OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə6/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   68
Ar2018-2944 (1)

 
1.1. 
Fiziki inkişafın göstəriciləri 
Fiziki inkişafın göstəricilərinə aşağıdakılar aiddir: 
- boy 
- çəki 
- başın ölçüləri 


13 
- döş qəfəsinin ölçüləri. 
Bunlar antropometrik göstəricilər adlanırlar. 
Yeni doğulmuş qız uşağının çəkisi orta hesabla 3,3 kq. 
oğlanınki isə 3,5 kq təşkil edir. Birinci ayda körpənin çəkisi 
600 qr, ikinci və üçüncü ayda isə 800 qr artmalıdır. Bir yaşa 
qədər sonrakı aylarda aylıq çəki artımı əvvəlki aydan 50 qr az 
olur. Körpənin çəkisi 2 yaşda 2-3 kq, 3 yaşda isə 1-2 kq artır. 
4-5-6 yaşlarda illik çəki artımı 1,5 -2,0 kq civannda olur. 7 
yaşdan etibarən çəki sürətlə artmağa başlayır. Cinsi 
yetişkənlik dövründə bədən çəki ilə 7 kq -a qədər artır. 
Yeni doğulmuş körpənin boyu təqribən 50 sm olur. 
Birinci ildə uşağın böyu 25 sm artır. İkinci və üçüncü ildə boy 
ilə 8-10 sm, 4-7 yaşlarda isə 5-7 sm artır. Cinsi yetişkənlik 
dövründə boyun illik artımı 8-10 sm-ə çatır. 
Şəkil 1. Yaş dövrlərinə görə gövdənin dəyişmə nisbəti. 
(
rəqəmlər başın gövdəyə olan nisbətini göstərir). 


14 
Uşaq doğularkən onun başının dairəvi ölçüsü döş 
qəfəsinin ölçüsündən böyük olur. Bu ölçülər müvafiq olaraq 
34 və 33 sm təşkil edir. Birinci ildə başın dairəvi ölçüsü 12 
sm, ikinci ildə isə yalnız 2 sm böyüyür. Sonrakı 4 ildə 
böyümə cəmi 3 sm olmaqla başın dairəsi 51 sm-ə çatır. 10 
yaşda bu ölçü 52 sm, 15-16 yaşlarda isə 53 sm olur. Döş 
qəfəsinin dairəvi ölçüsü isə aşağıdakı ardıcıllıqla artır: 
1 yaşda 48 sm 
5 yaşda 56 sm 
15 yaşda 73 sm 
Yeni doğulmuşun başının uzunluğu ümumi boyun l/4-ni, 
2 yaşlılarda 1/5-ni, 6 yaşlılarda 1/6-ni, böyüklərdə isə 1/8-ni 
təşkil edir. Yeni doğulmuşun bədəninin orta nöqtəsi göbək 
həlqəsi nahiyəsində yerləşir. Uşaq böyüdükcə orta nöqtə 
göbəklə qasıq sümüyü arası sahəyə yerini dəyişir. Yeni 
doğulmuşda yuxarı və aşağı ətrafların uzunluqları təqribən 
bərabər olur. Bu bədənin uzunluğunun 1/3-i qədərdir. 7 yaşda 
ayaqların uzunluğu 3 dəfə artaraq 18 sm- 57 sm-ə çatır. 
Əllərin uzunluğu isə 2 dəfə artaraq 40 sm olur. Ümumi inkişaf 
ərzində ayaqların uzunluğu 5 dəfə, əllərinki 4 dəfə, bədəninki
isə 3 dəfə artır. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin