Əllamə İzzəddin Yusif ibn İbrahim Ərdəbili
Şafi’i məzhəbinə mənsub fəqih idi. Yaşadığı dövrün tanınmış alimlərindən biri idi. O,
qələmə aldığı əsərlərlə məşhur olmuşdu. Alim fiqhə dair ‚Ənvar li Əməlü’l-Əbrar‛ adlı
əsərin müəllifi idi. Onun bu əsərinə çox sayıda şəhr və haşiyə yazılmışdır
655
. Bu əsərin
nüsxələrindən biri AMEAƏİ-nun fondunda saxlanılır
656
. Bundan başqa Paris milli
kitabxanasında
657
, Qahirədə Misir milli kitabxanasında və ər-Riyadda Kral Səud
universitetinin kitabxanasında da ‚Ənvar li Əməlü’l-Əbrar‛ın nüsxələri mövcuddur.
Türkiyədə Ankara milli kitabxanası, Konya BYEK və Diyarbəkir İHK-də ‚Ənvar li
Əməlü’l-Əbrar‛ın ondan çox nüsxəsi mühafizə edilir. Əllamə İzzəddin Ərdəbilinin
digər bir əsəri əl-Bəğəvinin ‚əl-Məsabih‛
658
adlı əsərinə yazdığı üç cildlik şərhdir. Alim
uzun müddət Ərdəbildə yaşamış, daha sonra Misirə köçmüşdü. Misir Məmlüklü
hökmdarları ona böyük hörmət və ehtiram göstərmişdilər. İzzəddin Ərdəbili həm də
mahir xəttat və şair idi. Onun gözəl şerləri var idi
659
. İbn Hacər Əsqəlani, Yusif ibn
İbrahim Ərdəbilinin yaşadığı əsrdə ‚şeyxü’l-məşriq‛, yəni bütün şərqin şeyxi ləqəbi ilə
tanındığını qeyd etmişdir
660
. Alim h. 779-cu ildə (1377) Misirdə vəfat etmişdir
661
.
Əbü’l-Qasım Yusif ibn Muhəmməd ibn Yusif Ərdəbili
654
SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 44.
655
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 281-282.
656
ŞƏRİFOV, Əbdülqəni Əfəndi..., s. 61.
657
DE SLANE, həmin əsər, s. 204.
658
Muhyəddin Əbu Muhəmməd Hüseyn ibn Məsud ibn Muhəmməd Bəğəvi (1044-1122). Məşhur mühəddis və
müfəssirlərdən biri idi. Muhyi’s-Sünnə, yəni ‚sünnəni dirçəldən‛ ləqəbi ilə tanınırdı. Əllamə İzzədin Ərdəbili onun
‚Məsabihü’s-Sünnə‛ adlı əsərinə şərh yazmışdır.
659
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 734.
660
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. III, s. 128; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 139.
661
İBNü’l-İMAD, yenə orada. Katib Çələbi alimin ləqəbini ‚Cəmaləddin‛ kimi qeyd etmiş və onun h. 799-cu ildə (1397)
vəfat etdiyini yazmışdır. Bax: Kəşfü’z-Zünun, C. I, s. 281.
Hədis ravisi idi. Misirdə yaşamış və burada hədis nəql etmişdi. Onun hədis dinlədiyi
mühəddislərdən Əbu İshaq ibn Səid ibn Abdullah ət-Tuceybinin adını çəkmək olar.
Əbu Tahir Əhməd ibn Muhəmməd əs-Süləfi Misirdə ondan hədis dinləmiş və qeyd
etmişdir
662
. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır. Nəql silsiləsində
Əbü’l-Qasım Yusif Ərdəbilinin də olduğu xəbərlərdən biri aşağıdakıdır:
Abdullah ibn Məs’ud (ا) dedi ki: ‚(Cümə namazlarında imamın) namazı uzun qıldırıb,
xütbəni qısa oxuması o, şəxsin (İslam dinini yaxşı bilib, dində) anlayışlı olduğunu
göstərir‛
663
.
Mövlana Zəhirəddin Əbdülkəbir ibn Üveys ibn Muhəmməd Lətifi Ərdəbili
Hənəfi məzhəbinə mənsub fəqih, tarixçi və xəttat idi. Səid Nəfisi onun həmçinin
istedadlı şair olduğunu və Lətifi təxəllüsü ilə farsca gözəl şerlər yazdığını qeyd
etmişdir
664
. İbnü’l-İmad mövlana Zəhirəddin Ərdəbilinin Qazizadə ləqəbi ilə
tanındığını qeyd edir. Zəhirəddin Ərdəbili Azərbaycanda təhsil almış, dövrün qabaqcıl
alimlərinin tələbəsi olmuşdu. Osmanlı sultanı Yavuz I Səlim (1512-1520) Çaldıran
döyüşü və Təbrizin zəbtindən sonra geri qayıdarkən Zəhirəddin Ərdəbilini də özü ilə
aparmışdı. Zəhirəddin Ərdəbili alim, kamil, ünsiyyətcil, vüqar, heybət, fəsahət və
bəlağət sahibi şəxs idi. Ələlxüsus inşa, yəni katiblik və şe’r sənətində mahir olan
mövlana Zəhirəddin Ərdəbili həmçinin gözəl xətlə yazı yazan hüsnxətt ustası idi.
Osmanlı xəzinəsindən ayda 80 aqça
665
maaş alan Zəhirəddin Ərdəbili, İbn Xəllikanın
666
çoxcildli ‚Tarix‛ adlı əsərini iki cild halında ixtisarla ərəbcədən farscaya tərcümə
etmişdi. Birinci cildi h. 926-cı (1520), ikinci cildi isə h. 928-ci (1522) ildə İstanbulda
662
Əbu Tahir Əhməd ibn Muhəmməd əs-Süləfi İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 455, Məkkə (trz).
663
ƏBU TAHİR İSFƏHANİ, yenə orada. Burada bu söz Allah Rəsulunun (م) səhabələrindən olan Abdullah ibn
Məs’udun (ا) sözü kimi qeyd olunub. İmam Müslümün ‚Səhih‛ adlı hədis külliyatında isə Əmmar ibn Yasir (ا) bu
sözü Allah Rəsulundan (م) eşidərək nəql etmişdi. Hər iki mənbə də bu əsər Əbu Vail və əl-Ə’məş kanalı ilə
ötürülmüşdür. Müsüm, Səhih, Cümə Nr. 869-da: (
ٜٚوك ٖٓ ح٘جٓ ٚرثطـ هصهٝ َظهُا جلاص ٍٞغ ٕئ); ƏBU TAHİR İSFƏHANİ,
Mu’cəmü’s-Səfər, Nr. 1554-də: (َظهُا ٚوك ٖٓ ٚ٘٤ٓ حثطفُا هصهٝ جلاصُا ٍٞغ ٕئ)
664
NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 254. Fikrimizcə S. Nəfisi burada xətaya yol vermişdir. Çünki aşağıda da
görəcəyimiz kimi mövlana Zəhirəddin Ərdəbilinin atası şeyx Üveys Ərdəbili də ‚Lətifi‛ təxəllüsü ilə şerlər
yazmışdır. M. Ə. Tərbiyət şeyx Üveys Ərdəbilinin yazdığı şerlərdən bir nümunəni də öz əsərində qeyd etmişdir.
665
Aqça-Osmanlı imperatorluğunun gümüş pulu. Qanuni I Süleymanın (1520-1566) dövründə zərb edilmiş aqçaların
maksimum ağırlığı 0,85 gr olmuşdur.
666
Şəmsəddin Əhməd ibn Muhəmməd ibn Xəllikan (öl. 1281) fəqih, tarixçi, ədəbiyyatçı, bioqraf və filoloq idi. Onun
‚Vəfayatü’l-Əyan və Ənba Əbnaü’z-Zaman‛ adlı tarixi bioqrafiya əsəri həmçinin ‚Tarixi-İbni Xəllikan‛ adı ilə də
tanınmışdı.
tərcümə edib bitirmişdi
667
. Bundan başqa mövlana Zəhirəddin Ərdəbili farsca
‚Qəzəvati-sultan Səlim‛ adlı kitabın da müəllifi idi. Bu kitabda Yavuz I Səlimin Misirə
hərbi səfəri (1517) barədə dəyərli məlumtalar olmalıdır. Çünki mövlana Zəhirəddin
Ərdəbili bu yürüşdə sultan I Səlimlə birlikdə iştirak etmişdi
668
. İbnü’l-İmad, Zəhirəddin
Ərdəbilinin xütbələrində imamiyyə məzhəbinə meyl etdiyini və səhabənin xütbə vaxtı
mədh edilməsinin vacib olmadığını bildirməklə Səfəvilərin təbliğatını apardığını qeyd
edir. O, həmçinin Zəhirəddin Ərdəbilinin Əhməd paşa ilə Səfəvilər arasında əlaqələrin
qurulması üçün vasitəçilik etdiyini yazır. Bu fəaliyyəti Zəhirəddin Ərdəbilinin h. 930-cu
ilin rəbiəlaxir ayının 15-i (20 fevral 1524) Qahirədə boynu vurularaq edam edilməsinə
səbəb olmuşdu
669
.
Burada bəzi məsələlərə aydınlıq gətirməyə ehtiyac var. Yuxarıda adı çəkilən Əhməd
paşa mənşəcə gürcü olan yüksək rütbəli Osmanlı bürokratı, sonralar ‚xain‛ ləqəbi ilə
məşhur olan Əhməd paşadır. Əhməd paşa bəzi yüksək rütbəli saray bürokratları ilə
birlikdə sultan Yavuz I Səlimin son, sultan Qanuni I Süleymanın isə ilk vəziriəzəmi olan
Piri Mehmed paşanın əleyhinə aparılan kampaniyanı idarə edənlərdən biri idi. Saray
intriqaları nəticəsində Piri Mehmed paşa könüllü istefaya getmişdi. Uzun müddət
Rumeli bəylərbəyi olmuş
670
Əhməd paşa bu vaxt ikinci vəzir idi, lakin vəziriəzəm olmaq
həvəsində idi. Bunun üçün əlindən gələn hər şeyi etmişdi, lakin sultan I Süleyman
gözlənilmədən özünün xüsusi işlər rəisi olan İbrahim paşanı vəziriəzəm təyin etdi.
Əhməd paşa bu hadisədən sonra təkidlə boş olan Misir vilayəti canişinliyinə təyin
olunmasını istədi. Bəd xasiyyəti və məkirliliyi ilə hamını bezdirən Əhməd paşanın bu
vəzifəyə təyin olunması və saraydan uzaqlaşmasına heç kim etiraz etməmişdi. Tarixçi
İbrahim Peçevinin sözü ilə desək ‚cümlə divan əhli əlindən, dilindən aciz və nalan
olmuşlar idi‛
671
. Hadisələrin sonrakı inkişafı onu göstərir ki, Əhməd paşa İstanbuldan
mümkün qədər uzağa, Misir vilayətinə getmək istəməklə əvvəlcədən edəcəyi qiyamı
planlaşdırmışdı. O, 1523-cü ilin avqust ayında Qahirəyə çatıb vəzifəsinin icrasına
başlamışdı. Misir bu tarixdən cəmi 6 il əvvəl, 1517-ci ildə Osmanlı imperatorluğunun
667
NƏFİSİ, yenə orada; NİŞANCI Mehmed paşa, Hadisat, s. 192, İstanbul 1983.
668
NƏFİSİ, yenə orada.
669
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 99.
670
NİŞINCI, Hadisat, s. 229.
671
İbrahim PEÇEVİ, Tarixi-Peçevi, C. I, s. 80, İstanbul 1281.
əlinə keçmişdi. Burada hələ də əvvəlki dövlətin tərəfdarları var idi. Əhməd paşa
tezliklə buradakı köhnə Məmlüklü əmirləri ilə yaxın əlaqə qurdu və 1524-cü ilin yanvar
ayında qiyam qaldıraraq özünü Misir sultanı elan etdi. Lakin onun səltənəti uzun
çəkmədi. Onun özünə vəzir təyin etdiyi Osmanlı ordusunun sabiq zabiti Mehmed bəy
Qazizadə İstanbuldan aldığı təlimata əsasən Əhməd paşaya qarşı hərbi çevriliş həyata
keçirdi. Əhməd paşa qaçmış, lakin bir müddət sonra yaxalanıb 1524-cü ilin avqust
ayında edam edilmişdi. İbrahim Peçevi ‚Qanuni sultan Süleymanın hakimiyyəti
dövründəki şeyxlər və alimlər‛ başlığı altında üstün biliyi və bacarıqlarını sadalayaraq
Mövlana Zəhirəddin Ərdəbili haqqında da məlumat verir və onun xain Əhməd paşa ilə
birlikdə edam edildiyini qeyd edir
672
. Taşköprüzadə də öz əsərində alimi mədh edərək
üstün bilik və bacarıqlarını sadalamışdır
673
. Nişancı Mehmed paşa da onun Qazizadə
Əcəm adı ilə tanındığını, şe’r və münşəat sahəsində ustad oludğunu bildirmişdir
674
.
İbrahim Peçevi, Taşköprüzadə və Nişancı Mehmed paşa kimi rəsmi Osmanlı
tarixçilərinin heç biri Zəhirəddin Ərdəbilinin məzhəb və əqidə baxımından hər hansı
bir dəyişikliyə uğradığını qeyd etmir və onun sırf siyasi məsələdən ötrü edam
edildiyini yazırlar. Ehtimal ki, Zəhirəddin Ərdəbili Osmanlı dövlətinin şərqdəki ən
böyük rəqibi olan Səfəvilərin Əhməd paşaya yardımını təmin etməyə çalışmışdı.
İbrahim Peçevi (öl. 1650) ilə İbnü’l-İmad (öl. 1679) demək olar ki, eyni dövrdə
yaşamışdılar. Lakin İbrahim Peçevinin uzun müddət Osmanlı sarayında mailiyyə
məmuru işlədiyini nəzərə alaraq onun hadislərədən daha dəqiq və ətraflı xəbərdar ola
biləcəyini düşünmək olar.
Şeyx Üveys ibn Muhəmməd Lətifi Ərdəbili
Yuxarıda haqqında bəhs etdiyimiz mövlana Zəhirəddin Əbdülkəbir Ərdəbilinin atası
idi. O, şafii məzhəbinə mənsub fəqih idi. Ağqoyunlular dövründə 5 il Ərdəbil şəhərinin
qazisi olmuşdu. Şeyx Üveys Ərdəbili həm də bacarıqlı həkim və istedadlı şair idi. O,
Ərdəbildəki mədrəsələrdə dərs vermişdi. Şeyx Üveys Ərdəbili tibbə dair ‚Risalə dər
672
PEÇEVİ, Tarixi-Peçevi, C. I, s. 50.
673
TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 281, Beyrut 1985.
674
NİŞINCI, Hadisat, s. 229.
İlmi-Tibb‛ adlı risalənin müəllifi idi
675
. Ölüm tarixi məlum deyil. Təqribən XV-XVI
əsrlərdə yaşamışdır.
Şərəfəddin Musa ibn Əhməd Ərdəbili
Şafi’i məzhəbinə mənsub fəqih idi. O, Ərihada
676
məskunlaşıb uzun müddət bu şəhərdə
yaşadığı üçün daha çox şeyx Musa əl-Ərihavi kimi tanınmışdı. Şərəfəddin Musa
Ərdəbili alim, zahid, fəzilət sahibi insan idi. O, h. 916-cı ilin zilhiccə ayında (mart 1511)
Hələbdə vəfat etmiş və orada dəfn edilmişdi
677
.
Şeyx Nurəddin Əbu Muhəmməd Fərəc ibn Muhəmməd İbn Əhməd ibn Əbü’l-Fərəc
Ərdəbili
Şafi’i məzhəbinə mənsub fəqih və mütəkəllim idi. Təbriz mədrəsələrindən birində təhsil
almış, Zəməxşərinin çoxcildli ‚Kəşşaf‛ adlı Qur’an təfsirini oxumuşdu. Təbrizdə şeyx
Fəxrəddin Əhməd ibn Həsən əl-Carbərdinin tələbəsi olmuşdu. Təhsilini başa vurandan
sonra Dəməşqə getmişdi. Dəməşqdə Zahiriyyə və Baraniyyə mədrəsələrdən dərs
vermişdi. Daha sonra bu şəhərdəki Nasiriyyə, Caruxiyyə və Cəvaniyyə mədrəsələrində
də tədrislə məşğul olmuşdu. Qayınatası şeyx Nəcməddin ibn Şəhhamın ölümündən
sonra əl-Qəsr xanəgahnın şeyxliyi də ona tapşırılmışdı
678
. Elmi tədqiqatla da məşğul
olan alim, qazi Nasirəddin Abdullah Bəyzavinin ‚Minhəcü’l-Vüsul‛ və Muhyəddin
Yəhya Nəvəvinin ‚Minhəcü’l-Fiqhi‛ adlı əsərinə şərh yazımşdı. Onun qazi Bəyzavinin
əsərinə yazdığı şərh ‚Həqaiqü’l-Üsul fi Şərhu Minhəcü’l-Vüsul‛
679
, Nəvəvinin əsərinə
yazdığı şərh isə ‚Şərhu Qit’əti min Minhəcü’t-Talibin‛ adlanırdı
680
. O, himmət və fəzilət
sahibi insan idi. Bütün namazlarını məsciddə, camaatla qılardı. Alim, yoluxduğu taun
xəstəliyi
681
səbəbiylə, h. 749-cu ilin cəmadiəlaxir ayının 13-cü günü (8 sentyabr 1348),
675
TƏRBİYƏT, Danişməndan, s. 340; Charles Ambrose STOREY, Persian Literature, A Bio-Bibliographical Survey, C. II/2,
s. 228-229, London 1971.
676
Əriha-İordaniyada, paytaxt Əmmandan 60 km cənubda, Ölü dənizdən 22 km şərqdə yerləşən şəhər.
677
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 40.
678
İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 248; NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, s. 172.
679
BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 169.
680
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 618.
681
1348-ci ilin yay və payız aylarında bütün orta şərq regionunu bürüyən şiddətli taun epidemiyası yayılmış,
təqribən 10 milyondan çox insan bu epidemiya səbəbiylə ölmüşdü. Həmin dövr üçün bu böyük rəqəm idi. İbn Kəsir
günorta saatlarında Caruxiyyə mədrəsəsində vəfat etmiş və Dəməşqin Babu’s-Səğir
səmtində dəfn edilmişdi
682
.
Şeyx Şəmsəddin Muhəmməd ibn Əbdu Ərdəbili
Hənəfi məzhəbinə mənsub fəqih idi. Anası onu kiçik yaşlarında şeyx Muhəmməd əl-
Kəvakibi əl-Hələbinin yanına aparmış və övladının tərbiyəsini şeyxə həvalə etmişdi.
Şəmsəddin Ərdəbili şeyx Muhəmməd əl-Kəvakibinin yanıda yetişmişdi. O, zahid, çox
ibadət edən, saleh əməl sahibi, səxavətli və son dərəcə təvazökar insan idi. Şəmsəddin
Ərdəbili h. 865-ci il cəmadiəlaxir ayında (mart 1461) anadan olmuş, h. 950-ci ilin şəvval
ayında (yanvar 1544) Hələbdə vəfat etmişdi
683
.
Mövlana İlyas ibn Əbih Ərdəbili
Riyaziyyatçı və astronom idi. Baburi sultanlarından Nasirəddin Muhəmməd Humayun
şah (1530-1540) İrandakı sürgün həyatından qayıdarkən İlyas Ərdəbili də onunla
birlikdə Kabilə gəlmişdi. Humayun şahın oğlu Əkbər şahın (1556-1605) hakimiyyəti
illərində də Qucəratda
684
tədris və tədqiqatla məşğul olmuşdu. Lakin sonralar bəzi
fitnəkar insanların hərəkətləri nəticəsində ona qarşı münasibət dəyişmişdi. Nəcticədə
İlyas Ərdəbili Hinditanı tərk edərək Məkkəyə getmiş, həcc ziyarətindən sonra doğma
şəhəri Ərdəbilə gələrək ömrünü burada başa vurmuşdu
685
. Ölüm tarixi məlum deyil.
XVI əsrdə yaşamışdır.
Şeyx Əbdüləziz Ərdəbili
Mühəddis və fəqih idi. Yaşadığı dövrün ən görkəmli alimlərindən biri olmuşdu.
Dəməşqdə təhsil almış, şeyxülislam Təqiyəddin Əhməd ibn Teymiyyə əl-Hərrani (1263-
1328), Burhanəddin ibnü’l-Bərkəc, Cəmaləddin Yusif əl-Mizzi və Şəmsəddin Zəhəbi
həmin ilin sentyabr ayında Dəməşqdə hər gün bu xəstəlik səbəbiylə ölmüş 200 adamın dəfn edildiyini, kəfən və
cənazə taxtası qıtlığı yarandığını qeyd etmişdir. Bax: Bidayə, C. XIV, s. 348-354.
682
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. X, s. 238-240; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 87; SƏFƏDİ, Ə’yanü’l-Əsr,
C. IV, s. 36-37.
683
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 99.
684
Qucərat-Hindistanın qərbində, Hindistan-Pakistan sərhəddində, Ərəbistan dənizi sahilində yerləşən vilayət.
685
HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 313.
kimi tanınmış alimlərin tələbəsi olmuşdu. Daha sonra Hindistana getmiş və Dehli
sultanlarından Muhəmməd şah Tuğluqun (1325-1351) himayəsində bu ölkədə
yaşamışdı. Muhəmməd şah Tuğluq şeyx Əbdüləziz Ərdəbiliyə dərin hörmət və ehtiram
bəsləyirdi. Şeyx Əbdüləziz Ərdəbili sultana Abdullah ibn Abbas (ا), onun nəslindən
olan Abbasi xəlifələrinin fəaliyyətləri haqqında
686
danışmış, onun bu söhbətləri
sayəsində sultanın qəlbində Abbasilərə qarşı ehtiram oyanmışdı
687
. Sultan Muhəmməd
şah Tuğluq tez-tez şeyx Əbdüləziz Ərdəbilinin hədis məclislərində iştirak edirdi. Belə
məcləslərdən birində sultan şeyxə hədis elmi ilə bağlı bir sual vermişdi. Şeyx Əbdüləziz
Ərdəbili hafizəsindən nəql etdiyi sayısız hədislərlə sultanın sualına dolğun cavab
vermişdi. Bunun müqabilində Muhəmməd şah ona 1000 qızıl dinar
688
bağışlamışdı
689
.
Şeyx Əbdüləziz Ərdəbilinin ölüm tarixi məlum deyil. XIV əsrdə yaşamışdır.
Qari İbrahim ibn Əhməd ibn Muhəmməd ibn Əhməd Ərdəbili
Mühəddis və qari idi. H. 687-ci ildə anadan (1288) olmuşdu. Təhsilini davam etdirmək
üçün Məkkəyə getmiş və burada Nəcməddin ət-Təbəridən
690
‚Cami’ü’l-Üsul‛u
691
dinləmişdi. Həmçinin Təqiyəddin əz-Zəfəraninin yanında ‚əl-Məsabih‛i
692
, Cəmaləddin
əl-Mətərinin yanında ‚əş-Şəfa‛nı
693
oxumuşdu. İbrahim ibn Əhməd Ərdəbili,
Əbdürrəhman ibn Ömər əl-Qəbabinin tələbəsi olmuş, Qur’an təcvid və tilavətinə dair
icazətini ondan almışdı. O, həmçinin təbib idi
694
.
686
Abbasi xilafətinə 1258-ci ildə moğolların Bağdadı işğalı ilə son qoyulsa da bu nəslə mənsub şəxslər Misirdə
Məmlüklüləri tərəfindən himayə edilir və xəlifə olaraq tanınırdılar. Ehtimal ki, şeyx Əbdüləziz Ərdəbili bir növ
diplomatik missiya yerinə yetirmiş, Dehli sultanları ilə Misir Məmlüklüləri arasındakı əlaqələrin möhkəmlənməsinə
xidmət göstərmişdi.
687
HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 170; Muhəmməd ibn Abdullah İBN BATTUTA, Rıhlə, C. II, s. 37, Qahirə 1322.
688
Dinar- 4,25 gr qızıl pul. Şeyx Əbdüləziz Ərdəbili təqribən 4,25 kg qızıl almışdı.
689
HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 170; İBN BATTUTA, Rıhlə, C. I, s 115-116.
690
Nəcməddin Əbu Əli Muhəmməd ibn Muhəmməd ət-Təbəri əl-Məkki (öl. 1330) yaşadığı dövrün tanınmış
mühəddislərindən idi.
691
‚Cami’ü’l-Üsul li-Əhadisi’r-Rəsul‛- Əbu Səadət Mubarək ibn Muhəmməd İbnü’l-Əsir əl-Cəzəri əş-Şafi’inin (öl.
1209) hədis üsulu sahəsində qələmə aldığı əsərdir.
692
‚Məsabihü’s-Sünnə‛-Hüseyn ibn Məs’ud əl-Fərra əl-Bəğəvinin (öl. 1122) hədis sahəsində qələmə aldığı əsərdir. Bu
əsərə bir neçə şərh yazılmışdır. Bunlardan birinin müəllifi də şeyx Təqiyəddin Əbdülmu’min ibn Əbu Bəkr əz-
Zəfəranidir.
693
‚əş-Şəfa bi-Tərifi-Hüquqi’l-Mustafa‛-Qazi İ’yaz ibn Musa əl-Yəhsəbinin (öl. 1149) hədis sahəsində əsəridir.
694
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. I, s. 4; Təqiyəddin Əhməd ibn Əli MƏQRİZİ, Dürərü’l-Uqudu’l-Fəridə fi
Təracimü’l-Ə’mali’l-Müfidə, (Hzr. A. Dərviş-əl-Misri M), C. I, s. 78, Dəməşq 1995.
Əbu Abdullah İsa ibn Malik ibn Bişr Ərməniyyi
Əslən Ərməniyyədən olan azərbaycanlı mühəddis idi. Misirdə yaşamış, buranın
alimlərindən hədis elmlərinə dair bilikləri öyrənmişdi. Daha sonra Qəyravanda
695
məskunlaşmış və orada hədis elminə dair bir sıra əsərlər qələmə almışdı. ‚əl-Hədis‛ və
‚Safir‛ Əbu Abdullah İsa Ərməniyyinin iki məşhur əsəridir
696
. Yaşadığı dövr haqqında
hər hansı bir məlumat yoxdur.
Əbu Yaqub Fərqəd ibn Yaqub əs-Səbxi Ərməniyyi
Mühəddis, hədis ravisi idi. İraqın Bəsrə şəhərinə yaşamışdı. Həsən əl-Bəsri və Səid ibn
Cübeyrdən hədis dinləmiş və nəql etmişdi. Bir çox iraqlı mühəddis də onun tələbəsi
olmuş, ondan hədis dinləmişdilər. Yaşlandığı dövrdə yaddaşında problemlər meydana
gəlmiş, buna görə də o, hədis nəql etməkdən əl çəkmişdi. Əbu Yaqub Fərqəd
Ərməniyyi Bəsrədə h. 131-ci ildə (749) baş vermiş taun epidemiyasından əvvəl vəfat
etmişdi
697
.
Əhməd ibn Süleyman Ərməniyyi
Siqa hədis ravisi idi. İmam Malik ibn Ənəsin (/) tələbələrindən biri olmuş və ondan
hədis dinləmişdi. Əhməd ibn Süleyman Əbu Hüreyrə (ا) və Abdullah ibn Ömərdən (ا)
mərfuən hədis nəql etmişdi. İbrahim ibn Müxəllid də Əhməd ibn Süleyman
Ərməniyyidən hədis dinləmiş və nəql etmişdi
698
. Ölüm tarixi məlum deyil. İmam Malik
ibn Ənəsin (öl. 795) müasiri olduğunu nəzərə alaraq VIII-IX əsrlərdə yaşadığını təxmin
etmək olar.
Dostları ilə paylaş: |