Əbdülvəhhab ibn Əhməd ibn Muhəmməd Gəncəvi
Atası kimi mühəddis olan Əbdülvəhhab Gəncəvi yuxarıda haqqında bəhs etdiyimiz
Əbu Abdullah Əhməd Gəncəvinin oğlu idi. Əbu Bəkr Bağdadi onun alim, saleh və
mömin bir gənc olduğunu, Əbu Əli əl-Həddad kimi İsfəhanın tanınmış hədis
alimlərinin yanıdan təhsil aldığını qeyd etmişdir. Əbdülvəhhab Gəncəvi tədrislə
məşğul olmuş və hədis dərsləri vermişdir. Lakin o, gənc yaşlarında, atasından əvvəl
vəfat etmişdir
723
. Təəssüf ki, Bağdadi onun ölüm tarixini qeyd etməmişdir. XII əsrdə
yaşadığı təxmin olunur.
Qazi Tahir Gəncəvi
721
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. II, s. 346.
722
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 482.
723
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 482.
Şafi’i məzhəbinə mənsub fəqih idi. Gəncə əyanlarından olan qazi Tahir Gəncəvi fiqh və
ədəbiyyat sahəsində yaşadığı dövrdə Gəncənin ən tanınmış alimlərindən biri idi. O,
Əbü’l-Qasım Əli ibn Əbdürrəhman Nişapuridən hədis dinləmiş, Əbü’l-Fəzl Şaban ibn
Əli ibn Muhəmməd Bərdəidən isə fiqh elmini öyrənmişdi. İsfəhanda Böyük Səlcuqlu
imperatorluğunun məşhur vəziri Nizamülmülkün hüzurunda olmuşdu. Vəzirin
təşəbbüsü ilə Gəncə qaziliyinə təyin edilmişdi. Tarixçi və siyasi xadim əmir Əbu Nəsr
Əli ibn Makula (öl. 1082) Gəncədə olduğu vaxt onunla görüşmüşdü
724
. Ölüm tarixi
məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Şeyx Əbu Zəkəriyyə Yəhya ibn Mənsur Gəncəvi
Şafi’i məzhəbinə mənsub mühəddis, zahid və abid şəxs idi. Həmçinin Qur’an hafizi
olan şeyx Əbu Zəkəriyyə Gəncəvi öz dövrünün mahir qarilərindən biri idi və çox gözəl
səslə Qur’an oxuyurdu. O, İran, İraq və Xorasanın şəhərlərini gəzərək bu yerlərin
tanınmış alimlərinin dərslərində iştirak etmişdi. Nişapurda təhsil almış, burada
Zeynü’l-İslam ləqəbi ilə məşhur olan Əbu Nəsr Əbdülkərim ibn Həvazin əl-Quşeyri
Nişapurinin (öl. 1072) tələbəsi olmuşdu. O, daha sonra Zeynü’l-İslam Quşeyrinin yaxın
dostlarından birinə çevrilmişdi. Nişapurdan həcc ziyarəti üçün Hicaza getmiş, həccdən
qayıdarkən İsfəhanda Böyük Səlcuqlu sultanlarının vəziri Nizamülmülklə görüşmüşdü.
Nizamülmülklə şeyx Əbu Zəkəriyyə Gəncəvinin yaxın münasibəti var idi. Şeyx Əbu
Zəkəriyyə Gəncəvi h. 496-cı ilin ramazan ayında (iyun 1103) vəfat etmişdi
725
.
Əbu Sə’d Muhəmməd ibn Yəhya ibn Mənsur Gəncəvi
Şafi’i məzhəbinə mənsub fəqih olan Əbu Sə’d Gəncəvi yuxarıda haqqında bəhs
etdiyimiz şeyx Əbu Zəkəriyyə Yəhya Gəncəvinin oğlu idi. Gəncliyi Xorasanın Nişapur
şəhərində keçmiş, ehtimal ki, burada dünyaya gəlmişdi. Əbu Hamid Əhməd ibn Əbdus
və Əbu Əli Nəsrullah ibn Əhməd Xoşnamın tələbəsi olmuşdu. Tarixçi alim Əbü’l-
Qasım Əli ibn Əsakir (öl. 1175) Əbu Sə’d Muhəmməd Gəncəvinin Mərv şəhərində
tədrislə məşğul olduğunu qeyd etmişdir. İbn Əsakir və digər bir tarixçi alim Əbu Sə’d
724
ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 131.
725
SEYRƏFİNİ, Müntəxəb, s. 533.
Səm’ani, Muhəmməd ibn Yəhya Gəncəvinin tələbəsi olmuş, ondan hədis
dinləmişdilər
726
. Əbu Sə’d Muhəmməd Gəncəvi h. 11 şəvval 549-cu ildə (18 dekabr
1154) Nişapurda oğuz türkləri tərəfindən qətlə yetirilmişdi
727
. Böyük Səlcuqlu dövlətinə
qarşı qiyam qaldıran Orta Asiyadakı oğuz türkləri 1153-cü ilin aprel ayında sultan
Səncəri (1118-1157) girov götürmüş, 1154-cü ilin noyabr və dekabr aylarında Xorasanın
Mərv, Nişapur, Tus və Məşhəd kimi bir sıra şəhərlərini zəbt edərək qətl və qarətlə
məşğul olmuşdular
728
. Əbu Sə’d Muhəmməd Gəncəvi də bu iğtişaşlar vaxtı qətlə
yetirilmişdi.
Əbü’l-Əla Müvəffəq ibn Yəhya ibn Mənsur Gəncəvi
Mühəddis və yuxarıda haqqında bəhs etdiyimiz Əbu Sə’d Muhəmməd Gəncəvinin
qardaşı idi. Nişapurda yaşamış, burada İsmayıl ibn Hüseyn əl-Fəraizi, Əbu Abdullah
Muhəmməd ibn Mahmud ər-Rəşidi kimi dövrün tanınmış mühəddislərindən dərs
almış, hədis dinləmişdi. Təhsilini başa vurduqdan sonra tədrislə məşğul olmuşdu.
Tarixçi alim Əbu Sə’d Səm’ani, alimin öz oğlu Əbdürrəhim ibn Müvəffəq Gəncəvi
ondan hədis dinləmişdilər. Ölüm tarixi məlum deyil XI-XII əsrlərdə yaşamışdır
729
.
Əllamə Əbu Həfs Ömər ibn Osman ibn Hüseyn ibn Şueyb Gəncəvi
Mühəddis, müfəssir və ədəbiyyatçı idi. O, mömin və fəzilət sahibi insan kimi
tanınmışdı. Bağdad və Həmədanda təhsil almışdı. Əbü’l-Müzəffər əl-Əbivərdidən ərəb
ədəbiyyatını öyrənmiş
730
, Əbu Muhəmməd Əbdürrəhman əd-Düveyninin yanında
Nəsainin ‚Sünən‛ adlı hədis küliyyatını oxumuşdu. Daha sonra alim İraqdan Xorasana
getmiş, burada Şeyxü’s-sələfi ləqəbi ilə tanınan Müsəddid ibn Muhəmməd Gəncəvidən
hədis elmlərinə dair dərslər almış, hədis dinləmişdi
731
. Təhsilini başa vurduqdan sonra
726
Əbü’l-Qasım Əli ibn Həsən İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, (Nşr. S. əş-Şihabi), s. 280, Dəməşq 1980. İbn Əsakir
1134-cü ildə təhsil almaq məqsədiylə vətəni Suriyadan yola çıxmış, Azərbaycan, İran və Xorasanın elm mərkəzlərini
gəzərək buralardakı alimlərin dərslərini dinləmişdi.
727
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s.482.
728
SEVİM-MERÇİL, Selçuklu Devletleri Tarihi, s. 224.
729
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s.483.
730
BÜNYADOV, ‚Novıye Materialı o Vidnıx Deyatelyax Azerbaydjana ve Epoxu Srednevekovya‛, s. 59-60;
BÜNYADOV, Azərbaycan Atabəyləri Tarixi, s. 231.
731
ZƏHƏBİ, Müştəbih, s. 121; QIFTİ, İnbahu’r-Ruvat, C. II, s. 329-330.
Sərəxs
732
, Mərv
733
və Nişapur
734
şəhərlərində hədis dərsləri vermiş və bir çoxları ondan
hədis dinləmişdilər. Öz oğlu Əbdürrəhman ibn Ömər Gəncəvi, mühəddis və tarixçi İbn
Sə’d Səm’ani ondan hədis dərsləri almışdılar. Əbü’l-Həfs Ömər Gəncəvi hədis elminə
dair bəzi əsərlərin də müəllifi idi. Cəlaləddin Süyuti və Əhməd Ədnirəvi onun çox
gözəl üslubda qələmə alınmış Qur’ani-Kərim təfsirinin də müəllifi olduğunu qeyd
etmişdilər. Bağdadlı İsmayıl paşa da həmin əsər haqqında ‚bu təfsirin misli bərabəri
yoxdur‛ deyə qeyd etmişdir
735
. Alim h. 550-ci ilin rəbiələvvəl ayının 14-ü (18 may1155)
Mərv şəhərində vəfat etmişdi
736
.
Qazi Fələkəddin Əbü’l-Həsən Əli ibn Abdullah Gəncəvi
Gəncə şəhərinin şafi’i məzhəbinə mənsub qazisi olmuşdur. Fələkəddin Əli Gəncəvi
həmçinin ədib və şair idi
737
. Ölüm tarixi məlum deyil. Təqribən XII-XIII əsrlərdə
yaşamışdır.
Əbu Bəkr Muhəmməd ibn Əbdürrəhman ibn Yəhya Gəncəvi
H. 481-ci ildə (1088) Dəməşqdə hədis dərsləri verməyə başlamışdı. O, Əbu Tahir
Abdullah ibn Əhməd əs-Süleytidən hədis nəql etmişdi. Əbü’l-Qasım ibn Sabir ondan
hədis dinləmiş və dinlədiyi hədisləri qeyd etmişdi. Əbu Bəkr Muhəmməd Gəncəvinin
ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır
738
.
Şeyx Müsəddid ibn Muhəmməd Gəncəvi
Mühəddis və fəqih idi. ‚Şeyxü’s-sələfi‛ ləqəbi ilə tanınmışdı. Əli ibn İsa əl-Bəqqilanidən
hədis dinləmiş və nəql etmişdi. Əbü’l-Həfs Ömər ibn Osman ibn Şueyb Gəncəvi və Əbu
732
Sərəxs-İranın şimali-şərqində, Türkmənistanla sərhəddə yerləşən şəhər.
733
Mərv-Türkmənistan ərazisində yerləşir, indi Marı adlanır.
734
Nişapur-İranın şimali-şərqində yerləşən şəhər.
735
BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 151.
736
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. II, s. 346; ƏDNİRƏVİ, Təbəqatü’l-Müfəssirin, s. 82-83; Cəlaləddin
Əbdürrəhman ibn Əbu Bəkr əs-SÜYUTİ, Təbəqatü’l-Müfəssirin, s. 30, Qahirə 1972; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s.
408; Əbu Bəkr Muhəmməd ibn Əbdülqəni İBN NÖQTƏ Bağdadi, Təqyid li-Mə’rifəti-Ruvatü’s-Sünən və’l-Əsanid, s. 227,
Beyrut 2001.
737
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 505.
738
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LIV, s. 106.
Müzəffər ibnü’s-Səm’ani ondan hədis dinləmişdilər. Şeyxü’s-sələfi Gəncəvi h. 550-ci
ildə (1155) Mərv şəhərində vəfat etmişdi
739
.
Qazi Ümdətəddin Əbu Mənsur Vəhvuzan ibn Abdullah ibn Amir əs-Səqurbati
Gəncəvi
740
Mühəddis, fəqih, xətib və ədib idi. İbnü’l-Fuvati başqa bir tarixçi Mühibbəddin Əbu
Abdullah İbnü’n-Nəccara istinadən onun Gəncə yaxınlığındakı Səqurbat qəsəbəsindən
olduğunu qeyd etmişdir. Qazi Ümdətəddin Gəncədə təhsil almış, qazi Əbu Əli Həsən
ibn Muhəmməd Nəiminin tələbəsi olmuşdu. H. 502-ci ilin rəbiələvvəl ayında (oktyabr
1108) həcc ziyarətindən qayıdarkən Bağdada gəlmiş və bir müddət burada qalaraq
hədis dərsləri vermişdi. Xeyrəddin Əbü’l-Xeyr Hezarəsb ibn Əvəz əl-Hərəvi (öl. 1121)
onun tələbələri arasından yetişmiş alimlərdən biri idi. Qazi Ümdətəddin Gəncəvi h.
505-ci ildən (1111) sonrakı yaxın tarixlərdə Gəncədə vəfat etmişdi
741
.
Muhəmməd ibn Muhəmməd ibn Əbu Bəkr ibn Əbdürrəhman Gəncəvi
Mühəddis və həkim idi. H. 675-ci ildə (1276) anadan olmuş və Dəməşqə gedib orada
məskunlaşmışdı. İbn Qəvvas və Tacəddin əl-Fizaridən hədis dinləmişdi. Bacarıqlı
həkim kimi şöhrət tapmışdı. H. 731-ci ilin zilqədə ayında (avqust 1331) vəfat etmişdi
742
.
Yəzid ibn Ömər ibn Cənzət Gəncəvi
Hədis ravisi idi. Bağdadda yaşamış, Rəbyi’ ibn Bədr və Ömər ibn Əli əl-Məqdisidən
hədis nəql etmişdi. Abbas ibn Muhəmməd ibn Hatim əd-Duri (öl. 884), İsa ibn
739
ZƏHƏBİ, Müştəbih, s. 121; HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 209.
740
Bu şəxsin adına və nisbəsinə aydınıq gətirmək yerinə düşəcəkdir. Güman edirik ki, milliyətcə ərəb olan İbü’l-
Fuvati, mükəmməl farsca (ŞEŞEN, həmin əsər, s. 237) və böyük ehtimalla türkcə də bilməsinə baxmayaraq, uzun
müddət yaşadığı Azərbaycandakı bəzi şəxs və coğrafi adları yazarkən imla xətalarına yol vermişdir. Mərhum akad.
Ziya Bünyadov haqlı olaraq İbnü’l-Fuvatinin
[
٢غاتنٞوٍُا
]
‚əs-Səqurbati‛ olaraq qeyd etdiyi bu nisbəni ‚əs-
Saqurabadi‛ kimi oxumuş və əsərində qeyd etmişdi (bax: Azərbaycan Atabəyləri Dövləti, s. 184). Lakin İbnü’l-Fuvatinin
alimin
[
ٕاوٞٛٝ
]
‚Vəhuzan‛ olaraq qeyd etdiyi adı mərhum akademikin əsərində ‚Varzuqan‛ kimi yazılmışdır.
741
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 894.
742
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 2.
Abdullah Təyalisi də ondan hədis dinləmiş və nəql etmişdilər
743
. Ölüm tarixi məlum
deyil. IX əsrdə yaşamışdır.
Əbü’l-Fəzl İsmayıl ibn Əli ibn İbrahim Gəncəvi
Mühəddis və şafi’i məzhəbinə mənsub fəqih idi. H. 498-ci ildə (1105) Gəncədə dünaya
gələn Əbü’l-Fəzl İsmayıl h. 514-cü ildə (1120) təhsil almaq üçün Bağdada getmişdi.
Bağdadda Əbü’l-Bərəkat Hibətullah ibn Muhəmməd ibn Əli əl-Buxari, Muhəmməd
ibnü’s-Səmərqəndi, Əbü’l-Həsən Muhəmməd ibn Mərzuq əz-Zəfərani, Əbü’s-Səud
Əhməd ibn Əli, Həsən ibn İshaq əl-Baqrihi, Əbu Nəsr Əhməd ibn Muhəmməd ət-
Tusidən hədis dinləmiş, hədis elmlərinə dair biliklərə yiyələnmişdi. Şeyx Cəmaləddin
Əbü’l-Həsən ibn Əli ibnü’l-Müslim və Əbü’l-Fəth əl-Müəssisidən fiqh dərsləri almışdı.
Həmçinin İraqın əl-Ənbar şəhərində Xəlifə ibn Məhfuzdan da dərs almışdı. Zəhəbi
onun h. 566-cı ildə (1171) Dəməşqə gələrək burada hədis dərsləri verdiyini qeyd
etmişdir. Əbü’l-Fəzl İsmayıl Gəncəvi h. 588-ci ilin cəmaziələvvəl ayında (may 1192)
Dəməşqdə vəfat etmişdi
744
.
Qaziü’l-quzat Əlaəddin Əbdürrəhim ibn Muhəmməd ibn Əhməd ibn Fəzlullah ibn
Əbdülhəmid Maraği
H. 662-ci ilin rəbiələvvəl ayında (yanvar 1264) Marağada alim ailəsində dünyaya
gəlmişdi. Onun atası və babaları yaşadığı dövrün tanınmış elm adamlarından
olmuşdular. Əlaəddin Əbdürrəhim Maraği Bağdada getmiş və bu şəhədə yaşamışdı.
Elxanilər dövründə İraq qaziü’l-quzatlığına təyin olunmuşdu. O, İraqda özünün dərin
elmi, fəziləti və ədalətliliyi ilə şöhrət tapmışdı. Buna görə də İraqda heç bir qazi, hakim
və alim onun bu vəzifəyə təyininə etiraz etməmişdi. Bu vəzifəni icra etdiyi dövrlərdə
haqqında heç bir şikayət edilməmişdi. İbnü’l-Fuvati h. 715-ci ilin ramazan ayında
(dekabr 1315) Bağdadda baş qazi Əlaəddin Əbdürrəhim Maraği ilə görüşdüyünü
743
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. II, s. 346; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 408.
744
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. II, s. 346; ZƏHƏBİ, Müştəbih, s. 121-122; ZƏHƏBİ, Müxtəsər Tarixi-
İbnü’-Dübeysi, s. 137; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 180-181; Əsnəvi onun h. 587-ci ilin cəmaziələvvəl ayında
(iyun 1191) vəfat etdiyini qeyd etmişdir.
yazmışdır
745
. Müəllif onun ölüm tarixini qeyd etməmişdi. Ehtimal ki, o, İbnü’l-
Fuvatidən (öl. 1323) sonra vəfat etmişdi.
Şeyx Üveys ibn Əmr ibn Əli Maraği
Mühəddis idi. Bağdadda şərif Əbü’l-Hüseyn Muhəmməd ibn Əli ibnü’l-Mühtədi Billah
əl-Haşimidən hədis dinləmiş və nəql etmişdi. Vaiz Əbu Bəkr Muhəmməd ibn Kəmmar
ibn Nasir əl-Həddadi Maraği onun tələbələrindən olmuş, ondan hədis dərsləri
almışdı
746
. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Əllamə Bəhaəddin Əbdülvəhhab ibn Əbdülvəli ibn Əbdüssəlam Maraği
Şafi’i məzhəbinə mənsub fəqih idi. Təqribən h. 700-cü (1300) ildə anadan olmuşdu.
Fiqh, fiqh üsulu və kəlam kimi ilahiyyat elmlərində dərinləşmişdi. Onun müasiri
olduğu bioqraflar Bəhaəddin Marağinin fiqh üsulu sahəsində yaşadığı dövrün ən
böyük mütəxəssisi olduğunu qeyd etmişdirlər. O, Qahirədə şeyx Təqiyəddin əs-Sübki
və şeyx Əlaəddin Qonyəvi Təbrizinin tələbəsi olmuşdu. ‚əl-Haviü’s-Səğir‛
747
əsərini
əzbərləmişdi. Təhsilini başa vurduqdan sonra Misirdən Suriyaya getmiş və orada
məskunlaşmışdı. Bəhaəddin Maraği dərin mühakimə qabiliyyətinə, parlaq zəkaya və
müstəsna hafizəyə malik bir insan idi. O, Qur’ani-Kərimin tilavəti ilə çox məşğul olur,
çox ibadət edirdi. Mehriban və ünsiyyətcil insan kimi tanınan alimin kəlam və fiqh elmi
sahəsində qələmə aldığı bəzi əsərləri var idi. Bunlardan biri də ‚Münqizü’z-Zələl fi İlm
və’l-Əməl‛ adlı əsər idi. O, həmçinin ‚Şərhu Müntəhi’s-Sul və Əməl fi İlmi’l-Üsul‛ adlı
kəlam elminə dair əsərin də müəllifi idi. Bəhaəddin Maraği h. 764-cü ilin şəvval ayında
(iyul 1363) Dəməşqdə taun epidemiyası vaxtı xəstəliyə yoluxaraq vəfat etmişdi
748
.
745
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1026-1027.
746
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 154.
747
əl-Haviü’s-Səğir-Şeyx Nəcməddin Əbdülğəffar Qəzvininin (öl. 1266) şafi’i fiqhinə dair qələmə aldığı əsərdir.
748
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. X, s. 70; İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. III, s. 31; İBNü’l-İMAD,
Şəzəratü’z-Zəhəb, C. VI, s. 696; Təqiyyəddin Muhəmməd İBN RAFİ’, əl-Vəfayat, s. 83, Dəməşq 1986; BAĞDADLI,
İzahü’l-Məknun, C. II, s. 374; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 49-50. Bağdadlı İsmayıl paşa alimin atasının
adını, digər müəlliflərdən fərqli olaraq, ‚Əbdülvəli‛ deyil ‚Əbdürrəhman‛ kimi qeyd etmişdir. Ömər Rza Kəhhalə
isə onun adının ‚Harun‛ olduğunu bildirmişdi. Halbuki alim haqqında məlumat verən mənbələrin heç birində belə
bir qeyd yoxdur.
Əbu Abdullah Muhəmməd ibn Vəfa ibn Əbdüsseyyid Maraği
Mühəddis idi. Əbü’l-Fəzl ibnü’l-Həddadın tələbəsi olmuş, ondan hədis dinləmişdi. Şam
diyarında hədis tədrisi ilə məşğul olmuşdu. H. 16 şaban 689-cu ildə (23 avqust 1290)
Dəməşqdə vəfat etmişdi
749
.
Vaiz Muhəmməd ibn Kəmmar əl-Həddadi Maraği
Mühəddis idi. Üveys ibn Əmr Maraği, qazi Əbü’l-Fərəc Tərrasi, vaiz Əbu Abdullah
Hüseyn ibn Muhəmməd, Əbu Səid Mənsur ibn Abdullah Maraği kimi dövrün tanınmış
hədis alimlərinin tələbəsi olmuşdu. Ondan hədis dinləyib nəql etmiş mühəddislərdən
Ömər əl-Qurəşinin adını çəkmək olar. Vaiz Muhəmməd Maraği h. 572-ci ildə (1176)
vəfat etmişdi
750
.
Əbu Bəkr Əhməd ibn Muhəmməd ibn Əli Maraği
Hədis ravisi idi. Misirdə və Dəməşqdə yaşamış, Rəbyi’ ibn Süleymandan hədis dinləmiş
və nəql etmişdi. Onun müasiri olan mühəddislər Əbu Bəkr Əhməd Marağini siqa, yəni
mötəbər hədis ravisi adlandırmışdılar. O, hədis sahəsində bir neçə dəyərli əsərin
müəllifi idi. Əbu Bəkr Əhməd Maraği h. 338-ci ildə (949) vifat etmişdi
751
.
Fəxrəddin Əbu Əbdülvəhhab İlyas ibn Abdullah əz-Zahiri Maraği
Mühəddis idi. Təqribən 600-cü ildə (1204) Marağada dünyaya gəlmişdi. Moğol istilası
vaxtı vətəni tərk edərək Bağdada getməyə məcbur olmuşdu. Bağdadda xəlifə əz-Zahir
(1225-1226) və əl-Müstə’sim Billahın (1242-1258) hakimiyyətləri dövündə Abbasilərin
sarayında xidmət etmişdi. Bağdadda Zeynəddin Əbü’l-Həsən Muhəmməd ibnü’l-
Qətiyyinin tələbəsi olmuş və onun yanında imam Buxarinin ‚Səhih‛ini oxumuşdu.
749
MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. VII, s. 408.
750
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 123.
751
İBN TAĞRIBİRDİ, Nücumu’z-Zahirə, C. I, s. 423; Əbu Muhəmməd Əbdüləziz KƏTTANİ, Zeyl Tarixi-Məvlidi’l-
Üləma və Vəfayatihim, (Nşr. A. Həməd), s. 69, Riyad 1409.
Həmçinin başqa mühəddislərdən də dərs almışdı. H. 685-ci ilin cəmaziələvvəl ayında
(iyul 1286) Bağdadda vəfat etmişdi
752
.
Əbu Yaqub Yusif ibn Adəm ibn Əbu Abdullah ibn Adəm Maraği
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. H. 511-ci ildə (1117) doğulmuşdu. Əbu
Abdullah əl-Fəravinin tələbəsi olmuş, ondan imam Müslümün ‚Səhih‛ adlı hədis
külliyatındakı hədisləri və şərhini dinləmişdi. Əbu Bəkr Əbdürrəzzaq ibn Əbdülqadir
əl-Ceyli Bağdadda ondan hədis dinləmişdi. Həmçinin fəqih Hilal ibn Məhfuz ər-Rəsi’ni
də ondan hədis dinləmiş və nəql etmişdi. Əbu Yaqub Yusif Maraği Dəməşqdə hədis
dərsləri verərkən onun dərslərində çox sayıda tələbə toplaşırdı
753
. Alim h. 569-cu ilin
rəbiələvvəl ayında (oktyabr 1173) vəfat etmişdi
754
.
Qazi Əbdüllətif ibn Nuri Maraği
Şafi məzhəbinə mənsub fəqih idi. Mühəddis Muhəmməd ibn Əsəd Həfdənin tələbəsi
olmuş, ondan ‚Şərhü’s-Sünnə‛ni
755
dinləmişdi. Bir müddət Mərənd şəhərində tədrislə
məşğul olmuşdu. Burada onun yetişdirdiyi tələbələr arasından hafiz Bədrəddin Əbü’l-
Xeyr Bədəl Təbrizi
756
(öl. 1238) kimi alim çıxmışdır. Əbdüllətif Maraği Azərbaycan
Atabəyləri (1136-1225) dövündə Təbriz şəhəri qaziliyinə təyin olunmuşdur
757
. Ölüm
tarixi məlum deyil. XII-XIII əsrlərdə yaşamışdır.
Əbu Bəkr Maraği
Əbu Bəkr Maraği Mədinədə Məscidi-Nəbəvinin abadlıq işlərindən məs’ul idi. H. 654-cü
ilin ramazan ayının ilk gecəsi (21-22 sentyabr 1256), təravih namazından sonra o,
əlindəki çıraqla məscidin şimali-qərb hissəsindəki zirzəmiyə enmiş, lakin ehtiyatsızlıq
752
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 123-124.
753
İBN NÖQTƏ, Təqyid li-Mərifəti-Ruvat, s. 285; ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, s. 373.
754
ZƏHƏBİ, Siyəru Ə’lamü’n-Nübəla, C. XX, 591.
755
Muhyəddin Hüseyn Bəğəvinin (öl. 1122) çoxcildli hədis külliyatı. Əbu Bəkr Muhəmməd Bağdadi bu qədər dəqiq
məlumat verdiyinə görə ehtimal ki, ‚Şərhü’s-Sünnə‛nin həmin nüsxəsini, yəni əllamə Əbu Mənsur Tusinin tələbəsi
Əbü’l-Kərəm Təbriziyə oxuduğu nüsxəsini görmüşdü. Çünki əlyazma əsərlərin ilk səhifələrində qiraət və səmə’
qeydəlir olur. Yəni həmin nüsxənin nə vaxt kim tərəfindən oxunduğu və dinləndiyi mədrəsələrdə qeyd olunurdu.
756
Bax: səh. ???
757
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 337.
ucbatından çıraq əlindən düşmüşdü. Bununla da yanğın başlamışdı. Yanğın elə qısa
müddət ərzində böyümüşdü ki, insanlar onun qarşısını ala bilməmişdilər. Yanğın
tezliklə məscidin tavanını bürümüş və bütün məscid yanıb kül olmuşdu. Belə ki,
divarlar və sütunlardan başqa heç nə qalmamışdı. Hətta məscidin qurğuşun
lövhələrdən düzəldilmiş dam örtüyü də ərimişdi. Əbu Bəkr Marağinin özü də bu
faciədə yanıb ölmüşdü. Yanğın hətta Allah Rəsulunun (م) məqbərəsinə də sıçramış və
məqbərənin damının bir qismi yanmışdı
758
. İbn Kəsir yazır ki, bu hadisə sanki sonrakı
illərdə baş verəcək fəlakətləri xəbər vermişdi. Çünki bu hadəsədən təqribən iki il sonra
moğollar Bağdadı zəbt etmiş, dəhşətli qırğın törətmiş və şəhəri oda vermişdilər. Əbu
Şamə isə öz əsərində həm bu hadisə, həm də Bağdadın başına gələn fəlakət haqqında
nə’t yazmışdı.
Dostları ilə paylaş: |