OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ


 Vestibulyar analizatorun yaş xüsusiyyətləri



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə26/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   68
Ar2018-2944 (1)

 
3.3. Vestibulyar analizatorun yaş xüsusiyyətləri
Embrional inkişafın 7-ci həftəsində formalaşmış 
yarımdairəvi qövslərdə daraq hüceyrələr və hissi kristlər 
əmələ gəlməyə başlayır. 8-10-cu həftələrdə kisəcikdə qapıçıq 
formalaşır. Artıq 6 aylıq döldə onların həcmi xeyli artır, sinir 


42 
yollarında mielinləşmə başlayır, vestibulyar analizatorların 
periferik sahə-sindən gələn impulslar uzunsov beynə 
çatdırılır. 
Ana bətnində baş vermiş morfoloji dəyişkənlik 
vestibulyar aparatda reflektor reaksiyaların əmələ gəlməsinə 
imkan verir. Ömrünün 2-3 ayında körpələrin vestibulyar 
analizatoru bir çox hərəkətləri müəyyən edə bilir. Əllərin və 
ayaqların reflektor olaraq hərəkət etməsi ömrünün ilk 
aylarında müşahidə olunmaqdadır. Vestibulyar analizatorun 
morfoloji və funksional inkişafı ilə əlaqədardır. Vestibulyar 
reseptorlardan gələn impulslar sinir uclarında xüsusi kimyəvi 
maddələrin yaranmasına səbəb olur. Bu maddələr uzunsov 
beynin nüvələrinin və aksonların mielin-ləşməsini təmin edir, 
onurğa beyninin motoneyron-larına beyincik və gözü hərəkət 
etdirən sinir nüvələrinə oyanmaları çatdırır. 
Neyronları əmələ gətirən kimyəvi maddələr aksonların 
şaxələnmiş uclarından uzunsov beynin vestibulyar nüvələrinə 
daxil olurlar. 
 
3.4. Dad və qoxu analizatorlarının yaş xüsusiyyətləri 
Embrional inkişafın 3 ayında dad bilmə analizatorlarının 
periferik hissəsi formalaşır. Doğulduqdan sonra bu analizator 
tam yetkinləşmiş vəziyyətdə olur. Həyatının ilk 1-ci ilində 
dad bilmə analizatorları dilin üst səthində yerləşir, sonrakı 
dövrlərdə yan tərəflərdə də yaranmağa başlayır. 
Körpələrdə müşahidə olunan ilk mimiki hərəkətlər şərtsiz 
reflekslərin nəticəsi olub, qidanın dadından asılıdır. Şirin 
qidalar sorma və mimiki hərəkətlər yaradır və müsbət 
emosiya yaranır. Acı, turş və duzlu qidalar göz qapanmasına 
və üzün büzüşməsinə səbəb olur. 


43 
Körpələrin dad bilmə analizatorları böyüklərə nisbətən 
azdır. 6-10 yaşlı uşaqlarda dad duyğusu formalaşmış haldadır. 
Embrional inkişafın 2-ci ayında qoxu bilmə analizatoru əmələ 
gəlir, 8 aylıq dövrdə tam formalaşmışdır. 
Yenicə doğulmuş körpələr həyatının ilk günlərin-dən 
qoxu duyma qabiliyyətinə malikdir və onlar qoxu qıcıqlarına 
qarşı reaksiya verirlər. Qoxu duyğusu onlarda mimiki 
hərəkətlər (xüsusən ana südünün qoxusu), bədən hərəkətləri, 
ürək döyüntüləri və tənəffüs tezliyində dəyişkənlik yaradır. 
Uşaqlar boy artdıqca qoxu analizatorları inkişaf edir. Lakin 5-
6 yaşlı uşaqların qoxu analizatorlarının həssaslığı böyüklərlə 
müqayisədə xeyli zəifdir. 
Körpələr 2 aylıq olduqda qoxu qıcıqlarına olan şərti 
reflekslər sürətlə inkişaf etməyə başlayır. Bu zaman 
ixtisaslaşma gedir, yəni körpələr qoxuları seçir və ya ayırd 
edə bilirlər. Dörd aydan başlayaraq körpə uşaqlar qoxu 
reaksiyalarını analiz edirlər. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin