Vaiz Əbu Zəkəriyyə
1058
Yəhya ibn İbrahim ibn Əhməd ibn Muhəmməd Səlmasi
1055
Əbu Hamid Muhəmməd ibn Muhəmməd Qəzzali (1058-1111) əslən Xorasanın Tus şəhərindən idi. Böyük
Səlcuqlular dövrünün məşhur alimlərindən və mütəfəkkirlərindən biri olmuşdur. O, şafi’i məzhəbinə mənsub fəqih
olsa da kəlam, hədis, əxlaq kimi mövzularda bir sıra əsərin müəllifidir.
1056
İBN XƏLLİKAN, Vəfayatü’l-Əyan, C. IV, s. 237; YAFİ’İ, Miratü’l-Cənan, C. II, s. 375; İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-
Şafi’iyyə, C. II, s. 84; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VII, s. 12; İBN KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-Füqəhai’ş-
Şafi’iyyə, v. 139a.
1057
Şəmsəddin Muhəmməd ibn Əli DAVUDİ, Təbəqatü’l-Müfəssirin, C. I, s. 3, Qahirə (trz); SÜYUTİ, Təbəqatü’l-
Müfəssirin, s. 5; İBN MAKULA, İkmal, C. I, s. 426; İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVIII, s. 376.
1058
İbnü’l-Cəvzi onun künyəsinin ‚Əbu Zəkəriyyə‛, İbn Əsakir və İbnü’l-Adim isə ‚Əbu Bəkr‛ olaraq qeyd
etmişdirlər. İbnü’l-Cəvzi və İbn Əsakir Yəhya ibn İbrahim Səlmasini tələbəsi olmuş və onu yaxından tanımışdılar. Elə
Yaşadığı dövrün məşhur hədis alimlərindən idi. Vaiz Əbu Tahir İbrahim ibn Əhməd
ibn Muhəmməd Səlmasinin (öl. 1103) oğlu idi. H. 474-cü ildə (1081) anadan olmuşdu.
Alim ailəsində dünyaya gələn Yəhya Səlmasi h. 481-ci ildə (1088) hədis dərsləri almağa,
hədis dinləməyə başlamışdı. Atasından və Səlmasın tanınmış alimlərindən müxtəlif elm
sahələrinə dair dərslər alan Yəhya Səlmasi təhsilini davam etdirmək üçün doğma
şəhərini tərk edərək səyahətə çıxmışdı. Mərənd, Xoy və Mosulun məşhur
mühəddislərindən hədis elmələrini öyrənmişdi. Mosulda Əbü’l-Vəfa Xəlil ibn Şaban
ibn İbrahim, Əbu Bəkr Muhəmməd ibn Qasım Şəhrəzuri, Əbü’l-Qasım Nəsr ibn
Muhəmməd ibn Səfvan əl-Məvsili, Xoyda Əbu Abdullah Muhəmməd ibnü’l-Hadi ibn
Əhməd əd-Dəqiqi, Mərənddə Əbü’l-Fəzl Nemətullah ibn Muhəmməd əl-Əbdəvi
Mərəndinin tələbəsi olmuşdu. H. 548-ci ildə (1153) Dəməşqə getmiş və tədrislə məşğul
olmuşdu. Əbu Zəkəriyyə Yəhya Səlmasinin tələbələri arasından hafiz Əbü’l-Qasım Əli
ibn Həsən ibn Əsakir (öl. 1175), hafiz Əbü’l-Fərəc Əbdürrəhman ibn Əli ibnü’l-Cəvzi
(öl. 1201), mühəddis Əbü’l-Fəzl Muhəmməd ibn Nasir əs-Səllami Bağdadi kimi alimlər
yetişmişdi. O, əqidədə səhabə və tabiunun mənhəcinə sıx bağlı olan alim idi. ‚Kitabu’l-
Əvvəli Səmah‛ və ‚Kitab fihi Mənazilu’l-Əimməi’l-Ərbəə‛ alimin ən məşhur
əsərləridir
1059
. ‚Kitab fihi Mənazilu’l-Əimməi’l-Ərbəə‛ 1999-cu ildə Beyrutda nəşr
olunmuşdur. İbn Həcər Əsqəlani onun raşid xəlifələrdən Əli ibn Əbu Talibin (ا)
həyatına dair ‚Mənaqibi-Əli ibn Əbu Talib‛ adlı bir əsərin də müəllifi olduğunu qeyd
etmişdir
1060
.
Əbu Zəkəriyyə Yəhya Səlmasi h. 548-ci ildə (1153) Dəməşqə etmiş və buradakı
mədrəsələrdə dərs verməyə başlamışdı. Sonra Bağdada getmiş və oradakı məscidlərdən
birində vaiz olmuşdu. Daha sonra qəflətən Bağdadı tərk edib getmiş və uzun müddət
sonra Bağdada qayıtmışdı. Onun yenidən məscidlərdən birində vaizlik üçün
müraciətinə müsbət cavab verilməmişdi. Əbu Zəkəriyyə Yəhya h. 540-cı ildə (1145)
isə belə bir ziddiyət necə meydana çıxmışdır? Ehtimal ki, Yəhya ibn İbrahim Səlmasinin həm Zəkəriyyə, həm də Bəkr
adlı oğlu olmuş və o, hər iki künyə ilə çağırılmışdı. Yəhya ibn İbrahim Səlmasinin əsərində (bax: Mənazilu’l-
Əimməti’l-Ərbəə, s. 7) öz künyəsini ‚Əbu Zəkəriyyə‛ olaraq qeyd etdiyini nəzərə alaraq biz də burada onun bu
künyəsini qeyd etdik.
1059
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LXIV, s. 44; Əbu Zəkəriyyə Yəhya ibn İbrahim SƏLMASİ, Mənazilu’l-
Əimməti’l-Ərbəə, (Nşr. M. Ə. Qədəh), s. 16-27, Mədinə 2002.
1060
İBN HƏCƏR, Lisanü’l-Mizan, C. VI, s. 193.
doğma şəhəri Səlmasa qayıtmış və burada tədrislə məşğul olmuşdu. O, h. 550-ci ilin
şaban ayında (oktyabr 1155) Səlmasda vəfat etmişdi
1061
.
Qazi Əlaəddin Mənsur ibn Mahmud ibn Yusif ibnü’l-Əzizi Sərabi
Elxanilərin hökmdarlarından Olcaytu (1304-1306) və Əbu Səid Bahadırın (1316-1335)
hakimiyyəti illərində Azərbaycanda Sərab şəhərinin qazisi olmuşdur. İbnü’l-Fuvati h.
716-cı ildə (1316) Elxanilərin paytaxtı Sultaniyyədə olarkən qazi Əlaəddin Mənsur Sərvi
ilə görüşdüyünü qeyd etmişdir
1062
. Ölüm tarixi məlum deyil. XIII-XIV əsrlərdə
yaşamışdır.
Qazi Muhyəddin Əbü’l-Xeyr Muhəmməd ibn Əhməd ibnü’l-Əziz Yınal əl-Maraği
Sərabi
Elxanilərin hakimiyyəti dövründə Sərab şəhərinin şafi’i qazisi olmuşdu. H. 672-ci ilin
rəbiəlaxir ayında (oktyabr-noyabr 1273) Səraba gələn İbnü’l-Fuvati burada qazi
Muhyəddin Əbü’l-Xeyr Sərabi ilə görüşdüyünü, xəstələndiyi vaxt qazi Muhyəddin
Sərabinin onun qayğısına qaldığını, ondan çox diqqət, xeyirxahlıq və mərhəmət
gördüyünü qeyd edir. İbnü’l-Fuvati qazi Muhyəddin Sərabinin ona mütaliə üçün ərəb
və farsca yazılmış maraqlı kitablar gətirdiyini qeyd edir
1063
. Alimin ölüm tarixi qeyd
olunmamışdır.
