Ədib Fəxrəddin Əbü’l-Məali Əhməd ibn İsa ibn Əbü’l-Həsən Maraği
Ədəbiyyatçı və şair idi. Marağanın əsilzadə ailələrindən birinə mənsub idi. Bağdadda
yaşamış və yaşadığı dövrün alim və fəzilət sahibi şəxslərindən biri kimi tanınmışdı.
Dostu İbn Cükeynanın
759
vəfatından mütəssir olaraq bir nə’t yazmışdı. İbnü’l-Fuvati bu
nə’ti oxumuş və bir neçə beytini öz əsərində qeyd etmişdir
760
.
Fəxrəddin Əbü’l-Qasım Əhməd ibn Muhəmməd ibn Muhəmməd ibn Həsən Maraği
Riyaziyyatçı alim idi. Qardaşlarının ən kiçiyi olan Fəxrəddin Əbü’l-Qasım Maraği gözəl
simalı, xoşrəftar, səxavətli, ismətli, yumuşaq xasiyyətli, gözəl nitq qabiliyyətinə malik
olan bir şəxs idi. Qardaşları ilə birgə mövlana Rəxidəddin ər-Razinin tələbəsi olmuş,
daha sonra mövlana Nəcməddin Əhməd ibnü’l-Bəvvabdan
761
riyaziyyat dərsləri
almışdı. Təhsilini başa vurduqdan sonra h. 681-ci ilin şaban ayında (noyabr 1282) Elxani
758
YAFİ’İ, Miratü’l-Cənan, C. II, s. 542; İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIII, s. 338; Şihabəddin Əbu Şamə
Əbdürrəhman ibn İsmayıl əl-MƏQDİSİ, Təracim Ricali’l-Qərneynü’s-Sadis və’s-Sabi’, s. 194, Beyrut (trz). Burada
göstərdiyimiz mənbələrdən sadəcə Yafi’i ehtiyatsızlıq ucbatından yanğın çıxaran şəxsin adını qeyd etmişdir.
759
Əbu Muhəmməd Həsən ibn Əhməd ibn Cükeyna ət-Tahiri (öl. 1134) Abbasilər dövrünün məşhur şair və
ədiblərindən biri olmuşdu.
760
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 94-95.
761
Nəcməddin Əhməd ibn Əli ibn Əbü'l-Fərəc yaşadığı dövrün məşhur riyaziyyat, həndəsə və astronomiya alimi idi
və İbnü’l-Bəvvab əl-Bağdadi adı ilə tanınmışdı. O, Marağaya gəlib burada elmi tədqiqat və tədrislə məşğul olmuşdu.
Ehtimal ki, Elxanilər dövründə Marağada Nəsrəddin Tusinin (1274) təşəbbüsü ilə qurulmuş elmi tədqiqat
mərkəzində çalışmışdı.
şahzadəsi Arqunun xidmətinə daxil olmuşdu. Arqun xanın hakimiyyəti illərində (1284 -
1291) müxtəlif vəzifələrə təyin olunmuşdu. Bir müddət Bağdad gedərək burada
maliyyə müfəttişi olaraq çalışmışdı. Fəxrəddin Əbü’l-Qasım Maraği h. 721-ci ilin
zilhiccə ayında (yanvar 1322) Anadoluda, Sivas şəhərində qətlə yetirilmiş və cənazəsi
Marağaya gətirilərək burada dəfn edilmişdi
762
.
Əbu Abdullah Hüseyn ibn Cə’fər Maraği
Hənəfi məzhəbinə mənsub fəqih və mütəkəllim idi. ‚Təklif fi Füruü’l-Fiqhi’l-Hənəfi‛,
‚Hürufü’s-Səbə’ fi’l-Kəlam‛ adlı əsərlərin məülləifi olan Əbu Abdullah Hüseyn Maraği
h. 389-cu ildə (999) vəfat etmişdi
763
.
Xətib Eynəddin Əbü’l-Fəzl Əhməd ibn Fəzlullah ibn Ömər əs-Sacusani Maraği
XII-XIII əsrlərdə Azərbaycanın görkəmli fəqih, xətib və katiblərindən biri olmuşdur.
İbnü’l-Fuvati onun çox yazı yazdığını, Marağa şəhərinin xətibi olduğunu və onun
haqqında öz dostu Səfiyəddin Əbu Muhəmməd əs-Sacusani Marağidən eşitdiyini qeyd
etmişdir
764
. Ölüm tarixi məlum deyil.
Hafiz Kəmaləddin Əbü’l-Fəzail Əbdülqadir ibnü’l-Qeybi Maraği
Xəttat, bəstəkar, musiqişünas alim və şair idi. H. 20 zilqədə 754-cü ildə (17 dekabr 1353)
ildə Marağada dünyaya gəlmişdi. 4 yaşında məktəbə getmiş, 8 yaşında Qur’ani-Kərimi
əzbərləyərək hafiz olmuşdu. 10 yaşında isə qrammatika dərsləri alaraq ərəb dilini
öyrənmişdi. O, Azərbaycandakı mədrəsələrdə təhsilini başa vurduqdan sonra gənc
yaşlarında istedadlı alim kimi tanınmışdı. Sultan Üveys Cəlayirin (1356-1374) sarayında
mülazim
765
kimi işə başlamış, daha sonra sultan Əhməd Cəlayirin (1382-1410) sarayında
762
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 102-103. Əmir Çobanın oğlu Timurtaş (Dəmirdaş) Elxanilərin Diyari-
Rum (Anadolu) canişini idi. 1322-ci ildə özünü ‚Mehdi‛ elan edərək Elxanilərə qarşı qiyam qaldırmış, Anadolunun
şərqindəki bir çox şəhər və qəsəbələri talan edərək dağıltmışdı. Onun bu qiyamı daha sonra yatırılmışdı. Bu hərc-
mərclik vaxtı Anadoludakı bir sıra Elxani dövlət məmurları qətlə yetirilmişdilər. Böyük ehtimalla Fəxrəddin Əbü’l-
Qasım Maraği də qiyamçılar tərəfindən qətlə yetirilmişi.
763
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C.I, s. 608, 819; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 606.
764
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1120.
765
Mülazim-mədrəsəni yeni bitirmiş tələbələrin ilk işi, stajerlik.
məmur olmuşdu. Bu illərdə Təbrizdə və Bağdadda yaşamışdı. H. 795-ci (1393) ildə
Bağdadı zəbt edən əmir Teymur hafiz Kəmaləddin Marağini özü ilə Səmərqəndə
aparmışdı. Əmir Teymurdan sonra onun oğulları Miranşah və Şahruxun sarayında
xidmət edən hafiz Kəmaləddin Maraği h. 837-ci (1434) ildə Əfqanıstanın Herat
şəhərində vəba xəstəliyinə yoluxaraq vəfat etmiş və orada dəfn edilmişdi. Hafiz
Kəmaləddin Maraği müxtəlif elm sahələrinə dair bir sıra əsərin müəllifi idi. Bunlardan
‚Camiü’l-Əlhan‛ı oğlu Nurəddin Əbdürrəhman üçün yazmışdı. ‚Məqasidü’l-Əlhan‛
adlı əsərini 12 ramazan 821-ci ildə (12 oktyabr 1418) yazıb başa çatdırmışdı. Bu əsərin
alimin öz dəsti-xətti ilə yazılmış nüsxəsi Tehranda, Astan Qüdse-Rəzəvi kitabxanasında
saxlanılır. İstanbuldakı Nuriosmaniyyə kitabxanasında isə alimin ‚Məqasidü’l-Əlhan fi
Talifü’l-Nəğm və’l-Əvzan‛, ‚Camiü’l-Əlhan‛, ‚Risalə fi Fəvaidü’l-Əşərə‛, ‚Şərhu-
Ədvar‛ adlı musiqişünaslığa dair əsərləri mühafizə edilir. Bunlardan sonuncusu
tanınmış azərbaycanlı musiqişünas alim Səfiyəddin Əbdülmömin Urməvinin (öl. 1293)
musiqiyə dair ‚Risalətü’l-Ədvar fi Həlli’l-Əvtar‛ adlı əsərinə yazılmış şərh idi. Hafiz
Kəmaləddinin musiqiyə dair digər bir əsəri ‚Kənzü’l-Əlhan fi İlmü’l-Ədvar‛ adlanır.
Hafiz Kəmaləddin Maraği musiqiyə dair əsərlərini farsca qələmə almışdı. O, həmçinin
istedadlı şair idi, türkcə və farsca çox gözəl şe’rlər yazmışdı
766
.
Qazi Sədrəddin Əbu Bəkr Muhəmməd ibn Abdullah ibn Əbdürrəhman Maraği
Şafi’i məzhəbinə mənsub fəqih idi. Yaşadığı dövrün əyanlarından, fəzilətli və nüfuzlu
şəxslərindən biri idi. h. 538-ci ildə (1143) Bağdada getmiş və buradakı mədrəsələrdə
təhsil almışdı. Şeyx Əbü’l-Bərəkat İsmayıl ibn Əbi Sə’din tələbəsi olmuş, onun hədis
dərslərində iştirak etmişdi. 77 yaşında sonuncu dəfə həcc ziyarətinə getmişdi. Qazi
Sədrəddin Maraği həmçinin sərvət sahibi varlı şəxs idi. O, həmişə bahalı libas geyir və
öz geyimi ilə fərqlənirdi. Xeyriyyəçiliyi ilə məşhur olmuş qazi Sədrəddin Maraği çox
sayıda xeyriyyə qurumları təsis etmiş, xalqın istifadəsi üçün öz əmlakını vəqf etmişdi.
Alim h. 570-ci ildə (1175) vəfat etmişdi
767
.
766
KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. I, s. 1513; NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. II, s. 777; TƏRBİYƏT, Danişməndan, s.
88; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 193
767
ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, 33.
Qazi Muhyəddin Əbu Muhəmməd Həsən ibn Muhəmməd ibn Abdullah Maraği
Şafi’i məzhəbinə mənsub fəqih idi. O, yuxarıda haqqında bəhs etdiyimiz qazi Sədrəddin
Əbu Bəkr Muhəmməd Marağinin oğlu idi. O, özünün mədrəsəsini təsis etmiş və orada
şafi’i fiqhini tədris etmişdi. Şair Müəyyinəddin Təntərani qazi Muhyəddin Marağinin
şərəfinə qəsidə yazaraq onu mədh etmişdi
768
. Alimin ölüm tarixi məlum deyil. XII-XIII
əsrlərdə yaşamışdır.
Müəyyinəddin Əbu Muhəmməd İsmayıl ibn Muhəmməd ibn İsmayıl ət-Təntərani
Maraği
Şafi’i məzhəbinə mənsub fəqih və ədib idi. Öz dövrünün görkəmli ədib və alimlərindən
olan Müəyyinəddin Maraği ərəb və fars ədəbiyyatının, nəzm və nəsrinin nadir
bilicilərindən idi. O, marağalı qazi Sədrəddin Əbu Bəkr və onun oğlu qazi Muhyəddin
Əbu Muhəmmədin yaxın adamlarından biri idi. Müəyyinəddin Maraği h. 613-cü ilin
səfər ayında (iyun 1216) vəfat etmişdi
769
.
Əmir İzzəddin Əbü’l-Haris Arslan-Apa ibn Atabəy ət-Türki Maraği
XII-XIII əsrlərdə yaşamış azərbaycanlı dövlət xadimi idi. O, ədalətli əmir kimi məşhur
olmuşdu. Sərab qazisi şeyx Kəmaləddin Əhməd Maraği onu öz şe’rlərində tərənnüm
etmişdi. Əmir İzzəddin Arslan-Apa h. 605-ci (1209) ildə Təbriz yaxınlığındakı Vazrukan
adlı yerdə Əhər hakimi Nüsrətəddin Piştəkinlə döyüşdə qətlə yetirilmişdi. Əmir
İzzəddin Arslan-Apa Marağadakı ‚əl-Qazi‛ mədrəsəsini inşa etdirmişdi. Bu
mədrəsənin kitabəsində belə yazılmışdı: ‚əş-Şafi’i (/) fiqhdə, təbirdə, döyüşdə və gücdə
bütün insanların imamıdır. İslamda xilafət Abbasilərə məxsus olduğu kimi, imamət də
ona (imam əş-Şafi’iyə (/)-E.N) məxsusdur‛
770
.
Katib Eynəddin Əbu Əli Bədəl ibn Əli ibn Abdullah Maraği
768
BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67.
769
BÜNYADOV, həmin məqalə.
770
BÜNYADOV, həmin məqalə.
XI-XII əsrlərdə, Eldənizlərin hakimiyyəti illərində Azərbaycanın dövlət xadimlərindən
biri olmuşdur. Marağada katib vəzifəsində işləmişdi. Katib Eynəddin Maraği həmçinin
istedadlı şair idi. İbnü’l-Fuvati öz əsərində onun ərəbcə yazdığı qəzllərdən bəzi
misraları qeyd etmişdi. Katib Eynəddin Maraği h. 525-ci ildə (1131) Marağada vəfat
etmişdi
771
.
Əbu Bəkr Muhəmməd ibn Musa ibn Həbşun Maraği
Şam vilayətinin əmiri-sahili
772
olan Əbu Bəkr Muhəmməd Maraği həmçinin hədis ravisi
idi. O, Dəməşq və Səyda
773
şəhərlərində yaşamışdı. Muhəmməd ibn Hısn ibn Xalid əl-
Alusi, Muhəmməd ibn Süfyan ibn Musa əs-Səffar, Muhəmməd ibn Əli ət-Təmimi, Əbu
Nəsr Fəth ibn Əfləh Tarsusidən hədis dinləmiş və nəql etmişdi. Əbdülvəhhab əl-
Meydani, Əbu Məs’ud Saleh ibn Əhməd əl-Manihi, Əbu Abdullah Hüseyn ibn Cə’fər
əl-Cürcani, Əbü’l-Hüseyn ibn Cuməy’i
774
də ondan hədis dinləmiş və nəql etmişdilər.
Əbu Bəkr Muhəmməd Maraği h. 362-ci ilin məhərrəm ayında (oktyabr 972) vəfat
etmişdir
775
. İbn Əsakir əsərində, nəql silsiləsində Əbu Bəkr Muhəmməd Marağinin də
adının olduğu bir neçə hədis qeyd etmişdir. Bunlardan biri də Cabir ibn Abdullahın (ا)
adından uydurulmuş, Darəqutni, Zəhəbi kimi mühəddislərin haqqında ‚hədis deyil‛,
‚heç bir şeydir‛
776
, ‚mətrukdur‛ dedikləri
777
, aşağıdakı sözdür:
Cabir ibn Abdullah (ا) dedi ki, Allah Rəsulu (م) buyurdular ki; ‚(Me’rac gecəsi) cənnətin
qapısın üzərində ‚Lə iləhə illallah, Muhəmməd rəsul Allah‛ yazıldığını gördüm‛
778
.
İmadəddin Əbu Muhəmməd Yunis ibn Muhəmməd ibn Yunis ibn Məs’ud Maraği
771
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1121-1122.
772
Şam vilayəti, yəni indiki Suriya, İordaniya, Fələstin, Livan və İsrail dövlətlərinin mövcud olduğu torpaqların,
Aralıq dənizi sahillərinin idarəsi və təhlükəsizliyinin təmini ilə məşğul olan hərbi-inzibati idarəçiyə əmiri-sahil
deyilirdi.
773
Səyda-Livan ərazisində, Aralıq dənizi sahilində yerləşən indiki Sidon şəhəri.
774
Şeyx Əbü’l-Hüseyn Muhəmməd ibn Əhməd ibn Muhəmməd ibn Əhməd ibn Əbdürrəhman ibn Yəhya ibn
Cuməy’i əl-Ğəssani əs-Səydavi (917-1012) məşhur mühəddislərdən biri olmuşdur. ‚əl-Mu’cəm‛ adlı hədis kitabının
müəllifidir.
775
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVI, s. 72; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 241-242.
776
‚Leysə bi-şey‛-(heç bir şeydir) hədisin nəql silsiləsindəki 3 və ya 4-cü dərəcədəki ravi haqqında istifadə olunan
ifadə. Nəql silsiləsində belə bir ravinin olduğu hədis qəti surətdə qəbul edilmir. Bax: AYDINLI, Hadis Istılahları
Sözlüğü, s. 89.
777
ZƏHƏBİ, Mizanü’l-E’tidal, C. I, s. 607, C. II, s. 207.
778
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVI, s. 72. (الله ٌٍٞن محمد الله لائ ُٚئ لا اتٞرٌٓ ح٘عُا بات ٠ِػ د٣أن).
XIV əsrdə Azərbaycanın tanınmış qarilərindən idi. Hafiz Cəmaləddin Əbu Bəkr Əhməd
ibn Əli əl-Bacəsəri əl-Qəlanisinin tələbəsi olmuş, h. 700-cü ilin məhərrəm ayında
(sentyabr 1300) Qur’ani-Kərim təcvidi və qiraətinə dair icazətini (diplomunu) ondan
almışdı
779
.
Əbu Əyyub Yəhya ibn Malik əl-Əzdi Maraği
Tabiundan
780
olan hədis ravisi idi. Mühəddislər onu əs-siqa, yəni mötəbər hədis ravisi
adlandırmışdılar. Abdullah ibn Əmr, Səmurə ibn Cundəb və başqalarından hədis
dinləmiş və nəql etmişdi. Qatədə
781
və Sabit ondan hədis dinləmişdilər
782
. Ölüm tarixi
məlum deyil. VII-VIII əsrlərdə yaşamışdır.
Əlaəddin Əli ibn Əhməd ibn Muhəmməd əl-Buxari Maraği
Ədib, şair, filoloq və astronom idi. H. 607-ci ildə (1209) Azərbaycana gələrək Marağa
şəhərində məskunlaşmışdı. İstedadlı natiq, gözəl xitabət qabiliyyətinə malik idi. Ərəb
və fars dillərində yüksək fəsahət və bəlağətlə çıxış edirdi. Bir sıra nəzm və nəsr
əsərlərinin müəllifi idi. Bir müddət Marağa rəsədxanasıda da tədqiqatla məşğul
olmuşdu. Filosof Nəsirəddin Tusi (öl. 1274) onu elm məcləslərinə dəvət edirdi. H. 687-ci
ildə (1288) Marağada vəfat etmişdi
783
.
Şeyx Zeynəddin Əbu Həfs Ömər ibn Həsən ibn Məzyəd ibn Ümeylə ibn Cəmiə’ ibn
İ’ydan əl-Mizzi Maraği
Yaşadığı dövrün müsnid
784
mühəddislərindən idi. H. 18 rəcəb 679-cu ildə
785
(13 noyabr
1280) anadan olmuşdu. Fəxrəddin əl-Buxarinin
786
yanında Tirmizinin ‚Sünən‛ və Əbu
779
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 885.
780
Tabiun-Allah Rəsulunun (م) səhabələri ilə görüşüb onlardan İslamı öyrənmiş nəsilə deyilir.
781
İmam Qatədə ibn Diamə əş-Şeybani əl-Bəsri (680-735). Tabiun dövrünün məşhur alimlərindən idi.
782
ZƏHƏBİ, Mizanü’l-E’tidal, C. IV, s. 257; İBNü’l-QEYSƏRANİ, Ənsabü’l-Müttəfiqə, s. 47; HİMYƏRİ, Nisbə ilə’l-
Məvazi’, C. I, s. 586.
783
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1038.
784
Müsnid-nəql etdiyi hədisə vaqif olub-olmamağından aslı olmayaraq hədisin mətnini isnadı, yəni ravi silsiləsi ilə
birlikdə nəql edən mühəddis.
785
İbnü’l-Cəzəri onun h. 680-ci ilin şaban ayında (noyabr 1281) anadan olduğunu qeyd etmişdir. Bax, Qayətü’n-
Nihayə, s. 480.
Davudun ‚Sünən‛ adlı hədis külliyatlarını oxumuşdu. Misirdə yaşamış, burada İbn
Ümeylə adı ilə tanınmış və tədrislə məşğul olmuşdu. Bu ölkədə ondan hədis dinləyən
çox sayıda tələbə var idi. Tirmizinin ‚Şəmailü’n-Nəbi‛ və ‚Sünən‛
787
, Təbəraninin
‚Camiü’s-Səğir‛
788
adlı hədis kitablarındakı hədisləri, o cümlədən Yusif əl-Mizzi və
İbnü’z-Zahirinin kitablarındakı hədisləri təxric
789
və təfərrüd
790
edən şeyx Zeynəddin
Ömər Maraği bir müddət Dəməşqdə Atabəkiyyə mədrəsəsində hədis dərsləri vermişdi.
İbnü’l-Cəzəri şeyx Zeynəddin Ömər Marağinin hədis isnadı elmi ilə yanaşı Qur’ani-
Kərim qiraəti və təcvidi sahəsində də tanınmış mütəxəssis olduğunu qeyd etmişdir.
Qur’ani-Kərim qiraəti sahəsində o, çox sayıda tələbə yetişdirmişdi. Qiraət dərslərində
İbnü’l-İzz əl-Qəlanisinin ‚İrşad‛ və ‚əl-Kifayə‛
791
, İbn Mehranın ‚əl-Qayə‛
792
, İbn
Mücahidin ‚əs-Səb’ə‛
793
adlı əsərlərindən istifadə edirdi
794
. Şeyx Zeynəddin Ömər
Maraği h. 778-ci ildə (1376) Misirdə vəfat etmişdi
795
. ‚əl-Mizzi‛ nisbəsindən onun
Dəməşq yaxınlığındakı Mizzə qəsəbəsində doğulub böyüdüyünü təxmin etmək olar.
Ehtimal ki, 1341-ci ildə Dəməşqdə vəfat etmiş məşhur hədis alimi Yusif ibn
Əbdürrəhman əl-Mizzi ilə görüşmüş və ya onun tələbəsi olmuşdu.
Şeyx Fəxrəddin Əhməd ibn Yusif ibn Rüstəm ibn Tavan Maraği
786
Mühəddis Fəxrəddin Əbü’l-Həsən Əli ibn Əhməd ibnü’l-Buxari.
787
Əbu İsa Muhəmməd ibn İsa ibn Səvrə ibn Musa ibn Zəhhak TİRMİZİ (824-892). Tirmiz şəhəri Özbəkistan
ərazisində, Əfqanıstanla sərhəddə yerləşir. Onun ‚Sünən‛ adlı əsəri İslam dünyasında mötəbər 6 hədis kitabından
(Kutubi-Sittə) biridir.
788
Süleyman ibn Əhməd ibn Əyyub əş-Şami ət-Təbərani (873-971). Məşhur mühəddislərdən biridir. O, ‚Camiü’s-
Səğir‛ adlı hədis külliyatından başqa hədis elminə dair bir sıra əsərlərin müəllifidir.
789
Təxric-hər hansı bir kitabındakı hədislərin hər birinin ayrı-ayrılıqda istinadlarını, mənbəini müəyyənləşdirmək,
əgər varsa digər istinadlarını və mənbələrini göstərməyə deyilir. Daha ətraflı məlumat üçün bax: AYDINLI, Hadis
Istılahları Sözlüğü, s. 147.
790
Təfərrüd-bu kəlmə də ‚təxric‛ kimi hədis elminə aid bir istilahdır. Hər hansı bir hədisi nəql edən şəxslərin sayı
(qərib və ya fərd olduğunu) və hədisin səhihliyinin müəyyənləşdirilməsi ilə bağlı termindir. Daha ətraflı məlumat
üçün bax: AYDINLI, həmin əsər, s. 153.
791
İbnü’l-İzz Muhəmməd ibn Hüsyen ibn Bəndar əl-Vasıti əl-Qəlanisi (1044-1127) məşhur qiraət və təcvid
alimlərindən idi. ‚İrşadü’l-Mübtədi və Təzkirətü’l-Müntəhi‛ və ‚Kifayətü’l-Kəbir fi’l-Qiraətü’l-Əşr‛ onun bu sahədə
qələmə aldığı əsərlərdir.
792
Əhməd ibn Hüseyn ibn Mehran Nişapurinin Qur’an qiraət və təcvidinə dair ‚əl-Qayə fi’l-Qiraə‛ adlı əsəri.
793
Əhməd ibn Musa ibn Mücahidin (öl. 936) ‚əs-Səb’ə fi’l-Qiraə‛ adlı əsəri.
794
İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 480.
795
İBN TAĞRIBİRDİ, Nücumu’z-Zahirə, C. III, s. 496; İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 150; NUEYMİ, Daris fi
Tarixi’l-Mədaris, C. I, s. 104. İbnü’l-Cəzəri alimin h. 778-ci ilin rəbiələvvəl ayının 28-i (15 avqust 1376) vəfat etdiyini və
Dəməşqin Mizzə qəsəbəsində dəfn edildiyini qeyd etmişdir. Bax: Qayətü’n-Nihayə, s. 480.
Təsəvvüf əhlinə mənsub şeyx idi. Şeyx Fəxrəddin Əhməd Marağadakı ən zəngin
daşınmaz əmlak sahibi idi. Sultanlar və əmirlər ona hörmət və ehtiram bəsləyirdilər. O,
baş qazi (qaziü’l-quzatü’l-məmalik) Mövlana Nizaməddin Əbü’l-Məkarim Əbdülməlik
ibn Muhəmməd ibn Əhməd Marağinin babası idi. Mövlana Nizaməddin Əbü’l-
Məkarim Maraği h. 664-cü ildə (1266) anadan olmuşdu
796
.
Hacib Müqərrəbəddin Əbü’l-Müzəffər Yusif ibn Rüstəm ibn Tavan əs-Sitari Maraği
Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə yaşamış dövlət xadimi idi. Yuxarıda
haqqında bəhs etdiyimiz şeyx Fəxrəddin Əhməd Maraği onun oğlu idi. Valilər və
hökmdarların yanında böyük hörmət sahibi olan hacib Əbü’l-Müzəffər Yusif
Marağinin
797
ölüm tarixi məlum deyil.
Bədrəddin Davud ibn Gülbək ibn Əli Maraği
Filosof və mütəfəkkir idi. Xüsusən cədəl və xilaf elmlərində yaşadığı dövrün ən
görkəmli alimi idi. Katib Çələbi onun Bədr ət-Təvil, yəni uzun Bədrəddin, ləqəbi ilə
tanındığını qeyd etmişdir. Onun ən məşhur əsəri şeyx Rüknəddin Əbu Hamid
Muhəmməd ibn Muhəmməd Səmərqəndinin (öl. 1121) məntiq elminə dair ‚İrşad fi
İlmü’l-Xilaf və’l-Cədəl‛ adlı əsərinə yazdığı şərhdir
798
. Bu əsərin Türkiyədəki yeganə
nüsxəsi Manisa İHK-də saxlanılır. İmadəddin ibn Kəsir onun cədəl və xilaf sahəsində
böyük mütəxəssis olduğunu qeyd etmiş, lakin buna baxmayaraq dini duyğuları zəif,
namaz qılmayan və faydasız işlərlə məşğul olan adam kimi tövsif etmişdi. Səlahəddin
Səfədi tanınmış məntiqçi alim əllamə Seydəddin Əbu’r-Ruh İsa əl-Hənəfi Bağdadinin
(öl. 1306) Bədrəddin Marağinin tələbələrindən olduğunu qeyd etmişdir
799
. Bədrəddin
Davud Maraği h. 12 cəmadiəlaxir 660-cı ildə (3 may 1262) vəfat etmişdi
800
.
796
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 111. Nəvəsinin təvəllüd tarixini nəzərə alaraq şeyx Fəxrəddin Əhməd
Marağinin Azərbaycan Atabəyləri Dövləti (1136-1225) və Xarəzmşah Cəlaləddinin (öl. 1231) Azərbaycandakı
hakimiyyəti illərində yaşadığını, bu dövlətlərə mənsub sultan və əmirlər tərəfindən himayə gördüyünü təxmin
etmək olar.
797
BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67.
798
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 132; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 702.
799
SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. III, s. 714.
800
İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIII, s. 413; Bədrəddin Mahmud ƏYNİ, İqdü’l-Cüman fi Tarixi Əhlü’z-Zəman, s.
89, Qahirə 1987.
|