OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə12/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   68
Ar2018-2944 (1)

elektroensefaloqrafla aparılır. Alınan məlumat tədqiqatcıya 
xüsusi 
əyrilər 
şəklində 
çatdırılır. 
Həmin 
əyrilər 
elektroensefaloqramma (EEQ) adını daşıyır. 
Ensefaloqrammada aşağıdakı 5 növ ritmlər alına bilər:
1. Delta (∆) ritm. Saniyədə 0.5-3 yüksək amplitudalı 
dalğalar alınır. Bu yetkin insanda dərin yuxu zamanı 
müşahidə edilir. 


21 
2. Teta (
ϴ) ritm- saniyədə 4-7 dalğa alınır. Gənclik 
dövründə daha çox rast gəlinir. 
3. Alfa (£) ritm-saniyədə 8-13 dalğa alınır. Amplitudası 
kiçikdir. Yetkin insanda oyanıqlıq vəziyyətində müşahidə 
olunur. 
4. Beta (β) ritm-saniyədə 14-35 dalğa alınır. 
5. Qamma (γ) ritm-saniyədə 35-55 dalğa yaradır, 
amplitudası çox kiçikdir. Bu üsuldan istifadə etməklə, hətta 5 
aylıq rüşeymin beyin strukturlarında elektrik aktivliyi 
müəyyən edilmişdir
Məktəbəqədər (4-6 yaşlarında) və kiçik məktəb yaşlı (7-9 
yaşında) uşaqlarda əsas elektrik aktivliyinin tezliyi bir qədər 
də artaraq saniyədə 8-10 dalğa çatır. Bu zaman teta –ritm 
miqdarca azalır və qamma- ritmin sayı artır. 
Artıq 10-12 yaşlı uşaqların beyin qabığında yaşlı 
insanlara xas olan əsasən qamma-ritm ayırd edilir. Lakin 13-
15 yaşlı uşaqlarda cinsi yetiştgənliklə və ara beynin 
fəaliyyətinin artması ilə əlaqədar olaraq, desinxron (yəni 
sabitliyi pozulmuş) tipli EEQ-lər müşahidə olunur. Bu hal 
insana müəyyən (məsələn, işıq) qıcıqla təsir etdikdə də özünü 
göstərir. 
Məktəbyaşlı uşaqlar inkişaf etdikcə beyin qabığının 
funksional yetişkənliyi nəzərə çarpır. Bunu belə bir göstərici 
ilə izah etmək olar: məsələn, 15-16 yaşlı gənclərə səs qıcığı 
ilə ilk dəfə təsir etdikdə oyanma prosesi qabığın bir çox 
sahəsinə yayılır. Təkrar səs qıcığı verildik də isə oyanma 
prosesi qabığın daha az mərkəzlərində, əsasən eşitmə-
müvazinət mərkəzində müşahidə olunur. Baş beynin 
funksional yetkinliyi 16-18 yaşlarında tamamlanır. 
Körpə doğulduduqdan sonra iki il ərzində ucqar sinir 
sistemi sürətlə inkişaf edir və mielinli sinir liflərinin sayı artır. 


22 
Sonralar bu proses dayanır və baş beynin ”qocalması” 
dövründə, ələlxüsus 75-85 yaşlarında, sinir liflərinin ümumi 
sayı nəzərə çarpacaq dərəcədə azalır, sinir lifi boyu Ranvje 
buğumları arasındakı məsafə kiçilir, mielinin parçalanması 
baş verir. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin