir. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin