25
hərtərəfli olçüb-biçmək xüsusiyyəti ilə fərqlənir. Bununla
yanaşı bu insanlar həqiqəti əks etdirən konkret təfəkkürlə
xarakterizə olunurlar.
Üçüncü tip - “aralıq” və ya orta xassəli tipdir. Bu qrupa
aid olan insanlarda birinci və ikinci tipə məxsus olan butün
səciyyəvi əlamətlər normal səviyyədə inkişaf etmişdir.
Yuxarıda verilən məlumat belə bir nəticəyə gəlməyə
imkan verir ki,insanın ali sinir fəaliyyətinin (ASF-in) tipi
yaşla əlaqədar olaraq formalaşır. Tipin əlamətləri insanda
yayılmış halda olur, yəni bu və ya digər tip aydın və kəskin
fərqləndirilmir.
Beləliklə, ali sinir fəaliyyəti tipinin formalaşması və
möhkəmləndirilməsi yaş dövrləri, xarici mühit və sosial
amillərin təsirləri ilə əlaqədar olan mürəkkəb prosesdir.
Dostları ilə paylaş: