OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ


Uşaq və yeniyetmələrin böyümə və inkişafının ümumi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə5/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   68
Ar2018-2944 (1)

Uşaq və yeniyetmələrin böyümə və inkişafının ümumi 
qanunauyğunluqları. İnsan doğulduqdan sonraki dövrdə
yəni postnatal inkişaf mərhələlərində onun orqan və 
toxumalarının böyüməsi, mürəkkəbləşməsi və müxtəlif yaş 
dövrlərinə xas olan bədən formasının inkişafı təzahür olunur. 
İnsanın bu və ya digər yaş dövrünü əks etdirən dəyişikliklər 
müəyyən qanunauyğunluqlara əsaslanır. Son zamanlar bu 
məsələyə aid bir sıra mülahizələr və konsepsiyalar irəli 
sürülmüşdür (P. K. Axonin, İ.A. Arşavski və b ). Onların əsas 
mahiyyətini aşağıdakı kimi təsəvvür etmək olar: bu və ya 
digər yaş dövründə fizioloji sistemlərdə baş verən 
uyğunlaşmalar xarici mühit şəraitində orqanizmin optimal 
fəaliyyətinin təmin edilməsinə və fizioloji labilliyin (fizioloji 
mütəhərrikliyin) yaradılmasına yönəldilir.
 Orqanizmin 
müxtəlif 
sistemlərinin 
inkişafının 
geteroxronluğu 
(müxtəliflik) 
insanın 
ontogenetik 



inkişafının ayrı-ayrı mərhələlərində bu və ya digər fizioloji 
sistemin başqalarına nisbətən daha böyük sürətlə inkişaf 
etməsi ( geteroxronluğ) nəzərə çarpır ( P.K.Anoxin). Belə ki, 
yeni doğulmuş körpədə ağız və dodaq əzələlərinin 
innervasiyası daha tez formalaşır ki, bu da əmmə aktının 
təşkilini asanlaşdırır. Bununla da xarici mühit şəraitininə qarşı
südəmər körpənin optimal uyğunlaşması təmin edilir. 
Uşağın hərəki funksiyalarının sürətlə keçən inkişafı 
dövründə orqanizmdə mövcud olan energetik proseslərin 
səviyyəsi, eləcə də tənəffüs və ürək-damar sistemlərində 
nəzərə çarpan funksional xüsusiyyətlər uşağın skelet 
əzələlərinin inkişafı və böyüməsi prosesləri ilə bilavasitə 
korrelyativ əlaqədardır (İ. A. Arşavski). Beləliklə, kiçik 
məktəb yaşlı uşaqlarda, ələlxüsus yeniyetməlik və müəyyən 
dərəcədə gənclik dövrlərində orqanizmdə mövcud olan əsas 
fizioloji və biokimyəvi proseslərin sürəti artır, hüceyrə və 
toxumalarda sintez (assimilyasiya) prosesləri parçalanma 
(dissimilyasiya) proseslərinə qarşı üstünlük təşkil edir ki, o 
da, yuxarıda göstərildiyi kimi, üzv və toxumaların, o 
cümlədən skelet əzələlərinin fizioloji inkişafına və onların 
kütləsinin böyüməsinə zəmin yaradır. Uşaqlarda və 
yeniyetmələrdə mövcud olan böyümə və inkişaf, orqanizmdə 
baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri şəklində 
müşahidə olunan vahid prosesdir. Uşaqlar bir neçə fiziki və 
zehni inkişaf mərhələləri keçir. Belə ki, müəyyən yaş 
dövründə boy artımı və böyümə nisbətən zəif təzahür olunur, 
digər dövrdə isə bu proseslər fəallaşır və zənginləşir. 
Uşaqlarda 11-15 yaşlarında sürətlə boy artımının üçüncü 
mərhələsi başlayır. Bu zaman uşaqlarda bir illik boy artımı 
oğlanlarda 9-10 sm-ə, qızlarda isə 7-9 sm çatır. 10-13 
yaşlarında qızların illik boy artımı oğlanlara nisbətən daha 


10 
çox sürətlə getdiyindən onlar hündür olurlar. Lakin 15 
yaşından sonra qızların böyüməsi prosesi kəskin zəifləyir. 
Oğlanlarda isə bu proses sürətlənir və 14-16 yaşından sonrakı 
dövrlərdə onları ötüb keçir. 
Hazırda yaşlı insanın bədən kütləsinin ümumi hündürlüyü 
orta hesabla kişilərdə 165 sm- ə, qadınlarda isə 153 sm çatır. 
O cümlədən, Azərbaycanlıların hündürlüyü orta hesabla 
müvafiq olaraq 164 sm və 153 sm, Gürcülərin 168 sm və 156 
sm və Estonluların 172 sm və 161 sm çatır. İnsan bədənin 
uzununa böyüməsi yaş ilə əlaqədar olaraq üç əsas sıçrayış 
mərhələsi keçir. Hələ embrional dövrdə insan rüşeyminin 
uzununa ölçüsü 1- ci aydan başlayaraq 3- cü aya qədər orta 
hesabla 9 dəfə artır və 3- cü ayın sonunda 90 mm çatır. 
Bundan sonra rüşeymin uzununa böyüməsi bir qədər zəifləyir 
və 9-cu ayın əvvəlində 470 mm bərabər olur.
Uşaqların böyümə və çəki artımı arasında müəyyən 
korrelyativ əlaqə vardır. Oğlan uşaqlarında 12-13 yaşlarında 
cinsiyyət yetişkənliyini mərhələsi başlanandan sonra, onların 
çəkisi qızlara nisbətən daha böyük sürətlə artır.
Təxminən 25 yaşından, 50-55 yaşınadək olan dövrdə 
insanda mövcud olan assimilyasiya və dissimilyasiya 
prosesləri arasında mütənasiblik yaranır. Nəhayət 50 - 60 
yaşından sonrakı dövr insanda fizioloji qocalığın başlanması 
ilə xarakterizə edilir. Ən əvvəl qeyd etməliyik ki, qocalıq 
tədricən yaranan prosesdir və onun konkret sərhədləri yoxdur.
Bir çox alimlərin fikrincə qocalıq xəstəlik deyildir. Lakin 
bir çox hallarda o bu və ya digər xəstəlik fonunda inkişaf 
etdiyinə görə vaxtından əvvəl nəzərə çarpır. 
Bu cəhətdən xüsusilə qeyd etmək lazımdır ki, insanın 
ontogenetik inkişafı və onun həyat müddəti (insan orta 
hesabla 70 il yaşayır) irsən keçən genetik kod göstəriciləri ilə 


11 
əhatə olunur. Digər tərəfdən bu proseslərə xarici mühit 
amilləri də təsir edir. Odur ki, insanın ontogenezinə təsir edən 
amillər iki əsas qrupa bölünür: irsən keçən genetik və insanın 
həyat fəaliyyətində mövcud olan təsadüfi amillər qrupuna. 
Təsadüfi amillər organizm üçün qeyri-normal şərait 
yaradır. İnkişafda olan orqanizm bu şəraitə nisbətən asan 
uyğunlaşır. Yaşlı insanın isə uyğunlaşma qabiliyyəti daha 
zəifdir. Odur ki, təsadüfi amillərə aid olan xəstəliklər qocalıq 
dövrünü daha da yaxınlaşdırır və ya daha da sürətləndirir. 
Amerika gerentoloqu B. Strelder hesab edir ki, qocalıq 
dövründə orqanizmdə baş verən dəyişikliklərin bir hissəsi
qocalığa qarşı uyğunlaşma xarakterini daşıyır və onlar 
orqanizmin uyğunlaşma qabiliyyətini artırır. Dəyişikliklərin 
digər hissəsi qocalığa qarşı uyğunlaşma xarakterinin daşımır 
və onlar orqanizmin həyat fəaliyyətini zəiflədir (ateroskleroz, 
oynaqlarda dəyişikliklər, xroniki hipoksiya və s.). Lakin 
qocalığın yaranması səbəbləri hələ də hərtərəfli müəyyən 
olmamışdır. V.V.Frolkisin molekulyar-genetik hipotezınə 
görə, qocalığın əsas səbəblərindən biri odur ki, insan fərdinin 
genetik aparatında nizamlayıcı mexanizmlərin zəifləməsi 
nəticəsində hüceyrələrin zülal molekulların bioloji sintez 
qabiliyyəti tədricən sönür. 
Ümumi planda desək, qocalıq dövrü qocalığın başlanması 
ilə xarakterizə edilir. Bu zaman orqanizmdə mövcud olan 
dissimilyasiya prosesləri assimilyasiya proseslərinə üstünlük 
təşkil edir ki, bu da orqan və toxuma hüceyrələrinin quruluş 
və funksional vahidlərini təşkil edən üzvi birləşmələrin, 
birinci növbədə zülalların sintezinin xeyli zəifləməsini törədir. 
Maddələr və enerji mübadiləsinin səviyyəsi tədricən enir. 
Qeyd etmək lazımdır ki, orqanizmdə həzm prosesinin və 
maddələr mübadiləsinin sürətinə təsir göstərən əsas 


12 
amillərdən biri də daxili sekresiya vəziləri sistemidir. Bu 
vəzilərdə sintez olunan bioloji aktiv maddələr (hormonlar) 
orqanizmdə baş verən kimyəvi reaksiyaların gedişini 
sürətləndirən fermentlərin induksiyasında, yəni mövcud 
fermentlərin miqdarının artmasında və yeni fermentlərin 
sintezində iştirak edir. 
Insanın ahıl yaş mərhələsində və əsasən qocalıq dövründə 
daxili sekresiya vəziləri sisteminin ümumi funksional fəallığı 
zəyifləyir, cinsiyyət vəzilərinin xarici sekretor funksiyası isə 
tamamilə dayanır. Odur ki, bu orqanizmlərin üzv və 
toxumalarında fermentlərin iştirakı ilə kecən biokimyəvi 
reaksiyaların sürəti aşağı enir. Beləliklə, qocalıq dövrü 
orqanizmin hüceyrələrində mövcud olan fermentlərin 
miqdarca azalması və onların fəallığının zəifləməsi ilə 
xarakterizə olunur.
İnsanın fiziki inkişafına onun həyat tərzi, xüsusilə də 
sosoial amillər müəyyən dərəcədə təsir göstərə bilir. Məsələn 
müəyyən edilmişdir ki, kənd təsərüffatı sahəsində çalışan 
fəhlələrin, yeniyetmələrin və gənclərin boy və çəki artımı 
göstəriciləri daha yüksək olur. Voleybol, basketbol, yüngül 
atletika və üzgüçülük idman növləri yeniyetmələrdə yuxarı və 
aşağı ətrafların eləcədə gövdənin daha yaxşı inkişaf etməsinə 
zəmin yaradır. Beləliklə, uşaqların böyüməsi və inkişafı 
prosesləri orqanizmin bütün üzv və toxumalarını əhatə edir.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin