OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ


Uşaq və yeniyetmələrin yaşının dövrlərə



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə8/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   68
Ar2018-2944 (1)

 
1.2. Uşaq və yeniyetmələrin yaşının dövrlərə 
bölünməsi
 
 
Yaş dövrlərinin göstərilən bölgüləri elmi bölgü hesab 
edilə bilməz. Hazırda pedaqoji, psixoloji və herontoloji 
baxımdan insanın aşağıdakı yaş dövrləri müəyyən edilmişdir: 
çağalıq və körpəlik dövrü (0-3 yaş); məktəbəqədər dövr (3-6 


16 
yaş); kiçik məktəbli dövrü (6-10 yaş); yeniyetməlik dövrü 
(10-15 yaş); gənclik dövrü (15-30 yaş); yetkinlik dövrü (30-
60 yaş); ahıllıq dövrü (60-75 yaş); qocalıq dövrü (75-90 yaş); 
uzunömürlülük dövrü (90-150 yaş). 
Hər yaş dövrü özünə məxsus xüsusiyyətlərə malikdir. 
Məktəbəqədər yaşlı uşaqların fizioloji xüsusiyyətləri. Bu 
dövrdə bir sıra anatomik-fizioloji xüsusiyyətlər özünü 
göstərir. Uşaq fiziki cəhətdən inkişaf edir: erkən uşaqlıq 
dövründə (1-3 yaş) onun boyu ildə orta hesabla 4-5 sm, çəkisi 
1-2 kq, 5-6 yaşda isə boyu 5-6 sm, çəkisi 2-2,5 kq artır. Bu 
yaşda uşaqların sümük-əzələ sistemi xeyli inkişaf etsə də
sümükləri elastik olur. Odur ki, uşağın düzgün oturmasına, 
yatmasına, ağır yük götürməməsinə nəzarət etmək lazımdır. 
Bu yaşda uşağın beyin çəkisi artır (1350 qrama çatır), 
beyin yarımkürələrinin tənzimləmə funksiyası bir qədər 
güclənir. Lakin uşaqlarda beyinin qabıqaltı sahəsinin təsiri 
böyük olduğu üçün onlar öz hisslərinə nəzarət etməkdə 
çətinlik çəkirlər. 
Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri. Bu yaşda 
orqanizmin anatomik-fizioloji inkişafı yeni mərhələyə qədəm 
qoyur: uşaqların boyu ildə orta hesabla 3-4 sm, çəkiləri 2-3 kq 
artır. Skeletin sümükləşməsi başa çatmadığından onların 
partada düzgün oturmasına diqqət yetirmək lazımdır. Bu 
yaşda ürək-damar sistemi zəif inkişaf edir. Buna görə də 
uşaqların hərəkətdə olmasına ehtiyac duyulur. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin