Əbu Muhəmməd Cə’fər ibn Muhəmməd ibn Cə’fər Ərdəbili
Hədis ravisi idi. Bağdadda hafiz Nəsr Ərdəbilidən hədis dinləmiş və nəql etmişdi. H.
342-ci ildə (953) hədis dərsləri almaq üçün İsfəhana getmişdi. Hafiz Əbu Bəkr Əhməd
ibn Musa ibn Mərduyə ondan hədis dinləmiş və dinlədiyi hədisləri qeyd etmişdi
622
.
Ölüm tarixi məlum deyil. X əsrdə yaşamışdır.
Əbü’l-Hüseyn Yaqub ibn Musa Ərdəbili
Bağdadda yaşamış siqa hədis ravilərindən idi. Əhməd ibn Tahir ibn Nəcm Miyanəci,
Səid ibn Əmr Bərdəi, Əbu Zur’ə Razidən hədis dinləmiş və nəql etmişdi. Əbü’l-Həsən
Əli ibn Ömər Darəqutni, Əbu Bəkr əl-Birqani ondan hədis dinləmişdilər. Əbü’l-Həsən
Yaqub Ərdəbili əs-siqa, əmin və mötəbər hədis ravisi idi. O, fəzilət sahibi, şafi’i fiqhini
dərindən bilən alimlərdən idi. Alim h. 381-ci ilin rəbiəlaxir ayında (iyun 991) Bağdadda
vəfat etmişdi
623
.
İbrahim ibn Muhəmməd ibn Əbdürrəhman ibn Vəsiq Ərdəbili
Azərbaycan Atabəyləri dövrünün (1136-1225) məşhur qarilərindən biri, həmçinin şafi’i
fəqihi idi. H. 567-ci ildə (1172) anadan olmuşdu. Əbu’r-Rəbyi’ Süleyman ibn Zərqun,
Əbu İdris əl-Xəulani kimi alimlərin tələbəsi olmuş, onlardan icazət (diplom) almışdı.
621
DE SLAEN, həmin əsər, s. 242.
622
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 68; ƏBU NUEYM İSBƏHANİ, Zikr Əxbaru-İsbəhan, C. I, s. 250.
623
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 68; İzzəddin Əli İBNü’l-ƏSİR, Lübab fi Təhzibü’l-Ənsab, C. I, s. 41, Bağdad (trz).;
ŞİRAZİ, Təbəqatü’l-Füqəha, s. 45; XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. XIV, s. 295.
İmad ibn Zəhran əl-Məvsili, Sur ibn Zuheyr əl-Kufti kimi dövrün tanınmış qariləri
onun tələbəsi olmuşdular. İbrahim Ərdəbili h. 654-cü ilin rəbiəlaxir ayında (may 1256)
Misirin İsgəndəriyyə şəhərində vəfat etmişdi
624
. Ehtimal ki, alim moğolların dağıdıcı
hücumları vaxtı Azərbaycanı tərk edib Məmlüklər ölkəsinə getmişdi.
Mövlana Kəmaləddin Hüseyn ibn Əbdülhəqq Ərdəbili
Osmanlı dövlətində yaşamış hənəfi məzhəbinə mənsub fəqih və mütəkəllim idi.
Cəlaləddin Dəvvaninin tələbəsi olmuş və ustadının ‚Risalə fi İsbati’l-Vacib‛ adlı əsərinə
şərh yazmışdı. Bundan başqa o, ‚Haşiyə ələ Təcridi’l-Kəlam‛
625
, ‚Haşiyətü’l-Haşiyə ələ
Şərhi Mətailü’l-Ənvar‛, ‚Haşiyə ələ Şərhu Müntəhaü’s-Sual‛
626
, ‚Haşiyə ələ Şərhi’t-
Təcridi’l-Əqaidi’l-Cədid‛
627
adlı əsərlərin də müəllifi idi. Mövlana Hüseyn Ərdəbili h.
950-ci ildə (1543) vəfat etmişdi
628
. Onun müəllifi olduğu ‚Şərhu Risalə fi İsbati’l-
Vacib‛in əlyazma nüsxələri Türkiyənin Ankara Milli kitabxanasında, Kastamonu İHK
və Kütahya Vahid paşa İHK-də saxlanılır. ‚Haşiyə ələ Şərhi’t-Təcridi’l-Əqaidi’l-
Cədid‛in bir nüsxəsi isə Manisa İHK mövcuddur.
Əbu İmran Musa ibn Bədəl Ərdəbili
Mühəddis idi. H. 479-cu ildə (1086) Nişapura gəlmiş və buradakı alimlərdən hədis
dərsləri almışdı. Onun hədis dinlədiyi alimlərdən biri də Zahir ibn Tahir əş-Şəhhami
idi
629
. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Şeyx Rüknəddin Əbu Yəzid Muhəmməd ibn Əhməd ibn Muhəmməd ibn Hilal ibn
İbrahim Ərdəbili
624
İBN HƏCƏR, Lisanü’l-Mizan, C. I, s. 78.
625
‚ət-Təcrid fi İlmü’l-Kəlam‛ və ya qısaca ‚Təcridü’l-Kəlam‛ Nəsrəddin Tusinin (öl. 1274) əsəridir.
626
‚Müntəhaü’s-Sual və’l-Əməl‛ İbn Hacib Düveyninin fiqh üsuluna dair əsəridir. Əzudəddin əl-İci bu əsərə şərh
yazmışdır. Kəmaləddin Ərdəbili isə bu şərhə haşiyə yazmışdır.
627
‚Təcridü’l-Əqaid‛, ‚Təcridü’l-Kəlam‛ Nəsrəddin Tusinin (öl. 1274) əsərləridir. Cəlaləddin Dəvvani bu əsərlərə
şərh yazmışdır.
628
KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. I, s. 1037; NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 393.
629
SEYRƏFİNİ, Müntəxəb, s. 497.
Şafi’i məzhəbinə mənsub fəqih idi və künyəsi Bayəzid (Əbu Yəzid) ilə Qahirədə məşhur
olmuşdu. Təqribən h. 801-ci ildə (1399) Ərdəbildə anadan olmuşdu. Şəmsəddin
Səxavinin qeydlərinə görə Rüknəddin Muhəmməd Ərdəbili uzun boylu, iri cüssəli və
sağlam bədənli şəxs olmuşdur. İlk təhsilini vətənində almış, Mövlana Mahmud əl-
Mərzbanidən ərəb dilini öyrənmişdi. Daha sonra Anadoluya gedərək Sivasdakı
mədrəsələrdən birində təhsil almış, Əfzələddin İznikinin
630
tələbəsi olmuş, ondan hənəfi
fiqhini və fiqh üsulunu öyrənmişdi. Muhəmməd əl-Əyzcanidən isə kəlam dərsləri
almışdı. Daha sonra Osmanlı ölkəsinə getmiş və Şəmsəddin əl-Fənarinin
631
tələbəsi
olmuşdu. Onun yanında ‚Şərhü’l-Məvaqif‛
632
, ‚Şərhü’l-Məqasid‛
633
və ‚Kəşşaf‛
634
adlı
əsərləri oxumuşdu. Daha sonra Anadoludan Misirə getmiş və Qahirədə Bərquqiyyə
mədrəsəsində İbn Həcər əl-Əsqəlaninin
635
(öl. 1449) tələbəsi olmuşdu. Rüknəddin
Muhəmməd Ərdəbili təhsilini başa vurduqdan sonra bir müddət Qahirədəki Qövsiyyə
mədrəsəsində dərs vermişdi. Daha sonra Misir Məmlüklü sultanı Zahir Seyfəddin
Çaxmaq (1438-1453) onu Fələstinin əl-Xəlil şəhərindəki Məscidi-Xan mədrəsəsinə
müəllim təyin etmişdi. Lakin müdərris İbnü’l-Xeyr əz-Zəftavi həsədi səbəbiylə
Rüknəddin Muhəmməd Ərdəbili ilə yola getməmiş və alim bu mədrəsəni tərk etmişdi.
Rüknəddin Muhəmməd Ərdəbili fiqh və digər elm sahələrinə dair bir sıra əsərlərin
müəllifi idi. Bunlardan ‚Təhrirü’l-Fətəva fi Şərhü’l-Havi‛, ‚Mürşidü’l-İbad fi’l-Əvqat
və’l-Əvrad‛
636
, ‚Şərhü’l-Minhəcü’l-Əsli‛, ‚Şərhü’l-Havi‛ və ‚Şərhü’l-Məsabihü’s-
630
Əfzələddin Fəzlullah ibn Hüseyn əl-Hənəfi İzniki Osmanlı imperatorluğunun tanınmış alimlərindən biri olmuşdu.
631
Şəmsəddin Fənari əfəndi Osmanlı dövlətinin ilk şeyxülislamı olmuşdur (1424-1431). Onun nəvəsi Muhyəddin
Fənarizadə isə 1543-1545-ci illərdə Osmanlı dövlətinin 14-cü şeyxülislamı olmuşdur.
632
Bu əsər Seyyidü’ş-Şərif Əli Cürcaninin əsəridir. Seyyidü’ş-Şərif Əbü’l-Həsən Əli ibn Muhəmməd ibn Əli Cürcani
(1340-1413) İranın Əstərabad (Cürcan) şəhərində dünyaya gəlmişdi. Hənəfi məzhəbinə mənsub fiqh, kəlam və təfsir
alimi idi. Onun qələmə aldığı əsərlərdən biri də Əzudəddin əl-İcinin kəlam elminə dair ‚əl-Məvaqif‛ adlı əsərinə
yazdığı şərhdir. Bu şərh o qədər gözəl və anlaşılan üslubda yazılmışdı ki, ‚Şərhü’l-Məvaqif‛ adı ilə əsərin özündən
daha məşhur olmuşdu.
633
‚Şərhü’l-Məqasid‛ Sə’dəddin Təftazaninin öz əsərinə yazdığı şərhdir. ‚əl-Məqasid‛ Sə’dəddin Təftazani
tərəfindən kəlam elminə dair qələmə alınmış əsərlərdən biridir. Sə’dəddin Məs’ud ibn Ömər Təftazani (1322-1390)
əslən Xorasanın Təftazan qəsəbəsindəndir. Əzudəddin əl-İcinin tələbəsi olmuş, ‚əl-Məqasid‛i də ustadının ‚əl-
Məvaqif‛i üslubunda qələmə almışdı.
634
‚əl-Kəşşaf ən Həqaiqü’t-Tənzil‛-Carullah Əbü’l-Qasım Mahmud ibn Ömər Zəməxşərinin (öl. 1144) məşhur
Qur’ani-Kərim təfsiridir. Zəməxşər qəsəbəsi Xarəzmdə, indiki Özəbəkistanın Xivə və Urgənc şəhərləri yaxınlığında
yerləşirdi. Carullah Zəməxşəri əməldə hənəfi, etiqadda mö’təzilə məzhəbinə mənsub idi. ‚Kəşşaf‛dan başqa bir çox
əsərin müəllifidir.
635
Şihabəddin Əbü’l-Fəzl Əhməd ibn Əli ibn Muhəmməd ibn Həcər Əsqəlani (öl. 1449) mühəddis, bioqraf və tarixçi.
Əslən Fələstinin Əsqəlan (indi İsrailin işğalı altındadır və Aşkelon adlanır) şəhərindəndir.
636
BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 97; C. II, s. 297.
Sünnə‛ni sadalamaq olar
637
. O, bir müddət Misir Məmlüklü dövlətində məmur olmuş,
daha sonra Misirdən Hindistana getmişdir
638
. Alimin müasiri olan Şəmsəddin Səxavi
Hindistana gedəndən sonra ondan heç bir xəbər alınmadığını qeyd etmişdir. Təvəllüd
tarixini və müasiri olan insanların ölüm tarixlərini nəzərə alaraq alimin XV əsrin
sonlarında vəfat etdiyini deyə bilərik.
Şeyx Bədrəddin Muhəmməd ibn Bədəl ibn Muhəmməd ət-Təbrizi Ərdəbili
Şafi’i məzhəbinə mənsub qari və Qur’an hafizi idi. Bədrəddin Təbrizi ərəb dili və
ədəbiyyatı üzrə də dərin biliyə malik alimlərdən idi. O, Əbu Muhəmməd Şatıbinin
qiraət və təcvidə dair ‚Qayətü’n-Nihayə‛, Nasirəddin Bəyzavinin fiqh üsuluna dair
‚Minhəcü’l-Vüsul‛, kəlam elminə dair ‚Təvaliü’l-Ənvar‛ və hədis elmlərinə dari
‚Şərhu-Məsabihü’s-Sünnə‛ adlı əsərlərini dərindən bilirdi. Misirdə onun dərslərinə
izdihamlı tələbə kütləsi toplaşırdı. Ölüm tarixi məlum deyil. XV əsrdə yaşamışdı
639
.
Qazi Əbu Əmr Məs’ud ibn Əli ibn Hüseyn ibn İshaq Ərdəbili
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. İbnü’l-Mülhi adı ilə tanınan qazi Əbu
Əmr Məs’ud Ərdəbili h. 10 məhərrəm 421-ci ildə (17 yanvar 1030) anadan olmuşdu. O,
təhsil almaq üçün Dəməşqə getmiş, bu şəhərdə Əbu Cə’fər ibnü’l-Məsləmə, onun oğlu
Əbu Əli ibnü’l-Məsləmə, Əbu Əli ibn Vəşşah, Əbü’l-Qənaim ibnü’l-Mə’mun, Əbü’l-
Qasım Yusif ibn Muhəmməd əl-Mehrvanidən hədis dinləmiş və nəql etmişdi. Nəsr ibn
İbrahim ondan hədis dinləmiş və nəql etmişdi. Bundan başqa qazi Əbü’l-Müfəzzəl
640
,
Əbü’l-Fəth Nəsrullah ibn Muhəmməd, Əbu Muhəmməd ibn Tavus
641
, hafiz Əbu Tahir
Əhməd əs-Süləfi İsfəhani
642
ondan hədis nəql etmişdilər. Qazi Əbu Əmr Məs’ud
Ərdəbili Rəvvadilərin hakimiyyəti dövründə bir müddət Ərdəbil şəhərinin qazisi
olmuşdu. Təvəllüd tarixi məlum olsa da ölüm tarixini müəyyən etmək mümkün
637
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 108.
638
SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 421.
639
SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 454. Burada adı çəkilən alimlər və əsərləri haqqında irəlidə ətraflı məlumat
veriləcəkdir.
640
Bu şəxs İbn Əsakirin babası idi.
641
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVIII, s. 11-12; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 223-224.
642
Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, s. 341,
www.balligho.com
olmamışdır. XI əsrdə yaşamışdır. Nəql silsiləsində Əbu Əmr Məs’ud Ərdəbilinin də
olduğu hədislərdən biri aşağıdakıdır:
Abdullah ibn Abbas (ا) dedi: Bir gecə xalam Maymunənin
643
yanında qaldım. Allah
Rəsulu (م) yatdı. Gecə yarısı oyanıb dəstəmaz aldı, səkkiz rəkat namaz qıldı, sonra üç
rəkat vitr namazı qıldı, sonra yerinə uzandı. Daha sonra qalxıb iki rəkat namaz qıldı,
sonra (məsciddə camaata sübh namazının fərzini qıldırmaq üçün evdən) çıxdı
644
.
Hafiz Əbu Tahir əs-Süləfi İsfəhani Ərdəbildə qazi Əbu Əmr Məs’udla görüşmüş və
onunla həmsöhbət olmuşdu. Hafiz Əbu Tahir öz əsərində qazi Əbu Əmr Məs’uddan
dinlədiyi aşağıdakı hədisi öz əsərində qeyd etmişdi: Əbu Hüreyrə (ا) dedi: Allah Rəsulu
(م) buyurdular ki: ‚Ey Əbu Hüreyrə, Qur’anı öyrən və insanlara öyrət. Ölümündən
sonra, insanların Kə’bəni təvaf etdiyi kimi, mələklər də sənin qərbrinin ətrafında dövr
edərlər. Əgər qiyamət günü sirat körpüsünü bir göz qırpımında keçib cənnətə daxil
olmaq istəyirsənsə, insanlara sünnəmi öyrət ki, Allahın dinində yenilik (bid’ət) peyda
edilməsin‛
645
.
Hafiz Əbü’l-Qasım Həfs ibn Ömər Ərdəbili
Yaşadığı dövrün məşhur hədis hafizlərindən biri idi. Hədis dinləmək üçün çox səyahət
etmişdi. Güclü hafizəyə malik olan Əbü’l-Qasım Ərdəbili siqa, yəni mötəbər hədis
ravisi idi. Əbu Hatim Razi, Yəhya ibn Əbu Talib, Əbu Qilabə Əbdülməlik ibn
Muhəmməd Rəqaşi, İbrahim ibn Dəyzildən hədis dinləmişdi. Əhməd ibn Tahir
Miyanəci, Yəhya ibn Muhəmməd əl-Cə’davi, Əhməd ibn Əli ibn Lal və başqaları da
643
Maymunə bint Haris-Allah Rəsulunun (م) xanımlarından idi.
644
İbn Əsakir bu hədisi öz əsərində qeyd edəndən sonra hafiz Əbu Həfs Ömər İbn Şahinin (öl. 995).bu hədisin qərib
hədis, yəni ravisinin hədisin nəqlində tək qaldığı hədislərdən biri, olduğunu dediyini də qeyd etmişdir. Bax: Tarixu-
Mədinəti-Diməşq, C. LVIII, s. 12. Abdullah ibn Abbasdan (ا) bununla eyni mövzuda olub və demək olar ki, eyni
mənanı ifadə edən başqa bir hədis külliyatlarda qeydi olunmuşdur. Məsələn: BUXARİ, Səhih, Kitabü’l-Vitr, Nr. 2;
İMAM MALİK, Muvatta’, Namaz/Təhəccüd, Nr. 11; MÜSLİM, Səhih, Müsafir Namazı/Təhəccüd, Nr. 763. (ٕأ كثػ ٖت الله
ياثػ ٙهثـأ ك٘ػ حِ٤ُ خات ٚٗأ ٢ثُ٘ا ضٝو حٗٞٔ٤ٓ ضهػ ٢ك دؼعطظاك ٍاه ٚرُاـ ٢ٛٝ صلى الله عليه وسلم صلى الله عليه وسلم الله ٌٍٞن غعطظاٝ جقاٌُٞا الله ٠ِص الله ٌٍٞن ّا٘ك اُٜٞغ ٢ك ِٚٛأٝ
َ٤ِوت ٙكؼت ٝأ َ٤ِوت ِٚثه ٝأ َ٤ُِا قصرٗا الئ ٠رؼ ٌِْٝ ٚ٤ِػ ٚ٤ِػ الله ٠ِص الله ٌٍٞن عو٤رٌا ٙك٤ت ٜٚظٝ ٖػ ُّٞ٘ا ػٍٔ٣ ًِعك ٌِْٝ ٖٓ ْذاٞفُا خا٣٥ا هشؼُا أهه ْش
ّاه ْش ٕاهٔػ ٍآ جنٌٞ ٍاه ٢ِص٣ ّاه ْش ٙءٞظٝ ٍٖؼأك ٚ٘ٓ أظٞرك نِؼٓ ٖش ٠ُئ ياثػ ٖتا ْش غ٘ص آ َصٓ دؼ٘صك دٔوك الله ٌٍٞن غظٞك ٚث٘ظ ٠ُئ دٔوك دثٛل
٠ِػ ٠٘ٔ٤ُا ٙك٣ صلى الله عليه وسلم ٠ِصك اِٜرل٣ ٠٘ٔ٤ُا ٢ٗلأت مـأٝ ٢ٌأن ٠ِصك ٕلإُٔا ٙاذأ ٠رؼ غعطظا ْش هذٝأ ْش ٖ٤رؼًن ْش ٖ٤رؼًن ْش ٖ٤رؼًن ْش ٖ٤رؼًن ْش ٖ٤رؼًن ْش ٖ٤رؼًن
ٖ٤رؼًن ػثصُا ٠ِصك ضهـ ْش ٖ٤رل٤لـ ) .
645
ƏBU TAHİR İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, s. 156.
[
اَ٣
اَتَأ
َج َهْ٣ َهُٛ
،
َِِِّْػ
َياَُّ٘ا
َٕآ ْهُوُْا
ََُِّْٚٔؼَذ َٝ
،
َيَِّٗاَك
ِْٕئ
َّدُٓ
َدَْٗأ َٝ
َيَُِمًَ
ِخ َنا َو
ُحٌَِئ َلأَُْا
َى َهْثَه
أًََ
ُنا َىُ٣
ُدْ٤َثُْا
ُن٤ِرَؼُْا
،
َِِِّْػ َٝ
َياَُّ٘ا
٢ِرٌَُّ٘
ِْٕئ َٝ
اُٞٛ ِهًَ
َيَُِل
،
ِْٕئ َٝ
َدْثَثْؼَأ
َْٕأ
َقَهُٞذ
٠ََِػ
ِغا َه ِّصُا
َحَك ْهَغ
ٍْٖ٤َػ
٠َّرَؼ
ََُـْكَذ
َحََّ٘عُْا
َلاَك
ْزِكْؽُذ
٢ِك
ِٖ٣ِق
َِّللَّا
ااًشَكَؼ
َيِ٣ْأ َهِت
]
ondan hədis dinləmiş və nəql etmişdilər. Əbü’l-Qasım Həfs Ərdəbili hədis elminə dair
bir sıra əsərlərin müəllifi idi. Alim h. 339-cu ildə (950) vəfat etmişdi
646
.
Şəmsəddin Zəhəbi nəql silsiləsində hafiz Əbü’l-Qasım Həfs Ərdəbilinin də olduğu bir
hədisi ‚Siyər‛ində qeyd etmişdir: Ənəs ibn Malik (ا) dedi: Rəsulullah (م) belə dua etdi:
‚Allahım, məni yoxsul yaşat, yoxsul olaraq canımı al və qiyamət günü yoxuslların
arasında həşr elə‛. Xanımı Ayşə (ا) belə dua etməsinin səbəbini soruşanda O, belə cavab
verdi: ‚Çünki yoxsullar zənginlərdən qırx il əvvəl cənnətə daxil olacaqlar. Ey Ayşə!
Yoxsulları sev, onlara yaxın ol ki, Allah da qiyamət günü səni cənnətə yaxın etsin‛
647
.
Şəmsəddin Zəhəbi imam Buxarinin bu hədis haqqında ‚münkər hədisdir‛
648
dediyini
qeyd etmişdir. Tirmizi isə bu hədisi öz külliyatında qeyd etsə də hədis haqqında ‚bu
qərib hədisdir‛
649
demişdir. Doğrusu bu hədisin doğruluğu, yəni uydurma olmadığı
haqda tərəddüd etməmək çətindir. Bu hədisdə yoxsulluğa, yoxsul olmağa və yoxsul
yaşamağa təşviq var. Halbuki ilk dövr müsəlmanlarının, yəni səhabənin həyatına
diqqət yetirəndə biz tamamilə başqa bir mənzərənin şahidi oluruq. Raşid xəlifələr
dövründə səhabənin mühüm əksəriyyəti böyük sərvət sahibi olmuşdular
650
. Maddi
varlıq və zənginliklərinin bu qədər artmasına baxmayaraq onların üstün insani və
əxlaqi keyfiyyətlərində bir azalma olmamışdı. Zəngin olduqları qədər əliaçıq, comərd
və alicənab idilər. Süfyan Səvrinin dediyi kimi ‚dünya malı onların qəlblərində deyil,
əllərində idi‛.
646
ZƏHƏBİ, Kitab Təzkərətü’l-Hüffaz, s. 850-851; SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. XIII, s. 65; SÜYUTİ, Təbəqatü’l-Hüffaz, s.
128; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. II, s. 235.
647
ZƏHƏBİ, Siyəru Ə’lamü’n-Nübəla, C. XV, s. 153.
[
ٖ٤ًأٍََُا ِج َهْٓ ُو ٢ِك ٢ِٗ ْهُشْؼا َٝ ،اًا٘٤ٌٍِْٓ ٢ِِ٘٤ْؼَأ ََُُِّّْٜا
........
]
. Bu hədis üçün həmçinin
bax: TİRMİZİ, Sünən, Zöhd, Nr. 2352; İBN MACƏ, Sünən, Zöhd, Nr. 4126. İbn Macənin ‚Sünən‛ində bu hədis Əbu
Səid əl-Xudridən (ا) nəql olunmuşdu.
648
Münkər hədis-Ravilərindən birinin zəif olduğu hədisdir. Daha doğrusu zəif bir ravinin siqa raviyə müxalif olaraq
nəql etdiyi hədisdir.
649
Qərib hədis-Başlanğıcda tək, sonrakı ravi təbəqələrində isə bir çox şəxs tərəfindən nəql edilmiş hədisə deyilir.
Qərib hədisin səhih, həsən və zəif olması mümkündür.
650
Məsələn bu hədisi nəql etdiyi yazılan Ənəs ibn Malik (ا) evləndiyi xanıma 4000 dirhəm (1 dirhəm=2,975 gr gümüş
pul) mehr ödəyəcək qədər varlı insan idi. Əbdürrəhman ibn Əvf (ا) vəfat edərkən qoyduğu mirasın dəyəri 3.200.000
dinar (1 dinar=4,25 gr qızıl pul) idi. Bunun 1.320.000 dinarı nəğd pul idi. Osman ibn Əffanın (ا) mirasının dəyəri
30.500.000 dirhəm idi. Əhli-beytdən imam Həsən ibn Əli ibn Əbu Talib (ا) evləndiyi bir xanıma 100 kəniz və 100.000
dirhəm mehr ödəyə biləcək qədər varlı idi. Bu insanlar zəngin olduqları qədər əliaçıq idilər. Məsələn imam Həsən
ibn Əli ibn Əbu Talib (ا) hər il 100.000 dirhəm sədəqə paylayırdı. Borc istəyən bir qohumuna 130.000 dirhəm
bağışlamışdı. Osman ibn Əffan (ا) hər cümə günü bir kölə satın alıb azad edirdi. İqta payı olan böyük bir bağı
bacanağı Əli ibn Əbu Talibə (ا) bağışlamışdı. Təlhə ibn Übeydullahda (ا) olan 50.000 dirhəm alacağını bağışlamışdı.
Əbdürrəhman ibn Əvf (ا) Təbük səfərinə gedən ordunun təchiztı üçün əmlakının yarısını bağışlamışdı. İmkansız
insanların ehtiyacı üçün 500 cins at bağışlamışdı. Daha ətraflı məlumat üçün bax: Cengiz KALLEK, Asrı-Saadette
Yönetim Piyasa İlişkisi, s. 231-281, İstanbul 1997.
Rəis Fələkəddin Əbu’n-Nəsr Cüneyd ibn İsmayıl ibn Əli ibn İsmayıl Ərdəbili
Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə (1136-1225) yaşamış dövlət xadimi və
alim idi. H. 606-cı ildə (1210) həcc ziyarətindən qayıdarkən bir müddət Bağdadda
qalmışdı. Bağdadda ikən tarixçi Əbu Abdullah Muhəmməd Dübeysi onunla
görüşmüşdü. Rəis Fələkəddin Ərdəbili tarixçi Dübeysiyə h. 535-ci ilin rəbiəlaxir ayında
(noyabr 1140) anadan olduğunu demişdi. Alim h. 615-ci ildə (1218) Ərdəbildə vəfat
etmişdi
651
.
Əbdülməlik ibn Əbdüləziz ibn Hibətullah ibn Bəndar Ərdəbili
Mühəddis idi. H. 549-cu ildə (1154) Ərdəbildə anadan olmuşdu. Əbü’l-Məali əl-Ləhhas
və Əhməd ibn Muhəmməd ər-Rəhbi kimi alimlərdən hədis dərsləri almışdı. İraqda
yaşamış, tədris və tədqiqatla məşğul olmuşdu. Əbdülməlik Ərdəbili h. 615-ci ildə (1218)
İraqın Ərbil şəhərində vəfat etmişdi
652
.
Şəmsəddin Muhəmməd ibn Əbdülkərim ibn Muhəmməd Ərdəbili
Şəmsəddin Muhəmməd Ərdəbili alim ailəsində böyümüşdü. Misir Məmlüklülərinin
tanınmış dövlət xadimlərindən miraxur Canıbək onun babasından fiqh dərsləri almışdı.
Şəmsəddin Muhəmməd Ərdəbili gənc ikən h. 886-cı ildə (1482) həcc ziyarətinə getmiş
və Məkkədə mücavir olaraq qalmışdı. Bu vaxt Məkkədəki alimlərin yanında imam
Buxarinin ‚Səhih‛ adlı hədis külliyatını oxuyub başa çatdırmışdı
653
. Şəmsəddin Səxavi
onun ölüm tarixini qeyd etməmişdir. 1480-ci illərdə tələbə olduğuna görə ehtimal ki,
Şəmsəddin Ərdəbili, Səxavidən (öl. 1497) sonra vəfat etmişdir.
Muhəmməd ibn Cəmaləddin ibn Dərviş Ərdəbili
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Hələbdə yaşamışdı. Təhsil almaq
məqsədiylə Qahirəyə getmiş burada Əbdülqadir ibnü’l-Əbardan fiqh dərsləri almışdı.
651
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 494.
652
ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, 247.
653
SƏXAVİ, Zəvu’l-Lami’, C. IV, s.109.
Şəmsəddin Səxavi onun müəllimi olduğunu və bir müddət dərslərində iştirak edərək
hədis dinlədiyini qeyd etmşdir. H. 889-cu ilin rəcəb ayında (avqust 1484) Hələbə
qayıtmışdı. Ölüm tarixini qeyd etmədiyi üçün Şəmsəddin Səxavidən (öl. 1497) sonra
vəfat etdiyini təxmin etmək olar
654
.
Dostları ilə paylaş: |