OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ


Uşaq və yeniyetmələrdə sinir sisteminin və ali sinir



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə10/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   68
Ar2018-2944 (1)

Uşaq və yeniyetmələrdə sinir sisteminin və ali sinir 
fəaliyyətinin formalaşması 
 
Insan daim dəyişən xarici mühit amilləri şaraitində 
fəaliyyət göstərir və onun çox formalı təsirlərinə qarşı 
orqanizm daim uyğunlaşır. Uyğunlaşma mexanizmləri 
mürəkkəbdir və bilavasitə sinir sistemi tərəfindən təmin 
olunur. Bu vasitə ilə orqanizmin daxili mühiti ilə xarici mühit 
arasında möhkəm qarşılıqlı rabitə yaranır. 
Eyni zamanda insanın hər bir üzvünün normal fəaliyyəti, 
eləcə də onların qarşılıqlı əlaqələri şəkildə fəaliyyət 
göstərməsi də nəzərə çarpır. Bu proseslərin tənzim olunması
da sinir sistemi tərəfindən təşkil olunur. 
İnsan orqanizmi mürəkkəb quruluşa malikdir. Onu təşkil 
edən üzv və toxumalar bu və ya digər funksiyaları icra edir. 
Oxşar funksional fəaliyyəti ilə xarakterizə olunan üzvlər 
fizioloji sistemlər əmələ gətirir. Cəmi 8 belə sistem 
mövcuddur. Onlardan sinir, hərəki-dayaq, analizatorlar, daxili 
sekresiya vəziləri, qan, ürək-damar, tənəffüs, həzm və ifrazat 
funksional sistemlərini göstərmək olar. 
İnsan daim xarici mühit amillərinin əhatəsindən fəaliyyət 
göstərir və onların təsirinə qarşı müxtəlif tipli reaksiyalarla 
cavab verir. Cavab reaksiyaları əvvəl orqanizmin hüceyrəvi 
quruluş, xüsusilə də hüceyrə membranı səviyyəsində öz əksini 
tapır. 
 
 
 


19 
2.1 Sinir sisteminin yaş xüsusiyyətləri 
 
Sinir sistemi orqanizmdə tənzimedici funksiya daşıyır və 
onun filogenetik inkişafı uzun çəkən müddət ərzində 
mürəkkəb funksional proses keçmişdir. 
Ali məməlilərdə, o cümlədən insanda sinir sistemi 
preantenatal inkişaf dövründə xarici rüşeym vərəqəsindən, 
yeni ektodermadan əmələ gəlmişdir. 2-5 həftəlik rüşeymin 
yuxarı hissəsində əvvəlcə sinir lövhəciyi yaranır. Sonralar 
lövhəciyin kənarları qalxaraq birləşir və bununla da ilkin sinir 
borusu əmələ gəlir. Borunu daxildən əhatə edən 
neyroblastlardan və spongio-blastlardan müvafiq olaraq 
neyronlar və qlial hüceyrələr əmələ gəlir. Eyni zamanda sinir 
borusunun yan xətti hissəsində neyroblastların toplusuna rast 
gəlinir ki, sonralar onlardan vegenativ, kəllə və onurğa beyin 
qanqliləri formalaşır. Rüşeymin inkişafı prosesində sinir 
borusunun yuxarı hissəsindən baş beyin, aşağı hissəsindən isə 
onurğa beyin yaranır. Sinir borusunun divarları üç qatdan 
ibarətdir. Baş beyin nahiyəsində boru baş beyin mədəciklərini 
əmələ gətirir. Onlarla onurğa beyin kanalı arasında anatomik 
əlaqə vardır. Borunun daxilindəki beyin mayəsi baş və onurğa 
beyin toxumasının qaz mübadiləsində və trofik proseslərdə 
mühüm rol oynayır. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin