Əbu Talib Səid ibn Muhəmməd Bərdəi
Hənəfi məzhəbinə mənsub mühəddis və fəqih idi. İmam Əbu Cə’fər Əhməd ibn
Muhəmməd Təhavinin yaxın dostlarından idi. Bağdadda imam Təhavidən hədis
dinləmiş və nəql etmişdi. Hafiz Əbu Muhəmməd Abdullah ibn Muhəmməd əl-Haris,
Əbu Talib Səid Bərdəidən hədis dinləmişdi
405
. Mənbələrdə Əbu Talib Səid Bərdəinin
ölüm tarixi qeyd olunmamışdır. İmam Təhavinin (853-933) müasiri olduğuna görə onun
da IX-X əsrlərdə yaşadığını söyləmək olar.
Əbü’l-Həsən Əhməd ibn Ömər ibn Əbdürrəhman Bərdəi
Mö’təzilə məzhəbi alimlərinin məşhurlarından, fəzilətli və nəcib insan idi. Əbbad ibn
Süleymanın tələbəsi olmuşdu. Əbbad ibn Süleyman isə Haşim əl-Fuvatinin yetirməsi
idi. Xətib Bağdadi Əbü’l-Həsən Əhməd Bərdəinin Əbu Əli əl-Cübbaidən
406
də dərs
aldığını qeyd etmişdir
407
. Əbü’l-Həsən Əhməd Bərdəi Bağdaddakı kəlam alimlərinin
qabaqcılı idi. Tez-tez elmi diskussiyalarda iştirak edirdi. Belə diskussiyalardan birində
Əbü’l-Abbas Hələbi ona belə bir sual vermişdi: ‚Fe’ldən əvvəl istitaənin
408
mövcud
olmasına dair dəliliniz nədir?‛. Əbü’l-Həsən Əhməd Bərdəi cavab verdi: ‚Allahın
kəlamı olan Qur’ani-Kərim‛, sonra bu ayəni oxudu: ‚Cinlərdən olan bir ifrit dedi: ‚Sən
yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm,
etibarlıyam!‛
409
. Əbü’l-Abbas Hələbi dedi: ‚İfrit yalan danışmışdır. Onun sözü dəlil
404
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LX, s. 236. (
ِياَُّ٘ا َِٖٓ ااًػا َىِرْٗا َِِْْؼُْا ُطِثْوَ٣ لا َ َّللَّا َِّٕئ
,
َُْْ اَلِئ ٠َّرَؼ ، ِءأََُِؼُْا ِطْثَوِت َِِْْؼُْا ُطِثْوَ٣ ٌَُِْٖ
اَُِّٞظَأ َٝ اَُِّٞعَك ، ٍِِْْػ ِهْ٤َـِت ا َْٞرْكَأَك ، لااَُّٜظ ااًٌُٝء ُن ُياَُّ٘ا َمَفَّذا ، اأًُِاَػ ْى ُهْرَ٣). Bu hədis üçün bax: BUXARİ, Səhih, Elm, 34; MÜSLİM, Səhih,
Elm, 47/ 2673; TİRMİZİ, Sünən, Elm, 5/ 2652.
405
İBN ƏBÜ’l-VƏFA, Cəvahirü’l-Muziyyə, C. II, s. 224.
406
Əbu Əli Muhəmməd ibn Abdullah Cübbai (850-916) mö’təzilə məzhəbinin əsasını qoymuş nəzəriyyəçi
alimlərindən idi.
407
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. IV, s. 290.
408
İstitaə-hər hansı bir işi görmədən, əməli törətmədən, fe’li işləmədən əvvəl bunu edə biləcək qüdrətə sahib olma.
Mö’təzilə məzhəbinə görə insan hər hansı bir işi, əməli etmədən əvvəl bunu edə biləcək qüdrətə malik olmuş olur.
Belə ki, insan həmçinin öz əməlinin yaradıcısıdır.
409
Qur’ani-Kərim, Nəml surəsi, ayə 39.
(
ٌٖ٤َِٓأ يٌّ١َِٞوَُ ِْٚ٤ََِػ ٢ِِّٗئ َٝ َيِٓاَوَٓ ِْٖٓ َُّٞوَذ َْٕأ ََْثَه ِِٚت َي٤ِذآ اََٗأ ِّٖ ِعُْا َِٖٓ ٌد٣ ِهْلِػ ٍَاَه
)
kimi qeyri-məqbuldur‛. Əbü’l-Həsən Əhməd Bərdəi cavab verdi: ‚Digər bir çox ayədə
Allah yalançıların yalanını üzünə vurub onları təkzib edir‛. Sonra bu ayələri oxudu:
‚Yəhudilər dedilər: ‚Allahın əli bağlıdır!‛ (xəsisdir) Bu dedikləri sözə görə onların öz
əlləri bağlandı və lənətə gəldilər. Xeyr, Allahın əlləri açıqdır. İstədiyi kimi lütf edər‛
410
.
‚Bununla belə, onlar (münafiqlər): ‚Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər
(hərbi) səfərə çıxardıq‛, - deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and
içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir‛
411
. ‚Onlar,
şübhəsiz ki, yalançıdırlar!‛
412
. ‚Onlar isə, şübhəsiz ki, yalançıdırlar!‛
413
. ‚(dedilər ki,)
Allah övlad törətmişdir‛. Onlar, həqiqətən, yalançıdırlar!‛
414
.
Sonra Əbü’l-Həsən Bərdəi, Əbü’l-Abbas Hələbiyə dedi: ‚Amma gördüyün kimi burada
Allah və onun elçisi Süleyman (×) ifriti təkzib və onun sözlərini inkar etməmişdilər‛.
Onun bu çıxışından sonra Əbü’l-Abbas Hələbi diskussiyanı dayandırmışdı
415
. Təəssüf
ki, Əbü’l-Həsən Əhməd Bərdəinin yaşadığı dövr və ölüm tarixi ilə bağlı mənbələrdə hər
hansı bir qeydə rast gəlmədik. Onun ustadının ustadı olan Haşim ibn Əmr əl-Fuvatinin
Abbasi xəlifələrindən Mə’munla (813-833) səmimi münasibəti olmuş və xəlifənin
sarayında onunla bir neçə dəfə görüşmüşdü
416
. Bundan başqa Xətib Bağdadinin onun
mö’təzilənin məşhur simalarından Əbu Əli Cübbainin (850-916) müasiri olduğunu qeyd
etməsini
417
nəzərə alaraq Əbü’l-Həsən Əhməd Bərdəinin də təqribən IX-X əsrlərdə
yaşadığını söyləmək olar.
Əbü’l-Fəvaris Bərdəi
410
Qur’ani-Kərim, Maidə surəsi, ayə 64. (
ُءاَشَ٣ َقْ٤ًَ ُنِلُ٘٣ ِٕاَرَغٍُْٞثَٓ ُٙاَكَ٣ ََْت اُُٞاَه أَِت اُِٞ٘ؼُُ َٝ ِْْٜ٣ِكْ٣َأ ْدَُِّؿ ٌحَُُِْٞـَٓ ِ َّللَّا ُكَ٣ ُقَُٜٞ٤ُْا ْدَُاَه َٝ)
411
Qur’ani-Kərim, Tövbə surəsi, ayə 42. ( َُٕٞتِلاٌََُ
َُِّْْٜٗئ َُِْْؼَ٣ ُ َّللَّا َٝ ٍَُُْْٜلَٗأ ٌَُُِِْٕٜٞ٣ ٌَُْْؼَٓ اَْ٘ظ َهَفَُ اَْ٘ؼَطَرٌْا َُْٞ)
412
Qur’ani-Kərim, Ənam surəsi, ayə 28. ( َُٕٞتِلاٌََُ
َُِّْْٜٗئ َٝ)
413
Qur’ani-Kərim, Mu’minun surəsi, ayə 90. ( َُٕٞتِلاٌََُ
َُِّْْٜٗئ َٝ)
414
Qur’ani-Kərim, Saffət surəsi, ayə 152. ( َُٕٞتِلاٌََُ
َُِّْْٜٗئ َٝ ُ َّللَّا َكَُ َٝ)
415
Əhməd ibn Yəhya İBNü'l-MÜRTƏZA, Kitab Təbəqatü’l-Mu’təzilə, s. 91, Beyrut 1987; İmadəddin Əbü’l-Həsən QAZİ
ƏBDÜLCƏBBAR ibn Əhməd Əstərabadi, Təbəqatü’l-Mu’təzilə, s. 300-301, Tunis 1974.
416
İBNü'l-MÜRTƏZA, Kitab Təbəqatü’l-Mu’təzilə, s. 61.
417
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. IV, s. 290; İBN HƏCƏR, Lisanü’l-Mizan, C. I, s. 181.
Mö’təzilə məzhəbinə mənsub mütəkəllim idi. Dəməşqdə Yəzid ibn Əhməd əs-
Süləmidən hədis dinləmiş və nəql etmişdi. Əbu Bəkr ibnü’l-İxşid
418
ondan hədis
dinləmişdi
419
. Ölüm tarixi məlum deyil. IX əsrdə yaşamışdır.
Qalib ibn Muhəmməd Bərdəi
Hədis ravisi idi. Muhəmməd ibn Məsləmə ibn Varət ər-Razidən hədis dinləmiş və nəql
etmişdi. Əbü’l-Qasım Süleyman ibn Əhməd ibn Əyyub ət-Təbəri də ondan hədis
dinləmişdi
420
. Onun haqqında məlumat verən Xətib Bağdadi ölüm tarixini qeyd
etməmişdir. Lakin Qalib Bərdəinin hədis dinlədiyi Muhəmməd ibn Məsləmə ər-Razinin
h. 265-ci ildə (879) vəfat ediyini nəzərə alaraq onun da IX əsrdə yaşadığını təxmin
etmək olar. Qalib ibn Muhəmməd Bərdəinin, Muhəmməd ibn Məsləmə ər-Razidən
eşidərək nəql etdiyi hədislərdən biri aşağıdakıdır:
Cabir ibn Abdullah (ا) dedi: Allah Rəsulu (م) belə buyurdular: ‚Allaha güvənərək və
səvabını Allahdan gözləyərək bu üç işi görənə kömək etmək və onu mübarək qılmaq
Allahın üzərinə haqq olar: 1. Allaha güvənərək və səvabını Allahdan gözləyərək bir
köləni azad edib onu hürriyətinə qovuşdurana kömək etmək və onu mübarək qılmaq
Allahın üzərinə haqq olar. 2. Allaha güvənərək və səvabını Allahdan gözləyərək
evlənib ailə qurana kömək etmək və onu mübarək qılmaq Allahın üzərinə haqq olar. 3.
Allaha güvənərək və səvabını Allahdan gözləyərək ölü, xam torpağı əkin-biçinə yararlı
hala gətirib ihya edənə kömək etmək və onu mübarək qılmaq Allahın üzərinə haqq
olar‛
421
.
Əbu Bəkr Muhəmməd ibn Həsən ibn Həmmad Bərdəi
418
Əbu Bəkr Muhəmməd ibn Əbi Muhəmməd Tuğac ibn Eltəkin ibn Fəvran əl-Fərqani (öl. 861) Abbasi xəlifələrindən
Mö’təsim Billah ibn Harun ər-Rəşidin (833-842) türk komandanlarından biri idi. Onun xəlifəliyi dövründə Misir, Şam
və Hicaz vilayətləri ümum-canişini olmuşdu. Bax: Şəmsəddin Əhməd İBN XƏLLİKAN, Vəfayatü’l-Əyan və Ənba
Əbnaü’z-Zaman, C. V, s. 56-59, Beyrut 1974.
419
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVII, s. 135.
420
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. XII, s. 332.
421
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad. Bu hədis üçün bax: TƏBƏRANİ, Mu’cəmü’s-Səğir, hədis Nr. 510, C. II, s. 188-189.
(
ضٝىذ ٖٓٝ ُٚ ىناث٣ ٕاٝ ٚ٘٤ؼ٣ ٕا الله ٠ِػ اوؼ ٕاً اتاٍرؼاٝ للهات حوش حثهن ىاٌت ٢ك ٠ؼٌ ٖٓ ُٚ ىناث٣ ٕاٝ ٚ٘٤ؼ٣ ٕا الله ٠ِػ اوؼ ٕاً اتاٍرؼاٝ للهات حوش ِٖٜؼك ٖٓ زلاش
ُٚ ىناث٣ ٕاٝ ٚ٘٤ؼ٣ ٕا الله ٠ِػ اوؼ ٕاً اتاٍرؼاٝ للهات حوش حر٤ٓ اظنأ ا٤ؼا ٖٓٝ ُٚ ىناث٣ ٕاٝ ٚ٘٤ؼ٣ ٕا الله ٠ِػ اوؼ ٕاً اتاٍرؼاٝ للهات حوش
)
Hədis ravisi idi. Əbdüləziz ibn Abdullah Haşimi, Əhməd ibn Muhəmməd ibn Qalib əl-
Bahili, Muhəmməd ibn Hişam ibn Əbi’d-Dumeyk əl-Müsəmlidən hədis dinləmiş və
nəql etmişdi. Əbu Həfs ibn Şahin və Əbu Həfs əl-Kinani əl-Muqri ondan hədis
dinləmişdilər
422
. Xətib Bağdadi onun ölüm tarixini qeyd etməmişdir. Əbu Həfs ibn
Şahinin (öl. 995) müasiri olduğu üçün onun IX-X əsrlərdə yaşadığını təxmin etmək olar.
Muhəmməd ibn Əbdüləziz ibn Cə’fər ibn Muhəmməd ibn Həsən Bərdəi
Mühəddis idi. Qazi Əbu Bəkr Muhəmməd Əbhəri
423
(öl. h. 985), Əli ibn Qərqər əd-
Dəqqaq, Muhəmməd ibn Abdullah ibn Şuxeyr əs-Seyrəfi, Muhəmməd ibn Əhməd ibn
İmran, Əli ibn İbrahim Əttar, Əbu Bəkr ibn Şazan, Əbü’l-Müfəzzəl əş-Şeybani, Əhməd
ibn Muhəmməd Meyridən hədis dinləmiş və nəql etmişdi. Muhəmməd ibn Əbdüləziz
hədis dinləmək üçün etdiyi səyahətdən vətənə qayıdandan sonra qardaşı Übeydullah
ibn Əbdüləziz Bərdəi h. 358-ci ildə (969) Bərdədə ondan hədis dinləmişdi. Muhəmməd
ibn Əbdüləziz Bərdəi daha sonra Bağdada getmiş və h. 21 cəmadiələvvəl 421-ci ildə (27
may 1030) burada vəfat etmişdi
424
.
Əbü’l-Qasım Übeydullah ibn Əbdüləziz ibn Cə’fər ibn Muhəmməd ibn Həsən
Bərdəi
Mühəddis, səduq hədis ravisi idi. H. 363-cü ildə (974) anadan olmuşdu. Qardaşı
Muhəmməd ibn Əbdüləzizdən, Muhəmməd ibn Übeydullah ibnü’l-Şüxeyr əs-Seyrəfi,
Muhəmməd ibn Müzəffər, Əbu Bəkr ibn Şazan, Əbü’l-Fəzl əş-Şeybani, Əbu Bəkr ibn
Əbi Musa Haşimidən hədis dinləmiş və nəql etmişdi. Alim h. 434-cü ilin zilhiccə ayında
(1043) vəfat etmişdi
425
.
Əhməd ibn Muhəmməd ibn Əbdürrəhim Bərdəi
422
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. II, s. 198.
423
ZƏHƏBİ, Mizanü’l-E’tidal, C. III, s. 432
424
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. II, s. 353; Əbü’l-Hüseyn Muhəmməd ibn Muhəmməd İBN ƏBİ YƏ’LA,
Təbaqatü’l-Hənabilə, s. 203, Qahirə 1952; İBN HƏCƏR, Lisanü’l-Mizan, C. V, s. 204.
425
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. X, s. 384.
Mühəddis idi. Təhsil almaq üçün Əndəlüsə getmiş və buradakı Mursiyyə
426
şəhərində
yaşamışdı. Əndəlüs mədrəsələrində Əbü’l-Həsən Əli ibn Muhəmməd ibn Şəfyi’ əl-
Busti
427
, İbn Müvəhhəb və imam Əbü’l-Vəlid Yunis ibn Abdullah ibn Muğis Qurtubi
428
kimi alimlərin tələbəsi olmuş, hədis, fiqh, üsul və ədəbiyyat dərsləri almışdı. Təhsilin
başa vurduqdan sonra İspaniyada qalmış və buradakı mədrəsələrdə tədrislə məşğul
olmuşdu. Onun tələbələri arasından Əbu Abdullah əl-Əndərəşi
429
(1149-1224) kimi
alimlər yetişmişdi
430
.
Əhməd
Bərdəinin
ölüm
tarixi
məlum
deyil.
Onun
yaşadığı
dövrün
müəyyənləşdirilməsində də müəyəyyən tərəddüd meydana çıxmışdır. Bu tərəddüd İbn
Həcər Əsqəlaninin verdiyi məlumatdan irəli gəlir. İbn Həcərin yazdığına görə Əhməd
ibn Muhəmməd Bərdəi Əndəlüsdə, eləcə də bütün İslam dünyasında, tanınmış alim
olan imam Əbü’l-Vəlid Yunis Qurtubinin tələsəni olmuşdur. Yenə müəllif Əndəlüs ərəb
şe’rinin tanınmış simalarından olan Əbu Abdullah əl-Əndərəşinin Əhməd Bərdəidən
dərs aldığını qeyd etmişdir. Əbü’l-Həsən ibn Abdullah ən-Nəbahi öz əsərində Əbü’l-
Vəlid Yunis Qurtubinin Əndəlüs Əməvi xəlifələrinin sonuncusu III Hişam ibn
Muhəmməd əl-Mərvani tərəfindən h. 419-cu ildə (1028) Əndəlüs baş qaziliyinə təyin
olduğunu və alimin h. 429-cu ildə (1038) vəfat etdiyini qeyd etmişdir
431
. Əbu Abdullah
əl-Əndərəşi isə 1149-1224-cü illərdə yaşamışdır. Əhməd Bərdəinin bircisinin ölüm,
ikincisinin isə təvəllüd tarixi arasında 111 il olan iki ayrı şəxsin müasiri olması mümkün
olmadığı üçün düşünürük ki, İbn Həcər əl-Əsqəlani burada xətaya yol vermişdir.
Ehtimal ki, Əbu Abdullah əl-Əndərəşi Əhməd Bərdəidən deyil, onun yetişdirdiyi hədis
alimlərinin birindən hədis dərsləri almışdı. Çünki adı çəkilən digər iki şəxslə imam
426
Mursiyyə-
[
ح٤ٌهٓ
]
indiki İspaniyanın cənubi-şərqindəki Murcia şəhəridir. 1492-ci ilə qədər Əndəlüsdəki Qranda
əmirliyini mühüm elm və mədəniyyət mərkəzlərindən biri idi.
427
Öz dövrünü məşhur ədib və şairlərdən biri idi. Əndəlüsün əl-Busta (indi İspaniyada Baza şəhəri) şəhərində
doğulub böyümüşdü.
428
İmam Əbü’l-Vəlid Yunis ibn Abdullah ibn Muğis Qurtubi (öl. 1038) yaşadığı dövrün tanınmış alimlərindən idi.
Əslən Əndəlüsün Qurtuba (indi İspaniyada Kordova) şəhərindən olub hədis elmləri sahəsində dərinləşmişdi.
İspaniyanın qaziü’l-quzatlığına təyin olunmuş və vəfatına qədər bu vəzifəni icra etmişdi. İmam Əbü’l-Vəlid Yunis
Qurtubi təfsir, hədis, fiqh və.s sahələrə dair bir sıra əsərlərin müəllifi idi.
429
Yaşadığı dövrdə Əndəlüsün tanınmış mühəddislərindən biri olmuşdu. Onun doğulub böyüdüyü Əndərəş indiki
İspaniyanın Andaraks şəhəridir.
430
İBN HƏCƏR, Lisanü’l-Mizan, C. I, s. 206.
431
Əbü’l-Həsən ibn Abdullah ən-Nəbahi əl-ƏNDƏLÜSİ, Tarixu Quzatu’l-Əndəlus, s. 95, Beyrut 1983.
Əbü’l-Vəlid Yunis Qurtubi müasir olmuşdurlar. Beləcə Əhməd Bərdəinin X-XI əsrlərdə
yaşadığını təxmin etmək olar.
Əbu Cə’fər Muhəmməd ibn Xalid ibn Yəzid Bərdəi
Siqa hədis ravisi idi. Məkkədə məskunlaşmışdı. Muhəmməd ibn Səid ibnü’l-Əməş, Əbu
Sələmə Übeydullah ibn Xələsə, Asim ibn Rəvvad ibnü’l-Cərrah, Əbu Abdullah Xələf,
Ətiyyə ibn Bəqiyyədən hədis dinləmiş və nəql etmişdi. Əbü’l-Qasim Təbərani Misirdə
onun hədis dərslərində iştirak etmişdi. Əbu Muhəmməd Abdullah ibn Əbdan əl-Muqri,
Əbu Əli Hüseyn ibn Əli Nişaburi (öl. 960) ondan hədis nəql etmişdilər. Alim h. 317-ci il
zilhiccə ayının 8-i (11 yanvar 930) Məkkədə həcc ziyarətini yerinə yetirərkən qərmətilər
tərəfindən şəhid edilmişdi
432
.
Əbu Bəkr Muhəmməd ibn Abbas ibnü’l-Fəzl əl-Ətrablisi Bərdəi
Hədis ravisi idi. Əbu Bəkr Muhəmməd Bərdəi Ətrablisdə
433
yaşamış və burada Səid ibn
Əmr əs-Səkvənidən hədis nəql etmişdi. Əbdülvəhhab əl-Kilabi, Əbü’l-Qasım
Əbdülvahid ibn Əhməd ibnü’l-Əvf əl-Müzəni, Əbü’l-Vəfa Hüffaz ibn Həsən və
Əbdüləziz ibn Əhməd ondan hədis dinləmiş və nəql etmişdilər
434
. Ölüm tarixini və
yaşadığı dövrü müəyyən etmək mümkün olmamışdır.
Mövlana Muhyəddin Muhəmməd ibn Muhəmməd ibn Muhəmməd əl-Hənəfi Bərdəi
Fəzilət sahibi, gözəl əxlaqlı, lütfkar, təvazökar bir şəxs idi. Alim ailəsində böyümüşdü,
mənsub olduğu ailədə alimlər yetişmişdi. İlk təhsilini atasından almışdı. Daha sonra
Şiraza getmiş və bu şəhərin alimlərinin yanında müxtəlif elm sahələrinə aid biliklərə
yiyələnmişdi. Daha sonra Anadoluya getmiş və Bursa şəhərində Əhməd paşa
mədrəsəsinin müdərrisi olmuşdu. Bir müddət sultan Yavuz I Səlimin (1512-1520) əmri
432
ZƏHƏBİ, Mizanü’l-E’tidal, C. I, s. 178; ƏBU NUEYM İSBƏHANİ, Hilyətü’l-Əvliya, C. IV, s. 186; Əbu Hatim
Muhəmməd İBN HİBBAN ət-Təmimi əl-Busti, Kitabu’s-Suqat, C. IX, s. 126, Heydərabad 1975; MƏQRİZİ, Kitabü’l-
Müqəffa, C. V, s. 620. Qərmətilər tərəfindən həmin bu qətliamda öldülülən digər bir azərbaycanlı alim Əbu Səid
Əhməd Bərdəi olmuşdu.
433
Ətrablis və ya Trablis (Tripoli)-Livanın şimalında, Aralıq dənizi sahilində şəhər.
434
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LIII, s. 301.
ilə İstanbulda saray məmurlarının təlimi ilə məşğul olmuşdu. Sonra Ədirnəyə köçmüş
və buradakı mədrəsələrdə dərs vermişdi. Ərəb və fars dillərində təfsir, ərəb dili, fiqh
üsulu kimi elm sahələrinə dair bir sıra əsərlər qələmə almışdı. Yazdığı bir qəsidə Yavuz
Səlimin o dərəcədə xoşuna gəlmişdi ki, özü də şair olan sultan mükafat olaraq ona 300
qızıl əşrəfi
435
, bir samur kürk və hər üç ayda bir 80 aqça ülufə bağışlamışdı. Qazi
Bəyzavinin ‚Ənvarü’t-Tənzil və Əsrarü’t-Tə’vil‛ adlı Qur’an təfsirinə haşiyə,
Əzudəddin əl-İcinin
436
‚Adabü’l-Bəhs‛ adlı əsərinin şərhinə haşiyə, Seyyid Şərif
Cürcaninin ‚Təcrid‛
437
inə yazılmış şərhə haşiyə, ‚Haşiyə ələ’t-Təlvih‛ alimin
əsərlərindən bəziləridir
438
. Əhməd Ədnirəvi onun gözəl xətti olduğunu, fəzilətli, xoş
söhbətli, təmiz əqidəli və əxlaq sahibi insan olduğunu qeyd etmişdir
439
. Mövlana
Muhyəddin Bərdəi H. 927-ci ildə (1521) Ədirnədə vəfat etmişdi. Onun övladlarından
Şəmsəddin Həmdi də ‚Bərdəizadə‛ ləqəbi ilə tanınmış şair idi və farsca çox gözəl şerlər
qələmə almışdı
440
. Muhyəddin Bərdəinin ‚Haşiyə ələ şərhi İsağoci li’l-Kati‛ adlı əsəri
İstanbul Köprülü yazma əsərlər kitabxanası və Konya Yusifağa kitabxanasında,
‚Haşiyə ələ şərhi Adabi’l-Bəhs lil-İci‛, ‚Risalətü’l-Kəlamiyyə‛ və ‚Şərhu’l-Adabu’l-
Əzudiyyə‛ adlı əsərləri İstanbul Köprülü yazma əsərlər kitabxanasıında saxlanılır.
İmamü’s-Sibt Əbu Bəkr Əhməd ibn Harun ibn Ruh
441
Bərdici
Yaşadığı dövrün böyük hədis hafizlərindən biri idi. Hədis elmləri sahəsində bütün
İslam dünyasında mərci’ hesab olunurdu. Bəzi mənbələr onun nisbəsini həm də
‚Bərdəi‛ olaraq qeyd edirlər. Əbu Bəkr Bərdici hədis dinləmək üçün uzun səyahətlərə
çıxmış, Beyrut, Dəməşq, Hələb, Hums, Qahirə, Hərran, Kufə kimi İslam coğrafiyasının
435
Əşrəfi-Osmanlı imperatorluğunda bir neçə növ əşrəfi adlanan qızıl pul zərb edilmişdir. İlk ‚əşrəfi‛ (1=3,35 gr qızıl)
Yavuz I Səlimin hakimiyyəti illərində, Misirin Osmanlı dövlətinə birləşdirilməsindən sonra, zərb edilmişdi.
436
Qazi Əzudəddin Əbü’l-Fəzl Əbdürrəhman ibn Əhməd ibn Əbdülğəffar əl-İci (1300-1355). Əslən İranın Şiraz
vilayətinin İc qəsəbəsindəndir. Şafi’i məzhəbinə mənsub fəqih idi. Fiqh, fiqh üsulu, təfsir, tarix, əxlaq kimi sahələrə
dair bir sıra əsərlərin müəllifidir. Ən məşhur əsəri əqidəyə dair qələmə aldığı ‚Əqaidü’l-Əzudiyyə‛ adlı əsəridir.
437
Nəsrəddin Tusinin (öl. 1274) ‚ət-Təcrid fi İlmü’l-Kəlam‛ adlı əsəridir.
438
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 98; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 676.
439
Əhməd ibn Muhəmməd ƏDNİRƏVİ, Təbəqatü’l-Müfəssirin, s. 176, Beyrut (trz).
440
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 89; NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 340; İsaməddin Əhməd
TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə fi Üləmai-Dövləti’l-Osmaniyyə, s. 240-241, Beyrut 1985. Taşköprülüzadə
mövlana Muhyəddin Muhəmməd Bərdəinin h. 928 və ya 929-cu illərdə (1522 və ya 1523) vəfat etdiyini qeyd etmişdir.
441
Bəziləri bu adı ‚Rəvahə‛ kimi transkripsiya etmişdirlər. ‚Rəvahə‛ adı ərəb qrafikası ilə ‚حؼاٝن‛ kimi yazılır. Buna
görə də ‚غٝن‛ adını Ruh və ya Rəvəh kimi oxumaq daha münasib olacaqdır.
başlıca elm və mədəniyyət mərkəzlərindəki hədis almlərindən dərs almış və hədis
dinləmişdi. Bu şəhərlərdə o, Abbas ibn Vəlid əl-Uzri, Yəzid ibn Muhəmməd ibn
Əbdüssəməd, Süleyman ibn Bəhr, Süleyman ibn Şueybr əl-Kəttani, Süleyman ibn Seyf
əl-Hərrani, Nəsr ibn Əli əl-Cəhzəmi, Yəhya ibn Abdullah əl-Kərabisi, Yusif ibn Səid ibn
Müslim, İshaq ibn Səyyar ən-Nəsibi, Əmr ibn Abdullah əl-Əudi, Məhəmməd ibn İshaq
əs-Səğani, Əbu Səid Abdullah əl-Əşca əl-Kindi, Əli ibn Əşkab, Harun ibn İshaq əl-
Həmədani, Sə’d ibn Əyyub əl-Vasiti, Əbu Zurə’ ər-Razi (öl. 878), Bəhr ibn Nəsr əl-Misri
kimi mühəddislərdən hədis dinləmişdi. Alim iki dəfə İsfəhana gedərək bir müddət bu
şəhərdə
442
sonra isə Nişapurda yaşamış buradakı mühəddislərdən hədis elminə dair
bilikləri öyrənmişdi. Nişapurda dövrün məşhur mühəddislərindən Muhəmməd ibn
Yəhya əz-Zıhlinin tələbəsi olmuşdu. Daha sonra Bağdadda məskunlaşmış, hədis
elmlərinin tədrisi ilə məşğul olmuşdu. Cə’fər ibn Əhməd ibn Sənan əl-Quttan, Əbu Bəkr
Muhəmməd ibn Abdullah əş-Şafi’i, Əli ibn Muhəmməd ibn Lü’lu əl-Vərraq, Əbü’l-
Qasım Süleyman ət-Təbərani
443
, Əbu Əli Muhəmməd ibn Əhməd ibnü’s-Səvvaf kimi
ravilər də ondan hədis dinləmiş və nəql etmişdilər. Əbü’l-Həsən Əli Darəqutni onu ‚əs-
siqa‛, yəni mötəbər hədis mənbəyi adlandırmışdı. ‚əl-Müstədrək‛ adlı hədis
külliyatının müəllifi olan Hakim Nişapurinin ustadı Əbu Əli əl-Hafiz Məkkədə ikən
Əbu Bəkr Əhməd Bərdici ilə görüşmüş və ondan hədis dinləmişdi. Alim h. 230-cu ildə
(845) anadan olmuş, h. 301-ci ilin ramazan ayında (aprel 914) Bağdadda vəfat etmişdi
444
.
Əbu Bəkr Əhməd ibn Harun Bərdici aşağıda mətnini qeyd etdiyimiz məşhur hədisin
ravilərindən biridir. Əbu Bəkr Əhməd Bərdici, Humeyd ibn Əyyaş ər-Rəmlidən, o,
Muəmməl ibn İsmayıldan, o, Şu’bədən, o, Qatədədən, o, Humeyd ət-Tuveyldən, o,
Müaviyyə ibn Qurtdan, o, Ənəs ibn Malikdən (ا), o, dedi: Allah Rəsuludan (م) eşitdim,
dedi ki; ‚Cənnətə daxil olmuş heç bir kəs, dünyanın bütün nemətləri ona və’d edilsə
belə, dünyaya qayıtmaq istəməz. Yalnız şəhid istisna. Cənnətdə gördüyü ikram və təşrif
442
ƏBU NUEYM İSBƏHANİ, Zikr Əxbaru-İsbəhan, C. I, s. 113.
443
Əbü’l-Qasım Süleyman ibn Əhməd ibn Əyyub ət-Təbərani (873-971) böyük hədis alimlərindən biridir. Hədis
elminə dair onlarla əsərin, o cümlədən ‚Mu’cəmü’s-Səğir‛ adlı hədis külliyatının müəllifi.
444
ZƏHƏBİ, Kitab Təzkərətü’l-Hüffaz, s. 746-747; XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. V, s. 194; SƏM’ANİ, Kitabü’l-
Ənsab, C. I, s. 212-213; İBN MAKULA, İkmal, C. I, s. 130; Kəmaləddin Ömər ibn Əhməd İBNü’l-ADİM, Buğyətü’t-Tələb
fi Tarixi-Hələb, (Nşr. S. Zəkkar), C. I, s. 404-408, Beyrut 1987; SÜYUTİ, Təbəqatü’l-Hüffaz, s. 115; Əbu Muhəmməd
Abdullah ibn Muhəmməd ƏNSARİ, Təbəqatu’l-Mühəddisin bi-İsbəhan və’l-Varidin Əleyha, s. 267-268, Beyrut 1989;
MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 6-7.
səbəbiylə (şəhid olaraq ölmək ona elə sevdirilir ki) on dəfə daha dünyaya qayıdıb şəhid
olmaq istəyər‛
445
. Bu gözəl kəlamın sahibinə Allahın səlat və səlamı olsun, onu sonrakı
nəsillərə çatdıranlardan biri olduğu üçün Əbu Bəkr Əhməd Bərdicini rəhmətlə yad
edirik.
Yaqut əl-Həməvi alimin h. 351-ci ilin ramazan ayında (oktyabr 962) vəfat etdiyini
yazır
446
. İbn Kəsir isə onun h. 301-ci ildə (914) vəfat etdiyini, lakin adını ‚Əbu Bəkr
Muhəmməd ibn Harun‛ olaraq qeyd edir
447
. Alimin ölüm tarixi və adı barədə başqa heç
bir mənbədə Yaqut əl-Həməvi və İbn Kəsirin qeyd etdiyinə bənzər məlumata rast
gəlinmir.
Əbu Bəkr Əhməd Bərdici hədis elmlərinə dair bir sıra əsərlər qələmə almışdır. Alim
‚Təbəqatu’l-Əsmai’l-Mufrədə minə’s-Səhabə və’t-Tabiin‛ adlı əsərin müəllifidir.
Dünyanın bir çox kitabxanasında bu əsərin əlyazma nüsxəsi mövcuddur. Əsər
Dəməşqdə 1987 və 1990-cı illərdə nəşr olunmuşdur. Əbu Bəkr Əhməd Bərdicinin hədis
elminə dair ‚Cüz’ fihə min Rəvayə əni’n-Nəbi minə’s-Səhabə fi’l-Kəbair‛ adlı bir digər
əsəri isə 2005-ci ildə ər-Riyadda Muhəmməd ibn Türk ət-Türki tərəfindən nəşr
edilmişdir.
Dostları ilə paylaş: |