Arxeologiyası, C. I, S. 3-4, Bakı 1999, ss. 60-72.
237
GÖYÜŞOV, həmin əsər, s. 142; DOSTİYEV, həmin məqalə.
238
GÖYÜŞOV, həmin əsər, s. 142.
239
DOSTİYEV, həmin məqalə.
240
YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. V, s. 286.
241
İBN XORDADBEH, Məsalikü’l-Məmalik, s. 39.
242
Nüzhətü’l-Qülub, s. 93.
243
Mu’cəm, C. V, s. 286. Həmiçinin bax: MİNORSKİY, İstoriya Şirvana i Derbenta X-XI vekov, s. 214.
[
هصه
]
sözünün cəm forması olan, qəsrlər mənasını ifadə edən ‚qisar‛
[
ناَصِه
]
sözündən
törəmiş olması ehtimalı böyükdür. Qusar sözünün ən hündür, son hədd mənasındakı
‚qusarə‛dən
244
[
ٟ َناَصُه
]
meydana gəlmiş olması da mümkündür. Çünki regionda ən
hündür relyefə malik yaşayış məntəqəsi Qusardır.
Bu gün Xaçmaz şəhərindən 14 km şərqdə, Xəzər dənizi sahilində yerləşən Niyazabad
bir zamanlar Xəzər dənizinin qərb sahilindəki ən mühüm limanlardan biri idi.
Azərbaycanın cənubundan başlayan ticarət yolu bu liman şəhərindən keçərək
Dərbəndə çatırdı
245
. XVIII əsrin birinci yarısında rus səyyahları da Azərbaycana səyahət
edərkən bu liman şəhərinə gəlmiş, gündəliklərində Niyazabadı ətraflı təsvir
etmişdilər
246
. Türk səyyahı Övliya Çələbi (XVII əsr) bu şəhər haqqında təfsilatlı
məlumat verir. Müəllif yazır: ‚Əvsafi-şəhri-Niyazabad: Şirvan hüdudundadır.
Yəzdigərd şah tərəfindən bina edilmişdir. Qədim zamanlarda böyük şəhər imiş. Hələ
də mövcud olan binaları bir vaxtların ehtişamından xəbər verir. Moğollar, sonra da
dağıstanlı qumuq, qaytaq və.s tayfalar buraya hücum edib təxrib etmişdirlər. Sultan III
Muradın böyük komandanı Qoca Fərhad paşa bu şəhərdə qışlamış, sonra ordusu ilə
Şirvan tərəfə hərəkət etməmişdən əvvəl Niyazabad qalasını təmir etdirmişdi. Bura
Dağıstanla Şirvan arasındadır. Şəhərdə qırx məhəllə və qırx minbər (məscid) var.
Şəhərdə cümə camesi, karvansaray, hamam və bazar var. Niyazabad ayrıca
sultanlıqdır, minə qədər nökəri (əsgəri-N.Ə), on iki hakimi var. Şəhərin kələntəri
Niyazabadda 6000
247
bağ-bağçalı evin olduğunu deyir. Abad, gözəlləri çox, əkinə yararlı
torpaqları bol olan yerdir. Lakin şəhərin ortasındakı qala divarları xarabadır. Belə
məhsuldar, ab-havası lətif yerdə qalanın olması çox vacib ikən uçub dağılmışdır.
Niyazabadda xacə Əhməd Yəsəvinin nəslindən olan Əfşar babanın türbəsi var.
Əcəmlərin bu şəxsin təriqətinə inam və ehtiramları vardır. Belə ki, buradakı təkyədə
yüzdən çox füqəra (dərviş-E.N) var. Təkyədə gələn gedənə yemək verilir. Bu şəhərin
əhalisi hənəfi məzhəbindədir‛
248
.
244
Bax: BARANOV, Arabsko-Russkiy Slovar, s. 641. Həmçinin bax: SARI, Arapça-Türkçe Lugat, s. 1233.
245
Vaqif PİRİYEV, Azərbaycanın Tarixi-Siyasi Coğrafiyası, s. 33, Bakı 2006.
246
Elçin QARAYEV, Azərbaycan XVIII Əsr Rus və Qərbi Avropa Səyyahlarının Təsvirində, s. 22-23, Bakı 2005.
247
Əgər təqribən hər evdə 5 nəfərin yaşadığını nəzərə alsaq XVII əsrdə Niyazabadın 30 mindən çox əhalisi olan orta
böyüklükdə bir şəhər olduğunu söyləyə bilərik.
248
ÖVLİYA ÇƏLƏBİ, Səyahətnamə, C. II, s. 292-293.
Arxeoloji qazıntılar vaxtı aşkar edilən zəngin maddi mədəniyyət nümunələri
göstərmişdir ki, Şamaxı şəhərinin yerində hələ antik dövrdən bəri yaşayış məskəni
olmuşdur. VIII-XI əsrlərdə Şamaxı Yəzidiyyə adı ilə və Şirvanşahların inzibati mərkəzi
kimi məşhur olmuşdu
249
. Abbasilərin Şirvan canişini Əbu Tahir Yəzid ibn Muhəmməd
əş-Şeybani h. 306-cı (918) ildə Şirvan torpağında Yəzidiyyə şəhərini saldırmışdı
250
. Bu
dövrdə Yəzidiyyə özünün sikkə zərbxanası ilə məşhur olmuş, eyni zamanda ‚darü’l-
mülk‛, yəni paytaxt şəhəri kimi şöhrət tapmışdı. XII əsrdə Şamaxıda təxminən 100 minə
yaxın əhali yaşamışdı
251
. Orta əsrlərdə Şamaxı yetişdirdiyi elm, mədəniyyət, dövlət
xadimləri, sənətkarlarla yanaşı əhalisinin igidliyi və mərdiliyi ilə də məşhur olmuşdu.
İbnü’l-Əsir 1221-ci ildə moğolların Şamaxıya hücumu təsvir edərkən yazır: ‚Moğollar
dəvə, inək, keçi, qoyun və.s heyvan leşlərini, bunlarla birlikdə öldürdükləri insanların
cəsədlərin üst-üstə yığıb müqavimət göstərən Şamaxı qalasının divarlarını aşmağa
çalışmışdılar. Şəhər əhalisi bu döyüşlərdə ciddi müqavimət göstərmiş, üç gün şiddətli
və qanlı döyüşlər getmişdi. Çətin vəziyyətə düşən şəhər müdafiəçiləri ‚istənilən halda
bu işin axırında ölüm var və qılınc boynumuza dirənəcək, ən yaxşısı səbrlə düşmənə
müqavimət göstərib şərəfimizlə ölək‛ deyərək moğollarla vuruşmağa davam
etmişdilər. Nəhayət moğollar qılınc gücünə Şamaxını ələ keçirə bilmişdilər. Şamaxının
işğalı ağır insan itkisi və talanla müşayət olunmuşdu
252
.
Orta əsr mənbələrində Şirvan həm vilayət həm də şəhər adı kimi qeyd olunmuşdur.
Coğrafi məkan olaraq Şirvan adı ilə daha çox Arranın Kür çayından şimalda qalan
qismi nəzərdə tutulmuşdur. A. Bakıxanov Şirvan vilayətinin hüdudlarını təsvir edərkən
yazır: ‚Şirvan vilayəti, şərq tərəfdən Xəzər dənizi ilə, cənub-qərbdən onu Muğan və
Ermənistan (Arran-E.N) vilayətlərindən ayıran Kür çayı ilə, şimal-qərbdən Qanıq
(Alazan) çayı ilə, İlisu nahiyəsindən keçən qeyri-müəyyən xətlə, Qafqaz sıradağları,
Kürə və Təbərsəran nahiyələrini Qaziqumuq və Qaytaq məmləkətlərindən ayıran dağ
silsiləsi ilə və oradan da, Dərvaq çayı yatağından onun Xəzər dənizinə qovuşduğu yerə
249
GÖYÜŞOV, həmin əsər, s. 136-137.
250
AŞURBƏYLİ, həmin əsər, s. 100.
251
GÖYÜŞOV, həmin əsər, s. 137.
252
İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XII, s. 340.
qədər uzanan sahə ilə məhduddur‛
253
. Bu vilayətin ayrı-ayrı şəhərlərindən yetişən
alimlər, irəlidə görəcəyəmiz kimi, Şirvani nisbəsi ilə tanınmışdılar. Yuxarıda qeyd
etdiyimiz kimi mənbələrdə Şirvan adı həm də şəhər adı kimi qeyd olunmuşdur. İstəxri,
İbn Hövqəl, Zəkəriyyə Qəzvini və Məqdisi kimi orta əsr coğrafiyaşünasları öz
əsərlərində Şirvan şəhərinin adını çəkirlər. Şəmsəddin əl-Məqdisi Bərdicdən Şamaxılya
2 mərhələ (90,96 km), Şamaxıdan Şirvan şəhərinə 3 mərhələ (136,44 km), Şirvandan
Layicana 2 mərhələ, oradan da Samur çayı üzərindəki körpüyə 2 mərhələ məsafə
olduğunu yazır
254
. Həmçinin İbn Hövqəl, əl-İdrisi və əl-İstəxri də eyni məlumatı
verirlər
255
. Buradan Şirvan şəhərinin Şamaxıdan şimal-şərq istiqamətində, Şamaxı ilə
Şabran arasında olduğunu təxmin etmək olar. Samur çayının 90 km cənubu tam qədim
Gilgilçay səddinin olduğu yerə, indiki Siyəzən rayonu ərazisinə düşür. Ehtimal ki, orta
əsr müəlliflərinin Layican dedikləri şəhər, güman edildiyi kimi indiki İsmayıllı
rayonundakı Lahıc kəndi deyil
256
, Gilgilçay səddi üzərində yaşayış məntəqəsi idi.
Hüdudü’l-Aləm müəllifi də Şirvan, Xursan və Leyzanın (Layican) adını yanaşı çəkərək
bunların ayrı-ayrı hökmdarlar tərəfindən idarə olunduğunu qeyd edir
257
. Məlum
olduğu kimi Xursan vilayəti Şabran və ətraf ərazilərə verilən ad idi. Mənbədə adlarının
birgə qeyd edilməsi bu üç ərazi vahidinin yanaşı olduqlarını söyləməyə əsas verir. Ən
əsası isə İdrisi, İbn Hövqəl, İstəxri və Məqdisi kimi orta əsr coğrafiyaşünaslarının
qeydlərinə istinadən deyə bilərik ki, Layicanın indiki Lahıc kəndi ilə heç bir əlaqəsi
yoxdur. Ən azından ona görə ki, Şamaxıdan Samur körpüsünə getmək üçün şimal-qərb
deyil, şimal-şərq istiqamətinə getmək lazımdır. Lahıc kəndinin mövcud olduğu
İsmayıllı rayonu isə Şamaxının şimal-qərbindədir. Belə olan halda Gilgilçay səddi
üzərindəki Layicanın 90 km cənubu da Bakı şəhəri civarına təsadüf edir. Karvan
yollarının, zərurət olmadığı müddətcə, çətin keçilən dağlıq ərazilərdən deyil düzənlik
yerlərdən keçdiyini nəzərə alaraq Samur körpüsündən Şamaxıya ancaq Xəzər sahili
yolla gedildiyini deyə bilərik. Belə olan halda Samur körpüsünün 4 mərhələ (182 km)
253
Gülüstani-İrəm, s. 13
254
Əhsənü’t-Təqasim, s. 188.
[
ٕاٝهش ٠ُئ ْش ٖ٤رِؼهٓ ح٤ـأشُا ٠ُئ ط٣قهت ٖٓ
3
اف٣لا ٠ُئ ْش َؼاهٓ
ٕ
ٖ٤رِؼهٓ نٌٞٔ هٍظ ٠ُئ ْش ٖ٤رِؼهٓ
]
255
İBN HÖVQƏL, Surətü’l-Ərz, s. 238; İDRİSİ, Nüzhətü’l-Müştaq, s. 35; İbrahim ibn Muhəmməd İSTƏXRİ, Məsalikü’l-
Məmalik, s. 76, Leiden 1927.
256
Orta əsr mənbələrindəki Lahicanın (və ya Leyzanın) indiki Lahıc kəndi ilə əlaqələndirilməsi barədə bax:
MİNORSKİY, həmin əsər, s. 33; AŞURBƏYLİ, həmin əsər, s. 98.
257
Hüdudü’l-Aləm, s. 123.
cənubu, artıq qeyd etdiyimiz kimi, Bakı şəhəri civarına təsadüf edir. Məqdisinin
əsərində həm Bakı, həm də Şirvan şəhərlərinin adını çəkməsi
258
bunların eyni şəhər
olmadığını deməyə əsas verir. Güman ki, Şirvan şəhəri Bakı yaxınlığında mövcud
olmuşdur.
Asarü’l-Bilad müəllifi şah I Xosov Ənuşirvanın bu məmləkəti tikib abadlaşdırdığı üçün
onun adı ilə, Şirvan adlandırıldığını qeyd etmişdir
259
. Əbdürrəşid Bakuvi yazır: ‚Onu
(Şirvanı-E.N) Əbuşirəvan abadlaşdırıb və nahiyə onun adını daşıyır‛
260
. A. Bakıxanov
da Şirvanı Sasani şahı I Xosrov Ənuşirvanın bina etdiyini, bu səbəbdən şəhərin onun
adı ilə tanındığını qeyd edir
261
. Müəllif həmçinin yazır: ‚Bəziləri deyirlər ki, Şirvanın
əsli Şirvand, yəni şir olan yer olub, sonra Şirvan olmuşdur‛
262
. V. Minorskiy də bənzər
bir ehtimalı dilə gətirmişdi
263
. S. Aşurbəyli də V. Minorskinin bu fikrini daha ağılabatan
hesab etmiş, hətta Şirvanın ‚süd ölkəsi‛ mənasını ifadə edə bilmə ehtimalını da qeyd
etmişdir
264
. Bunları əlbəttə ki, bir ehtimal olaraq irəli sürmək mümkündür. Lakin
unutmamaq lazımdır ki, farscada yerinə görə həm süd, həm də aslan mənasını ifadə
edən ‚şir‛
[
ه٤ش
]
sözü ‚Şirvan‛ın
[
ٕاٝهش
]
birinci hecası ilə tamam fərqli yazılır. Yəni
‚Şirvan‛ı şir və ya süd ölkəsi kimi mənalarla əlaqələndirmək üçün
[
َ
١
ٕاٝن
]
kimi
yazmaq lazımdır. Belədə vurğu ikinci deyil, birinci hecaya düşəcəkdir. Halbuki orta əsr
mənbələrinin demək olar ki, heç birində Şirvan sözünün bu cür yazılışına rast gəlinmir.
Demək ki, V. Minorskinin ehtimalı heç də ağılabatan deyil. Ənuşirvan
[
ٕاٝهشٞٗأ
]
sözü isə
bütün orta əsr ərəb və farsdilli mənbələrdə tam Şirvana uyğun formada yazılır.
Xilafət ordularının Azərbaycana ilk yürüşləri zamanı kiçik bir kənd olan Təbriz sonrakı
əsrlərdə Azərbaycanın iri şəhərlərindən birinə çevrilmişdi. Abbasilər dövründə
Azərbaycana köçürülüb məskunlaşdırılmış ərəb əl-Əzd qəbiləsinə mənsub Rəvvad
ibnü’l-Müsənna əl-Əzdi xəlifə Əbu Cə’fər Mənsur (754-775) tərəfindən Təbrizdən Bəzzə
qədər olan əraziyə hakim təyin edilmişdi. Rəvvadın oğlu Vəcna kiçik yaşayış məntəqəsi
olan Təbrizdə müxtəlif binalar və şəhərin ətrafında istehkamlar tikdirmişdi. Onun
258
Əhsənü’t-Təqasim, s. 28, 185.
259
QƏZVİNİ, Asarü’l-Bilad, s. 588.
260
BAKUVİ, Təlxisü’l-Asar, s. 125.
261
Gülüstani-İrəm, s. 13.
262
Yenə orada.
263
MİNORSKİY, həmin əsər, s. 34.
264
AŞURBƏYLİ, həmin əsər, s. 18.
nəslindən olan Ə’la ibn Əhməd ər-Rəvvadi əl-Əzdi isə Təbriz ətrafında möhkəm qala
divarları inşa etdirmişdi. IX əsrin birinci yarısında xürrəmi üsyanı vaxtı Muhəmməd
ibn Bəis əl-Əzdi sahib olduğu qala və istehkamları, o cümlədən Təbriz və Şahi
qalalarını, Babəkə təslim etmişdi
265
. Xilafətin xürrəmi üsyanını yatırmaqda əzmli
olduğunu görən Muhəmməd ibn Bəis 837-ci ildə Babəkin bir qrup silahdaşını təşkil
etdiyi ziyafətdə yaxalayıb Bağdada göndərmişdi
266
. Bu hadisədən sonra xürrəmilər
ardıcıl olaraq məğlubiyyətə uğramışdılar
267
. 859-cu ildə baş verən şiddətli zəlzələ
Təbrizi xarabalığa çevirmişdi. Lakin Tezliklə xəlifə Mütəvəkkilin (847-861) əmri ilə
Təbriz yenidən bərpa olunmuşdu
268
. 1042-ci ildə baş vermiş zəlzələ nəticəsində Təbrizin
bir hissəsi dağılmış, 40-50 min nəfər həlak olmuşdu. Əbu Mənsur Vəhsudan ibn
Məhəmməd ər-Rəvvadi əl-Əzdi Təbrizin yenidən bərpa edilib əvvəlki ehtişamını
qaytarmaq üçün böyük səy göstərmişdi
269
. Böyük Səlcuqluların hakimiyyəti illərində də
Təbriz bu oğuz imperatorluğunun böyük və abad şəhərlərindən biri olmuşdu. Orta
əsrlərdə Təbriz şəhəri özünün ən parlaq və ehtişamlı günlərini şübhəsiz ki, Azərbaycan
Atabəylərinin hakimiyyəti illərində yaşamışdı. Eldənizlərin darü’l-mülkü, yəni paytaxtı
olan Təbriz bu dövrdə müsəlman şərqinin elm, mədəniyyət, sənət və ticarət
mərkəzlərindən biri idi
270
. Elxanilərdən Mahmud Qazan xanın (1295-1304) əmri ilə
Təbrizin müdafiə sistemi yenilənmiş, şəhəri əhatə edən qala divarları genişləndirilərək
yenidən inşa edilmişdi. Əvvəllər şəhəri əhatə edən qala divarlarının uzunluğu 6000
addım idisə, Mahmud Qazan xanın inşa etdirdiyi qala divarlarının uzunluğu 25.000
addıma bərabər idi
271
. Moğol hücumları vaxtı bacarıqlı dövlət xadimi Şəmsəddin
Tuğrayinin səyi nəticəsində dağıntı və qətliamdan xilas olan Təbriz XIV əsrdə tatarların
təxribatına məruz qalmışdı. Qızıl Orda hökmdarı Toxtamış xanın ordusu 4 yanvar
1386-cı ildə Təbrizə hücum etmiş, lakin əhalinin ciddi müqavimətinə rast gələrək
hücumu dayandırmışdı. Əldə edilmiş sazişə əsasən Təbriz əhalisi 250 tümən qızıl pul
ödəyəcək və Toxtamış xan ordusunu şəhərdən uzaqlaşdıracaqdı. Toxtamış xan şəhər
265
Vladimir MİNORSKİY, Tarixi-Təbriz, (Trc. Ə. Karəng), s. 10, Tehran 1337.
266
BÜNYADOV, Azərbaycan VII-IX Əsrlərdə, s. 246; ONULLAHİ, həmin əsər, s. 41.
267
Yenə orada.
268
ONULLAHİ, həmin əsər, s. 42.
269
BAKUVİ, Təlxisü’l-Asar, s. 87; ONULLAHİ, həmin əsər, s. 42.
270
BÜNYADOV, Azərbaycan Atabəyləri Dövləti, s. 198.
271
QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 79.
müdafiəçilərinin bu razılaşmadan sonra döyüş yerlərini tərk etməsindən sui-istifadə
edərək şəhərə qoşun yeritmişdi. Bir həftə boyunca tatarlar Təbrizdə qətl və qarət
törətmişdilər. 12 gün sonra Toxtamış xanın ordusu ikinci dəfə Təbrizi zəbt etmişdi. Bu
iki hücum vaxtı əhalidən 10 min nəfər öldürülmüş və 100 min nəfərə yaxını əsir edilib
aparılmışdı
272
. Qaraqoyunlu hökmdarı Kəmaləddin Qara Yusif (1389-1421) də Təbrizi
paytaxt şəhəri kimi seçmişdi. Təbriz onun oğlu Cahanşahın (1438-1467) dövründə də
sərhədləri Xorasandan Şam diyarına, İran körfəzindən Qafqaza qədər olan Azərbaycan
dövlətinin paytaxtı olmuşdu. Elmi və mədəni tərəqqiyə böyük əhəmiyyət verən, Həqiqi
təxəllüsü ilə çox gözəl türkcə və farsca şerlər yazan Cahanşahın özü də yüksək intellekt
sahibj hömdar idi. O, Təbrizin tikilib abadlaşması üçün çox iş görmüş, Göy məscid və
mədrəsə kompleksini
273
və Müzəffəriyyə mədrəsələrini inşa etdirmişdi. Cahanşah
dövrün məşhur alimi Cəlaləddin Dəvvanini Müzəffəriyyə mədrəsəsinə müdərris təyin
etmişdi. Cahanşahın xanımı da Təbrizdə böyük bir məscid və mədrəsə inşa
etidirmişdi
274
. Azərbaycan Ağqoyunlu imperatorluğu dövründə də Təbriz müsəlman
şərqinin böyük elm və mədəniyyət mərkəzlərindən biri olmuşdu. Uzun Həsən
mücahidliyi ilə yanaşı elm, mədəniyyət və sənətə böyük diqqət yetirən hökmdar idi.
Cəlaləddin Dəvvani özünün ‚Əxlaqi-Cəlali‛ adlı əsərini imperator Uzun Həsənə ithaf
etmişdi. Alimin ‚Ərznamə‛ adlı risaləsi isə Ağqoyunlu dövləti ordusuna həsr
olunmuşdu. Tarixçi Əbu Bəkr Tehrani, riyaziyyatçı Mahmud Can, fəqih və ədib Qazi
Məsihəddin İsa Savəci, ilahiyyatçı Cəlaləddin Dəvvani, riyaziyyatçı Əli Quşçu, tarixçi
İdris Bidlisi, fizik Muhəmməd ibn Mənsur hökmdar Uzun Həsənin yaxın ətrafında olan
və Təbrizdə yaşamış dövrün məşhur alimləri idilər
275
.
Ağqoyunlular dövründə də Təbriz şəhərində çox sayıda ictimai və iaşə binaları,
mədrəsələr, məscidlər, karvansaraylar, hamamlar inşa edilmişdi. XVII əsrdə Təbrizdə
olmuş türk səyyahı Övliya Çələbi bu şəhərdə 47 mədrəsə, 7 darü’l-hədis və bir neçə
darü’l-qurranın fəaliyyət göstərdyini qeyd etmişdi
276
. Səyyah, Cahanşah mədrəsəsinin
272
ONULLAHİ, həmin əsər, s. 67; MÜŞTƏRƏK, Azərbaycan Tarixi, s. 350.
273
MİNORSKİY, Tarixi-Təbriz, s. 85.
274
İsmail Hakkı UZUNÇARŞILI, Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu Devletleri, s. 181, 186, Ankara 1988.
275
UZUNÇARŞILI, həmin əsər, s. 225.
276
ÖVLİYA ÇƏLƏBİ, Səyahətnamə, s. 250.
Təbrizin ən gözəl və böyük mədrəsəsi olduğunu qeyd etmişdir
277
. Bu da onu göstərir ki,
inşasının üzərindən iki əsrdən çox vaxt keçməsinə baxmayaraq Cahanşah məscid və
mədrəsə kompleksi öz ehtişamını qoruyub saxlaya bilmişdi. Lakin Övliya Çələbinin
qeydlərindən məlum olur ki, Səfəvilər dövründə Təbrizin, eləcə də Azərbaycanın digər
şəhərlərindəki elm ocaqlarında elmi və intellektual səviyyə qat-qat aşağı düşmüşdü.
Bunun birinci səbəbi həmin bu dövrün Osmanlı dövlətinin çiçəklənmə dövrünə təsadüf
etməsidir. XV əsrin birinci yarısı, xüsusilə də XVI əsrin əvvəllərindən etibarən Misirin
də Osmanlı dövlətinə birləşdirilməsindən sonra başda İstanbul olmaqla Anadolunun
böyük şəhərləri alimlər, mədəniyyət və incəsənət xadimləri üçün cazibə mərkəzinə
çevrilmişdi. İslam dünyasının dörd bir tərəfindən, o cümlədən Azərbaycandan Osmanlı
torpaqlarına yüzlərlə alim və mütəfəkkir gedərək buradakı tədris müəssisələrində
fəaliyyət göstərməyə başlamışdılar. Bu dövrdə elm xadimlərinin Azərbaycanı tərk
etməsinin əsas səbəblərindən biri də Səfəvilərin İran və Azərbaycanda hakimiyyətə
gəlməsidir. Səfəvilər ən yaxşı halda təzyiq və təqiblər nəticəsində sünni din xadimləri
və alimlərin ölkəni tərk etməsinə nail olurdular. Bir sıra hallarda isə Səfəvilərin şafi’i,
hənəfi kimi sünni fiqh məzhəblərinə mənsub alimlərə qarşı törətdikləri qanlı qətliamlar
alimlərin öz vətənlərini tərk edərək Osmanlı, Misir Məmlüklü və Şeybanilər dövətlərinə
pənah aparmalarına səbəb olurdu. Lakin Səfəvilər şiəliyin dövlətinin rəsmi məzhəbi
elan edilməsinindən sonra ciddi bir problemlə qarşılaşmışdılar. Problem ondan ibarət
idi ki, Azərbaycanda, eləcə də İranda bu məzhəb sahəsində dini ədəbiyyat və alimlər
yox deyiləcək qədər az idi
278
. İbnü’l-Mütəhhərin ‚Qəvaidü’l-İslam‛ adlı kitabı xaricində
təbliğat xarakterli dini ədəbiyyat yox idi. Bu səbəblə də Səfəvilər Livanın Cəbəli-Amil
və İraqın cənub regionlarından şiə ərəb alimlərini Azərbaycana dəvət etmişdilər
279
.
Təbrizdə ilk şiə mədrəsəsini XVI əsrin əvvəllərində livanlı Nurəddin Əli əl-Amili əl-
Kərəki (öl. 1534) qurmuşdu
280
. Bəhaəddin əl-Amili, şeyx Hüseyn əl-Amili, Mir Əbü’l-
Qasım Fəndəriski həmin bu dövrdə xaricdən Təbrizə gəlmiş din xadimləridir
281
.
277
Yenə orada.
278
Shahı AHMADOV, Azerbaycan’da Şiîliğin Yayılma Süreci, s. 102, Ankara 2005.
279
Yenə orada.
280
Yenə orada.
281
AHMADOV, həmin əsər, s. 102-105.
Azərbaycanın qədim şəhərlərindən olan Tiflis (Suğdabil) orta əsrlərdə yetişdirdiyi elm
və mədəniyyət xadimləri ilə məşhur olmuşdu. əl-İdrisi (1100-1165)
282
, əl-İstəxri (X
əsr)
283
, Zəkəriyya əl-Qəzvini
284
və Hüdudü’l-Aləm müəllifi
285
Tiflisin Arranın
şəhərlərindən biri olduğunu qeyd etmişdirlər. Süyuti ‚ət-Tiflisi‛ nisbəsi haqqında
məlumat verərkən yazır ‚...Azərbaycanın bəldələrindən olan Tiflisə aid edilir‛
286
.
İbnü’l-Əsir də Tiflisin Azərbaycanın sonuncu, yəni sərhədyanı şəhərlərindən biri
olduğunu qeyd etmişdir
287
. Əslində Azərbaycana məxsus olan Tiflisin Kür çayının
cənubunda qalan hissəsidir. İndi olduğu kimi orta əsrlərdə də Tiflis Kür çayı ilə iki
qismə ayrılırdı
288
. Çayın cənubunda qalan qismi müsəlman, şimalında qalan hissəsi isə
xristian Tiflisi idi. Əbdürrəşid Bakuvi yazır: ‚Şəhərdən Kür çayı axır. Əhalisi müsəlman
və xaçpərəstlərdir. Kürün bir sahilində əzan deyilir, digər isə kilsə zəngləri çalır‛
289
.
Mənbələrdə şəhərin sol sahili, yəni azərbaycanlılar yaşayan qismi Tiflis deyil, Suğdabil
şəhəri kimi tanıdılır. Yaqut əl-Həməvi
290
və Əhməd əl-Bəlazuri Suğdabil şəhərinin
Tiflisin cənubunda, Kür çayı sahilində olduğunu, şah I Xosrov Ənuşirvanın (531-579)
bu şəhəri bina edib abadlaşdırdığını qeyd edir. Şəhərin Suğdabil adlanması isə I
Xosrovun buraya Soğddan (Soqdiana)
291
farsdilli əhalini köçürüb məskunlaşdırması
səbəbiylə olmuşdu
292
.
Osman ibn Əffanın (ا) hakimiyyəti dövründə (644-656) Həbib ibn Məsləmə əl-Fıhri (ا)
Tiflisi fəth edərək əhalisi ilə cizyə müqabilində əhdnamə bağlamışdı
293
. 722-ci ildə
Əməvilərin cənubi Qafqaza təyin etdikləri vali Cərrah ibn Abdullah əl-Həkəmi Tiflis,
Girdiman, Samsxa (Cavaxetiya), Şavşat daxil olmaqla Gürcüstan əhalisi ilə Həbib ibn
Məsləmə ilə bağladıqları əhdnamənin şərtlərinə uyğun olaraq yeni əhdnamə
282
İDRİSİ, Nüzhətü’l-Müştaq, s. 34-35.
283
İSTƏXRİ, Məsalikü’l-Məmalik, s. 67.
284
QƏZVİNİ, Asarü’l-Bilad, s. 476-477.
285
ANONİM, Hüdudü’l-Aləm, s. 120-123.
286
SÜYUTİ, Lübbü’l-Lübab, s. 43.
[
٢ٍ٤ِلرُا
...
ٕاع٤تنلأت كِت ً٤ِلذ ٠ُا حِٜٔٓ
]
287
İBNü’l-ƏSİR, Lübab, C. II, s.218.
[
٢ٍ٤ِلرُا
...
ٕاع٤تنلأ قلات ٖٓ جكِت هـآ ً٤ِلذ ٠ُا حثٍُ٘ا ٙمٛ
]
288
İBN XORDADBEH, Məsalikü’l-Məmalik, s. 477.
[
ّهٌُا هٜٗ اٜت
...
حػقهت ةِت ٠ِػ ١هع٣ٝ نٌٞٔشٝ جى٘عت ْش اٜوش٣ ً٤ِلذ ح٘٣كٔت
]
289
BAKUVİ, Təlxisü’l-Asar, s. 118
290
YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. IV, s. 305.
[
َ٤تكـص
:
هٌُا هٜٗ ٠ِػ ح٘٣كٓ
ّ
ٍقاؼُا ٕاٝهش ٞٗأ ٟهًٍ اٛا٘ت ً٤ِلذ حُاثه ٢ههشُا ةٗاظ ٖٓ
...
يناك ءا٘تأ ٖٓ كـصُا َٛأ ٖٓ آٞه اُٜىٗأ
]
291
Qədim Soqdianaya (və ya Suquda) indiki Tacikistan, Özbəkistanın Buxara və Səmərqənd daxil olmaqla Fərqanə
vilayəti və Əfqanıstanın şimalı daxil idi.
292
BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 275; Həmçinin bax: BÜNYADOV, Azərbaycan VII-IX Əsrlərdə, s. 174.
293
BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 213, 284.
bağlamışdı
294
. Lakin bu fəth qalıcı olmamış, həm Əməvilər dövründəki daxili
ziddiyətlər, həm də cənubi Qafqazda davam edən ərəb-xəzər müharibələri səbəbiylə
Tiflisin fəthi gecikmişidi. 736-cı ildə Tiflis xilafətə birləşdirilmişdi. Bu tarixdən etibarən
Tiflis xəlifələrin təyin etdikləri valilər tərəfindən idarə edilmişdi. 852-ci ildə Yusif ibn
Muhəmməd əhdnamə şərtlərini yerinə yetirməməsi səbəbiylə Ərməniyyə hakimi Aşot
oğlu Baqratı həbs edərək Bağdada göndərmişdi. Bu hadisədən sonra Baqratın qardaşı
oğlunun ətrafında toplanan bir qrup erməni əyanı qiyam qaldırmış və Yusif ibn
Muhəmmədi öldürmüşdülər. Bu işdə onlara bəzi yerli müsəlman əyanlar da kömək
etmişdilər
295
. Bu hadisədən sonra xəlifə Mütəvəkkil (847-861) türk komandan Buğa əl-
Kəbiri böyük bir ordu ilə cənubi Qafqaza göndərmişdi. Buğa əl-Kəbir qiyamçı erməni
əyanlarını məğlub edərək onların çoxunu qılıncdan keçirmişdi. Daha sonra Tiflisə
yaxınlaşan Buğa əl-Kəbir əmir Zirək ət-Türkiyə Kür çayını keçib şəhəri tam mühasirəyə
almağı tapşırmışdı. Suğdabil hakimi İshaq ibn İsmayıl ibn Şueyb qaladan çıxaraq əmir
Zirək ət-Türki ilə danışıq aparmağa cəhd etmişdi. Lakin Zirək ət-Türki onu və oğlunu
yaxladıb edam etdirmişdi. Buğa əl-Kəbirin əmri ilə İshaq ibn İsmayılın şam ağacından
tikilmiş sarayı və qəsri yandırılmışdı
296
. İshaq ibn İsmayılın babası Şueyb Əməvilərin
məvlası olmuşdu. Bu hadisə nəticəsində 853-cü ildə Tiflisdə Şueybilər sülaləsinin
hakimiyyəti sona çatmışdı. 853-880-ci illərdə Şeybanilər sülaləsi, 880-1062-ci illərdə isə
əmir Cə’fər ibn Əlinin nəslindən olan Cə’fərilər sülaləsi Tiflis müsəlman əmirliyini
idarə etmişdilər. 1122-ci ilə qədər Böyük Səlcuqlu dövlətinə aid olan Tiflis həmin il
gürcü çarı IV Davidin (1089-1125) ordusu tərəfindən zəbt edilmişdi
297
.
Eyni adlı gölün sahilində yerləşən Urmiyə şəhəri orta əsr ərəb müəllifləri tərəfindən
Zərdüştün vətəni hesab olunurdu
298
. İbn Xordadbeh Urmiyəni Zərdüştün şəhəri
adlandırmışdı
299
. Yaqut əl-Həməvi Urmiyənin Azərbaycanın qədim və böyük
şəhərlərindən biri olduğunu, həmçinin məcusilərin peyğəmbəri Zərdüştün Urmiyalı
294
Yenə orada.
295
İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. VII, s. 56-57.
296
Əbu Cə’fər Muhəmməd ibn Cərir TƏBƏRİ, Tarixi-Təbəri, C. XIV, s. 6042, Tehran 1383; İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix,
C. VII, s. 56-57.
297
BÜNYADOV, Azərbaycan Atabəyləri Dövləti, s. 19-20.
298
VƏLİXANLI, həmin əsər, s. 98.
299
Məsalikü’l-Məmalik, s. 38.
[
دشقنو ح٘٣كٓ ح٤ٓنُأٝ
]
olduğunu qeyd edir
300
. H. 617-ci (1220) ildə Urmiyədə olduğunu bildirən müəllif
Urmiyəni gözəl havası və suyu, bol meyvə və tərəvəzi olan şəhər kimi təsvir edir. Lakin
atabəy Özbəyin zəifliyindən ötrü bu şəhərin lazımi qayığını görə bilmədiyini yazır
301
. XI
əsrin əvvəllərində Urmiyə gölü ətrafı oğuz qəbilələrinin daha sıx məskunlaşdığı ərazi
idi. Həmidullah Qəzvini Urmiyə gölünün şimal-qərbində yerləşən Xoy şəhərini təsvir
edərkən Xoyun türklərin diyarı kimi tanındığını qeyd etmişdir
302
. 1030-cu ildə Urmiyə
civarından hərəkətə keçən oğuz süvariləri şərqi Anadoluda ermənilərin məskun
olduqları ərazilərə ələ keçirərək bol qənimətlə Azərbaycana qayıtmışdılar. İbnü’l-Əsir
bu hadisəni təsvir edərkən yazır ki, bu hərbi səfər vaxtı o qədər çox əsir alınmışdı ki,
kölə bazarlarında ‚ən gözəl cariyənin qiyməti 5 dinar idi, oğlan kölələrin isə üzünə
baxan yox idi‛
303
. Bənzər bir hadisə də 1048-ci ildə baş vermişdi. Həmin ilin sentyabr
ayında Böyük Səlcuqluların Azərbaycan valisi İbrahim Yınal Bizans və gürcülərin
birləşmiş ordusunu Ərzurum yaxınlığında ağır məğlubiyyətə uğratmışdı. Gürcü
ordusunun komandanı Liparit əsir alınmışdı. İbrahim Yınal gürcülərin 300 min dinar
əvəzində Liparitin azad edilməsi təklifini rədd etmişdi. İbnü’l-Əsirin yazdığına görə bu
döyüşdən sonra İbrahim Yınalın ordusu Azərbaycana 10 min araba qənimət və 100
mindən çox əsirlə qayıtmışdı
304
.
Urmiyədən cənubda yerləşən Uşnuh Azərbaycanın qədim şəhərlərindən biridir. Yaqut
əl-Həməvi bu şəhərdə olduğunu, onun Ərbil yolu üzərində olduğunu, Ərbillə arasında
5 günlük, Urmiyə ilə Uşnuh arasında isə 2 günlük məsafə olduğunu yazır
305
. İbn Hövqəl
və əl-İstəxrinin əsərlərində bu şəhərin adı Uşnuhü’l-Azəriyyə kimi qeyd olunmuşdur
306
.
İbn Hövqəlin yazdığına görə Varsan Beyləqandan daha böyük şəhər idi. Müəllif
Varsanın qala divarları ilə əhatə olunduğunu, əhalisinin çox, ərazisinin geniş və
əmtəəsinin bol olduğunu, Varsanda mehmanxanaların olduğunu qeyd etmişdir
307
.
300
Mu’cəm, C. I, s. 154.
[
ٕاع٤تنلأت حٔ٣كه حٔ٤ظػ ح٘٣كٓ ٌْا ح٤ٓنأٝ
...
يٞعُٔا ٢ثٗ دشقانو ح٘٣كٓ
]
301
Yenə orada. Həmçinin bax: VƏLİXANLI, həmin əsər, s. 98.
302
Nüzhətü'l-Qülub, s. 86-87.
303
İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. IX, s. 301.
304
Yenə orada, s. 414.
305
YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. I, s. 203.
306
İBN HÖVQƏL, Surətü’l-Ərz, s. 289; İSTƏXRİ, Məsalik, s. 73. Həmçinin bax: VƏLİXANLI, həmin əsər, s. 102.
307
İBN HÖVQƏL, Surətü’l-Ərz, s. 299.
[
هظارٓٝ اًاهاٌٞاٝ اًلاٛا هصًاٝ ػٍكاٝ ٕاوِ٤ثُا ٖٓ هثًا ح٘٣كٓ ٢ٛٝ ٕاشنٝ
,
ٍأؼُا ٖٓ ناثٌُا ٕكُٔات ٌٕٞ٣ آ اٜتٝ
نٌٞ اٜ٤ِػ مقا٘لُاٝ
]
Məqdisi
308
, Məs’udi
309
, İdrisi
310
, İbn Xordadbeh
311
kimi müəlliflər Varsanın Araz çayı
sahilində olduğunu qeyd etmişdirlər. Bəlazuri Varsan şəhərinin Azərbaycan valisi
Mərvan ibn Muhəmməd tərəfindən inşa etdirilib, ətrafında möhkəm qala divarları
tikdirdiyini və ətrafındakı torpaqları dirçəltdiyin qeyd edir. O, həmçinin Varsanda
körpü olduğunu da qeyd etmişdir
312
. Görünür Varsan şəhərinin qala divarları və
istehkamları kifayət qədər möhkəm imiş. Çünki 731-ci ildə Varsan qalasını mühasirəyə
alan xəzərilər şəhəri uzun müddət mühasirədə saxlasalar da onu ələ keçirə
bilməmişdilər. Əməvilərin Azərbaycan valisi Səid ibn Əmr əl-Hərəşinin şəhər
müdafiçilərinin köməyinə gəlməsi xəzərilərin oradan uzaqlaşmalarına səbəb
olmuşdu
313
. Yaqut əl-Həməvi Varsandan Araz çayı vadisinə 2 fərsəx (11,37 km),
Varsanla Beyləqan arasında isə 7 fərsəx (39,79 km) məsafə olduğunu qeyd edir
314
. İbn
Hövqəl Beyləqandan Varsana 7, Varsandan Bəlhəbə 7, Bəlhəbdən Bərzəndə 7,
Bərzənddən Ərdəbilə 15 fərsəx (85,27 km) məsafə olduğunu yazır
315
. İstəxri də eyni
məlumatı verir
316
. İbn Xordadbeh Bərdə ilə Varsan arasında 8 mənzil (181,92 km)
məsafə olduğunu qeyd edir
317
. V. Minorskiy belə hesab etmişdir ki, Altan adlı
xarabalıqlar Varsan şəhərinə aiddir
318
. N. Vəlixanlı da bu fikirlə razıdır ki, Daşburun
dəmir yolu stansiyası yaxınlığındakı Altan xarabalıqları qədim Varsan şəhərinə
aiddir
319
. İndiki Saatlı rayonunun Varxan kəndinin adı və coğrafi mövqeyi, yəni Araz
çayı kənarında yerləşməsi qədim Varsan şəhərinin bir zamanlar məhz burada
yerləşdiyi düşünməyə əsas verir. Varxan kəndi ilə Bərzənd arasındakı 80-90 km-lik
məsafədə də mənbələrin verdiyi məlumata təqribən uyğun gəlir. Varxandan bir neçə
km aralı, Araz çayının sol sahilində İmişli rayonunun Bəcirəvan kəndinin olması da
mənbələrdəki Bacərvan şəhərini xatırladır. Mənbələrin verdiyi məmulatına görə
308
Əhsənü’t-Təqasim, s. 185;
309
Əbü’l-Həsən Əli əl-MƏS’UDİ, Tənbih və’l-İşraf, s. 20, Beyrut 1981
310
Nüzhətü’l-Müştaq, s. 35.
311
Məsalikü’l-Məmalik, s. 54.
312
BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 294.
[
جهط٘ه ٕاشنٝ دٗاً
...
حؼ٤ظ ُٚ خناصك اٜ٘صؼٝ اٜظنأ ا٤ؼأٝ محمد ٖت ٕاٝهٓ اٛا٘ثك
]
313
Əhməd İBNü’l-Ə’SƏM əl-Kufi, Fəthlər Kitabı, (Trc. Z. Bünyadov), s. 27, Bakı 1995.
314
Mu'cəmü'l-Büldan, C. V, s. 556-557.
315
Surətü’l-Ərz, s. 299.
316
İSTƏXRİ, Məsalikü’l-Məmalik, s. 76.
317
İBN XORDADBEH, Məsalikü’l-Məmalik, s. 39.
[
يٌٌ ٢ٗأش حَػلهت ٠ُئ ٕاشنٝ ٖٓ
]
318
İstoriya Şirvana i Derbenta X-XI vekov, s. 109.
319
VƏLİXANLI, həmin əsər, s. 103.
Varsanla Bacərvan bir-birinə yaxın şəhərlər olmuşdular
320
. Digər tərəfdən qədim
Beyləqanın xarabalıqlarının yerləşdiyi Örənqaladan Daşburuna 38-39 km, Varxan
kəndinə isə 68 km məsafə olması V. Minorskinin ehtimalını gücləndirir. Daşburunla
Bərzənd kəndi arasındakı məsafə də 70 km-dən bir qədər çoxdur. Bu da V. Minorskinin
öz təxminində yanılmadığını göstərir. Bununla belə qədim Varsanın yerinin dəqiq
müəyyənləşdirilməsi üçün arxeoloji tədqiqatların aparılması zəruridir.
İlk İslam fütahtı dövründə adına mənbələrdə rast gəlinməyən Xalxal haqqında Yaqut
əl-Həməvi öz əsərində məlumat vermişdir. Müəllif Qəzvindən 7, Ərdəbildən isə 2
günlük uzaqlıqda olan bu şəhəri Gilan vilayəti ilə həmsərhəd, dağlar qoynunda səfalı
və gözəl təbii şəraitə malik bir yer kimi təsvir etmişdi. Yaqut əl-Həməvi Xalxal
ətrafındakı dağlarda bir sıra alınmaz qalaların olduğunu bildirmişdir
321
. Ondan bir əsr
sonra, XIV əsrin əvvəllərində Xalxal haqqında məlumat verən Həmidullah Qəzvini isə
Xalxalın bir vaxtlar kifayət qədər böyük şəhər olduğunu, indi isə yüzə yaxın məzra ilə
əhatə olunmuş kəndi xatırlatdığını qeyd edir
322
. Güman ki, Azərbaycanın digər
şəhərləri, o cümlədən Avrasiyanın böyük bir qismindəki yaşayış məskənləri kimi,
Xalxal da moğol vəhşətindən öz payına düşəni almışı.
Azərbaycanın qərbində, Anadolu torpaqları ilə səmsərhəd ərazidə yerləşən Xoy
şəhərinin adına ilk dövr müsəlman tarixçilərin əsərlərində rast gəlinir. Yuxarıda qeyd
etdiyimiz kimi, Xoy Səlmas ilə birlikdə, Azərbaycanda əhalisi İslamı ilk qəbul edən
şəhərdir. 639-cu ildə İyaz ibn Ğənəm (ا) Xoy və Səlmas ətrafındakı ərazilərə hərbi yürüş
təşkil etmişdi. əl-Vaqidi (747-823) bu səfər vaxtı Xoy və Səlmas əhalisinin əksəriyyətinin
İslamı qəbul etdiklərini qeyd etmişdir
323
. Yaqut əl-Həməvi (XIII əsr) Xoyun möhkəm
qala divarları ilə müdafiə olunan, torqağı məhsuldar, bol meyvəli və yaşıllıq içində bir
şəhər olduğunu, ‚əl-xüvəyyiə‛ adlı ilə məşhur olan paltarın bu şəhərdə tikildiyini qeyd
etmişdir
324
. Əbdürrəşid Bakuvi də Xoyu bol sulu, nemətləri çox olan şəhər kimi təsvir
etmişdi
325
. Həmidullah Qəzvini Xoy şəhərini təsvir edərkən şəhərin ətrafının 6500
320
Bax: İBNü’l-Ə’SƏM, Fəthlər Kitabı, s. 20, QƏZVİNİ, Nuzhətü’l-Qülub, s. 91.
321
Mu’cəmü’l-Büldan, C. III, s. 145.
322
QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 84.
323
VAQİDİ, Fütuhü’ş-Şam, C. II, s. 169.
324
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. III, s. 182.
[
ح٣ٞفُا با٤صُا ٢٤ُئ ةٍ٘٣
]
325
Təlxisü'l-Asar, s. 121.
addım olduğunu, şəhərə suyun Səlmas ətrafındakı dağlardan axıb gəldiyini
yazmışdır
326
. Müəllif həmçinin xoyluların ağ bənizli və zahirən gözəl insanlar olduğunu
bildirmiş, Xoyun türklərin diyarı kimi tanındığını qeyd etmişdir
327
.
Yaqut əl-Həməvi Azərbaycanın böyük olmayan Xunə şəhir haqqında məlumat
verərkən Marağa ilə Zəncan arasında, Zəncandan iki günlük məsafədə yerləşən bu
şəhərin adını ‚Xunəc‛ kimi yazsa da ‚Xunə‛ kimi yazılmasının daha doğru olacağını
da qeyd etmişdi
328
. Müəllif bu şəhərin həmçinin ‚kağız istehsalçıları‛ mənasını ifadə
edən Kağezkonan da adlandığını bildirmiş, əhalinin öz şəhərinin Xunə
adlandırılmasından xoşlanmadıqlarını yazmışdı
329
. Həmidullah Qəzvini Xunə ilə
Ərdəbil arasında 7 fərsəx (39,79 km) məsafə olduğunu qeyd etmişdi
330
. Yuxarıda Xunə
adını necə Xunəc formasına düşdüyünü açıqlamışdıq. Xunə, yəni qədim azəricədə ev
mənasını ifadə edən bu şəhərin adına nisbə tərtib edilərkən ‚Xunəgi‛, ərəbcə yazılışı ilə
‚Xunəci‛ formasını almışdır.
Əcaibü’d-Dünya müəllifi Sürmari haqqında məlumat verərkən deyir: ‚Sürmari
Ərməniyyə ilə sərhəddə, Araz çayı kənarındakı qayanın üzərində yerləşən qaladır. O
vilayətdə ondan daha müstəhkəm yer yoxdur. Şəhərdə evlər, binalar, bazarlar
mövcuddur. Bu şəhərdə türklər yaşayır. Bol və bərəkətli şəhərdir. Əhalisi cəsur və din
uğrunda vuruşan müsəlmanlardır. Şəhərin ətrafındakı yerlər də türklərin əlindədir‛
331
.
Mənbələrdə ‚əs-Sürmari‛ nisbəli alimlərə rast gəlsək də burada bioqrafiyaları haqqında
məlumat vermədik. Çünki İbnü’l-Əsir öz əsərində Sürmari adlı digər bir yaşayış
məntəqəsinin Buxara yaxınlığında olduğunu qeyd etmiş və ‚əs-Sürmari‛ nisbəsini
daşıyan şəxslərin oralı olduğunu bildirmişdi
332
. Yaqut əl-Həməvi müasiri olan İbnü’l-
Əsirdən fərqli olaraq hər iki Sürmari haqqında məlumat vermiş, bunlardan birinin
Tiflislə Əxlat arasında qala, digərinin isə Buxara yaxınlığında kənd olduğunu qeyd
etmişdir
333
. Mənbə müəllifləri isə bioqrafiyalarını yazdıqları ‚əs-Sürmari‛ nisbəli
326
Nüzhətü'l-Qülub, s. 86-87.
327
Yenə orada.
328
Mu’cəmü’l-Büldan, C. III, s. 181.
329
Mu’cəmü’l-Büldan, C. III, s. 180.
330
Nüzhətü’l-Qülub, s. 83.
331
ANOMİM, Əcaibü’d-Dünya, s. 212.
332
İBNü’l-ƏSİR, Lübab, C. II, s. 114.
333
Mu’cəmü’l-Büldan, C. IV, s. 79.
alimlərin hansı Sürmaridən, Azərbaycan yoxsa Türküstan Sürmarisindən olduqların
qeyd etmədikləri üçün biz də bunda tərəddüd etdik.
Orta əsr müəllifləri Zəncanın Azərbaycan şəhəri olduğunu qeyd edərək ölkənin
cənubunun bu vilayətlə sona çatdığını bildirmişdirlər. Cəmaləddin əl-Himyəri öz
əsərində yazır ‚Zəncan Azərbaycanın bəldələrindən (rayonlarından) biridir‛
334
. Əbü’l-
Fida öz əsərində Azərbaycanın cənub sərhədlərini qeyd edərkən xəttin Zəncandan
Dinəvər, Hulvan, Şəhrəzur, Dəclə sahilinə oradan da Ərməniyyəyə uzandığını yazır
335
.
Yuxarıda adlarını sadaladığımız Azərbaycan şəhərləri irəlidə haqqında bioqrafik
məlumat verəcəyimiz alimlərin yaşadıqları, yetişdiləri və ya əslən mənsub olduqları
şəhərlərdir. Lakin mənbələrdə burada haqqında məlumat verdiklərimizdən başqa
onlarla irili-xırdalı orta əsr Azərbaycan şəhərlərinin adlarına rast gəlmək olar. Bulardan
Şəki, Qəbələ, Şəmkir (Mütəvəkilliyyə), Ucan, Dehxərriqan, Cabrəvan, Bacərvan, Bəlhəb,
Bəzz, Bəsva, Nəriz, Orduabad, Firuzabad, Gəzəc, Novdiz, Dəşti, Şiz (Təxti-Süleyman),
Bərzə, Gərgər, İzz, Saysavan, Sincan, Xunalıq (Xınalıq), Xutta, Əndərab, Naftan,
Kərnənin adlarını çəkmək olar
336
.
334
HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 368.
[
ٕاعٗىُا
....
ٕاع٤تنلأ ْ٤ِهئ ٖٓ كِت
]
335
İmadəddin ƏBÜ’L-FİDA İsmayıl ibn Əli, Təqvimü’l-Büldan, (Nşr. M. Reinaud-De Slane McG.), s. 387, Paris 1840.
336
Bu şəhər, qəsəbə və qalalar haqqında bax: VƏLİXANLI, həmin əsər, s. 85-115.
|