OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ


İnsanların ali sinir fəaliyyətinin spesfik xüsusiyyətləri



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə13/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   68
Ar2018-2944 (1)

İnsanların ali sinir fəaliyyətinin spesfik xüsusiyyətləri. 
İnsanların ali sinir fəaliyyəti V.M.Bexteryev V.P.Protopopov, 
J.S.Sitoviç və başqaları tərəfindən tədqiq edilmişdir. Aşkar 
edilmişdir ki, insanlarda müşahidə olunan şərti reflekslər, 
digər məməli heyvanlarda olduğu kimidir. Lakin insanlarda 
alınan şərti reflekslər, bəzi xüsusiyyətlərinə görə fərqlənir, 
onlarda alınan şərti reflekslər möhkəm, stabil və həm də tez 
yaranır. Ləngimə prosesi isə heyvanlarda olduğu kimi 
insanlarda da tez alınır. 
Sinir sisteminin tənzimedici fəaliyyətində iki əsas 
istiqamət ayırd edilir. Bir tərəfdən orqanizmin daxili üzv və 
toxumalarının normal fəaliyyəti tənzim olunur, digər tərəfdən 
isə xarici mühitlə orqanizmin daxili mühiti arasında sabit 
mütənasiblik saxlanılır. Dahi rus fizioloqu İ.P.Pavlov bu 
istiqamətlərdən birincisini ibtidai, digərini isə ali sinir 
fəaliyyəti kimi adlandırmışdır. 
Şərti reflekslərin mexanizmlərini öyrəndikdə İ.P.Pavlov 
heyvanların 
ali 
sinir 
fəaliyyətində 
müxtəlif 
fərdi 
xüsusiyyətlərin mövcud olduğunu müəyyən etmişdir. Bu 
tədqiqatların nəticələri ona sinir sistemini ümumi tiplərə 
bölünməsinə imkan vermişdir. 
Ümumiyyətlə, sinir sistminin tipləri aşağıda göstərilən 3 
fərdi xüsusiyyətlərə görə, yəni oyanmanın və ləngimənin 
qüvvəsinə, oyanma və ləngimə prosesləri arasındakı 
müvazinətə və oyanma ilə ləngimənin mütəhərrikliyinə 


23 
görə, başqa sözlə desək, şərti reflekslərin əmələ gəlməsinin 
sürəti ilə əlaqədar olaraq biri digərindən fərqlənirlər. 
İ.P.Pavlov sinir sisteminin tiplərini 2 əsas qrupa, yəni 
ümumi və xüsusi tiplərə bölür. Ümumi tiplər eyniliklə 
heyvanlarda və insanlarda müşahidə edilir, halbuki xüsusi 
tiplər yalnız insanlara məxsusdur. 
Sinir sisteminin 4 ümumi tipi aşağıdakılardır: 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin