Şeyx Əbü’l-Abbas Əhməd ibn Muhəmməd Düveyni
Şafi’i məzhəbinə mənsub fəqih idi. Misirə getmiş və orada məskunlaşmışdı. Əbü’l-
Abbas Əhməd Düveyni yaşadığı dövrdə şafi’i fiqhini böyük alimlərindən biri olmuşdu.
O, imam Şafi’inin (/) ‚əl-Umm‛
514
adlı əsərinə dərindən vaqif olan nadir alimlərdən idi.
Alimliyi ilə yanaşı Əbü’l-Abbas Düveyni həmçinin mömin, zöhd və vəra’ sahibi insan
idi. O, çox namaz qılır, çox oruc tutur və daim Qur’an tilavəti ilə məşğul olurdu. O,
yumuşaq xasiyyətli, həlim insan idi. Sadə, mötədil həyat tərzi sürmüşdü. Əbü’l-Abbas
Əhməd Düveyni məhkəmə hakimlərinin davranış qaydaları, məhkəmə intizamı və
mühakimə üsuluna dair ‚Ədəbü’l-Qəza‛ adlı əsərin müəllifi idi. Alim h. 373-cü ilin
ramazan (fevral 984) ayında vəfat etmişdi
515
.
511
İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 54.
512
Hafiz Əbu Tahir əs-Süləfi alim haqqında məlumat verərkən onun nisbəsini
[
٢ٗٝكُا
]
‚əd-Düvəni‛ kimi qeyd etmişdi.
‚Düveyn‛ şəhərinin adının orta əsr ərəbdilli tarixi mənbələrdə ‚Düvən‛ və bu şəhərə nisbənin də ‚Düvəni‛ kimi
qeyd olunduğuna rast gəlmək olur. Məsələn bax: İBN XƏLLİKAN, Vəfayatü’l-Əyan, C. I, s. 259.
513
ƏBU TAHİR İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, s. 73.
[
ٕلإُٔا ٍٞو٣ آ اُٞٞوك ءاكُ٘ا ْرؼٌٔ الا
]
. Bu hədis üçün bax: BUXARİ,
Səhih, Əzan, 13; MÜSLİM, Səhih, Səlat, 11/381; ƏBU DAVUD, Sünən, Səlat, 36/522; TİRMİZİ, Sünən, Səlat, 154/208.
514
İmam Muhəmməd ibn İdris əş-Şafi’inin (767-819) İslam hüququna dair fikir, bəyan və verdiyi fətvaları ehtiva edən
əsəridir. Bu əsər 7 cild halında nəşr edilmişdir.
515
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 252.
Əhməd ibn İshaq ibn Abbas ibn Musa ibn Cə’fər əl-Ələvi Düveyni
Şafi’i məzhəbinə mənsub hədis ravisi idi. Tiflis qazisi Hüseyn ibn Muhəmməd ibn
Bəyandan hədis dinləmişdi. Düveyndə yaşamış, burada hədis dərsləri vemişdi
516
. Ölüm
tarixi məlum deyil. Təqribən IX-X əsrlərdə yaşamışdır.
Qazi Əlaəddin Əbü’l-Fəzl Muhəmməd ibn Əbdülməcid ibn Sə’dullah Əbhəri
Şafi’i fiqhi və təfsir sahələrində dərin biliyə malik alim, ədalətli qazi kimi şöhrət
tapmışdı. Həmçinin istedadlı şair idi. İbnü’l-Fuvati onun h. 654-cü ildə (1256) Hülagü
xanın Ələmut və Quhistandakı batini-xaşxaşi yuvalarını məhv etməsinin şərəfinə
qəsidə yazdığını bildirmiş və həmin qəsidədən bəzi misraları öz əsərində qeyd
etmişdir
517
. Ölüm tarixi məlum deyil. XIII əsrdə yaşamışdır.
Əbu Bəkr Əbdürrəhman ibn Muhəmməd ibn Ələviyyə Əbhəri
Maliki məzhəbinin tanınmış fəqih və mühəddislərindən biri idi. O, ailə və nikah
hüququ sahəsində ixtisaslaşmışdı. Bu sahədə ‚Məsailü’n-Nikah‛ adlı əsər qələmə
almışdı. Nikah və ailə hüququ məsələlərində imam Malik ibn Ənəsin (/) bəyanlarını ən
gözəl şəkildə şərh edən ailmlərdəndi. Bundan başqa o, əqaid sahəsində ‚Məsailü’l-
Xilaf‛ adlı əsərin də müəllifi idi. Məşhur fəqih Əbu Səid Əhməd Qəzvini onun tələbəsi
olmuş, onun yanında hədis və fiqh oxumuşdu
518
. Əbu Bəkr ibn Ələviyyə Əbhərinin
ölüm tarixi məlum deyil. VIII-IX əsrlərdə yaşamışdır.
Həsən ibn Muhəmməd ibn Əsid Əbhəri
516
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. XLII, s.242.
517
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1088-1089. Təəssüf ki, bu qəsidəni qələmə alarkən qazi Əlaəddin
Əbhəri iki il sonra Bağdadı bundan daha dəhşətli bir aqibətin gözlədiyindən xəbərsiz olmuşdur.
518
QAZİ İ’YAZ Əbü’l-Fəzl ibn Musa əs-Səbti, Tərtibü’l-Mədarik və Təqribü’l-Məsalik, (Nşr. M. S. Naşim), s. 556, Beyrut
1998; Əbu Muhəmməd Fərhun ibn Muhəmməd İBN FƏRHUN Tunisi, Dibacü’l-Müzəhhəb fi Mə’rifəti Ə’yani-Üləmai’l-
Məzhəb, s. 556, Qahirə 1972.
Hədis ravisi idi. Əmr ibn Əli, Əbu Zur’ə ər-Razi (öl. 878) və Əbu Hatim ər-Razidən (öl.
890) hədis dinləmiş və nəql etmişdi. Həsən Əbhəri h. 293-cü ildə (906) vəfat etmişdi
519
.
Əbu Səid Əbdürrəhman ibn Əbdüləziz ibn Muhəmməd ibn Əbdüləziz Əbhəri
Şafi’i məzhəbinə mənsub mühəddis idi. Eldənizlərin hakimiyyəti illərində (1136-1225)
Azərbaycanın tanınmış hədis alimlərindən biri olan Əbu Səid Əbdürrəhman Əbhərdə
İbn Mədəkan ləqəbi ilə tanınmışdı. Hafiz Əbu Tahir əs-Süləfi İsfəhani (öl. 1181) onunla
Əbhərdə görüşüb söhbət etmiş, hədis dinləmişdi. Hafiz Əbu Tahirin qeydlərindən Əbu
Səid Əbhərinin atası və babasının da tanınmış hədis alimləri olduğu məlum olur
520
.
Alimin ölüm tarixi məlum deyi, XII əsrdə yaşamışdır.
Əbu Tahir Muhəmməd ibn Hüseyn ibn Əbu Tahir ibn Hüseyn ibn Muhəmməd ibn
Babək Əbhəri
Mühəddis idi. Bağdadda təhsil almış, burada Əbü’l-Vəqt əs-Səcizi və hafiz Əbü’l-Əla
Həsən ibn Əhməd əl-Əttardan hədis dinləmiş və hədis elmlərini öyrənmişdi. Əbu Tahir
Muhəmməd Əbhəri Anadoluya getmiş və burada hədis tədrisi ilə məşğul olmuşdu
521
.
Ölüm tarixi məlum deyil. XII-XIII əsrlərdə yaşamışdır.
Əbü’l-Məkarim Əbdülvaris ibn Əbdülmün’im Əbhəri
XI əsrdə yaşamış azərbaycanlı ədəbiyyatşünas, filoloq alim Əbü’l-Məkarim Əbhəri öz
dövrünün tanınmış ədəbiyyatşünası Əbü’l-Üla ibn Süleyman əl-Məərrinin (973-1057)
tələbələri arasından yetişmiş alimlərdən biri idi
522
. əl-Məərrinin tələbəsi olmuş digər bir
azərbaycanlı ədib isə irəlidə haqqında bəhs edəcəyimiz Əbu Zəkəriyya Yəhya Xətib
Təbrizidir. Əbü’l-Məkarim Əbhəri təhsil almaq üçün Əbhərdən Şam diyarındakı əl-
Məərrəyə getmişdi. Burada Əbü’l-Üla əl-Məərrinin yanıda ərəb ədəbiyyatı, həmçinin
sərf və nəhv elmlərinin incəliklərinə yiyələnmişdi. Təhsilini başa vurduqdan sonra
vətənə qayıdan Əbü’l-Məkarim Əbhəri burada ərəb ədəbiyyatı dərsləri vermişdi. Ədib
519
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 130.
520
ƏBU TAHİR İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, s. 95.
521
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 214.
522
Cəmaləddin Əbü'l-Həsən Əli ibn Yusif əl-QIFTİ, İnbahu’r-Ruvat ələ Ənbahi’n-Nuhat, (Nşr. M. Ə. İbrahim), C. II, s.
216, Beyrut 1986.
Fəramurz ibn Miyşə əl-Əbhəri onun tələbələrindən biri olmuşdu
523
. Alimin ölüm tarixi
məlum deyil.
Əbu Bəkr Muhəmməd ibn Abdullah ibn Muhəmməd ibn Saleh ibn Ömər ibn Həfs
Əbhəri
Maliki məzhəbinə mənsub mühəddis və fəqih idi. H. 289-cu ildə (902) anadan olmuşdu.
Hafiz Muhəmməd ibn Əbü’l-Fəvaris
524
və Əbü’l-Həsən Əli ibn Ömər Darəqutni, Əbu
Bəkr Muhəmməd ibn Abdullah Əbhərinin ‚siqa‛ ravilərdən biri, yəni əmin və mötəbər
bir şəxs olduğunu bildirmişdilər. Əbu Bəkr Muhəmməd Əbhəri hədis dinləmək üçün
İraq, Suriya və Cəzirəyə səyahət etmişdi. Hərranda Əbu Ərubə Hüseyn ibn Əbi Mə’şər
əs-Süləmi əl-Hərranidən, Bağdadda Əbu Bəkr Muhəmməd ibn Muhəmməd əl-Bağəndi,
Əbü’l-Qasım əl-Bəğəvi, Abdullah ibnü’l-Hələbi, Muhəmməd ibn Xureym əl-Üqeyli,
Muhəmməd ibn Təmmam əl-Bəhrani, Əbu Bəkr Abdullah ibn Əbu Davud əs-
Sicistanidən, Kufədə Abdullah ibn Zeydan əl-Bəcəli, Əbu Cə’fər Muhəmməd ibn
Hüseyn Əşnanidən hədis dinləmişdi. İbrahim ibn Müxəllid, onun oğlu İshaq ibn
İbrahim ibn Müxəllid, Əhməd ibn Əli əl-Bada, Əbu Bəkr Əhməd ibn Muhəmməd əl-
Birqani, Muhəmməd ibnü’l-Mə’mun əl-Ənbari, Qazi Əbü’l-Qasım ət-Tənuxi, Əbü’l-
Həsən Əli ibn Ömər Darəqutni, qazi Əbu Bəkr Muhəmməd ibn Təyyib əl-Baqqilani (öl.
1013), Əbu Muhəmməd Hüseyn ibn Əli əl-Cəvhəri də ondan hədis dinləmiş və nəql
etmişdilər. Abbasi sarayı tərəfindən qazilik vəzifəsi təklif olunsa da Əbu Bəkr
Muhəmməd Əbhəri bundan imtina etmiş və tədrislə məşğul olmağa üstünlük vermişdi.
Onun dərslərində xüsusilə Əndəlüs və şimali Afrikadan gələn tələbələr çoxluq təşkil
edirdilər. Alim hədis və maliki fiqhi sahəsində bir çox əsərlərin müəllifi idi. Onun
əsərlərindən bəziləri imam Malik ibn Ənəsin
(
/
)
fiqhə dair bəyanlarının şərhinə həsr
olunmuşdu. O, hədis və fiqh sahəsindəki dərin biliyi ilə bütün İslam coğrafiyasında
tanınmışdı. ‚Şərhu-Müxtəsəri’s-Səğir‛ və ‚Şərhu-Müxtəsəri’l-Kəbir‛ onun qələmə
523
Yenə orada.
524
Əbü’l-Fəth Muhəmməd ibn Əhməd ibn Muhəmməd ibn Fars ibn Əbu Fəvaris Səhl Bağdadi (947-1021) yaşadığı
dövrün məşhur mühəddislərindən biri, həmçinin fiqh və bioqrafiya üzrə böyük mütəxəssis idi.
aldığı məşhur əsərlərdir
525
. Onun qələmindən çıxmış digər bir əsər isə ‚Kitabu-Üsuli’l-
Fiqh‛dir. Bu əsər X əsrdə maliki məzhəbi üzrə fiqh üsulu sahəsində yazılmış iki
əsərdən biridir
526
. Bundan başqa alim ‚Rədd ələ’l-Muzəni fi Sələsin Məsail‛ və ‚Fəzlü’l-
Mədinə ələ Məkkə‛ adlı əsərlərin də müəllifi idi
527
. Əbu Bəkr Muhəmməd Əbhəri
mömin, fəzilətli, abid, zahid və saleh insan idi. Elmi tədqiqat və tədris xaricindəki
vaxtının çoxunu ibadət və zikrlə keçirirdi. Alim h. 375-ci il şəvval ayında (fevral 986)
Bağdadda vəfat etmişdi
528
.
Şeyx Hüccətəddin Əbu Talib Əbdulmuhsin ibn Əbi’l-Umeyd ibn Xalid ibn
Əbdulğəffar ibn İsmayıl əl-Xəfifi Əbhəri
Şafi’i məzhəbinə mənsub fəqih idi. H. 556-cı ildə (1161) anadan olmuşdu. İsfəhan,
Bağdad, Dəməşq və Qahirədə təhsil almış, bu şəhərlərin tanınmış mühəddislərindən
hədis dinləmişdi. Fəxrəddin əl-Bəvqaninin tələbəsi olmuşdu. O, abid, zahid, doğru
sözlü insan kimi tanınmışdı. Çox zikr edər və təhəccüd namazı qılardı. Bir müddət
Məkkədə mücavir olaraq qalmışdı. Şeyx Hüccətəddin Əbhəri 624-cü ilin səfər ayında
(fevral 1227) vəfat etmişdi
529
.
Əbü’l-Həsən Übeydullah ibn Muhəmməd ibn İshaq ibn Mundə Əbhəri
Mühəddis idi. H. 384-cü ildə (994) anadan olmuşdu. Atası Əbu Cə’fər Muhəmməd
Əbhəridən və yaşadığı dövrün hədis alimlərindən dərs almışdı. Əbü’l-Həsən
Übeydullah Əbhəri h. 462-ci ildə (1070) vəfat etmişdi
530
.
Muhəmməd ibn Mə’ruf ibn Musa Əbhəri
525
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 48-49; MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. VI, s. 107-108.
526
Tərhib ibn Rübey’an əd-DƏVSƏRİ, ‚Keşfü’z-Zünun, İzahu’l-Meknun ve Hediyyetü’l-Arifin’de Zikri Geçen Maliki
Usul Eserleri‛, (Trc. M. Gökalp), FÜİFD, C. XIII/1, s. 338, Elazığ 2008. X əsrdə maliki məzhəbi fiqhi üzrə üsul
sahəsində qələmə alınmış ikinci əsər Əbü’l-Fərəc Əmr ibn Muhəmməd əl-Leysi əl-Bağdadinin (öl. 943) ‚Lüma’ fi
Üsuli’l-Fiqh‛ adlı kitabıdır.
527
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 455.
528
SƏM’ANİ, həmin əsər, C. I, s. 48-49; MƏQRİZİ, həmin əsər, C. VI, s. 107-108; İBN FƏRHUN, Dibacü’l-Müzəhhəb, 232-
234; QAZİ İ’YAZ, Tərtibü’l-Mədarik, s. 551-552.
529
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s. 504.
530
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 305.
Hədis ravisi idi. Əbu Əhməd Muhəmməd ibn Yusif və Əbu Cə’fər əl-Bağdadidən hədis
dinləmişdi. Yəməndə yaşamış, burada hədis dərsləri vermişdi
531
. Ölüm tarixi məlum
deyil. Təqribən X-XI əsrlərdə yaşamışdır.
Əbu Muhəmməd Abdullah ibn Əhməd ibn Muhəmməd ibn Cəvlə Əbhəri
Mühəddis və ədib idi. Əbu Əmr Əhməd ibn Muhəmməd ibn Həkim, Abdullah ibn
Muhəmməd ibn İsa əl-Xəşşab, Muhəmməd ibn Muhəmməd ibn Yunis əl-Qəzzal əl-
Əbhəri və Əbu Əli Əhməd ibn Əli əl-Əbhəridən hədis və ədəbiyyat dərsləri almışdı.
Onun tələbələri arasından məşhur alimlər çıxmışdı. Bunlardan Əbdürrəhman ibn Əbi
Abdullah ibn Mundə, Mahmud ibn Cə’fər əl-Kəvsəc, Qasım ibn Fəzl ibn Əhməd əs-
Səqəfinin adını çəkmək olar
532
. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Əbdürrəhman ibn Ömər Əbhəri
XIV əsrdə yaşamış mühəddis idi. Həyatı haqqında ətraflı məlumat mövcud deyil.
‚Mişkatü’l-Ənvar fi Ənvai’ Ülumü’s-Sünnə və’l-Asar‛ adlı əsərini h. 730-cu ildə (1330)
yazıb başa çatdırmışdı
533
. Ölüm tarixi məlum deyil.
Qazi Əbu Abdullah Muhəmməd ibn Əhməd Əbhəri
XIII əsrdə yaşamış şafi’i məzhəbinə mənsub fəqih və filoloq idi. Həyatı haqqında ətraflı
məlumat mövcud deyil. ‚Kafiyyətü’n-Nühuz fi Məsailü’l-Əruz‛ və ‚Ləvamiü’l-Vəsail
fi Mətalii’r-Rəsail‛ adlı əsərlərin müəllifi olan qazi Əbu Abdullah Əbhəri h. 683-cu ildə
(1274) vəfat etmişdi
534
.
Şeyx İmadəddin Əbu Muhəmməd Həsən ibn Muhəmməd Əbhəri
531
İBN HƏCƏR, Lisanü’l-Mizan, C. V, s. 297.
532
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 85.
533
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 102.
534
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 102.
Şeyx İmadəddin Əbhəri ‚Zəmhərir‛
535
ləqəbi ilə tanınmışdı. Hülagü xan Bağdadı işğal
etdiyi vaxt (1258) o, da bu şəhərdə idi. İşğaldan sonra Olcaytu xatunun
536
yaxın
adamlardan birinə çevrilmişdi. Şeyx İmadəddin Əbhəri h. 672-ci ildə (1273) filosof
Nəsirəddin Tusinin (öl. 1274) vasitəçiliyi və istəyi ilə Bağdaddıkı əl-Xilatiyyə təkkəsinin
şeyxliyinə təyin olunmuşdu. Onun bu vəzifəyə təyin olunması üçün şeyx Şəmsəddin
Muhəmməd ibn Sə’d əl-Yəzdi bu vəzifədən azad edilmişdi. Şeyx İmadəddin təqribən
678-ci ildə (1279) ölmüşdür
537
.
Şeyx İmadəddin Əbdüləziz Əbhəri
Öz dövrünün tanınmış mühəddis və hənəfi fəqihlərindən idi. Əfqanıstanın Herat
şəhərində Sultaniyyə və Şahrux Mirzə mədrəsələrində dərs vermişdi. Eyni zamanda
Heratdakı İxlasiyyə xanəgahının şeyxi idi. Heratda tədris və tədqiqatla məşğul olan
şeyx İmadəddin Əbhəri müasiri olan məşhur özbək dövlət xadimi və şairi Nizaməddin
Əlişir Nəvayinin ‚Məşkutü’l-Məsabih‛ adlı əsərinə şərh yazmışdı. Heratın şah İsmayıl
Xətai tərəfindən zəbt edilməsindən
538
sonra şeyx Əbdüləziz Əbhəri ona göstərilən
təzyiqlərdən yaxa qurtarmaq üçün Heratı tərk edərək Sind vilayətinə
539
getmişdi.
Sinddə Kahan adlı kiçik bir qəsəbədə məskunlaşan şeyx Əbdüləziz Əbhəri burada
tədris fəaliyyətini davam etdirmişdi. Alim bu qəsəbədə h. 928-ci ildə (1522) vəfat
etmişdi
540
.
Əbu Bəkr Muhəmməd ibn Əli ibn Muhəmməd ibn Cəvlə Əbhəri
535
Zəmhərir *ه٣هٜٓو]-ərəbcədə qışın ən soyuq çağlarına verilən addır. Bu adla adətən 21 dekabrdan-31 yanvara
qədərki qış günləri nəzərdə tutulur. Bax: Şəmsəddin SAMİ, Qamusi-Türki, s. 687, (Nşr. Ö. F. Akün), İstanbul 1998;
Abdullah YEĞİN, Yeni Lugat, s. 786, İstanbul 1992. Azərbaycanda, xalq arasında, buna ‚böyük çillə‛ də deyilir.
536
Olcaytu xatun-Hülagü xanın arvadlarından biridir. Birinci əri Mengli Teymur öləndən sonra moğol adətlərinə
görə onun yaxın qohumu Hülagü xana ərə verilmişdi. Bax: Rəşidəddin Fəzlullah, Cəmiü’t-Təvarix, C. I, s. 95, (Trc. L.
Xetaqurov), Leninqrad 1952.
537
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 711-712, 813-814.
538
Herat 2 dekabr 1510-cu ildə Şeybanilərlə Səfəvilər arasında baş vermiş Mərv döyüşündən sonra şah İsmayıl
tərəfindən zəbt edilmişdi.
539
Sind-indiki Pakistan ərazisində yerləşən böyük bir vilayət idi.
540
HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 370; Hacı Xəlifə KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun ən Əsami’l-Kütb və’l-Fünun, C. II, s.
874, İstanbul 1311. Katib Çələbi alimin adını ‚Əbdüləziz ibn Muhəmməd ibn Əbdüləziz əl-Əbhəri‛ olaraq qeyd
etmişdir.
Mühəddis idi. Yuxarıda həqqında məlumat verdiyimiz Əbu Muhəmməd Abdullah
Əbhərinin əmisi oğlu olan Əbu Bəkr Muhəmməd, hafiz Əbu Bəkr Əhməd ibn Musa ibn
Mərduyə və Əbu Abdullah Muhəmməd ibn İbrahim əl-Yəzdi əl-Cürcani kimi hədis
alimlərinin tələbəsi olmuşdu. Əbu Bəkr Muhəmməd Əbhəri təhsilini başa vurduqdan
sonra hədis elmləri sahəsində tədrislə məşğul olmuşdu. Əbu Sə’d Əhməd ibn
Muhəmməd Bağdadi, Əbu Mübarək Əbdüləziz ibn Muhəmməd əl-Adəmi Şirazi, Əbu
Tahir Əhməd əs-Süləfi İsfəhani, hafiz Əbu Məs’ud Əbdülcəlil Kütah kimi hədis alimləri
Əbu Bəkr Muhəmməd Əbhərinin tələbəsi olmuşdular
541
. Ölüm tarixi məlum deyil. XI-
XII əsrlərdə yaşamışdır.
İbrahim ibn Yəhya ibn Həkəm əl-Hüzuri Əbhəri
Hədis ravisi idi. Hafiz Əbu Davud Süleyman Təyalisi (öl. 819) və Bəkir ibn Bəkkar kimi
mühəddislərdən hədis dinləmiş və nəql etmişdi. Oğlu Muhəmməd ibn İbrahim
atasından hədis dinləmiş və nəql etmişdi
542
. Ölüm tarixi məlum deyil. VIII-IX əsrlərdə
yaşamışdır.
Əbu Cə’fər Əhməd ibn Muhəmməd ibn Mərzban ibn Azər Əbhəri
Maliki məzhəbinə mənsub mühəddis idi. Əbu Cə’fər Muhəmməd ibn İbrahim əl-
Hüzuri Əbhərinin tələbəsi olmuş, ondan hədis dinləmişdi. Əbü’l-Qasım Əbdürrəhman
ibn Mundə, Mütəhhər ibn Əbdülvahid əl-Bəzzani, Əbu Bəkr Muhəmməd ibn Əhməd
ibn Macə, Əbu Bəkr Muhəmməd ibn Ömər Tehrani ondan hədis dinləmiş və hədis
elmlərini öyrənmişdilər
543
. Ölüm tarixi məlum deyil. Təqribən X-XI əsrlərdə yaşamışdır.
Müqais ibn Əmr ibn Kə’b ibn Sə’d ibn Zeyd Mənat ibn Təmim Əbhəri
Maliki məzhəbinə mənsub fəqih idi. Əbu Ərubə Hüseyn əl-Hərrani, Muhəmməd ibn
Ömər əl-Bağəndi, Muhəmməd ibn Hüseyn əl-Əşnani, Abdullah ibn Zeydan Kufi, Əbu
Bəkr ibn Əbu Davuddan hədis dinləmişdi. İbrahim ibn Müxəllid, onun oğlu İshaq ibn
541
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 86.
542
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 341.
543
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 426.
İbrahim ibn Müxəllid, Əbu Bəkr Birqani, Əbü’l-Qasım ət-Tənuxi, Əbu Muhəmməd əl-
Cəvhəri ondan hədis dinləmiş və nəql etmişdilər. Maliki fiqhinə dair qiymətli əsərlərin
müəllifi idi. Müqais ibn Əbhəri abid, zahid, vəra’ sahibi şəxs idi. Ona Bağdad qaziliyi
vəzifəsi təklif olunmuş, lakin o, imtina etmişdi. Alim h. 289-cu ildə (902) anadan olmuş,
h. 375-ci il şəvval ayında (fevral 986) Bağdadda vəfat etmişdi
544
.
Əbu Abdullah Muhəmməd ibn Əbdürrəhman ibn Muhəmməd ibn Əbdürrəhman
ibn Müslüm Əbhəri
Maliki məzhəbinə mənsub mühəddis və fəqih idi. Misirdə Əbü’l-Bərəkat Hüseyn ibn
Yəhya ibn Əbi Mərağədən hədis dinləmiş və hədis elmlərinə dair bilikləri öyrənmişdi.
Fəqih Əbü’l-Fəth Nəsr ibn İbrahim əl-Məqdisi ondan hədis dinləmişdi. Dəməşqə getmiş
və burada hədis dərsləri vermişdi. Dərslərində tələbələrə əsasən imam Müslümün
‚Səhih‛ adlı hədis külliyatını oxudurdu. Alim h. 3 rəbiəlaxir 472-ci ildə (1 oktyabr 1079)
Dəməşqdə vəfat etmişdir
545
.
Əbu’r-Rəşid Əhməd ibn Muhəmməd əl-Xəfifi Əbhəri
Hədis ravisi idi. Bağdadda yaşamış, burada Zahir ibn Tahir əş-Şəhhamidən hədis
dinləmişdi. Süleyman ibn Muhəmməd əl-Məvsili ondan hədis dinləmişdi
546
. Ölüm
tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Seyfəddin Əhməd Əbhəri
XV əsrdə yaşamış hənəfi məzhəbinə mənsub fəqih və mütəkəllim idi. O, fiqh və kəlam
elmlərinə dair bir sıra əsərlərin müəllifi idi. ‚Haşiyə ələ Şərhi Müxtəsəri’l-Müntəha‛,
‚Haşiyə ələ Şərhi Müntəxasi Sual və’l-Əməl‛, ‚Şərhu Müxtəsər fi İlmi’l-Əxlaq‛,
‚Məvahibü’r-Rəhman fi Məzhəbi’n-Nu’man‛, ‚Haşiyə Şərhü’l-İşarat li’t-Tusi‛ adlı
əsərlər Seyfəddin Əhməd Əbhərinin qələmindən çıxmışdı. Bu əsərlərin əlyazma
nüsxələri Türkiyənin Diyarbəkir İHK, Çorum Həsən paşa İHK, Manisa İHK və Ankara
544
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 69.
545
MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. VI, s. 46; Hibətullah ibn Əhməd ƏKFANİ, Zeylu-Zeyl Tarixi-Məvlidi’l-Üləma və
Vəfayatihim, (Nşr. A. Həməd), s. 10, Riyad 1409.
546
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 707.
Milli kitabxanasında saxlanılır. Seyfəddin Əhməd Əbhərinin ölüm tarixi h. 800-cü
(1397) ildən sonraya təsadüf edir.
Şihabəddin Əhməd ibn Muhəmməd Əbhəri
XV əsrdə yaşamış dilçi alim idi. Onun ərəb dilinin qrammatikasına dair qələmə aldığı
‚Şərhu Müqəddimətü’l-Əcurrumiyyə‛
547
adlı əsərinin əlyazma nüsxələrindən biri
Ankara Milli kitabxanada saxlanılır. Şihabəddin Əhməd Əbhəri h. 800-860-cı (1398-
1456) illərdə yaşamışdır.
Dostları ilə paylaş: |