OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ


 Dəri analizatorunun yaş xüsusiyyətləri



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə27/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   68
Ar2018-2944 (1)

 
3.5. Dəri analizatorunun yaş xüsusiyyətləri
Bətndaxili inkişafın 8-ci həftəsində dəridə miyelinsiz sinir 
dəstləri yaranır, ucları isə sərbəstdir, 3-cü ayda yastılaşmış 
cisim əmələ gəlir. Dəridə sinirlərin paylanması eyni 
səviyyədə olmur: əvvəlcə dodaqlarda, sonra əl və ayaq 
barmaq yastıqlarında, alın sahəsində, boyun və burun 
sahələrində sinir saplar təmin olunur. Boyun, döş, çiyin və 
ətraflarda reseptorların formalaşması eyni vaxtda baş verir. 
Dodaqlarda reseptorların yaranması toxuma nəticəsində 
əmmə və ya sorma qıcıqlanmanın əmələ gəlməsi ilə bağlıdır. 
Rüşeymin inkişafının 6-cı ayında sorma refleksi daha yaxşı 
formalaşır və o, ana bətnində fəal hərəkət etməyə başlayır. 


44 
Yenicə doğulmuş körpələrin dərisi külli miqdarda 
reseptorlarla təmin olunmuşdur. Onlar xassə etibarı ilə 
böyüklərin dərisindəki reseptorlarla eynidir. Əvvəlcə əllərin 
sonradan isə ayaqaltı reseptorlar fəaliyyət göstərir. Ovucun 
içində və barmaq uclarında reseptorlar daha həssas olurlar. 
Körpələrin həyatının birinci ilində reseptorların 
keyfiyyətcə dəyişməsi gedir və birinci ilin sonunda onların 
keyfiyyəti böyüklərdəki kimi olur. Bu dövrdə Meyssner 
cisimlərinin miqdarı artır. 
Embrional dövrün 22-ci həftəsində dəri analizatorunun 
qabıq ucları formalaşır postembrional dövrdə inkişaf davam 
edir və bir neçə il inkişafda olur. Dərinin qabıq ucları 1-2 
yaşda müxtəlif elementlərlə təmin olur və onun mərkəzi 1-4 
yaşlarında ənsə şöbəsi ilə birləşir. Artıq 7 yaşlı uşaqlarda hissi 
sahələrin hüceyrələri xeyli genişlənir. 
Dəri 
analizatorunun 
funksional 
formalaşması 
Embrional inkişafın 8-ci həftəsində rüşeym toxuma 
reflekslərinə cavab verə bilir. Bu reaksiya əvvəlcə ağız 
nahiyəsində, sonradan isə başın müxtəlif sahələrində, ovucda, 
ayağın altında reflektor reaksiyalar yaranır.
Körpələrdə 
toxunma 
(taktil) 
hissələrin 
ölçüsü 
böyüklərdən 7-14 dəfə yüksəkdir. 18-25 yaşlı insanlar-da bu 
göstərici azalır. 12 yaşlı uşaqlarda iki toxunma nöqtələrində 
yaranan reaksiya məsafəsi 15 mm olduğu halda, böyüklərdə 9 
mm olur. 
Bütün reflektor reaksiyalar bir-biri ilə əlaqəli olub
ümumiləşmə xassəsinə malikdir. Taktil qıcıqlarda yaranan 
şərti reflekslər körpələrin ilk aylarında müşahidə edilsə də, 
onlar bir-birindən fərqlənmirlər. Yalnız həyatının 2-3 ayında 
şərti reflekslər xeyli möhkəm və uzun müddətli olur. 


45 
Dərinin ağrı duyma xassəsi embrional inkişaf dövründə 
yaransa da, doğulduqdan sonra daha parlaq formadadır. 
Körpələrə elektrik cərəyanı ilə qıcıq verdikdə onlarda zəif 
cavab reaksiyası alınır. Yalnız 9 aydan 5 yaşa qədər olan 
dövrdə həssaslıq yüksəlir, sonradan isə azalmağa meyl edir.
Körpələr tempratur göstəricilərinə – isti və soyuğa həssas 
olub, şərtsiz refleks yaranır. Onlar bu hissi ağlamaq, hərəkət 
və s. ifadə etməyə çalışırlar. İlk reaksiya ümumiləşmiş 
sonradan isə bütün bədən reaksiya verməyə başlayır.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin