54
əmələ gəlir. Yaranmış enerji müxtəlif orqanların,
toxuma və
hüceyrələrin fəaliyyətinə sərf olunur (assimilyasiya və
dissimilyasiya).
Orqanizmin gənc yaşlarında enerji sərfıyyatı, yaşlılara
nisbətən, çoxdur. Körpələr orqanizmdəki enerjinin 36%-ni, 6
aylıq uşaq – 26%-ni, 1 yaşlı uşaqlar isə 21%-ni sərf edirlər.
Hər 1 kq kütləyə görə enerji sərfi 96600 couldur. Qızlar,
oğlanlara nisbətən, bir qədər az enerji sərf edirlər.
Enerjinin sərf olunması
ən çox əzələ fəaliyyətində
müşahidə edilir. Ağır fiziki iş zamanı və ağır yük qaldırdıqda,
daha çox enerji sərf olur. Şagirdlər dərslərini hazırlayarkən,
orqanizmdəki enerjinin 20-50%-ni sərf edirlər, müxtəlif sənət
sahibi olan insanlar, əmək fəaliyyətindən asılı olaraq, müxtəlif
miqdarda enerji itirirlər.
4.2. Qida rejimi və uşaqların qidalanma xüsusiyyətləri
Hər bir orqanizmin normal inkişafı qidalanma prosesi ilə
əlaqədardır. Buna görə də qidalanmanın düzgün təşkil
edilməsi, enerji qabiliyyətini tənzimləməyə imkan verir. Hər
bir qida komponentinin enerji göstəricisi vardır. Məsələn: 1 q
zülal – 4,2 k kalori, 1 q şəkər – 4,1 k kalori, 1 yağ isə – 9, 8 k
kalori yarada bilir, uyuğun olaraq 1 q zülal və şəkər – 17220
coul, 1 q yağ isə – 39060 coul enerji yaradır.
Orqanizmin normal inkişafını
təmin etmək üçün qida
normativləri vardır – 1:1:6. Burada yağ və zülal eyni vahiddə
– 1:1, Şəkərlər isə 6 olaraq qəbul olunmuşdur,
qeyd olunan
nisbət ibtidai sinif şagirdləri üçün yararlıdır. Çünki onların
oranizmi sürətlə inkişaf edir və enerji ehtiyacları çoxdur,
yuxarı siniflərdə bu nisbət 1:1:3, yaşlılar üçün – 1:1:4 nəzərdə
55
tutulur. Bu göstəricilər nisbi xarakterli olub, fiziki qabiliyyət
və fərdi xüsusiyyətlər nəzərə alınmalıdır.
Normal inkişafa nail olmaq üçün qidalanma dövrlərini
nəzərə almaq lazımdır. Yalnız belə şəraitdə qidanın tam həzm
olmasına şərait yaranır. Əgər insan gün ərzində yalnız iki dəfə
qidalanırsa, o zaman qidanm bioloji mahiyyəti azalır. Qida
alma müddətinin uzun olması, uşaqları
narahat edir, onlar
qıcıqlanır və ya ağlayırlar.
Körpələr həyatının ilk iki ayında gün ərzində 7 dəfə, 3-5
aylıq dövrdə – 5, 1 yaşda – 5 dəfə qidalanmalıdırlar. Məktəb
şagirdləri üçün – 4 dəfədən az olmayaraq (3 dəfə ailədə və 1
dəfə məktəbdə) qida almalıdırlar.
Qidalanma arasındakı dövr 4-6 saatdan artıq olmamalıdır.
Uşaqlar üçün səhər yeməyi – günlük qidalanmanın 25%,
məktəbdə – 20%, nahar 25%, axşam 20% təşkil etməlidir.
Məktəbdəki qidanın tərkibində 15-30 q zülal, 15-20 q yağ, 80-
100 q karbohidratlar olmalıdır.
Ət və balıq məhsullarını gündüz yeməklərinə daxil etmək,
məqsədə uyğundur.
Axşamlar meyvə və ya süd
məhsullarından istifadə edilməsi məsləhətdir.
Dostları ilə paylaş: