OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə19/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   68
Ar2018-2944 (1)

Şərti 
reflekslərin 
ləngiməsi. 
Körpələrin 
böyük 
yarımkürələrinin qabığında ləngimə mərkəzləri vardır. 
Həyatının ilk dövrlərində şərtsiz indiksion ləngimə olur. 
Onlara hər hansı bir qıcıqla təsir etdikdə ləngimə yarana bilər. 
İnduksion ləngimə istiqamətlənmə reaksiyaları əsasında 
da əmələ gələ bilir. Qabıqdakı yeni qıcıq oyanması, ləngimə
yaradır. 
Körpələrdə şərti ləngimə yaratmaq çox çətindir. 
Həyatının ikinci ayında eşitmə qıcıqlanmaları tam 
ixtisaslaşdığından, körpələr səsin tonuna həssas olurlar və 
onlar səs tonlarını seçə bilirlər. Onları silkələdikdə hərəkətlər 
vestibulyar apparata təsir edir və onlar yuxuya gedirlər, yəni 
hərəkət ləngiyir. 
1 və 3 yaşlı uşaqların ali sinir fəaliyyəti. 1 və 2 yaşlı 
uşaqlarda şərti reflekslər xeyli artır. Bu zaman əl və ayaqların 
hərəkət reaksiyaları inkişaf edir. 2-3 yaşlı uşaqlarda şərti 
reflekslərə əsaslanan istiqamətləndirici reaksiyalar yaranır. 
Onlar fəal hərəkət edir, sakit dura bilmirlər. Bu dövrdə qeyri 
stabil reflekslər artır. Onlarda alınmış şərti reflkslər, asanlıqla 
unudulur. Hər bir uşağın fərdi xarakterinə uyuğun olaraq şərti 
reflekslər alınır. 
Şərti reflekslərin ləngiməsi. 1 və 3 yaşlı uşaqlarda 
ləngimə yaxşı inkişaf etmişdir. Bu dövürdə istiqamətlənmə 
refleksi müşahidə edilir. Əgər qida alan zamanı, otağa yad bir 
insan daxil olarsa, uşaq yeməkdən imtina edir. Yeni qıcıq 
mənbəyi uşaqlarda ləngiməyə səbəb olur. Yüksək səs və uzun 
müddətli monoton ritm, uşaqlarda ləngimə yaradır. Şərtsiz 
induksion ləngimə, uşaqları məşğuliyyətdən ayırdıqda 
yaranır. Məsələn, uşaq oynayır, ana isə onu nahara çağırır. 
Uşaqda induksion ləngimə yaranır, əşyalarını hara gəlirsə atır, 
peşiman olur. 


32 
3 yaşlı uşaqlarda differensial reaksiyalar yaratmaq çox 
çətindir. Uşaqlar stuldan durmaq istəmir, inadla yerə sərilir, 
yataq yerini dağıdır və s. 
Uşaqlarda ən yaxşı eşitmə differensial reaksiyası inkişaf 
etmişdir. Onları sözlə nəyisə anlatmaq mümkün olur. Bu 
zaman bütün şərtləri nəzərə almaq və qıcıqların mahiyyətini 
dəyişmək lazımdır. Uşaq əllərini sabunla yumaq istəmir və 
ağlayır. Əgər sabunun formasını və rəngini dəyişsə, o zaman 
asanlıqla, yuyunur. Əsas amil hərəkət prosesidir. Uşaq yer 
qazmaq istəyir. Valideynlər uşaqlara bu adətləri aşılamaq 
üçün müxtəlif alətlərin istifadə olunmasını anlatmalıdırlar. 
1 və 3 yaşlı uşaqları hər hansı bir fəaliyyətə vərdiş 
etdirmək üçün məşq prosesindən istifadə edilməlidir. Bu 
zaman uşaqların sinir fəaliyyəti yaxşı inkişaf edir və şərti 
reflekslər formalaşır. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin