Yeniyetmə
yaşının
xüsusiyyətləri.
Yeniyetməlik
dövründə bir sıra anatomik-fizioloji xüsusiyyətlər özünü
göstərir: boy sürətlə (ildə 6-8 sm) artır, ürək-damar sistemi isə
zəif inkişaf edir, cinsi yetişmə baş verir. Nəticədə
yeniyetmələr tez yorulur, bəzən də hövsələsiz və əsəbi olurlar.
17
Bu yaşda psixi inkişafda yeni keyfiyyət dəyişiklikləri baş
verir: yeniyetmələrdə məntiqi hafizə, ixtiyari diqqət,
mücərrəd təfəkkür, təxəyyül inkişaf edir. Yeniyetmə yaşında
bəzi yeni psixoloji törəmələrözünü göstərir. Buraya böyüklük
hissi, qızlarla oğlanların dostluğu, kollektivdə yaxşı mövqe
tutmaq və məşhurlaşmaq meyli, özünüdərketmə tələbatı və s.
daxildir.
Erkən gənclik yaşının xüsusiyyətləri. Bu dövrdə (15-18
yaş) orqanizm anatomik-fizioloji cəhətdən sürətlə inkişaf edir.
Yeniyetməlik dövründə müşahidə olunan qeyri-mütənasib
inkişaf normal hala düşür. Boy artımı səngiyir, əzələ gücü
qüvvətlənir.
Erkən
gənclik şəxsiyyətin əsas keyfiyyətlərinin
formalaşdığı və ictimai fəallığının artdığı dövrdür. O,
vətəndaşlıq və seçib-seçilmək hüququ qazanır. Bu yaşda bir
sıra yeni keyfiyyətlər meydana gəlir: özünüdərketmə,
özünüqiymətləndirmə və mənlik şüuru inkişaf edir; əxlaqi
görüş və əqidənin, dünyagörüşünün formalaşması baş verir;
müstəqillik, özünütəsdiq və özünütərbiyə meyli güclənir və s.
Erkən gənclik yaşında təlimə maraq artır. Bu isə onlarda yeni
ictimai motivlərin və özünü təhsil tələbatının yaranması ilə
bağlıdır.
18
II FƏSİL
Dostları ilə paylaş: |