OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə9/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   68
Ar2018-2944 (1)

Yeniyetmə 
yaşının 
xüsusiyyətləri. 
Yeniyetməlik 
dövründə bir sıra anatomik-fizioloji xüsusiyyətlər özünü 
göstərir: boy sürətlə (ildə 6-8 sm) artır, ürək-damar sistemi isə 
zəif inkişaf edir, cinsi yetişmə baş verir. Nəticədə 
yeniyetmələr tez yorulur, bəzən də hövsələsiz və əsəbi olurlar. 


17 
Bu yaşda psixi inkişafda yeni keyfiyyət dəyişiklikləri baş 
verir: yeniyetmələrdə məntiqi hafizə, ixtiyari diqqət
mücərrəd təfəkkür, təxəyyül inkişaf edir. Yeniyetmə yaşında 
bəzi yeni psixoloji törəmələrözünü göstərir. Buraya böyüklük 
hissi, qızlarla oğlanların dostluğu, kollektivdə yaxşı mövqe 
tutmaq və məşhurlaşmaq meyli, özünüdərketmə tələbatı və s. 
daxildir. 
Erkən gənclik yaşının xüsusiyyətləri. Bu dövrdə (15-18 
yaş) orqanizm anatomik-fizioloji cəhətdən sürətlə inkişaf edir. 
Yeniyetməlik dövründə müşahidə olunan qeyri-mütənasib 
inkişaf normal hala düşür. Boy artımı səngiyir, əzələ gücü 
qüvvətlənir. 
Erkən 
gənclik şəxsiyyətin əsas keyfiyyətlərinin 
formalaşdığı və ictimai fəallığının artdığı dövrdür. O, 
vətəndaşlıq və seçib-seçilmək hüququ qazanır. Bu yaşda bir 
sıra yeni keyfiyyətlər meydana gəlir: özünüdərketmə, 
özünüqiymətləndirmə və mənlik şüuru inkişaf edir; əxlaqi 
görüş və əqidənin, dünyagörüşünün formalaşması baş verir
müstəqillik, özünütəsdiq və özünütərbiyə meyli güclənir və s. 
Erkən gənclik yaşında təlimə maraq artır. Bu isə onlarda yeni 
ictimai motivlərin və özünü təhsil tələbatının yaranması ilə 
bağlıdır.
 
 
 
 
 
 
 
 
 


18 
II FƏSİL 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin