OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə23/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   68
Ar2018-2944 (1)

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


37 
III FƏSİL 
 
Uşaq və yeniyetmələrdə sensor sistemlərin 
morfofunksional xüsusiyyətlərinin formalaşması 
 
3.1. Sensor məlumat - uşaq və yeniyetmələrin 
hərəkətlərinin idarə olunmasında inkişaf amili, əks əlaqə
kimi 
Hərəki analizatorun mərkəzi hissəsinin morfo-funksional 
inkişafı insanın ana bətnindəki inkişaf dövrünün biriinci 
yarısında (22- ci həftəsində) başlanır və körpə doğulduqdan 
sonra 8-12 yaşınadək davam edir. Bu vaxt qabıqaltı 
mərkəzlərin inkişafı beyin qabığının lokomator mərkəzinə 
nisbətən daha böyük sürətlə keçir. Eyni zamanda hərəki 
analizatorun funksional inkişafı nəzərə çarpır. Belə ki, hələ 
antenantal dövrün 4-5- ci aylarında rüşeyimdə müsbət 
proprireseptiv reflekslərin alınmasına nail olunur. Bu onu 
göstərirki, hərəki analizatorun morfoloji və funksional inkişafı 
eyni zamanla yəni yanaşı keçir. Körpə doğulduqdan artıq 15-
20 gün sonra onlarda şərti proprireseptiv reflekslərin 
yaranması müşahidə olunur. Uşağın sonrakı inkişafı 
dövrlərində hərəki analizatorun fəaliyyəti mürrəkəbləşir. 
Onun ayrı ayrı mərkəzləri arasında morfo-funksional rabitələr 
möhkəmlənir. Məktəbyaşlı uşaqlarda proprioreseptorların 
oyanıcığlıq səviyyəsi tədricən artır. Bu göstərici məktəblinin 
davranış xüsusiyyətlərindən asılıdır. Məs: bədən tərbiyəsi 
dərslərində göstərilən fiziki fəallıq gəzintillər və s. Bu kimi 
tədbirlər proprioresoptorların oyanıcığlıq həssaslığını artır. Öz 
növbəsində hərəki analizatorun fəalığının yüksəlməsi 
şagirdin zehni əmək qabiliyyətinə müsbət təsir edir. Nəhayət 
qeyd etmək lazımdır ki, yeniyetməlik və gənclik dövrlərində 


38 
əzələ işi zamanı ürəyin, ağciyərlərin və digər daxili üzvlərin 
fəaliyyətinin şərti reflektor olaraq artmasında hərəki 
analizatorun rolu olduqca böyükdür.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin