OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə21/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   68
Ar2018-2944 (1)

Şərtsiz ləngimə. Məktəbəqər dövrdə uşaqlarda şərtsiz 
tormazlanma sürətlə artır. Şərti reflekslərin yaranma müddəti 
xeyli azalır, latent dövrü artır. Onlarda induksion ləngimə da 
yüksəkdir. Elə uşaqlar var ki, onlara əlavə qıcıqlanma 
verdikdə ləngimə reaksiyası artır. Bir qrup uşaqlarda isə əlavə 
qıcıqlanma şərti reflekslərə təsir etmir. 
Şərti ləngimə. 4-6 yaşlı uşaqlarda şərti reflekslərin 
sönməsi zəif gedir. Qidalanma refleksi tez və asan söndüyü 
halda istiqamətləndirici reflekslər sönmür. Differensial 
reaksiyaların əmələ gəlməsi qısa müddət tələb edir. 3-4 yaşlı 
uşaqlara differensiallaşdırıcı qıcıq verdikdə müxtəlif tip 
oyanma yaranır. Bəzi uşaqlar əşyanın rənginə və formasına, 
bəziləri isə miqdarına və ölçüsünə qarşı reaksiya yaradır. 


34 
5-6 yaşlı uşaqlarda ümumiləşdirmə reaksiyaları daha 
çoxdur. Onlar analizedici qıcıqları söz vasitəsi ilə ayırd edə 
bilirlər (təhlil edirlər). Uşaqlarda gecikən reflekslər nadir 
hallarda yaranır. Çox yayın və tənbəl uşaqlarda gecikən 
ləngimə üstünlük təşkil edir. 
Məktəbəqədər dövrdə uşaqlar daha çox söz anlayışına 
reaksiya verməyə çalışırlar. Onlarda şərti ləngimə çətin alınır. 
 
2.5. Məktəblilərin ali sinir fəaliyyəti 
 
7-10 yaşlı uşaqlarda şərti reflekslərin alınması erkən 
başlayır 
və ilkin şərti reaksiyalar istiqamətləndirici 
möhkəmləndir-məyə əsaslanır. Onlarda davamsız şərti 
reflekslər az, möhkəmləri isə çoxdur. Uşaqlarda fərdi olaraq – 
müvazinətli və tez ləngiyən tiplərdə 12-14 təkrardan sonra 
şərti reaksiyalar yaranmağa başlayır. 
Bu yaş dövründə reflekslərin alınması oyanmanın 
xarakterindən asılı olaraq dəyişir. Onların ləngimə xarakteri 
də məktəbəqədər uşaqlardan fərqlənir. İnduksion ləngimə 
qıcıq müddətindən asılı olaraq dəyişir. Şərti ləngimənın 
böyük mahiyyəti vardır. Onlarda differensial ləngimə sinir 
hərəkəti yüksək səviyyədədir. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin