OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ


Eşitmə analizatorunun yaş xüsusiyyətləri



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə25/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   68
Ar2018-2944 (1)

Eşitmə analizatorunun yaş xüsusiyyətləri. Embrional 
inkişafın 12-ci həftəsində ilbiz formalaşmağa başlayır, 20-ci 
həftədə ilbiz sinirlərində miyelinləşmə gedir, ilbizin orta və 
yuxarı qövslərində isə miyelinləşmə sonralar yaranır. 
Eşitmə analizatorunun ixtisaslaşması baş beyinin gicgah 
sahəsindəki hüceyrə təbəqələrinin yaranması ilə artmağa 
başlayır. Bu orqanın keyfiyyətli inkişaf doğul-duqdan 3 ay 
sonra daha yüksək olur. 
Eşitmə analizatoru doğulan gündən fəaliyyətə başlayır, 
körpə ən sadə səsləri analiz etməyə çalışır. Səslərə ilk 
reaksiya yönəldici və ya istiqamətləndirici olur. Belə hal 
vaxtından əvvəl doğulmuşlarda da müşahidə edilir. Eyni 
tezlikli, tembri (tonu) eyni olan səslər müxtəlif reaksiyalar 
əmələ gətirir. 
Şərti qida və qorunma refleksləri körpə həyatının ilk 3-5-
ci həftələrində yaranır. 2 aylıq körpələrdə bu reflekslər artıq 
möhkəmlənir. 2-3 aylıq körpələr səsləri seçməyə başlayırlar. 
Artıq 4-cü ayda 4010 - 800 hers arasındakı səs dalğalarını, 5 
aylıqda 3010-810 hers, 6-7 aylıqda isə 2010-810 herslik səs 
dalğalarını eşidə bilirlər. Uşaqların eşitmə analizatoru 6-7 
yaşa qədər xeyli inkişaf edir və nitq qıcıqlarına sərbəst cavab 
verə bilirlər. 40 yaşa qədər eşitmə reaksiyası yüksəlir
sonradan isə azalaraq 3000, 50 yaşda 2000, 55-60 yaşda 1000 
hersə qədər zəifləyir. 
 
3.2. Hərəki sensor sistemlərin xüsusiyyətləri
 
Kinesteziq hissiyat skelet əzələlərində vətərlərdə və 
oynaqlarda yerləşən reseptorlar vasitəsi ilə təşkil olunur. Bu 
reseptorlar qrupuna əzələ lifləri arasında sinir əzələ iyləri 
vətərlərdə və oynaqlarda səpələnmiş Holci reseptorları fassiya 


41 
və sümük üstlüyündə yerləşən paççini cisimcikləri və s 
aiddirlər. Oyanma hadisəsi Holci reseptorları və sinir əzələ 
iyləri gərildikdə paçininin cisimciklərinə təzyiq endirildikdə 
baş verir. Yaranmış oyanma dalğası sinir impulsu şəkilində 
əzələ və oynaqlarda xüsusi sinir lifləri ilə əvvəlcə onurğa 
beyninin motoneyronlarına oradan isə beyin qabığının 
sensomator mərkəzinə çatdırılır. 
Sinir əzələ iyi və ya proprioreseptor qruluşa malikdir. 
Onun ümumi uzunluğu 4- 11 mm bərabərdi Bir ucu əzələ 
lifinə digəri isə vətərə bərkiyir. Məlumdur ki, bədənin fəzada 
vəziyyəti haqqında alınan məlumat insanın hərəki 
funksiyasının tənzimində həll edici rol oynayır. Bu 
məlumatın alınmasında proprioreseptorlar bilavasitə iştirak 
edirlər. 
Proprioreseptiv impulslar skelet əzələlərinin tonusunu 
hərəkətin tezliyini qüvvəsini və vaxt müddətini nizamlayır. 
Bundan başqa skelet əzələlərinin işi reflektor olaraq ürək 
fəaliyyətinə qan damarı mənfəzinin dəyişməsinə həzm və 
ifrazat üzvlərinin fəaliyyətinə gözə çarpacaq dərəcədə təsir 
göstərir. Belə təsir hesabına işləyən əzələ qruplarının qida 
məhsulları və oksigenlə təminatı və eləcədə maddələr 
mübadiləsi gedişatında əmələ gələn zəhərli və lazımsız
maddələrin orqanizimdən xaric olunması normal vəziyyət 
alır. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin