OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə3/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   68
Ar2018-2944 (1)

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



GİRİŞ 
Hazırda ümumi fiziologiya və yaş fiziologiyası sahəsində 
kifayət qədər nəzəri məlumatlar toplanmışdır. Odur ki, 
Azərbaycan dilində magistratura pilləsi üçün dərs vəsaitinin 
yazılması vaxtı çoxdan çatmışdır. Dərs vəsaitində klassik 
fiziologiya və yaş fiziologiyasının dəlillərinə əsaslanan 
materiallar öz əksini tapmışdır. 
Orqanizmin yaş xüsusiyyətləri – fiziki təlimin vasitə və 
üsul seçiminin düzgünlüyünü müəyyən edən, mühüm amildir. 
Hərəki fəaliyyətin inkişaf səviyyəsi əsasən aşağıdakı 
meyarlardan asılıdır: sürət, qüvvə, dözümlülük, cəldlik. 
Bunun hamısı uşaqların fiziki məşğələ texnikasına 
yiyələnməyə başlanma müddətinin təyin olunmasında, 
idmanda yüksək nailiyyətlər əldə etmək üçün, onların xüsusi 
fiziki hazırlığında və məqsədyönlü məşqlərində nəzərə alınır. 
Yaşla əlaqədar fiziki təlimlə məşğul olanlar qruplara ayrılır, 
məşğələ və yarışlarda yol verilən fiziki yüklər müəyyən 
olunur, tədris normativləri təyin edilir. 
Dərs vəsaiti Azərbaycan Dövlət Bədən Tərbiyəsi və 
İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanda tibbi 
bioloji təminat və reabiltasiya” ixtisası üzrə təhsil alan 
magistrantlar üçün nəzərdə tutulmuşdur. Dərs vəsaitində
orqanizmin yaş xüsusiyyətləri, uşaq və yeniyetmələrin fiziki 
yükə uyğunlaşmalarının ümumi qanunauyğunluqları, hərəki 
keyfiyyətlərin inkişafı, orqanizmin müxtəlif orqan və 
sistemlərinin yaş dəyişiklikləri və onların formalaşma 
xüsusiyyətləri haqqında məlumatlar verilmişdir. Həmçinin 
burada fiziki yükün müxtəlif yaşlı uşaqlara təsiri haqqında 
geniş məlumatlar da vardır.  

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin