ORTA ƏSR AZƏRBAYCAN ŞƏHƏRLƏRİ
Hesab edirik ki, mövzuya Azərbaycan sözünün etimoloji izahı ilə giriş etmək yerinə
düşəcəkdir. Dəqiq səbəbini müəyyənləşdirmək çətindir, amma nədən ötrüsə ölkəmizdə
nəşr olunan tarix dərsliklərində və tədqiqat əsərlərində tarixçilərimiz məmləkətimizin
adının etimoloji izahını ‚Atropatena‛ və bunun törəmə kəlmələriylə izah etməyə
çalışırlar. Bu gün ali məktəblərdə Azərbaycan tarixi fənni üzrə dərslik kimi istifadə
edilən kitabın 16-18-ci səhifələrində ‚Andirpatianu, Andarpataian, Aturpatakan,
Atrpatakan, Adirpatyan, Adərpatyan‛ və s. bənzər formalarda yazılan terminlər
oxucunun zehnində istər-istəməz çaşqınlıq, müəmma meydana gətirir. Bu müəmma
daha sonra şübhəyə və inamsızlığa da çevrilə bilir. ‚Atropatena‛ Atropata məxsus olan
yer, ‚Atropat‛ sözü isə ‚atr‛ (od, atəş) və ‚pat‛ (başçı) kimi izah olunur. Mən burada
müəllif və əsər adı qeyd etmək istəmirəm, amma maraqlananlar mövzu ilə bağlı
kitabların böyük əksəriyyətində eyni mülahizəyə rast gələ bilərlər. Azərbaycan
kəlməsinin izahı asan ikən tarixçilərimizin, rus şərqşünas və tarixçilərinin təsirindən
çıxa bilməyərək, özlərini belə çətinə salmalarını anlamaq olmur. V. Bartold yazırdı ki,
‚İskəndərdən sonra irsi mülk olaraq Atropatın sərəncamına onun keçmişdə sahib
olduğu vilayətin bir hissəsi verilmişdi. Beləcə öz adını Atropatdan götürmüş ‚Kiçik
Midiya‛nı, yunanlar Atropatena, ermənilər Atrpatakan adlandırmış və buradan
Azərbaycan yaranmışdır. Bu sözün başqa bir mənasını axtarmaq üçün heç bir əsas
yoxdur. O cümlədən Qafqaz və İran Azərbaycanının qədim atəşpərəstlik və Zərdüşt
dini ilə əlaqəsi olması barədə heç bir tarixi məlumat yoxdur‛
12
. Göründüyü kimi
möhtərəm akademik ‚bu sözün başqa bir mənasını axtarmaq üçün heç bir əsas yoxdur‛
deməklə sadəcə elmdə yolverilməz olan ehkamçılığa getməmişdir. O, bunu etməklə
həm də ‚Azərbaycan‛ adının Makedoniyalı İsgəndərdən o tərəfə əslinin və kökünün
olmadığını isbat etməyə çalışmış, hətta bu adın yaranmasında ermənicədəki
‚Atrpatakan‛ın da ‚müstəsna‛ rolunu vurğulamışdı. Halbuki irəlidə görəcəyimiz kimi
Azərbaycan adının tarixi ən az Nuh (×) tufanı qədər qədimdir. Məlum olduğu kimi
Nuh tufanı barədə ən qədim dastan olan Qılqameş dastanında da məlumata rast gəlinir.
Təəssüf doğuran xüsus budur ki, tarixçilərimiz (o cümlədən coğrafiyaşünaslarımız,
12
Vasiliy BARTOLD, Soçineniya, C. II/1, s. 776, Moskva 1963.
mədəniyyətşünaslarımız və digərləri) rus akademikin bu ‚tövsiyə‛sinə ciddi şəkildə
əməl etmişdilər. ‚Azərabad‛ sözünü ‚Atropat‛ formasına salıb yunanlaşdırmaq, hətta
erməniləşdirmək nəyə lazımdır? ‚Azərbaycan‛ sözü üç kəlmənin birləşməsindən
yedana gəlməkdədir, ‚azər‛, ‚bad və ya abad‛ və ‚gan‛. İndi bu sözlərin ayrı ayrılıqda
hansı mənaları ifadə etdiyinə baxaq. ‚Azər‛ məlum olduğu kimi pəhləvi dilində ‚od,
atəş‛ mənasını ifadə edir. Bundan başqa ‚azər‛
[
نلآ
]
və ya ‚azar‛
[
نالآ
]
qədim süryani
təqvimində ilin 6-cı və müasir İran təqvimində isə 9-cu aya verilən addır. İslam dini
ədəbiyyatında İbrahim (×) peyğəmbərin atası kimi tanınan ‚Azər‛ ilə Azərbaycan
sözündəki ‚Azər‛i qarışdırmamaq lazımdır. Çünki əvvəla yazılışları fərqilidir, birincisi
‚azər‛
[
نوآ
]
, ikincisi isə ‚ažər‛
[
نلآ
]
kimi yazılır. Sonra, İbrahim (×) peyğəmbərin
atasının adı olan ‚Azər‛ yəhudi dini ədəbiyyatında əslində ‚Athar‛ və *ח ַר ֶּת / ח ַר ָּת]
‚Terah‛ kimi qeyd olunur. Bu da ibranicədən tərcümələr vaxtı ərəbcələşərək ‚Azər‛
formasına düşmüşdür.
‚Azərbad‛
[
قاتنلآ
]
və ya ‚Azərabad‛
[
قاتانلآ
]
kəlmələri isə məcusilərin (zərdüştilərin) ali
din xadimlərinə verilən ad idi. Mirxond (1433-1498) öz əsərində Azərbad Mahrəspənd
adlı bir şəxs haqqında söz açaraq onun azərbaycanlı Zərdüştün
13
30-cu nəsldən nəvəsi
olduğunu, Sasani şahlarından II Şapurun (309-379) hakimiyyəti dövründə yaşadığını
qeyd etmişdir
14
. Azərbad Mahrəspənd məhv olmuş Avestanı toplayıb təkmilləşdirməyə
çalışmış şəxs kimi tanınmışdı
15
. Əbu Reyhan əl-Biruni isə öz əsərində Babil möbidi olan
başqa bir Azərbad haqqında məlumat verməkdədir
16
. Məhəmmədəli Tərbiyət də əl-
Biruniyə istinadən əsərində bu şəxs haqqında ətraflı məlumat verir
17
. Buradan belə
nəticə çıxarmaq olar ki, ‚Azərbad‛ və ya ‚Azərabad‛ dini titulu daşıyan şəxslər ən az
Zərdüştdən (e.ə. 628-551) etibarən mövcud olmuşdurlar. Hətta ehtimal ki, bu titulu
daşıyan din xadimləri hələ Zərdüştdən əvvəl də fəaliyyət göstərmişdilər. ‚Azərbaycan‛
adını açıqlayarkən ‚Azər‛ sözünün pəhləvi dilində od, atəş mənasını ifadə etdiyini
13
əl-Məs’udi Zərdüştün azərbaycanlı olduğunu qeyd etmişdir. Bax: Mürucü’z-Zəhəb, C. I, s. 153.
[
ٖت دشقانو ٚٗئ
قشنٞت
...
ٕاع٤تنلأ َٛأ ٖٓ
]
. Bir çox müasir tədqiqatçı da Zərdüştün azərbaycanlı olduğunu bildirmişdir. Bu barədə ətraflı
məlumat üçün bax: Abdulla FAZİLİ, Atropatena er.əv. IV-er. VII əsri, s. 166, Bakı 1992.
14
Hamidəddin Muhəmməd ibn Xondşah MİRXOND, History of the Early Kings of Persia, (Trc. D. Shea), s. 279-280,
London 1832.
15
FAZİLİ, həmin əsər, s. 166.
16
Əbu Reyhan Muhəmməd ibn Əhməd əl-BİRUNİ əl-Xarəzmi, Asarü’l-Baqiyə əni’l-Qüruni’l-Xaliyə, s. 216, Leipzig
1878.
17
Danişməndan, s. 153.
bildirən Yaqut əl-Həməvi, Azərbadın Nuh (vəfatı e.ə. 2892) peyğəmbərin kötükcəsi
olduğunu yazır
18
. IX-X əsrlərdə yaşamış coğrafiyaşünas alim İbn Fəqih də Nuh (×)
peyğəmbərin nəvəsi əl-Əsvədin nəvəsinin adının Azərbad olduğunu yazır
19
. Yaqut əl-
Həməvi ilə İbn Fəqihin verdiyi bu məlumatın doğru olma ehtimalı böyükdür. Belə ki,
od zərdüştilikdən əvvəl də bir sıra paqan dinlərdə ehtiramla yanaşılan, bəzən isə ibadət
edilən bir obyekt olmuşdur. Hətta səmavi dinlərdə də buna misal ola biləcək hadisələr
var. Musa peyğəmbərin (×) gecənin qaranlığında yanan odu görərək ona yaxınlaşması
və orada Allahla danışması barədə həm yəhudi
20
, həm də İslam dini mənbələrində
21
məlumat verilir. Məhəmmədəli Tərbiyət tarixi mənbələrə istinad edərək azərbaycanlı
Zərdüştün ibrani qövmünə mənsub peyğəmbərlərdən İlyasın (×) əshabından olduğunu
bildirmişdir
22
. Bütün bunlara istinadən ‚Azərbad‛ və ya ‚Azərabad‛ adlanan zərdüşti
din xadimlərinin hələ çox qədim zamanlardan bəri mövcud olduqlarını söyləyə bilərik.
Hətta İslam dininin yaranmasından çox sonra, Abbasilər dövründə də bu titulu daşıyan
zərdüşti din xadimləri mövcud olmuşdular
23
.
‚Gan‛ və ya ‚qan‛ isə yer, ölkə, məmləkət mənasını ifadə edir. Sonu ‚gan‛, ‚qan‛la
bitən bir sıra yaşayış məntəqəsinin adını çəkmək olar. Məsələn Beyləqan, Mərdəkan
24
,
Nəməngan
25
, Uruzqan
26
, Şebergan
27
və s. Beləcə zərdüşti məbədinin (və ya din
xadimlərinin) ölkəsi mənasını ifadə edən ‚Azərbadgan‛
[
ٕاگقاتنلآ
]
və ya ‚Azərabadgan‛
[
ٕاگقاتانلآ
]
kəlməsi meydana çıxmışdır. Məlum olduğu kimi ‚Azərabadgan‛ sözü pəhləvi
dilində həmçinin zərdüşti məbədi, atəşkədə mənasını ifadə edir
28
. ‚Azərbadgan‛ın
‚Azərbaycan‛a çevrilməsi isə ərəb dilində ‚g‛ səsinin mövcud olmaması ilə əlaqəlidir.
18
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 81.
[
ّلاٍُا ٚ٤ِػ غٞٗ ٖت ّاٌ ٖت قٌٞلأا ٖت ٕاه٣ئ ٖت لاتنلأت جأٍٓ ٕاع٤تنلأ
....
نلأ َت َ٤هٝ
ح٣ِٜٞلُات ناُ٘ا ٌْا
]
19
Əhməd ibn Muhəmməd İBN FƏQİH əl-Həmədani, Kitabü'l-Büldan, (Nşr. M. De Goeje), s. 284, Leiden 1885.
20
Bax: Tövrat, Xüruc, III/1-13.
21
Bax: Qur’ani-Kərim, Taha surəsi, 10-cu ayə və sonrası.
22
Danişməndan, s. 152.
23
Bax: Əbü’l-Həsən Əli əl-MƏS’UDİ, Tənbih və’l-İşraf, s. 30, Beyrut 1981. Həmçinin bax: Berthold SPULER, Vierter
Band Iranistik Zweiter Abschnitt Literatur, s. 44, Leiden 1968.
24
‚Gan‛ və ya ‚qan‛ sonluğu bəzən ‚kan‛ formasına düşə bilir.
25
Naməngan-Özbəkistanın Fərqanə vilayətində şəhərdir.
26
Uruzqan-Əfqanıstanın eyni adlı vilayətində şəhərdir.
27
Şebergan və ya Şaburgan-Əfqanıstanın şimalında şəhərdir.
28
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 81. Həmçinin bax: Mehmet KANAR, Büyük Farsça-Türkçe Sözlük, s.
18, İstanbul 1993.
Bu səbəbdən orta əsr ərəbdilli tarixi mənbələrdə Azərbadgan
[
ٕاگقاتنلآ
]
sözü Azərbadcan
[
ٕاظقاتنلآ
]
, daha sonra isə Azərbaycan
[
ٕاع٤تنلآ
]
kimi yazılmışdı.
Burada əsasən haqqında bioqrafik məlumat verəcəyimizi şəxslərin mənsub olduqları
şəhərlər haqqında qısa məlumat verməklə kifayətlənəcəyik. Bunlardan ilki Ani
şəhəridir. Ani Azərbaycanın şimali-qərbində, Arranın qərbində, Arpaçayın sol sahilində
yerləşən qala-şəhər idi. Bu gün Türkiyə respublikasının Qars vilayətində, Ocaqlı kəndi
yaxınlığında yerləşən Ani xarabalıqlarının tarixi çox qədim zamanlara gedib çıxır.
Anidə ilk arxeoloji qazıntılar 1892-1917-ci illərdə N. Marr, daha sonra 1965-ci ildə
Kamal Balkan və 1989-2005-ci illərdə Beyhan Karamağaralı tərəfindən aparılmışdır.
Qazıntılar vaxtı Azərbaycan mədəniyyətinin bariz cizgilərini özündə ehtiva edən çox
sayıda tapıntı əldə edilmişdir.
Ani özünün möhkəm qala divarları və istehkamları ilə Ərməniyyə ilə Arran arasında
sərhəd zastavası rolunu oynamışdı. İbnü’l-Əsir 1162-ci ilin yay aylarında gürcülərin
Aniyə
[
٠ٗآ
]
hücumu haqqında məlumat verərkən Aninin Arranın şəhərlərindən biri
olduğunu qeyd etmişdir
29
. Anidə aşkar edilmiş böyük bir atəşgahın qalıntıları da bu
şəhərin qədim Azərbaycan şəhəri olduğunu göstərir. Qalıntıların e.ə. I-IV əsrlərə aid bir
atəşpərəstlik məbədinə aid olduğu güman edilir. Şəhər 430-646-cı illər arasında
Sasanilərin hakimiyyəti altında olmuşdur. 646-cı ildə isə fəth edilərək xilafətə
birləşdirilmişdi. X əsrin ortalarında Abbasilərin zəifləməsi fonunda xilafət
ərazisində müstəqil dövlətlərin meydana gəlmişdi. Erməni Baqratuni sülaləsi də
regionda güclənməyə başlamışdı. 966-cı ildə Baqratuni çarı III Aşot Anini zəbt
edərək şəhərin qala divarlarını möhkəmlətmiş və Ani erməni çar lığının
mərkəzinə çevrilmişdi. Daha sonra şəhər qısa müddətə də olsa Bizansın əlinə
keçmişdi. Böyük Səlcuqlu sultanı Alp Arslanın Qafqaza hərbi yürüşü vaxtı 1064 -
cü ildə Ani yenidən fəth edilərək Düveyn Şəddadi əmiri I Əbü’l -Əsvar Şavurun
(1049-1067) idarəsinə verilmişdi. Yaşlı Əbü’l-Əsvar oğlu Mənuçöhr bəyi (1064-
1118) Ani hakimliyinə təyin etmişdi
30
. Azərbaycan Atabəylərinin (1136-1225)
hakimiyyəti dövründə Ani bir neçə dəfə gürcü çarları tərəfindən işğal edilmiş,
29
İzzəddin Əli İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, (Trc. A. Ağırakça-Özaydın A), C. XI, s. 228, İstanbul 1987.
[
ٕا ّنا قلات ٖٓ ٢ٗآ ح٘٣كٓ ٠ُا اٝناٌٝ
]
30
Ani haqqında ətraflı məlumat üçün bax:
http://www.ani.gov.tr/tarihce.asp; http://www.kars.gov.tr/trz_ani.htm
.
lakin geri alınmışdı. XVII əsrin əvvəllərinə qədər əsasən Azərbaycan
hökmdarlarının idarəsi altında olmuş Ani 1605-ci ildə baş vermiş zəlzələ
nəticəsində dağılmış, həyat üçün əlverişsiz vəziyyətə düşdüyü üçün əhali
tərəfindən tərk edilmişdi.
Farsca ‚bad‛ (külək) və ‚kuh‛ (dağ) sözlərini birləşməsindən meydana gələn, küləkli
dağ mənasını ifadə edən Bakı şəhərinin adına orta əsr mənbələrində ‚Baku‛, ‚Bakuh‛,
‚Bakuyə‛ formasında yazılışları ilə rast gəlinir. X əsr müəllifi Şəmsəddin əl-Məqdisi
Arran haqqında məlumat verərkən Bakının gölün (Xəzər dənizi-E.N) sahilində,
regionun girişində mövcud olduğunu qeyd edir
31
. Bakı hələ orta əsrlərdən etibarən nefti
ilə tanınırdı. Yaqut əl-Həməvi və Zəkəriyyə Qəzvini Bakının Şirvan Dərbəndi
yaxınlığında yerləşdiyini, burada gündəlik icarə haqqı 1000 dirhəm olan neft
quyusunun mövcud olması barədə məlumat vermişdilər
32
. Rəşidəddin Bakuvi də
Bakıdakı neft quyuları haqqında məlumat verir. O, Bakının neft yataqlarından gündəlik
200 dəvə yükü neft hasil olunduğunu yazır
33
. Hüdudü’l-Aləm müəllifi isə Bakıdan hasil
olan neftin ixrac olunduğunu qeyd edir
34
. Ə. Bakuvi bakılıların suiti dərisindən tuluqlar
hazırlayaraq hasil edilən nefti bu tuluqlarda başqa ölkələrə göndərdiklərini yazır. O,
həmçinin Bakının möhkəm qala divarları ilə əhatə olunduğunu qeyd edir. Müəllif iki
qaladan bəhs edərək bunlardan birinin ləpədöyəndə olduğunu və moğolların onu zəbt
edə bilmədiklərini yazır
35
. Güman ki, müəllif Qız qalasını yaxud qalıqları indi su altında
olan Səbail qalasını nəzərdə tutmuşdur.
Bakı orta əsrlərdə nefti ilə yanaşı liman şəhəri olması ilə tanınmışdı. Həmin dövrdə
Xəzər dənizi hərbiləşməmiş, belə demək mümkünsə, sülh dənizi idi. Belə ki, mənbələr
bu dənizdə sadəcə ticarət və balıqçı gəmilərinin üzdüyünü qeyd edirlər. Güman ki,
Xəzər dənizi müsəlman ölkələri ilə əhatə olunduğu üçün bu qonşu dövlətlər orada
hərbi donanma saxlamağa ehtiyac hiss etməmişdilər. Xilafətlə uzun illər boyu müharibə
vəziyyətində olan Xəzər xaqanlığı isə hərbi donanmaya malik deyildi. Bu səbəbdən də
31
Şəmsəddin Muhəmməd əl-Bəşşari əl-MƏQDİSİ, Əhsənü’t-Təqasim fi Mərifəti’l-Əqalim, s. 185, Tehran 2006.
[
ًٙٞات
:
٠ِػ
ْ٤ِهلإا ضهك ٟكؼئ ٢ٛ جه٤ؽثُا
]
32
Şihabəddin Yaqut ibn Abdullah ər-Rumi əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s.351, Beyrut (trz); QƏZVİNİ, Asarü’l-
Bilad, s. 565.
[
ٚ٣ًٞات
...
ْٛنق قُأ ّٞ٣ ًَ ٢ك اٜرُاثه ؾِثذ حٔ٤ظػ ػلٗ ٖ٤ػ ٚ٤ك
]
33
Təlxisü’l-Asar, s. 117.
34
Hüdudü’l-Aləm, s. 123.
35
BAKUVİ, Təlxisü’l-Asar, s. 117.
istər Azərbaycan, istərsə də Xəzər sahilindəki digər müsəlman dövlətlər əsrlər boyu
Xəzərdən gələ biləcək hər hansı bir hərbi təhlükə gözləməmişdilər. Lakin 914-cü ildə
ruslar Xəzər dənizindəki bu əmin-amanlığı pozmuşdular. Əvvəllər 15-20 ticarət gəmisi
ilə Azərbaycan, orta Asiya və İranın limanlarına səfər edən rus tacirləri bu yerləri,
oradakı şəhərləri, yolları, bu ölkələrin zənginliklərini öyrənmə fürsəti əldə etmişdilər.
914-cü ildə 500 gəminin hər birində 100 nəfər olmaqla 50 mindən çox rus əsgəri
Xəzərsahili vilayətlərə qəfil hücum etmişdilər. Həmin vaxt Xəzər dənizinə tökülən İdil
(Volqa) çayı Xəzər xaqanlığının nəzarətində olduğu üçün ruslar xaqanın icazəsi ilə
gəmilərini Xəzər dənizinə endirə bilirdilər. Bunun müqabilində isə onlar talan etdikləri
qənimət mallarının yarısını xaqana verməyi vəd edirdilər. Həmin il Gilan, Deyləm,
Təbəristan sahillərinə qəfil hücum edən ruslar yaşayış məntəqələrini zəbt edərək talan
edir, əhalini əsir götürürdülər. Yusif ibn Əbu’s-Sac ordusunu səfərbər edərək ruslarla
vuruşmuş, lakin istənilən nəticəni əldə edə bilməmişdi
36
. Ruslar qarət etdikləri mallar
və əsirlərlə Abşeron yaxınlığındakı adalara çəkilmişdilər. Şirvanşah Əli ibn Heysəm
əsgərlərini qayıqlara mindirərək həmin adalara hücum etmişdi. Lakin bu dəniz döyüşü
rusların qələbəsi ilə bitmişdi. Bir neçə ay bu adalarda qalan rusların dənizdə quldurluq
etmələri səbəbiylə Xəzər dənizindəki ticarət iflasa uğramışdı. Nəhayət onlar gəmilərinə
minib Xəzər dənizinin şimalına yollanmışdılar. Xəzər xaqanlığına çatanda xaqanın
ordusunda xidmət edən muzdlu müsəlman əsgərlər ruslarla vuruşmaq üçün səfərbər
oldular. Məs’udi öz əsərində bu hərbiçiləri ‚əl-Larisiyyə‛
[
ح٤ٌنلاُا
]
adlandırır
37
. Akad.
Nailə Vəlixanlının fikrinə görə bunlar xarəzmli müsəlmanlar idilər
38
. Onlar xaqana
‚müsəlman qardaşlarımıza hücum edib onların qanını tökmüş, qadınları və uşaqları
alçaltmış bu milləti bizim öhdəmizə burax‛
39
deyərək ruslarla vuruşmaq niyyətində
olduqlarını bildirdilər. Xaqan onları bu fikirlərindən daşındırmaq istəsə də bacarmadı,
çünki özü də onlardan çəkinirdi. Lakin Xəzər xaqanı rusları ölkəsindəki müsəlmanların
onlarla vuruşmaq üçün hazırlaşdıqları barədə xəbərdar etdi. 15 min yaxşı silahlanmış
süvari əl-larisi ruslara hücum etdilər. Ruslar gəmilərdən sahilə çıxıb onlarla döyüşə
36
Nailə VƏLİXANLI, Ərəb Xilafəti və Azərbaycan, s. 88, Bakı 1993.
37
Əbü’l-Həsən Əli əl-MƏS’UDİ, Mürucü’z-Zəhəb və Mə’adini’l-Cəvhər, (Nşr. M.M. Əbdülhəmid), C. I, s. 79, Beyrut
1973.
38
VƏLİXANLI, həmin əsər, s. 88.
39
MƏS’UDİ, Mürucü’z-Zəhəb, C. I, s. 79-80.
[
١نانمُاٝ ءاٍُ٘ا اٞثٌٝ ،ءآكُا اٌٞلٌٝ ،ٖ٤ٍُِٔٔا ا٘ٗاٞـئ قلات ٠ِػ اٝناؿأ كوك ّٞوُا ءلاإٛٝ اََِِّ٘ـ
]
girişdilər. Üç gün davam edən döyüş müsəlmanların qələbəsi ilə bitdi. Azərbaycan və
İrandan sağ qayıda bilmiş 30 min rusun sadəcə 5 mini əl-larisilərin qılıncından canını
qurtara bilmişdi. 25 minə yaxını isə öldürülmüş və dənizdə batırılmışdı. 5 min nəfər isə
gəmiləri ilə Volqa boyunca şimala üzərək burtasların ölkəsinə (indiki Çuvaşiya) daxil
olmuşdular. Burtaslar onlara hücum edib ağır itgi verdirmişdilər. Onların geri
qalanlarını isə müsəlman bulğarlar qılıncdan keçirmişdilər
40
. 938-ci ildə ruslar 38 gəmi
ilə yenidən Bakı sahillərinə hücum etmişdilər. Şirvanşah Mənuçöhr ibn Yəzidin səyi
nəticəsində onların Kür çayı ilə ölkənin içərilərinə doğru soxulmaq cəhdinin qarşısı
alınmışdı.
Orta əsrlər Azərbaycan şəhərlərinin ən əhəmiyyətlilərindən biri də Bərdə şəhəri idi.
Mənbələrdə ‚Partava‛, ‚Firuzabad‛, ‚Bərdə‛ adları ilə şöhrət tapmış bu şəhər
Tərtərçayın sol sahilində, 30 km
2
ərazidə yerləşmişdi
41
. Həmidullah Qəzvini Bərdənin
Makedoniyalı İsgəndər tərəfindən salındığını, şah I Qubadın isə şəhəri əsaslı şəkildə
təmir etdiyini yazır
42
. Yaqut əl-Həməvi Bərdə şəhərinin əsasının Sasani şahı I Qubad
(488-531) tərəfindən qoyulduğunu yazır. Şəhərin isə farsca ‚bərdə‛-qul, kölə
[
ٙقهت
]
və
‚dar‛-sahib, malik
[
ناق
]
sözlərinin birləşməsindən meyadan gəlmiş ‚Bərdədar‛
kəlməsindən törədiyini qeyd edir
43
. Qasım Hacıyev öz əsərində Yaqut əl-Həməvinin bu
fikri ilə razılaşmadığını qeyd etmişdir
44
. Ərəbdilli mənbələrdə şəhərin adı bəzən
[
حػلهت
]
Bərza’ə, bəzən də
[
حػقهت
]
Bərda’ə formasında yazılır. Bu da ərəb dilində ‚yəhər‛ və ya
‚palan‛ mənasını ifadə edir
45
. Belə görünür ki, Bərdə adının etimoloji baxımdan dəqiq
izah etmək xeyli çətindir. Çünki bu şəhərin adı müxtəlif dillərdə qələmə alınmış tarixi
mənbələrdə müxtəlif cür yazılmışdır, bu səbəbdən də bir-birindən çox fərqli mənalar
ortaya çıxmaqdadır.
40
MƏS’UDİ, Mürucü’z-Zəhəb, C. I, s. 79-80; VƏLİXANLI, həmin əsər, s. 89.
41
Rəşid GÖYÜŞOV, Azərbaycan Arxeologiyası, s. 131, Bakı 1983.
42
Nüzhətü’l-Qülub, s. 92.
43
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 270.
[
٢ثٍُا غظٞٓ ح٤ٌنالُات ٙا٘ؼٓٝ ناق ٙقهت بهؼٓ حػلهت
]
44
Qasım HACIYEV, Bərdə Şəhəri, Coğrafi, Siyasi və Mədəni Tarixi, s. 24-25, Bakı 2008.
45
Bax: Mevlüt SARI, Arapça-Türkçe Lugat, s. 86, İstanbul 1982. Həmçinin bax: X. K. BARANOV, Arabsko-Russkiy Slovar,
s. 65, Moskva 2007.
Bərdə 647-ci ilin yayında Salman ibn Rəbiə əl-Bahilinin (ا) əmrindəki xilafət orduları
tərəfindən fəth edilmişdi
46
. Əməvilərin dövründə xilafət canişinləri Bərdə şəhərində
yaşayır, Arranla yanaşı Ərməniyyəni də buradan idarə edirdilər. İnzibati idarə mərkəzi
olmaqla yanaşı, ölkədaxili və beynəlxalq ticarət yolları üzərində yerləşməsi xilafət
dövründə Bərdənin sürətlə inkişaf edərək Azərbaycanın ən böyük iqtisadi, mədəni və
elm mərkəzlərinə çevrilməsi üçün əlverişli zəmin hazırlamışdı. İrəlidə görəcəyimiz kimi
bu şəhərdə bütün İslam dünyasında şöhrət tapmış çox sayıda alim yetişmişdi. Bu da
onu göstərir ki, Bərdə VII-X əsrlərdə Azərbaycanın, eləcə də xilafətin ən böyük elmi və
dini mərkəzlərindən biri olmuşdur. əl-İstəxri Bərdə haqqında ‚Bərdə şəhəri həqiqətən
çox böyük şəhərdir‛ deyərək onun Dərbənd və Tiflislə birlikdə Arranın ən böyük şəhəri
olduğunu qeyd etmişdir
47
. İbn Hövqəl isə onu ‚Arranın anası‛ adlandırmış, Bərdənin,
İsfəhan və Reydən sonra, regionun ən böyük şəhəri olduğunu bildirmişdi
48
. Şəmsəddin
əl-Məqdisi (947-990) Bərdəni bu yerlərin Bağdadı adlandırmışdı
49
. Həmin dövrdə
Bərdənin əhalisi 100 mindən çox idi. Şəhərdə 4 böyük bazar, ayrıca sənətkar
məhəllələri, bir neçə hamam, məscid, mədrəsə kimi çoxlu dini, ictimai binalar mövcud
olmuşdu
50
. Bərdə xilafət dövründə, Babü’l-Əbvab (Dərbənd) və Yəzdiyyə (Şamaxı) ilə
birlikdə, zərbxananın fəaliyyət göstərdiyi regionun üçüncü şəhəri idi
51
. Bərdə
zərbxanasında qızıl, gümüş və mis pullar kəsilirdi
52
. Əməvilər dövründə Arranda
kəsilən ən qədim pul h. 89-cu (707-708) il tarixli gümüş dirhəmdir
53
. Son Əməvi
hökmdarı II Mərvan ibn Muhəmməd (744-750) şahzadəlik illərində şərqi Anadolu və
Azərbaycan canişini olaraq Bərdədə yaşamışdı. O, burada Xəzər xaqanlığı ilə aparılan
müharibələrdə aktiv iştirak etmişdi
54
. Səid ibn Süleym və Əli ibn İsa ibn Mahanın
Arranın idarə edilməsində göstərdikləri uğursuzluqdan sonra Harun ər-Rəşid (786-809)
Yəzid ibn Məzyəd əş-Şeybanini Arran və Ərməniyyə valisi təyin etmişdi. Bərdəyə gələn
46
Əbü’l-Abbas Əhməd ibn Yəhya BƏLAZURİ, Fütuhü’l-Büldan, (Nşr. A. ət-Təbba), s. 285-287, Beyrut 1987; İBNü’l-
Ə’SƏM, Fəthlər Kitabı, s. 9.
47
İSTƏXRİ, Məsalik, s. 67, 73.
[
اًاكظ جه٤ثً ح٘٣كٓ اٜٗاك حػلهت آأٝ
]
48
Əbü’l-Qasım Muhəmməd İBN HÖVQƏL, Surətü’l-Ərz, s. 337, Leiden 1939.
[
ٕا ّهُا ُّّا ٠ٜك حػلهت ح٘٣كٓٝ
...
ٝ ماهؼُا ٖ٤ت ٌٖ٣ ُْٝ
ٕاٜثصا ٝ ٟ ّهُا كؼت ٕارٌهثغ
اٜ٘ٓ هثًأ ح٘٣كٓ
]
49
MƏQDİSİ, Əhsənü’t-Təqasim, s. 185.
[
حػلهت
...
ْ٤ِهلإا امٛ قاكـت ٢ٛ
]
50
GÖYÜŞOV, həmin əsər, s. 131-132.
51
BÜNYADOV, həmin əsər, s. 148; GÖYÜŞOV, həmin əsər, s. 132.
52
GÖYÜŞOV, həmin əsər, s. 132.
53
BÜNYADOV, həmin əsər, s. 148.
54
BÜNYADOV, həmin əsər, s. 110; ARTAMONOV, həmin əsər, s. 219-224.
Yəzid ibn Məzyəd buradakı inzibati-idari və iqtisadi işləri yoluna qoymuşdu
55
. Bu
tarixdən sonra Arran onun nəslindən olan Məzyədilər sülaləsi tərəfindən idarə
olunmuş, Bərdə isə bu sülalənin paytaxt şəhərinə çevrilmişdi. VIII-X əsrlər Bərdənin
çiçəklənmə dövrü olmuşdur
56
. Xilafətin zəifləyib mərkəzdənqaçma meyllərinin ardığı
dövrdə Bərdə Azərbaycan Sacilər dövlətinin (889-942) mərkəzi şəhərlərindən birinə
çevrilmişdi. Muhəmməd ibn Əbu’s-Sacın (889-901) dövründə Bərdə şəhəri ölkənin
inzibati mərkəzi olaraq inkişaf etmişdi
57
. Salarilərin (942-981) hakimiyyətinin ilk
illərində isə Bərdə özünün ən fəlakətli günlərini yaşamış, 944-cü il Bərdə tarixinə ağır və
müsibətli illərdən biri kimi daxil olmuşdu
58
. X əsrin birinci yarısında bir neçə dəfə
Azərbaycan torpaqlarına basqın edən ruslar 944-cü ildə Xəzər xaqanının izni ilə Volqa
çayından Xəzər dənizinə keçirdikləri gəmiləri ilə Azərbaycan sahillərinə yanaşmış, Kür
çayı ilə üzərək Bərdə şəhərinə yaxınlaşmışdılar. Salarilərin Bərdə valisinin əmri
altındakı 5000-dən çox əsgər gəmilərindən enən ruslara hücum etmişdilər. İbn
Miskəveyh yazır ki, ‚onlar (şəhər müdafiəçiləri-E.N) ruslar barədə yanılmışdılar, onları
yunan və ermənilər kimi zənn etmişidlər‛
59
. İbn Miskəveyhin yazdığından anlaşıldığına
görə bir-iki qılınc zərbəsindən sonra onların da yunan və ermənilər kimi arxalarını
dönüb
qaçacağını
zənn
etmiş
şəhər
müdafiəçiləri
düşməni
lazımınca
qiymətləndirmədikləri üçün özlərinə arxayın olmuş, döyüşdən əvvəl zəruri hazırlıq və
planlaşdırmanı aparmamışdılar. Bu səbəbdəndir ki, hücumu cəmi bir saat davam etdirə
bilmiş, rusların güclü əks hücumu qarşısında Bərdəyə tərəf qaçmağa məcbur
olmuşdular. Sadəcə ordudakı deyləmli əsgərlər geri çəkilməyərək hamısı şəhid olana
qədər vuruşmuşdular
60
. Ruslar müdafiəsiz qalan Bərdəyə daxil olandan sonra şəhərin
istehkamlarında möhkəmlənmişdilər. İbnü’l-Əsir rusların dinc əhaliyə aman verərək
55
İBNü’l-Ə’SƏM, Fəthlər Kitabı, s. 65.
56
VIII-X əsrlər Bərdə şəhərinin tarixi barədə ətraflı məlumat üçün bax: HACIYEV, Bərdə Şəhəri, s. 85-109.
57
VƏLİXANLI, Ərəb Xilafəti və Azərbaycan, s. 85; HACIYEV, Bərdə Şəhəri, s. 111.
58
VƏLİXANLI, həmin əsər, s. 85.
59
Əbu Əli Muhəmməd ibn Muhəmməd İBN MİSKƏVEYH, Təcaribü’l-Üməm, (Trc. H. Amedroz), C. V, s. 68, London
1921. İbn Miskəveyhin belə bir müqayisə etməsini rusların fiziki cəhətdən yunan və ermənilərdən fərqlənməsindən
irəli gəlirdiyini təxmin etmək olar. Ərəb səyyah İbn Fəzlan da Volqa çayı sahillərində ilk dəfə rusları görəndə
heyrətlənmişdi. O, ‚onlardan daha iri insan görməmişdim. Hər biri xurma ağacı kimi ucaboy, sarışın və sağlam
insanlar idi‛ deyə yazır. Bax: Səyahətnamə, (Nşr. R. Şeşen), s. 68-69, İstanbul 1995.
60
Yenə orada.
onlara toxunmayacaqlarına dair söz verdiyini yazır
61
. Müəllif qeyd edir ki, buna
baxmayaraq bərdəlilər şəhərin rusların əlində qalması ilə heç cür razılaşa bilmir, tez-tez
təkbir nərələri ilə onlara hücum edirdilər. Hətta silahsız olanlar da işğalçılara daş ataraq
mübarizə aparırdılar. İşğalçılar xalqı müqavimət göstərmək əzmindən daşındırmağa
çalışmanın faydasız olduğunu görüb bərdəlilərdən üç gün ərzində şəhəri tərk
etmələrini tələb etdilər. Lakin onların əksəriyyətinin Bərdəni tərk etmədiyini görüb dinc
əhaliyə hücum etdilər. Onlar əhalinin tamamına yaxınını qırıb mallarını talan etmiş,
qadın və uşaqları isə əsir götürmüşdülər. Bu vaxt ətraf əyalətlərdən toplanan könüllülər
də Bərdəyə gəlib dörd bir tərəfdən ruslara hücum edirdilər
62
. Salari hömdarı Mərzuban
ibn Muhəmməd 30 minlik ordusu ilə aylarla Bərdəni işğaldan azad etmək üçün
vuruşmuş, ruslara ağır itgi verdirmişdi. Lakin Bərdə qalasında möhkəmlənmiş rusları
heç cür oradan sıxışdırıb çıxarmaq mümkün olmamışdı
63
. Bu vaxt Salari Mərzuban
Mosul hakiminin Səlmasa hücum etdiyi xəbərini alaraq rusların Bərdədə mühasirəsini
davam etdirmək üçün burada 4000 əsgər qoyaraq özü orudunun əsas hissəsi ilə ölkənin
cənubuna üz tutmuşdu. 945-ci ilin isti yay günlərində rusların arasında yayılan
yoluxucu xəstəlik onların bir çoxunun qırılmasına səbəb olmuşdu. Nəhayət ruslardan
sağ qalanlar aldıqları əsir və qənimətlərlə avqustun 12-də Bərdəni tərk edib gəldikləri
yolla geri qayıtmışdılar
64
. Mosul hakimi ölkənin cənubuna basqın etməsəydi bəlkə də
işğalçıları tamamən məhv etmək mümkün olardı. Bu hadisədən sonra Bərdə şəhəri bir
daha dirçəlib əvvəlki ehtişamına qayıda bilmədi. X əsrin ikinci yarısından etibarən
Gəncə əhəmiyyət qazanaraq Azərbaycanın şimalındakı ən böyük siyasi, iqtisadi və
mədəniyyət mərkəzinə çevrilməyə başlamışdı.
Orda əsrlərdə Azərbaycanın şimalındakı mühüm şəhərlərdən biri də Bərdic idi.
Mənbələrin verdiyi məlumatdan məlum olur ki, Bərdic Bərdədən 14 fərsəx aralıda, Kür
çayı sahilində mövcud olmuşdu
65
. Yaqut əl-Həməvi Kür çayının bu şəhəri əhatə etdiyini
yazır
66
. 14 fərsəxin 79,59 km-ə bərabər olduğunu
67
nəzərə alaraq Bərdicin Kür çayının
61
İBNü'l-ƏSİR, Kamil fi't-Tarix, C. VIII, s. 350-351.
62
Yenə orada.
63
İBN MİSKƏVEYH, Təcaribü’l-Üməm, C. V, s. 72.
64
MÜŞTƏRƏK, Azərbaycan Tarixi, s. 281, Bakı 1994.
65
İBNü’l-ƏSİR, Lübab, C. I, s. 136; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 269.
66
Yenə orada.
[
هٜٗ ٢ك اٜت ػ٤ؽ٣ ءأُاٝ
...
هٌُا
]
Kürdəmirlə İmişli rayonları ərazisinə düşən hissəsində mövcud olduğunu söyləyə
bilərik. Güman ki, Bərdic Kür çayı üzərindəki liman şəhəri idi. Hüdudü’l-Aləm müəllifi
Bərdicin rifah və nemətlər şəhəri olduğunu yazır
68
. Bərdə, Beyləqan kimi Arranın
mərkəzi və qərb şəhərləri Kür çayı vasitəsi ilə dəniz ticarəti ilə məşğul olduğunu təxmin
etmək olar. Çünki İbn Hövqəl Kürün böyük və gəmilərin üzməsi üçün əlverişli çay
olduğunu qeyd edir
69
. Bundan başqa əgər rusların böyük bir ordunu gəmilərlə Bərdəyə
qədər daşıya bilməsini nəzərə alaraq Bərdicin Kür çayı üzərində ticarət mərkəzi və
liman şəhəri olduğunu söyləyə bilərik.
Bir zamanlar kiçik bir qəsəbə olan Bərzənd Abbasi xəlifələrindən Mö’təsimin (833-842)
hakimiyyəti illərində qazandığı hərbi-strateji əhəmiyyət sayəsində böyük şəhərə
çevrilmişdi. Mö’təsimin əmri ilə Babəkin başçılığı altındakı xürrəmi qiyamını yatıran
orduya baş komandan təyin edilən Afşin Heydər ibn Kavus Bərzəndi özünə iqamətgah
seçmişdi
70
. Bu haqda məlumat verən Yaqut əl-Həməvi Bərzəndin Tiflis yaxınlığında
yerləşən bir yaşayış məntəqəsi olduğunu qeyd etmişdir
71
. Görəsən müəllifi nə
yanıltmışdı? Bir zamanlar Tiflis ətrafında da eyni adlı yaşayış məntəqəsinin mövcud
olması yoxsa başqa bir səbəb? Əbdülkərim əs-Səm’ani Bərzəndin Tiflis yaxınlığında
olduğunu zənn etdiyini qeyd edərək bu mövzuda tərəddüd etdiyini biruzə vermişdi
72
.
Bu yanılmanın səbəbi məlum deyil, amma Bərzənd şəhərinin indiki Yardımlı rayondan
qərbdə, Talış dağlarının ətəklərində yerləşdiyi məlumdur. İbn Xordadbeh Ərdəbildən
Xuşş şəhərinə 8 fərsəx (45,48 km), Xuşşdan Bərzəndə 6 fərsəx (34,11 km) məsafə
olduğunu qeyd edir
73
. Deməli Bərzənd Ərdəbildən təqribən 80 km şimali-qərbdə
yerləşirdi. Bu gün cənubi Azərbaycanda kiçik bir kənd olan Bərzənd ehtimal ki, öz
əhəmiyyətini elə xürrəmi üsyanı yatırılandan sonrakı illərdə itirməyə başlamışdı. Belə
67
1 ərəb fərsəxi=5685 m.
68
ANONİM, Hüdudü’l-Aləm minə’l-Məşriq ilə’l-Məğrib, (Nşr. Y. əl-Hadi), 123, Qahirə 1999.
[
حٔؼٗ خال جهٓاػ حٛىٗ ح٘٣كٓ
]
69
Surətü’l-Ərz, s. 345.
70
BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 461;YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. I, s. 273; Əhməd ibn Muhəmməd İBN FƏQİH
əl-Həmədani, Kitabü'l-Büldan, (Nşr. M. De Goeje), s. 284, Leiden 1885.
71
Yenə orada.
[
كٗوهت
...
ً٤ِلذ ٢ؼاٞٗ ٖٓ كِت
]
72
Əbu Səid Əbdülkərim ibn Muhəmməd əs-SƏM’ANİ, Kitabü’l-Ənsab, (Nşr. A. əl-Barudi), C. I, s. 215, Beyrut 1988.
[
كٗوهت
...
ً٤ِلذ ٢ؼاٞٗ ٖٓ اٜٗأ ٢٘ظٝ
]
73
İBN XORDADBEH, Məsalik, s. 38
ki, XIII-XIV əsrlərdə yaşamış Həmidullah Qəzvini artıq Bərzəndin əhəmiyyət kəsb
etməyən kiçik bir kənd olduğunu qeyd etmişdir
74
.
İbn Xordadbeh (öl. 912) Sasani şahı Firuz oğlu I Qubadın Bərdə və Qəbələ ilə yanaşı
Dostları ilə paylaş: |