Şeyx Rüknəddin Əbü’l-Qənaim Qənimət ibn Müfəzzəl Sücasi
XII-XIII əsrlərdə yaşamış fütuvvət şeyxi idi. O, şeyx Qütbəddin Əbhərinin müridi və
xəlifəsi olmuşdu. Şeyx Qütbəddin Əbhərinin mürşidi isə məşhur şeyx Əbu’n-Nəcib
Əbdülqahir Sührəvərdi (öl. 1178) idi. Şeyx Rüknəddin Sücasi Bağddada yaşamış və
buradakı ‚Dərəcə‛ xanəgahında mənəvi tərbiyə və irşadla məşğul olmuşdu. ‚Dərəcə‛
xanəgahını Abbasi xəlifəsi Müstərşid Billahın (1118-1135) vəziri Cəlalüddövlə Həsənin
1061
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LXIV, s. 45; İBNü’l-CƏVZİ, Müntəzəm fi’t-Tarix, C. X, s. 164-165; İBNü’l-
ADİM, Buğyətü’t-Tələb, C. IV, s. 212.
1062
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1107.
1063
BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67.
oğlu Şərəfüddövlə Əli tikdirmişdi. Bu xanəgah Dəclə çayının qərb sahilində yerləşirdi.
1211-ci ildə Şeyx Rüknəddin Sücasinin vəfatından sonra onun yerinə şeyx Əvhədəddin
Kirmani keçmişdir
1064
.
Əbu Zeyd Ziyad ibn Həsən ibn Hüseyn ibn Əhməd ibn Mənsur Sücasi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Təhsil almaq üçün h. 580-ci (1184) ildən sonra
Qəzvin şəhərinə getmiş, orada fiqh və hədis dərsləri almışdı
1065
. Ölüm tarixi məlum
deyil. XII-XIII əsrlərdə yaşamışdır.
Ömər ibn Muhəmməd ibn Səid Sücasi
Mühəddis idi. H. 587-ci (1191) ildə Qəzvində olmuş, burada mühəddis imam Əhməd
ibn İsmayıldan hədis dərsləri almışdı
1066
.
Əbu Cə’fər Muhəmməd ibn Əli ibn Muhəmməd ibn Abdullah ibn Səid Sücasi
Yaşadığı dövrün tanınmış ədiblərindən biri idi. Hafiz Əbu Tahir əs-Süləfi Azərbaycana
səyahət edərkən Sücasda onunla görüşüb söhbət etmişdi. Əbu Cə’fər Muhəmməd
Sücasi bir sıra ədəbi əsər və gözəl şe’rlərin müəllifi idi
1067
. Ölüm tarixi məlum deyil,
təqribən XI-XII əsrlərdə yaşamışdır.
Abdullah ibn Ruzbeh Sührəvərdi
Tabiundan olan hədis ravisi idi. İslamı qəbul etmiş ilk azərilərdən biri olan Abdullah
ibn Ruzbeh, Əli ibn Əbu Talibdən (ا) hədis nəql etmişdi. Böyük ehtimalla Əli ibn Əbu
Taliblə (ا) görüşmüşdür. Əbu Sə’d İsmayıl ibn Əli ibnü’l-Məsni, Abdullah ibn
Ruzbehdən nəql etmişdi. Buna baxmayaraq Əbu Sə’d İbnü’l-Məsni və digər
mühəddislər onun siqa, yəni mötəbər ravi olduğu haqda tərəddüd etmişdilər. Abdullah
ibn Ruzbeh Sührəvərdinin ölüm tarixi məlum deyil. Əli ibn Əbu Taliblə (ا /öl.661)
1064
Mikail BAYRAM, Şeyh Evhaü’d-Din El-Kirmanî ve Menâkıb-Nâmesi, s. 7-9, 129-130, Konya 2006.
1065
RAFİ’İ, Tədvin, C. III, s. 28.
1066
RAFİ’İ, Tədvin, C. III, s. 454.
1067
YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. IV, s. 49.
görüşdüyünü nəzərə alaraq onun VII-VIII əsrlərdə yaşadığını təxmin etmək olar. Əbü’l-
Fəzl Əbdürrəhim İraqi onun nəql etdiyi aşağıdakı hədisi öz əsərində qeyd etmişdir:
Əli ibn Əbu Talib (ا) dedi: Rəsulullah (م) buyurdular ki: ‚Nə xoşbəxtdir məni görənlər
(səhabə), məni görənləri görənlər (tabiun) və onları görənlər (təbəi-tabiun)‛
1068
.
Muhəmməd ibn Muğirə Sührəvərdi
Hədis ravisi idi. Yəhya ibn Həsən əl-Mədayini və Əyyub ibn Süveyd ər-Rəmlidən (öl.
809) hədis dinləmiş və Abdullah ibn Cabirdən (ا) mərfuən hədis nəql etmişdi
1069
.
Muhəmməd ibn Muğirənin ölüm tarixi məlum deyil. VIII-IX əsrlərdə yaşamışdır.
Cəmaləddin Əbdürrəhman ibn Əbdülmahmud ibn Əbdürrəhman ibn Muhəmməd
ibn Ömər ibn Muhəmməd Sührəvərdi
Məşhur fütuvvət şeyxi Şihabəddin Ömər Sührəvərdinin (1144-1234) kötükcəsi idi.
Elxanilərin vəziri Rəşidəddin Fəzlullahın (öl. 1318) qızı ilə evli olan Cəmaləddin
Sührəvərdi Bağdadda yaşamışdı. İraqın vəqflər naziri
1070
vəzifəsinə təyin olunmuşdu.
O, öz şanına şe’rlər yazdıracaq qədər lovğa, özündən razı, təkəbbürlü gənc idi. Üstəlik
vəzifədə olduğu müddətdə çox haqsızlıq və zorakılıq etmiş, haqsız qazanc əldə etmişdi.
İbn Həcər Əsqəlaninin təbiri ilə desək ‚təqvası az, günahı çox‛ idi. H. 737-ci ildə (1336)
qayını İbn Rəşidəddinlə birlikdə qətlə yetirilmişdi
1071
.
1068
Əbü’l-Fəzl Əbdürrəhim ibn Hüseyn İRAQİ, Zeyl Mizanü’l-Etidal, (Nşr. M. Müəvvəz-Əbdülmövcud A. Ə), s. 134,
Beyrut 1995.
[
٠َتُٞغ
َُِْٖٔ
٢ِٗآ َن
،
َُِْٖٔ َٝ
َٟأ َن
َْٖٓ
٢ِٗآ َن
،
َُِْٖٔ َٝ
َٟأ َن
َْٖٓ
َٟأ َن
َْٖٓ
٢ِٗآ َن
]
. ‚Məni görənlər, məni görənləri görənlər....‛ deyərək
İslamın ilk üç nəsli, yəni səhabə, tabiun və təbəi-tabiun nəzərdə tutulur. Hədisdə bu üç nəslin fəziləti və üstünlüyü
bəyan edilir. Bu hədis 6 mötəbər hədis külliyatlının (Kutubi-Sittə) heç birinə daxil edilməmişdir. Bununla yanaşı
səhabə və tabiunun fəziləti və üstünlüyü barədə Kutubi-Sittədə çox sayıda hədis mövcuddur. Yuxarıda da qeyd
etdiyim kimi, bəzi mühəddislər Abdullah ibn Ruzbeh Sührəvərdinin siqa hədis ravisi olmadığı haqda (حوصت ً٤ُ) fikir
bəyan etmişdirlər. Yuxarıda mətninin tərcüməsini qeyd etdiyimiz hədis, Ənəs ibn Malikdən (ا) nəqlən, Təbəraninin
‚Mu’cəmü’s-Səğir‛ (C. I, s. 16) və imam Əhməd ibn Hənbəlin ‚Müsnəd‛ində (C. V, s. 245) mövcuddur. Bu hədisin
isnad və təxrici üçün bax:
http://www.islamweb.net/hadith/display_hbook.php
1069
İBN HƏCƏR, Lisanü’l-Mizan, C. V, s. 298.
1070
(ماهؼُا فاهٝأ هظاٗ)
1071
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. I, s. 425. Son Elxani hökmdarı Əbu Səid Bahadır 1335-ci ildə oğlan övladı
olmadan ölmüşdü. Beləcə Hülagü xanın nəslindən olan moğol əyanlar arasında Elxani taxtı uğrunda mübarizə
başlamışdı. Burada mübarizə aparan əsas bir neçə qrup var idi ki, bunların da birinə vəzir Qiyasəddin Muhəmməd
Rəşidi başçılıq edirdi. O, Hülagü xanın qardaşı Ərikbuğanın nəvəsi Arpa xanı Elxani taxtına oturtmaq istəyir, onun
hərbi dəstəyinə və sivil bürokratlara arxalardı. Digər tərəfdə isə əsasən köçəri moğol hərbi feodallarının dəstəklədiyi,
Elxanilərdən Baydu xanın (öl. 1295) nəvəsi, Musa xan var idi. Bu iki qrupun hərbi qüvvələri arasında 29 aprel 1336-cı
ildə Marağa yaxınlığında baş vermiş döyüş Musa xanın qələbəsi ilə bitmişdi. Nəticədə əsir düşmüş vəzir Qiyasəddin
Muhəmməd öz atasının, vəqflər naziri Cəmaləddin Əbdürrəhman Sührəvərdi isə qaynatasının qədərini palaşaraq,
Arpa xanla birlikdə, bu döyüşdən bir neçə ay sonra, edam edilmişdilər. Lakin Elxani taxtı Musa xana da qismət
Əbdülmahmud ibn Əbdürrəhman ibn Muhəmməd ibn Ömər ibn Muhəmməd
Sührəvərdi
Fütuvvət əhlində mənsub vaiz idi. Məşhur fütüvvət şeyxi Şihabəddin Ömər
Sührəvərdinin nəticəsi olan Əbdülmahmud Sührəvərdi Bağdadda yaşamış, babası şeyx
İmadəddin Əbu Cə’fər Muhəmməd Sührəvərdinin müridi olmuşdu. Əbdülmahmud
Sührəvərdi mömin və saleh insan idi. Bağdad məscidlərindən birində vaizlik edirdi. H.
714-ci ilin rəcəb ayında (1314) vəfat etmişdi
1072
.
Qazi Əbu Cə’fər Muhəmməd ibn Abdullah ibn Muhəmməd ibn Əmmuyə ibn Sə’d
Sührəvərdi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Şeyx Əbu’n-Nəcib Əbdülqahir Sührəvərdinin
qardaşı idi. Əsid əl-Meyhəninin tələbəsi olmuş, ondan fiqh elmini öyrənmişdi. Əbu
Cə’fər Muhəmməd Sührəvərdi mahir natiq idi, onun və’zləri böyük maraqla dinlənirdi.
Şəhrəzur qaziliyinə təyin olunmuş və h. 539-cu ildə (1144) Şəhrəzurda batıni-xaşxaşi
sui-qəsdçilər tərəfindən qətlə yetirilmişdi
1073
.
Şeyx Şərəfəddin İsa ibn Muhəmməd ibn Qaraca ibn Süleyman Sührəvərdi
Təsəvvüf əhlinə mənsub şeyx, həmçinin vaiz və şair idi. Çox gözəl və dərin mənalı
şerlər yazardı. H. 729-cu ilin rəbiəlaxir ayında (fevral 1329) vəfat etmişdi
1074
.
Şeyx İmadəddin Muhəmməd ibn Ömər ibn Əbdürrəhman ibn Muhəmməd ibn Ömər
Sührəvərdi
olmadı. Tezliklər moğol Cəlairilər sülaləsi Musa xanı məğlub edərək hakimiyyəti ələ keçirdilər. Bu hadislər haqqında
daha ətraflı məlumat üçün bax: İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 202; Əbdüssalam Əbdüləziz FƏHMİ,
Tarixu’d-Dövləti’l-Moğoliyyə fi İran, s. 234-236, Qahirə 1981; MÜŞTƏRƏK, İstoriya İrana s Drevneyşix Vremyon do Kontsa
XVIII veka, s. 217, Leninqrad 1958; MÜŞTƏRƏK, Azərbaycan Tarixi, s. 326-327.
1072
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 44.
1073
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, c.6, s.66.
1074
İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 240.
Əslən Zəncanın Sührəvərd qəsəbəsindən olan İmadəddin Muhəmməd Sührəvərdi
Bağdadda böyümüş, bu şəhərdə təhsil almışdı. Onun atası şeyx Şərəfəddin Ömər
Sührəvərdi ‚əl-Hədisi‛ ləqəbi ilə tanınmış məşhur hədis alimi idi. O, atasından Əbu
Davud Təyalisinin
1075
‚Müsnəd‛ adlı hədis külliyatını dinləmişdi. İbnü’l-Fuvatinin
yazdığına görə h. 691-ci ildə (1291) şeyx Əfifəddin Əbu Muhəmməd Əbdüssəlam ibn
Muhəmməd əl-Bəsrinin tələbəsi olmuşdu
1076
. Ölüm tarixi qeyd edilməmişdir.
Əbu Nəsr Əhməd ibn Firuzan Sührəvərdi
Mühəddis idi. H. 472-ci (1079) ildə Qəzvində Əbu Mənsur Nəsr ibn Əbdülcabbar əl-
Qərai, Əbu Əli Hüseyn ibn Musa ibn Bəhram kimi mühəddislərdən hədis dinləmişdi
1077
.
Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Muhəmməd ibn Əli ibn Əhməd ibnü’l-Əğər Sührəvərdi
Mühəddis idi. H. 686-cı ilin rəcəb (avqust 1287) ayında anadan olmuşdu. Rəşid ibn
Əbü’l-Qasım əl-Əvarif Sührəvərdi və Sührəvərddəki digər alimlərdən hədis dinləmişdi.
Bağdada gəlmiş və burada müxtəlif sahələrə dair dərslər vermişdi. H. 760-cı ildə (may
1359) Bağdadda vəfat etmişdi
1078
.
Vaiz Əbu’r-Rza Əbdurrəhim ibn Əbdulqahir ibn Abdullah ibn Əmmuyə Sührəvərdi
Bağdaddakı məscidlərdən birinin vaizi idi. Əbu’n-Nəcib Əbdülqahir Sührəvərdinin
oğlu, Əbu Muhəmməd Əbdullətif Sührəvərdinin böyük qardaşı idi. Ölüm tarixi h. 560-
cı (1165-1175) illərə təsadüf edir
1079
.
Şeyx Ziyaəddin Əbu’n-Nəcib Əbdülqahir ibn Abdullah ibn Muhəmməd ibn
Əmmuyə Sührəvərdi
1075
Hafiz Əbu Davud Süleyman ibn Davud əl-Farisi Təyalisi (750-819) yaşadığı dövrün tanınmış hədis alimlərindən
biri, ‚Müsnəd‛ adlı hədis külliyatının müəllifi idi.
1076
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 841.
1077
RAFİ’İ, Tədvin, C. II, s. 219.
1078
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 357.
1079
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VII, s. 87.
Şafi’i məzhəbinə mənsub fəqih idi. Onun soy kökü I xəlifə Əbu Bəkr əs-Sıddiqə (ا) çıxır.
Təqribən h. 490-cı ilin səfər ayında (fevral 1097) Zəncan yaxınlığındakı Sührəvərd
qəsəbəsində anadan olmuşdu. İlk təhsilini vətənində aldıqdan sonra Azərbaycandan
Bağdada getmiş və buradakı Nizamiyyə mədrəsəsində təhsil almışdı. Əsid ibn Əbu
Nəsr əl-Meyhəninin tələbəsi oluş, ondan fiqh elmini öyrənmişdi. Əbu Əli Muhəmməd
ibn Səid ibn Nəbhandan hədis dinləmişdi. Əbu Səd Əhməd ibn Muhəmməd
Bağdadinin yanında hədis külliyatlarını oxumuşdu. Təhsilini başa vurandan sonra
Bağdadda qalmış və bu şəhərdə yaşamışdı. Bağdadda fətva mərcii idi. Fiqh, fiqh üsulu,
təfsir və hədis mövzularında yaşadığı dövrün ən böyük alimlərindən biri idi. İki il
məzun olduğu Nizamiyyə mədrəsəsinin müdərrisi olmuşdu. Daha sonra özünün inşa
etdirdiyi bir mədrəsədə tədrislə məşğul oldu. O, zöhd və vəra’ sahibi insan idi.
İnsanlarla az ünsiyyətdə olur, daha çox tək qalıb zikr və ibadətlə məşğul olurdu. Şeyx
Əbun’-Nəcib Əbdülqahir Sührəvərdi bir sıra əsərlərin müəllifi idi. Bunların ən
məşhurlarından biri də ‚Adabü’l-Müridin‛ adlı əsər idi
1080
. ‚Adabü’l-Müridin‛in ərəbcə
əlyazma nüsxələri Türkiyədə Konya BYEK, Ankara Milli kitabxana və Manisa İHK-də
saxlanılmaqdadır. ‚Qəribü’l-Məsabih‛ şeyx Əbu’n-Nəcib Sührəvərdinin qələmə aldığı
bir digər əsərdir
1081
. Alim h. 563-cü ilin cəmaziəlaxir ayında (mart 1168) vəfat etmiş və
Bağdadda öz mədrəsəsinin həyətində dəfn edilmişdi
1082
.
Əbu Muhəmməd Abdullah ibn Əbdülqahir ibn Abdullah Sührəvərdi
Fütuvvət əhlinə mənsub şeyx, zahid və abid insan olan Əbu Muhəmməd Abdullah
Sührəvərdi
yuxarıda
haqqında
danışdığımız
şeyx
Ziyaəddin
Əbu’n-Nəcib
Sührəvərdinin oğlu idi. Öz əmisi oğlu şeyxü’ş-şüyux Şihabəddin Əbu Həfs Ömər
Sührəvərdinin müridi olmuş, onun mənəvi tərbiyəsində yetişmişdi. Şihabəddin Ömər
Sührəvərdinin müridliyinə daxil olmamışdan əvvəl o, bütün dünyəvi işlərdən əl
1080
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 101.
1081
MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 18-19.
1082
İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 2-3; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. III, s. 32-33; İBN KƏSİR, Bidayə
və’n-Nihayə, C. XII, s.459; İBNü’l-CƏVZİ, Müntəzəm fi’t-Tarix, C. X, s.225.
çəkmiş, sahib olduğu var-dövləti xeyriyyə qurumlarına bağışlamış, vəqf etmişdi. Əbu
Muhəmməd Abdullah Sührəvərdi h. 630-cu (1233) ildə vəfat etmişdi
1083
.
Qazi Əbu Muhəmməd Əbdüllətif ibn Əbdulqahir ibn Abdullah ibn Muhəmməd
Əmmuyə Sührəvərdi
Şafi’i məzhəbinə mənsub fəqih idi. H. 534-cü ildə (1140) Bağdadda anadan olmuşdu.
Yuxarıda haqqanda bəhs etdiyimiz Əbu’n-Nəcib Əbdülqahir Sührəvərdinin oğlu idi.
Fiqh elmindəki ilk təhsilini atasından almışdı. Əbü’l-Bədr əl-Kərxi, Əbü’l-Qasım Əli
ibnü’s-Səbbağ, Əbü’l-Fəzl Muhəmməd ibn Ömər Urməvidən hədis dinləmişdi. Daha
sonra Xorasan və Mavəraünnəhrə getmiş və bu yerlərin ən məşhur alimlərindən dərs
almışdı. Təhsilini başa vurandan sonra Bağdada qayıtmışdı. Bir müddət Bağdadda
qaldıqdan sonra Şam vilayətinə getmiş və Əyyubi hökmdarı Səlahəddin Yusif Əyyubi
(1169-1193) ilə birlikdə səlibçilərə qarşı hərbi səfərlərdə iştirak etmişdi. Sultan
Səlahəddin onu səlbiçilərin işğalından təmizlənmiş bütün ərazilərin qazisi vəzifəsinə
təyin etmişdi. Bu vəzifəni icra edərkən qazi Əbu Muhəmməd Əbdüllətif Sührəvərdi
Əkkə şəhərində yaşamışdı. Əbu Muhəmməd Əbdullətif Sührəvərdi bir müddət bu
vəzifəni icra etdikdən sonra Bağdada qayıtmışdı. Daha sonra Ərbil şəhərinə köçmüş və
ömrünün sonuna qədər bu şəhərdə yaşamışdı. Alim h. 610-cu ilin cəmadiələvvəl ayında
(oktyabr 1213) Ərbildə vəfat etmişdi
1084
.
Əbü’ş-Şüca’ Faris ibn Hüseyn ibn Faris ibn Hüseyn ibn Qərib ibn Bəşir əz-Zıhli
Dostları ilə paylaş: |