33
və görmə analizatorların afferent sinirləri fəallaşdıqca yazı və
şifahi nitq formalaşmağa başlayır.
2.4. Məktəbəqədər dövrdə ali sinir fəaliyyəti
Artıq 4-5 yaşlı uşaqlarda qida reflekslərinə əsaslanaraq
bir çox şərti refleksləri almaq mümkündür. Bu dövrdə
uşaqlara müxtəlif cihazlarla rəftar etmə üsullarını aşılamaq
mümkündür. Uşaqlarda reflektor reaksiyaları
reflekso-metrlə
ölçmək olar. Uşaqlara hər hansı bir qidanı verdikdə onun
reaksiya sürətini təyin edirlər. Bu zaman tutma reaksiyasından
istifadə etmək çox səmərəlidir.
Məktəbəqədər
dövrdə
uşaqların
istiqamətləndirici
reaksiyası yüksək olur. Onlar çoxlu sual verir və əşyaları hər
tərəfli yoxlayırlar. Onlarda şərti reflekslərin alınma xarakteri
sürətli olur. Onlar şərtsiz reflekslər əsasında asanlıqla şərti
refleks yaradırlar. Hərəki şərti reflekslərin müddəti də onlarda
qısadır. Bu dövrdə oyanma ləngimədan xeyli üstündür.
Dostları ilə paylaş: