27
hadisəsi). Bu zaman uşaqlarda şərti refleksin yaranması üçün
qıcığın daha çox təkrar verilməsi zəruridir. Eyni zamanda 3-7
yaşlı uşaqlarda yeni stimullara (qıcıq mənbəyinə) qarşı maraq
getdikcə artır. Bu isə onlarda emosional reaksiyaların
zənginləşməsinə zəmin yaradır və o zaman uşaqlarda
vegetativ reaksiyalar davamlı olur. Beləliklə, 6-8 yaşlı
uşaqlarda böyük yarımkürələr qabığının funksiyaları müəyyən
ardıcıllıqla möhkəmlənir, onun ayrı-ayrı şöbələrinin
diferensiasiya-sı baş verir. Nəhayət bu yaşlı və 11-12 yaşlı
uşaqlarda bir necə qıcığın (kompleks qıcığlar) verilməsi
zamanı, onlarda yalnız müəyən qıcığa diqqətin daha çox cəlb
edilməsi nəzərə çarpır. Bu dövr təfəkkürün inkişafı, beyin
qabığının təhliletmə və inteqrasiya qabiliyyətinin aktivləşməsi
ilə xarakterizə olunur. Xarici mühitin dərk olunması
prosesində 11-12 yaşlı uşaqlarda və yeniyetmələrdə “bu
nədir?” refleksin üstünlüyü nəzərə çarpır.
Uşaqlarda şərti reflekslərin yaranması və möhkəmlənməsi
prosesində bir qrup reflekslər mühüm əhəmiyyət kəsb edir.
Onlardan bələdləşmə, oxşatma, hərəki, dərketmə hissiyyatı və
s. Refleksləri göstərmək olar.
Beləliklə, uşaq doğulduğu andan eşitmə və görmə
qabiliyyətinə malik olmasına baxmayaraq onun hisslər
haqqındakı təssüratı aydın və incə olmur. Körpə yalnız 2-ci
ayında fitin səsini zəngdən ayırır, 6 aylığında rengləri ayırd
edir ( diferensiasiya reaksiyaları).
Körpə inkişaf etdikcə qıcıqlara qarşı
orqanizmdə
Dostları ilə paylaş: