28
2.3 Birinci və ikinci siqnal sistemləri
İ.P.Pavlov insanlara məxsus olan
ikinci siqnal sistemini
aşkar etmişdir. İnsanlar oyanmaları qəbul edir, sözləri ifadə
edir və ona cavab verə bilir. İnsanlar
xarici mühit şəraitinin
amillərinə uyğun olaraq, sadə və mürəkkəb şərtsiz və şərti
reflekslər hesabına, müxtəlif əlaqələr yaradır. Qeyd etdiyimiz
siqnallar toplanaraq birinci siqnal sistemini yaratmışdır.
İnsanlarda isə yeni bir amil söz siqnalı yaranmışdır. Onun
əmək fəaliyyəti nəticəsində nitqi yaranmağa başlamışdır.
Sözlər siqnallar siqnalı, olub, orqanizmin bütün fəaliyyəti
ilə bağlıdır. Söz, xarici və daxili qıcıqlara
reaksiya verərək,
hərəkət yaradır. O, həm də birinci siqnal sistemini qarşılıqlı
sistem kimi fəaliyyət göstərməyə sövq edir. Yeni alınmış
siqnalları analiz və sintez edərək, yüksək təqəllüs, düşüncə,
elmi nəticə, əql və s. yaradır.
İnsanların baş beyni ikinci siqnal
sisteminə əsaslanaraq
həqiqəti dərk etməyi bacarır. Bu sistem reflektor xassəlidir və
birinci siqnal sisteminin bütün qanunlarına tabedir. Bütün
fəaliyyət reflekslərə əsaslanır. İkinci siqnal sisteminə
əsaslanan şərti reflekslər asanlıqla alınır.
Mərkəzi sinir sistemindən
nitq mərkəzlərinə efferent
impulslar, onların fəaliyyətini artırır, və afferent impulsları
özünə cəlb edir, beyin qabığına daxil olaraq,
sözlərin
yaranması baş verir.
Eşidilən və görülən sözlər hərəkət mərkəzlərinə, eşitmə
və görmə analizatorlarına təsir edir. Məhz buna görə də ikinci
siqnal sistemi baş beyin qabığının
bir şöbəsinə deyil, bütün
şöbələrə təsir edir. Birinci və ikinci siqnal sistemi bir birindən
ayrı olmayıb, birlikdə, vahid sistem halında çalışırlar. İki
29
siqnal sisteminin vahid halda olması, mürəkkəb və avtomatik
reaksiyaların yaranmasına imkan verir.
Söz insanlar üçün ümumləşdirilmiş qıcıqlandırıcıdır. O,
mahiyyətindəki anlayışa təsir edir. Məsələn: «çığır» və ya
«yol» eyni anlayışlı olub, ümumi mahiyyətlidir. Əşyanın ifadə
forması və ya simvolu ümumiləşdiricilərə aiddir. Alma, nar,
heyva və ya meyvə. Meyvə ümumi anlayışdır.
Bəzən sözün
mənası geniş olub, bir çox sahələri birləşdirir. Məsələn:
«elm» sözü və ya «əşya».
Dostları ilə paylaş: