OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə29/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   68
Ar2018-2944 (1)

 
4.1. Anabolizm və katabolizm 
Maddələr mübadiləsinin əsas istiqaməti olub, ardıcıl 
olaraq, icra edilir. Bioloji reaksiyalar nətcəsində baş verən 
sintez prosesi, enerji sərfi ilə gedir. Bu proses anabolizm 
adlanır. Buraya sadə molekullardan sintez olan – zülal, yağ, 
lipid, şəkərlər, fəaliyyətini başa vurmuş maddələr, daima 
yeniləşir. 
Anabolizm prosesində tələb olunan enerjini katabolizm 
yaradır. Bu zaman mürəkkəb quruluşlu üzvi maddələr 
parçalanaraq, enerji əmələ gətirir,
Anabolizm və katabolizm bir-biyi ilə sıx bağlıdır. 
Katabolizm anabolizm üçün enerji təmin edir, anabolizm isə 
ilkin molekullardan və enerjidən mürəkkəb maddələri sintez 


48 
edir. Bu proseslərin normal getməsində fermentlər, hormonlar 
və sinir sistemi fəaliyyət göstərirlər. 
Maddələr mübadiləsində qidanın parçalanmasında 
kimyəvi reaksiyalar baş verir. Yaranmış məhsullar qan və 
limfa kapillyarlarına keçərək, oqanizmin fəaliyyətini təmin 
edirlər. Hüceyrə daxili mübadilə zamanı fermentlər xüsusi 
rol oynayırlar. Mürəkkəb maddələrim tərkibindəki iri 
molekulların rabitələri qırılır və enerjinin ayrılmasına səbəb 
olur. 
Məddələr mübadiləsində oksidləşmə və reduksiya 
reaksiyaları, xüsüsi fermentlərin iştrakı ilə, hüceyrə daxili 
kimyəvi reaksiyaları tənzim edirlər. 
Hüceyrədaxili reaksiyalarin son məhsulları, yeni 
maddələrin sintez edilməsinə sərf olurlar. 
Orqanizmin enerji törədicisi ATF-dir (adenozin trifosfat). 
Hüceyrədəki ATF-aza fermentinin təsirindən fosfor ilə 
oksigen arasındakı rabitə qırılır və su molekulu ayrılır. Bu 
zaman sərbəst enerji yaranır. ATF-dəki makroerqik 
rabitələrdə enerji toplanması, hüceyrə üçün çox əlverişlidir. 
Zülal mübadiləsi. Zülallar sitoplazma, membran və digər 
orqanoidlərin, hemoqlobin və plazmanın, ferment və 
hormonların tərkib hissəsi olmaqla, orqanizmin bütün 
flzioloji-biokimyəvi proseslərində iştrak edərək, boy və 
inkişafı təmin edir. Zülallar öz funksiyalarına görə müxtəlif 
sayda amin turşuları zəncirindən ibarətdir. Amin turşuları 
zülalların əsas komponenti olub, klassik təsnifata görə sayı 20 
olub, 350-dən çox isə müxtəlif törəmələri vardır. 
Amin turşuları bioloji mahiyyətinə görə, sərbəst, 
əvəzolunmayan, turş və qələvi xassəli olurlar. Əgər qidanın 
tərkibində əvəz olunmayan (leysin, metionin, fenilalin. lizin 
və s.) aminlər catışmadıqda, orqanizmin quruluşunda ciddi 


49 
dəyişkənlik yaranır. Bəzi amin turşuları maddələr mübadiləsi 
zamanı orqanizmin özündə sintez olurlar. 
Qidanın tərkibində orqanizmin inkişafında iştrak eədən 
bütün amin turşuları vardır. Elə qidalar vardır ki, onlarda 
orqanizmə lazım olan amin turşuları olmur. Orqanizm ücün 
ən yüksək kefıyyətli zülallar – ət, süd, yumurta, balıq və s. 
məhsullarda daha çoxdur. 25 q zülalın tərkibində lq azot olur. 
Zülalların sadə forması, yəni müxtəlif həlledicilərdə həll 
olanlar-albumin, prolamin, qlobulin, zein, qladelin və s. - 
proteinlər adlanırlar. Mürəkkəb zülallar isə proteid adlanırlar. 
Bu zülallar yağ, şəkər, nuklein, müxtəlif piqmentlərlə 
birləşərək orqanizmin quruluşuna (membran, hemoqlobin və 
s.) daxildir. Sadə zülallar həm asanlıqla mübadiləyə uğrayır, 
həm də ehtiyat zülal halında toplanırlar. Orqanizmdə zülal 
mübadiləsi pozulduqda və ya çatışmadıqda, müxtəlif 
xəstəliklər yaranır. 
Maddələr mübadiləsi zamanı zülallar hidrolizə uğrayaraq, 
amin turşularına qədər sadələşir. Belə şəraitdə zülalın 
tərkibindəki azotlu maddələrin bir hissəsi amin qrupuna qədər 
(NH
2
) parçalanır. Amin qrupu (NH
2
) mübadilədə iştrak edən 
digər maddələrlə birləşə bilər. Zülalın digər quruluş vahidləri 
karbon qazı və suya qədər parçalanır. Hidroliz zamanı 
yaranan ammoniak (NH
3
) isə çox zəhərlidir və o, qara ciyərdə 
neytrallaşdırılır, sidik turşusunun əmələ gəlməsində iştrak 
edir. 
Zülallar uşaq orqanizminin inkişafında xüsusi yer tutur. 
Onların 1 kq kütləsindən aslı olaraq, bir yaşlılar gün ərzində – 
4-5 q; 2-3 yaşda – 4-5 q; 6-10 yaşlılarında – 2-3 q zülal qəbul 
etməlidir. Onların ümumi kütləsinə görə isə 1-4 yaşda gün 
ərzində – 30-50 q; 5-7 yaşda – 70 q; 7 yaşdan yuxarı – 75-80 


50 
q zülal qəbul etməlidirlər. Uşaqların qida rasionu (payı) 
onların fiziki inkişafını nəzərə alaraq təyin edilməlidir. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin