OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ


Məktəblilərin və gənc idmançıların inkişafında kritik



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə7/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   68
Ar2018-2944 (1)

Məktəblilərin və gənc idmançıların inkişafında kritik 
və senzitiv dövrlər. Uşaqların inkişafı dövründə senzitiv 
dövrlərin də xüsusi rolunu qeyd etmək lazımdır. Psixi 
inkişafın əlverişli zəmini kimi xarakterizə olunan senzitiv 
dövrlər uşaqlarda həm ümumi, həm də xüsusi qabiliyyətlərin 
təşəkkülündə müstəsna rol oynayır. Bu gələcəkdə xüsusi
qabiliyyətlərin yüksək inkişaf səviyyəsi üçün əsaslı zəmin 
yarada bilər.
Orqanizmin 
böyümə 
dövründə 
fiziki 
inkişaf 
göstəricilərinin dəyişmə intensivliyi müxtəlif olur. Ən böyük 


15 
dəyişikliklər uşağın həyatının birinci ilinə təsadüf edir. Digər 
intensiv period isə cinsi yetişkənlik dövrüdür. Qızlarda boy ən 
çox 10-13, oğlanlarda isə 12-15 yaşlarda artır. Boyun 
uzanması qızlarda 17-18 oğlanlarda 19-20 yaşa qədər davam 
edir. Ən çox çəkinin artdığı dövr qızlarda 11-14 oğlanlarda 
13-15 yaşlardır. Döş qəfəsi dairəsinin ən çox böyüdüyü dövr 
qızlarda 11-15 oğlanlarda 13-15 yaşlara təsadüf edir. 11 yaşa 
qədər oğlanların bütün fiziki inkişaf göstəriciləri qızlardan 
fərqlənmir. Uşaqların yaşı və yaş dövrləri üzrə hərəki fəallıq 
səviyyəsinin nizamlanması müvafiq gigiyenik tələblər 
əsasında aparılır. Bunun üçün uşaqlar məktəbəqədər (3-4 və 
5-6 yaşlarında), kiçik məktəbyaşı (7-10 yaşlarında), orta 
məktəbyaşı (11-14 yaşlarında) və yuxarı məktəb yaşı (15-17 
yaşlarında) dövrü qruplarına bölünürlər. Yalnız yuxarı məktəb 
yaşı dövründə hərəki fəallığın səviyyəsi oğlanlarda və 
qızlarda fərqlənir, çünki müəyyən edilmişdir ki, erkən 
gənclik dövründə də oğlanların hərəki fəallığa olan ehtiyacı 
eyni yaşlı qızlara nisbətən 20-25 % çoxluq təşkil edir
Fizioloji inkişaf göstəricilərinə görə öz yaşıdlarını 
qabaqlayan uşaqlar akselerant uşaqlar, yaşıdlarından geri 
qalanlar isə ratardant uşaqlar adlandırılır. H.H.Əsədov, 
İ.U.Rəhimov, F.H.Əsədov. Uşaq orqanizminin anatomiyası və 
fiziologiyasının yaş xüsusiyyətləri. Dərslik. Bakı – 2008. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin