OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ


Görmə analizatorlarının yaş xüsusiyyətləri



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə24/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   68
Ar2018-2944 (1)

Görmə analizatorlarının yaş xüsusiyyətləri. Görmə 
analizatorlarının ölçü və quruluşunun sinir saplarının 
miyelinləşməsi ilə başlayır. O, bətndaxili başlayaraq həyatın 
birinci ilinin sonunda başa çatır. Embrional inkişaf dövründə 
ilk olaraq üst görmə təpəciyi formalaşır. Embrionun 4-cü 
ayında bu sahə 7 hüceyrə qatına bölünür. Embrionun son 
aylarında və postembrional dövrdə görmə təpəciyinin həcmi 
artır, hüceyrələr ixtisaslaşır. 
Ana bətnində embrion 5 aylıq olduqda müxtəlif hüceyrə 
qatları inkişaf edərək, həcmini xeyli artırır (22,1% artır). 
Yenicə doğulmuş körpələrdə onların həcmi 46%, iki yaşda 
73,9%, 7 yaşında isə 95,3%-ə çatır. 
Embrional inkişafın 6-cı ayında görmə təpəciyində yastıq 
hüceyrə qrupları əmələ gəlir, sonrakı dövrlərdə görmə 
analizatoru formalaşmağa başlayır. Artıq 7 yaşlı uşaqlarda 
görmə təpəciyi böyüklərdəki kimidir. Bu yaşda yastıqcıqların 
hələ də inkişafı davam edir. Görmə sahəsi embrionun 5 
ayında 5% olduğu halda, yeni doğulmuş körpələrdə – 23%, 
ömrünün 2-ci həftəsində – 44,5%, 2 yaşlı uşaqlarda – 86% 
olur 


39 
Uşaqlarda yaşla əlaqədar olaraq görmənin faizlə nisbəti
Cədvəl 3.1 
Görmə analizatorunun qabıq şöbəsi inkişaf dövründən 
asılı olaraq artır və 7 yaşlı uşaqların qabıq sahəsi 
böyüklərdəki həcmə çatır. Bu dövrdə görmə analizatorları 
böyüyür və tam yetkinləşir, yalnız kor insanlarda görmə 
analizatonlarının quruluşunda ixtisaslaşma getmir. 
Görmə analizatorunun yaşa görə dəyişməsi. Dünyaya 
doğulmuş 
insanların 
göz 
almasının 
həcmi 
yetkin 
insanlarınkından xeyli kiçikdir. Onun ön-arxa diametri 17.3 
mm, en kəsiyi 16.7 mm, böyüklərdə uyğun olaraq 24.3 və 
23.3 mm-dir. Buna görə də gözə təsir edən şüa torlu qişanın 
arxasına düşür və onlarda uzaqgörmə baş verir. Onların 
dioptrası 1-3 D və boy artdıqca uzaqgörmə azalır, lakin 
uşaqlarda yaxıngörmə daha çoxdur
Körpələrdə göz yaşı refleksi doğulduğu dövrdən 
müşahidə edilir. Göz qırpma refleksi 1,5-2,0 aylıq dövrdə 
başlayır. İlk aylarda göz alması və qapaqların hərəkəti, tam 
koordinasiya olmamış vəziyyətdədir. Bu dövrdən başlayaraq 
işıq qıcıqlarının analiz olunmasında baş beyin qabığı iştirak 
edir. 
Yaşları 
Uzaqgörmə, 
%-lə 
Normal 
görmə, %-
lə 
Yaxıngörmə, %-lə 
5-7 
69,8 
26,5 
3,7 
8-10 
59,53 
34,13 
6,13 
11-13 
47,1 
43,9 
9,0 
14-16 
31,8 
56,8 
11,4 


40 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin