Sührəvərdi
Siqa hədis ravisi, mühəddis idi. Bağdadda yaşayırdı. Hədis elmi ilə yanaşı ərəb dili və
ədəbiyyatı sahəsində də böyük mütəxəssis idi. Həmçinin şair idi, gözəl şerlər yazırdı.
O, fəzilətli və saleh insan idi. Əbu Əli Həsən ibn Əhməd ibn Şazan əl-Bəzzaz, vaiz
Əbü’l-Qasım Əbdülməlik ibn Muhəmməd ibn Buşrandan hədis dinləmişdi. Əbu Bəkr
Muhəmməd ibn Əbdülbaqi əl-Ənsari, Əbü’l-Qasım İsmayıl ibn Əhməd Səmərqəndi,
1083
Kəmaləddin Əbü’l-Fəzl Əbdürrəzzaq ibn Əhməd İBNü’l-FUVATİ, Həvadisü’l-Camiə’ və’t-Təcaribü’n-Nafiə’, (Nşr.
M. Cavad), s. 22, Bağdad 1351.
1084
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VIII, s.165; ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, 262.
Əbü’l-Bərəkat Əbdülvəhhab ibnü’l-Mübarək əl-Ənmati, Əbü’l-Fəzl Muhəmməd əs-
Səlami, Əbü’l-Fərəc Əbdülxaliq ibn Əhməd əl-Yusifi, Əbu Həfs Ömər ibn Zəfər əl-
Məğazili ondan hədis dinləmiş və nəql etmişdilər. Alim 407-ci ilin rəbiəlaxir ayında
(sentyabr 1016) vəfat etmişdi
1085
.
Əbu Qalib Şüca’ ibn Faris ibn Hüseyn ibn Faris əz-Zıhli Sührəvərdi
Yaşadığı dövrün tanınmış hədis hafizlərindən idi. H. 430-cu ildə (1039) Azərbaycanda
anadan olmuşdu. Künyə, ata və baba adlarını müqayisə edilməsi onun yuxarıda
haqqında yazdığımız mühəddis Əbü’ş-Şüca’ Faris ibn Hüseyn Sührəvərdinin oğlu
olduğu fikrini oyandırır. Lakin Əbü’ş-Şüca’ Faris Sührəvərdi (öl. 1016) Əbu Qalib Şüca’
Sührəvərdinin anadan olmasından 23 il əvvəl vəfat etdiyi üçün bu mümkün deyil.
Bununla belə onların eyni nəslə mənsub olduqlarını söyləmək mümkündür. Ehtimal ki,
Əbü’ş-Şüca’ Faris Sührəvərdi Əbu Qalib Şüca’ Sührəvərdinin babası idi. Əbu Qalib
Şüca’ Sührəvərdi Bağdadda gedib bu şəhərdə yaşamışdı. Əbu Talib Muhəmməd ibn
Muhəmməd ibn əl-Bəzzar, Əbu Muhəmməd Həsən əl-Cəvhəri, Əbu Talib Muhəmməd
ibn Əli ibnü’l-Fəth əl-Əş’aridən (öl. 1059) hədis dinləmişdi. İsmayıl ibn Səmərqəndi,
Əbdülvəhhab əl-Ənmati, Əbu Tahir Əhməd əs-Süləfi İsfəhani, həmçinin öz oğlu və
qardaşı Əbu Hamid ibn Faris əz-Zıhli ondan hədis dinləmişdilər. Alim h. 3
cəmaziələvvl 507-ci ildə (15 oktyabr 1113) Bağdadda vəfat etmişdi
1086
.
Şeyxü’ş-şüyux Şihabəddin Əbu Həfs Ömər ibn Muhəmməd ibn Abdullah ibn
Əmmuyə əl-Bəkri Sührəvərdi
Şafi’i məzhəbinə mənsub fəqih və fütüvvət təşkilatının şeyxü’ş-şüyuxu, baş şeyxi idi.
Rəsulullahın (م) I xəlifəsi Əbu Bəkrin (ا) nəslindən idi. H. 539-ci ildə (1144) anadan
olmuşdu. Bağdada gəlmiş və burada məskunlaşmışdı. Əmisi Əbu’n-Nəcib Sührəvərdi,
Muhəmməd ibnü’l-Bəttə, Hibətullah əş-Şibli və Əbdülqadir Gilanidən (1078-1167) dərs
1085
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. III, s. 32-33.
1086
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. III, s. 32-33; İBN ƏBDÜLHADİ, Təbəqatu-Üləma, C. IV, s. 11-13.
almışdı
1087
. Seyyid Əbü’l-Qasım əd-Dəbusidən fiqh elmini öyrənmişdi. Əbu
Muhəmməd Rizqullah ibn Əbdülvəhhab ət-Təmimi, Əbü’l-Həsən Asim ibn Həsən əl-
Kərxidən hədis dinləmişdi. Ömər ibn Əbü’l-Həsən Bistami ondan hədis dinləmiş və
onun tələbələrindən biri olmuşdu
1088
. Mənbələrin qeyd etdiyi təvəllüd və ölüm
tarixlərindən əmisi Əbu’n-Nəcib Sührəvərdi vəfat edərkən Şihabəddin Ömərin 24 yaşlı
gənc olduğu məlum olur. Bu yaşına qədər əlbəttə ki, tədris və seyri-süluk (təsəvvüfi
təlim mərhələləri) gördüyü ehtimalı böyükdür. Lakin ‚Mənaqibi-şeyx Əvhəddüddini-
Kirmani‛ adlı mənaqibnamənin müəllifi Muhəmməd Sivasinin yazdığına görə
Ziyaəddin Əbu’n-Nəcib vəfatından bir müddət əvvəl xəlifəsi, eyni zamanda yeznəsi
olan şeyx Qüdbəddin Əbhəriyə belə demişdi: ‚qardaşımın oğlu Şihabəddin hələ ki, 15
yaşlı uşaqdır, onunla bağlı qüsura yol vermə, mən səni necə irşad etmişəmsə sən də
onu irşad et. Onun təhsili üçün əlindən gələni hər şeyi et. Görürəm ki, o, böyük
qabiyyət və qüvvətli hafizəyə malikdir. Mənə ondan daha əziz heç kim yoxdur, bu iş
üçün də səndən daha müşviq heç kim yoxdur‛
1089
. Mənaqibnamədə həm də
Əvhədəddin Kirmani ilə şeyx Şihabəddin Ömər Sührəvərdinin yaxın dost olduğunu
görürük. Belə ki, şeyx Əvhədəddin Kirmani uzaq səfərlərə çıxanda azyaşlı qızı Aminə
xanımı Bağdadda şeyx Şihabəddin Ömərin evində qoyurdu. Aminə xanım Şihabəddin
Ömər Sührəvərdinin tələbələrindən və müridələrindən biri olmuşdu
1090
.
Abbasi xəlifəsi Nasir Li-Dinillah (1180-1225) şeyx Şihabəddin Öməri fütuvvət
təşkilatının, eləcə də bütün xilafətin şeyxü’ş-şüyuxluğuna təyin etmişdi
1091
. Şeyx
Şihabəddin Ömər həmçinin mahir diplomat idi və xəlifənin şəxsi təmsilçisi olaraq bəzi
diplomatik fəaliyyətlərdə olmuşdu. O, 1221-ci ildə xəlifənin səfiri olaraq Konyaya
getmiş, Anadolu Səlcuqlu sultanı Əlaəddin I Keyqubadla (1220-1237) Gəvalə qalasında
görüşmüş və danışıqlar aparmışdı
1092
. Onun 1217-ci ildə xəlifənin adından Xarəzmşah
1087
Əbdürrəhman CAMİ, Nəfəhatü’l-Üns min Həzəratü’l-Qüds, s. 297, İstanbul 1279; ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-
Dübeysi, s. 287; MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 25.
1088
CAMİ, Nəfəhat, s. 527.
1089
BAYRAM, Şeyh Evhaü’d-Din El-Kirmanî ve Menâkıb-Nâmesi, s. 153.
1090
Həmin əsər, s. 154-155
1091
CAMİ, Nəfəhat, s. 527.
1092
ƏFLAKİ , Ariflerin Menkıbeleri, C. I, s. 13-15.
Əlaəddin Muhəmmədlə (1200-1220) apardığı danışıqlar isə Xarəzmşahın uzlaşmaz
mövqeyi səbəbiylə uğursuzluqla nəticələnmişdi
1093
.
İbn Kəsirin yazdığına görə xəlifənin əmri ilə h. 605-ci ildə (1208) şeyx Şihabəddin Ömər
Sührəvərdi tutduğu bütün vəzifələrdən, o cümlədən vaizlikdən azad etmiş, irşadla
məşğul olduğu xanəgah əlindən alınmışdı. Buna səbəb şeyx Şihabəddinin xəlifənin
elçisi olaraq Misirə gedib Əyyubi sultanı Məlik Adillə (1200-1218) görüşəndən sonra
sultanın ona verdiyi çox qiymətli hədiyyələr və xeyli miqdarda nəğd pulla Bağdada
qayıtması olmuşdu. Lakin şeyx ona verilən bütün hədiyyələri və nəğd pulu Bağdadın
yoxsullarına paylamış, belə ki, özü müflis vəziyyətə düşmüşdü
1094
. Şeyx Şihabəddin
Ömər Sührəvərdi daha sonrakı illərdə xəlifənin elçisi sifəti ilə müxtəlif ölkələrə
getdiyinə görə xəlifənin onu yenidən əvvəlki vəzifəsinə qaytadığını düşünmək olar.
Şeyx Şihabəddin Ömər Sührəvərdi h. 632-ci ilin rəbiəlvvəl ayında (dekabr 1234) vəfat
etmiş
1095
və Bağdadın Şünuziyyə qəbristanında dəfn edilmişdi
1096
.
‚Əvarifü’l-Məarif‛, ‚Kənzü’l-İbad fi Şərhi’l-Əvrad‛, ‚Cəzbü’l-Qülub ilə Müvasilatü’l-
Məhbub‛, ‚Ədlətü’l-Əyan və’l-Burhan‛, ‚İ’lamü’l-hədi və Əqidə Ərbabü’t-təqi‛, ‚əz-
Zəxair‛, ‚Risalə fi’s-Süluk‛, ‚Risalətü’l-Asimiyyə‛, ‚Əsmai’l-Ərbəinü’l-İdrisiyyə‛,
‚Rəşfə’n-Nəsaihü’l-İmaniyyə və Kəşfü’l-Fəzaihi’l-Yunaniyyə‛, ‚Risalətü’l-Fütuh‛
1097
,
‚Risalətü’s-Seyr
və’t-Təyr‛
1098
,
‚əl-Vəsiyyə‛,
‚Mənasik‛,
‚Munisü’l-Uşşaq‛
1099
,
‚Risalətü’r-Rahiqü’l-Məxtum‛ onun qələmə aldığı əsərlərdir
1100
. Bundan başqa o,
Qur’ani-Kərimin təfsirinə dair ‚Nuğbəti’l-Bəyan fi Təfsiri’l-Qur’an‛ əsərin də
müəllifidir
1101
. Şeyx Şihabəddin Ömər Sührəvərdi həmçinin bir sıra irili xırdalı risalə və
tərcümənin müəllifidir. Şeyx Şihabəddin həm də istedadlı şair idi. Şihabəddin Ömər
1093
KAFESOĞLU, həmin əsər, s. 216-217.
1094
İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIII, s. 141-143. Əbu Bəkr ibn Abdullah ibn Aybək DƏVADARİ şeyx
Şihabəddin Ömər Sührəvərdinin xəlifə Nasir li Dinillah (1180-1225) tərəfindən h. 604-cü ildə (1207-1208) Əyyubi
sarayına səfir göndərildiyini qeyd etmişdir. Lakin şeyxin Əyyubi hökmdarından hədiyyə aldıb-almadığına dair heç
bir şey yazmamışdır. Bax: Kənzü’d-Dürər və Camiü’l-Ğürər, C. VII, s. 164, (Nşr. S. Ə. Aşur), Qahirə 1972.
1095
İbnü’l-Fuvati onun h. 632-ci ilin məhərrəm ayında (oktyabr 1234) vəfat etdiyini qeyd etmişdir. Bax: Məcməü’l-
Adab, C. IV/2, s. 840.
1096
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. III, s. 33. Həmidullah Müstəvfiyə görə alimin məzarı Bağdadın Babü’t-Təlha
qəbristanındadır. Bax: Tarixi-Qozidə, s. 669-670, (Nşr. A. Nəvayi), Tehran 1364.
1097
Alimin ‚Əsmai’l-Ərbəinü’l-İdrisiyyə‛, ‚Rəşfə’n-Nəsaihü’l-İmaniyyə və Kəşfü’l-Fəzaihi’l-Yunaniyyə‛ və
‚Risalətü’l-Fütuh‛ adlı əsərlərinin birər nüsxəsi İstanbul Köprülü yazma əsərlər kitabxanasında saxlanılır.
1098
Bir nüsxəsi İstanbul Nuriosmaniyyə kitabxanasında saxlanılır.
1099
Bu əsərin iki əlyazma nüsxəsi İstanbul Millət kitabxanasında saxlanılır.
1100
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 101, 109, 159, 201, 1073, 1079, 1112; C. II, s. 1017.
1101
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 583; C. II, s. 1165.
Sührəvərdinin qələmə aldığı, indiyə qədər bilinməyən, ‚Risalə fi Şərhi-Ma’nii’l-Fəqr və
Nəshü’-Füqəra‛ adlı əsəri bizim tərəfimizdən müəyyən edilmişdir
1102
.
Şeyxü’s-şüyux İmadəddin Əbu Cə’fər Muhəmməd ibn Ömər ibn Abdullah ibn
Əmmuyə əl-Bəkri Sührəvərdi
Məşhur fətüvvət şeyxi Şihabəddin Əbu Həfs Ömər Sührəvərdinin (öl. 1234) oğlu idi. H.
618-ci ildə (1221) Ümmü’n-Nasir təkkəsinin şeyxi Rəziyəddin İsa ibn Abdullah əş-
Şəhrbaninin vəfatından sonra onun yerinə bu vəzifəyə təyin olunmuşdu. Atası şeyx
Şihabəddin Əbu Həfs Ömərin vəfatından (1234) sonra onun yerinə Bağdaddakı əl-
Mə’muniyyə təkkəsinin şeyxliyinə və bütün xilafətin şeyxü’ş-şüyuxluğuna təyin
olunmuşdu. H. 640-cı ildə (1242) Abbasi xəlifəsi Müstə’sim Billahın (1242-1258) elçilik
heyətinin başçısı olaraq Anadoluya getmiş və Anadolu Səlcuqlu sultanı Qiyasəddin II
Keyxosrovla (1237-1246) görüşmüşdü. Bu diplomatik missiyanı yerinə yetirəndən sonra
Bağdada qayıtmışdı. Bir müddət sonra Bağdaddakı əl-Əzudi xəstəxanasının
idarəçiliyinə təyin olunmuş, lakin h. 650-ci ildə (1252) könüllü istefaya getmişdi
1103
.
Ölüm tarixi məlum deyil.
Şeyx Əizz ibn Ömər ibn Muhəmməd ibn Abdullah Sührəvərdi
Mühəddis və fütuvvət şeyxi idi. Bağdadda yaşamış, Əbu Əli Muhəmməd ibn Səid ibn
Nəbhandan hədis dərsləri almışdı. Şeyx Ömər ibn Əbu Bəkr ibn Cabir olun yetişdirdiyi
mühəddislərdən biri idi. Şeyx Əizz Sührəvərdi h. 11 məhərrəm 657-ci ildə (30 dekabr
1161) vəfat etmişdi
1104
.
Şeyx Əbu Abdullah Muhəmməd ibn Əizz ibn Ömər ibn Muhəmməd ibn Abdullah
əl-Bəkri Sührəvərdi
Şafi’i məzhəbinə mənsub mühəddis və təsəvvüf şeyxi idi. Yuxarıda haqqında bəhs
etdiyimiz şeyx Əizz Sührəvərdinin oğlu idi. İsmayıl ibnü’s-Səmərqəndi və Əbu Sə’d
1102
Əsər Konya BYEK, Nr. 198/27-də saxlanılır.
1103
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 839-840.
1104
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 144.
Əhməd ibn Muhəmməd Bağdadidən hədis dərsləri almışdı. Şeyx Əbu Abdullah
Muhəmməd Sührəvərdi h. 517-ci ildə (1123) anadan olmuş, h. 607-ci ilin şəvval ayında
(aprel 1211) Bağdadda vəfat etmişdi
1105
.
Şeyx Əsəd ibn Muhəmməd ibn Əizz ibn Ömər ibn Muhəmməd Sührəvərdi
Şafi’i məzhəbinə mənsub mühəddis və təsəvvüf şeyxi idi. Yuxarıda haqqında məlumat
verdiyimiz şeyx Əbu Abdullah Muhəmməd Sührəvərdinin oğlu idi. Mühəddis
Muhəmməd ibn Mahmud ibnü’n-Nəccar (öl. 1245) onun tələbələrindən olmuş, ondan
hədis dərsləri almışdı. Şeyx Əsəd Sührəvərdi h. 547-ci ildə (1152) anadan olmuş, h. 614-
cü ilin rəcəb ayında (oktyabr 1217) vəfat etmişdi
1106
.
Fəxrəddin Əbu Abdullah Muhəmməd ibn Əbdülvaris ibn Ömər əl-Bəkri Sührəvərdi
Mühəddis idi. Rəsulullahın (م) I xəlifəsi Əbu Bəkrin (ا) nəslindən idi. Şeyxü’ş-şüyux
Şihabəddin Əbu Həfs Ömər Sührəvərdinin (öl. 1234) əqrəbası idi. İbnü’l-Fuvati
Fəxrəddin Əbu Abdullah Sührəvərdinin onun müəllimlərimdən İzzəddin Əli ibn
Muhəmməd ibn Əhməd Sührəvərdinin babası olduğunu qeyd etmişdir. Fəxrəddin Əbu
Abdullah Sührəvərdi atası qazi Vəcihəddin Əbdülvaris və Əbü’l-Vəqt Əbdüləvvəlin
tələbəsi olmuş, onlardan hədis dərsləri almıdı. Fəxrəddin Əbu Abdullah Sührəvərdi
gözəl əxlaqlı və xoşrəftar insan idi. H. 606-cı ilin şəvval ayında (aprel 1210) vəfat etmiş
və Bağdaddakı əs-Sultan camesinin yanında dəfn edilmişdi
1107
.
Şeyx Əbü’l-Kərəm Mübarək ibn Həsən Sührəvərdi
Hədis ravisi və fəqih idi. Bağdadda doğulub böyümüşdü. Bir sıra əsərlərin müəllifi olan
şeyx Əbü’l-Kərəm Mübarək xeyirxah, saleh əməlli, xoşrəftar insan idi. O, Əbü’l-Qənaim
ibn Mə’munun tələbəsi olmuş, fətva verə biləcəyinə dair icazətnaməni ondan almışdı.
1105
ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, 16.
1106
ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, 143.
1107
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 341.
İsmayıl ibn Rizqullah ət-Təmimidən hədis dinləmişdi. Alim h. 550-ci ilin zilhiccə ayında
(fevral 1156) vəfat etmişdi
1108
.
Əbu Zəkəriyyə Yəhya ibn Abdullah ibn Əizz ibn Ömər Sührəvərdi
Mühəddis idi. Əmiləri şeyx Muhəmməd ibn Əizz Sührəvərdi və Ömər ibn Əizz
Sührəvərdidən hədis dərsləri almışdı. H. 616-cı ildə (1219) Bağdadda vəfat etmişdi
1109
.
Şihabəddin Əbü’l-Fütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi
Şihabəddin Yəhya Sührəvərdi 1155-ci ildə Sührəvərd qəsəbəsində dünaya gəlmişdi
1110
.
Qazi Nurullah onun şeyxü’ş-şüyux Şihabəddin Ömər Sührəvərdinin (1145-1234) bacısı
oğlu olduğunu qeyd edir
1111
. Lakin digər mənbələrdə bunu təsdiqləyən mahiyyətdə heç
bir məlumat yoxdur. Fiqh, fiqh üsulu, kəlam, astronomiya və cədəl kimi elm
sahələrində öz dövrünün tanınmış alimlərindən olan Yəhya Sührəvərdi Marağada
Fəxrəddin Razi ilə birlikdə, şeyx Məcdəddin Cilinin tələbəsi olmuşdu
1112
. Marağada
tələbə ikən sufilərin söhbət məclislərində iştirak edən Yəhya Sührəvərdinin təsəvvüfə
meyli artmışdı
1113
. Bunun Yəhya Sührəvərdinin həyatının sonrakı dövrlərində və işraq
fəlsəfəsinin təşəkkülündə mühüm rolu olmuşdu. Təhsilini başa vurduqdan sonra bir
müddət Azərbaycan, Arran və Şirvanın şəhərlərini gəzən gənc Şihabəddin Yəhya
buradakı alim, mütəfəkkir və təsəvvüf ərbabı ilə görüşüb söhbət etmişdi
1114
. Daha sonra
vətəni tərk edərək Anadoluya getmişdi. Yəhya Sührəvərdi burada Artuqlu əmiri
İmadəddin Əbu Bəkrin (1184-1204) həmayəsinə daxil olaraq Diyarbəkirədə yaşamışdı.
Diyarbəkirdə yaşadığı müddətdə şərqi Anadolunun elm və mədəniyyət mərkəzləri
1108
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. IV, s. 409.
1109
ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, 382.
1110
Rzaqulu Xan HİDAYƏT, Riyazü’l-Arifin, s. 211, Tehran 1305; QƏZVİNİ, Asarü’l-Bilad, s. 264; BAKUVİ, Təlxisü’l-
Asar, s. 75; İsaməddin Əhməd TAŞKÖPRÜZADƏ, Mövzuatü’l-Ülum, C. I, s. 326-329, Beyrut 1985. Şihabəddin Yəhya
Sührəvərdinin künyəsi, təvəllüd və ölüm tarixləri haqqında mənbələrdə bir-birindən fərqli məlumatlara rast gəlmək
mümkündür.
1111
Qazi Seyyid Nurullah ŞUŞTƏRİ, Məcalisü’l-Mu’minin, v. 345a , AMEA Əİ Fondu, Nr. D 106/10083.
[
باٜش ٠ئقاوهٛاٞـ
قٞت ٟقنٝهٌٜ هٔػ ٖ٣كُا
]
Qazi Şuştəri ehtimal ki, Yəhya Sührəvərdini, Əbu’n-Nəcib Sührəvərdinin qardaşı oğlu
Şihabəddin Ömər Sührəvərdi ilə qarışdırmışdır.
1112
YAFİ’İ, Miratü’l-Cənan, C. III, s. 329-331.
1113
HƏLƏBİ, Tarixi-Fəlasifəyi-İran, s. 502.
1114
Şihabəddin Yəhya SÜHRƏVƏRDİ, Məcmuate-Müsənnifati-Şeyx İşraq, C. II, s. 231, (Nşr. Corbin.H), Tehran 1373;
Ahmet Kamil CİHAN, ‚Şihabeddin Sühreverdî’nin Eserleri‛, EÜSBED, S. 11, Kayseri 2001, ss. 56-66.
olan Məyyəfariqin, Mardin və Hərran şəhərlərinə səyahət etmişdi
1115
. Mardində dövrün
məşhur alimlərindən Fəxrəddin Mardini ilə tanış olmuş və bir çox elmi mövzuda
onunla fikir mübadiləsi aparmışdı. Fəxrəddin Mardini onun haqqında belə demişdi:
‚Bizim dövrümüzdə (elmi biliyinə görə) onun tayı-bərabərini tapmaq olmaz, lakin mən
onun natəmiz olmasından və düşkünlüyündən ötrü narahatam. Ağlının azlığı onun
axırına çıxacaq‛
1116
. Şihabəddin Yəhyanın geyiminə və zahiri görkəminə əhəmiyyət
verməməsi ilə bağlı Zəkəriyyə Qəzvini də öz əsərində bir hadisəni nəqli etmişdir.
Müəllif yazır ki, Qəzvin fəqihlərindən birinin dediyinə görə o, Anadoluda olduğu vaxt
qaldığı mehmanxanada Şihabəddin Yəhya ilə tanış olmuşu. Şihabəddin Yəhyanın
əynində qara rəngli paltar, başında qara rəngli qələnsut varmış. Şihabəddin Yəhya
səma’ (sufilərə məxsus rəqs) etdikdən sonra gəlib oturmuş və hadisəni nəql edən şəxs
ona ‚bu əynindəkindən başqa paltar geymirsən?‛ deyə sual vermişdi. Şihabəddin
Yəhya bu suala yarımağız cavab verəndə qəzvinli fəqih ona bir neçə dəfə təkidlə
‚paltarını yu‛ demişdi
1117
. Diyarbəkirdən Anadolu Səlcuqlularının hakimiyyəti
altındakı Sivasa gedən Yəhya Sührəvərdi bir müddət orada yaşamışdı
1118
. O, Anadoluda
ikən Səlcuqlu sultanı İzzəddin II Qılıncarslanın (1155-1192) oğulları şahzadə Nəsrəddn
Börkyaruqşah, Qütbəddin Məlikşah və Rüknəddin Süleymanşahın müəllimi
olmuşdu
1119
. Qısa müddət üçün Azərbaycana qayıdan Yəhya Sührəvərdi yenidən
Anadoluya getmişdi. Lakin orada da çox qalmayıb Şam diyarına getmək istəmişdi.
Sultan İzzəddin II Qılıncarslanın bunu ona məsləhət görməməsinə rəğmən Yəhya
Sührəvərdi Anadolunu tərk edərək Hələbə getmişdi
1120
. Şihabəddin Yəhyanın
Anadoludan Suriyaya hansı tarixdə getdiyini müəyyənləşdirmək çətindir. İranlı
tədqiqatçılar onun Şam diyarına 1183-cü ildə getdiyini güman etməkdədirlər
1121
. İbnü’l-
Əsirin öz əsərində qeyd etdiyi bir hadisəni nəzərə alaraq onun Rüknəddin
Süleymanşahın şahzadəliyi dövründə, bu şahzadə hələ Toqat məliki belə deyilkən,
1115
Hilmi Ziya ÜLKEN, İslam Felsefesi, Kaynakları ve Tesirleri, s. 188-189, İş Bankası Yay. 1967.
1116
Müvəffəqəddin Əbü’l-Abbas İBN ƏBİ USEYBİYƏ, Uyunü’l-Ənba fi Təbəqatü’l-Ətibba, s. 641-642, Beyrut (trz).
1117
QƏZVİNİ, Asarü’l-Bilad, s. 264.
1118
ÜLKEN, İslam Felsefesi, s. 188-189. Ehtimal ki, Sivasda Səlcuqlu şahzadəsi Qütbəddin Məlikşahın himayəsində
yaşamışdı. Sivas məliki Qütbəddin Məlikşah 1189-cu ilin oktyabrında Konyaya gedib yaşlı atasına təzyiq göstərərək
özünü vəliəhd şahzadə elan etdirmişdi.
1119
Yenə orada.
1120
Yenə orada.
1121
Bax: HƏLƏBİ, Tarixi-Fəlasifəyi-İran, s. 503; ZƏNCANİ, Tarixi-Zencan, s. 77.
Suriyaya getdiyini deyə bilərik. İbnü’l-Əsir ona çatan xəbərlərə görə şahzadə
Rüknəddin Süleymanşahın etiqadının pozuq olduğunu, onun fəlsəfi cərəyanlardan
birinə mənsub olduğunu, bu firqəyə mənsub olmaqla ittiham edilənlərin şahzadəyə
pənah apardıqlarını qeyd etmişdir
1122
. İbnü’l-Əsirə görə şahzadə Rüknəddin ‚bu tayfa‛
ilə xoş rəftar edir, onlara lütf və ehsan edirdi. Müəllif yazır: ‚fəqət o, ağıllı idi və xalqın
ona nifrət etməməsi üçün öz etiqadını gizlədirdi‛
1123
. İbnü’l-Əsir daha sonra aşağıdakı
hadisəni nəql edir: ‚Rüknəddin Süleymanşahın yaxın adamlarından olan bir şəxs
zındıqlığı və fəlsəfi bir cərəyana mənsub olması ilə tanınırdı. O, sultanın yaxın
adamlarından biri idi. Bir gün bir fəqih həmin adamla elmi münazirəyə girişdi. Həmin
şəxs öz fəlsəfi etiqadından danışmağa başlayanda fəqih ayağa qalxıb şahzadə
Rüknəddin Süleymanşahın hüzurunda onu sillələdi və ağır sözlər dedi. Rüknəddin
Süleymanşah müdaxilə etmədən səssizcə danışılanları dinləyirdi. Fəqih çıxıb gedəndən
sonra həmin adam şahzadə Rüknəddinə ‚belə bir adam sənin hüzurunda mənə qarşı
hörmətsizlik edib həddini aşır, lakin sən səsini belə çıxarmırsan‛ dedi. Şahzadə
Rüknəddin ona belə cavab verdi: ‚Əgər mən də danışmağa başlasaydım ikimiz də
öldürülərdik. Sənin hər istədiyini açıq-aşkar bəyan etmən mümkün deyil‛. Bu
hadisədən sonra həmin filosof onun yanından çıxıb getdi‛
1124
.
Maraqlıdır ki, İbnü’l-Əsir 1188-ci ildən sonra Şihabəddin Yəhya Sührəvərdini edam
etdirən sultan Səlahəddin Əyyubinin (1174-1193) xidmətində olduğu və bu tarixdən
1206-cı ilə qədər Yəhya Sührəvərdinin edam edildiyi Hələbdə yaşadığı halda
1125
haqqında danışdığı bu ‚zındıqlığı və fəlsəfi bir cərəyana mənsub olması‛ ilə tanınan
şəxsin adını açıq-aydın yazmamışdır. İbnü’l-Əsirin haqqında danışdığı bu şəxsin
Şihabəddin Yəhya olması ehtimalı çox qüvvətlidir. Yuxarıda qeyd etdiyimiz kimi
Yəhya Sührəvərdi sultan İzzəddin II Qılıncarslanın digər iki oğlu ilə birlikdə
Rüknəddin Süleymanşahın müəllimi olmuşdur. Bu vaxt Rüknəddin Süleymanşah hələ
ki, hökmdar deyildi, daha sərbəst hərəkət edəcəyi Toqat məlikliyinə isə atası tərəfindən
1186-cı ildə təyin edilmişdi. Atasının sarayında şahzadə ikən hələ ki, heç kimdən
1122
İBNü'l-ƏSİR, Kamil fi't-Tarix, C. XII, s. 163.
1123
Yenə orada.
1124
Yenə orada.
1125
ŞEŞEN, Müslümanlar’da Tarih-Coğrafya Yazıcılığı, s. 138.
çəkinməyəcək bir vəziyyətdə deyildi. Himayə etdiyi sözü gedən filosofu da güman ki,
bu səbəbdən müdafiə etməkdən çəkinmişdi.
İbn Bibi Anadolu Səlcuqlu dövlətinin səltənət naibi Cəlaləddin Qaratayın qardaşı əmir
Kəmaləddin Kamyarın fəlsəfə və filosoflara qarşı böyük marağı olduğunu, bu sahədə
Şihabəddin Yəyanı böyük alim kimi tanıdığını qeyd etmişdir
1126
. Mənbələrdə
Şihabəddin Yəhyanın həmçinin simya elmində də mahir olduğu barədə məlumatlara
rast gəlinir
1127
. Bununla yanaşı onunla bağlı bəzi əcaib hadisələr də mənqibə halına
gətirilərək təbəqat və təzkirə kitablarında qeyd edilmişdir. Bu mənqibələrin birində
yazıldığına görə bir qrup tələbəsi ilə birlikdə Dəməşqdən səyahətə çıxan Şihabəddin
Yəhya yolda qoyun otaran tərəkəmələrə rast gəlmişdi. O, tələbələrindən birinə 10
dirhəm pul verərək qoyun alması üçün tərəkəmələrin yanına göndərir. Tələbə
tərəkəmələrdən birinə 10 dirhəm verərək sürüdən bir qoyun seçib götürür. Bir qədər
sonra başqa bir tərəkəmə arxadan onlara yetişərək qoyunu satanın qiymətlərdən
xəbərsiz olduğunu, 10 dirhəmə bundan daha kiçik qoyun ala biləcəklərini deyir.
Şihabəddin Yəhya tələbələrə qoyunu götürüb getmələrini tapşırır, özü isə tərəkəmə ilə
danışıb onu razı salmağa çalışır. Həqiqətən o, çobanı dilə tutaraq razı sala bilmişdi.
Lakin bir müddət sonra tərəkəmə yenidən qoyunun ucuza getdiyi fikrinə qapılaraq
onların arxasınca yollanmışdı. Şihabəddən Yəhyanı çağırsa da o, dönüb arxaya
baxmayaraq yoluna davam etmişdi. Nəhayət arxadan ona yetişən tərəkəmə Şihabəddin
Yəhyanın qolundan tutub özünə tərəf çəkmişdi. Çəkilən qol qopub tərəkəmənin əlində
qalmış, qorxuya qapılan çoban qopan qolu ataraq qaçmağa başlamışdı. Şihabəddin
Yəhya bir damla qan belə axmayan qolunu yerdən alıb yerinə qoymuş və tələbələri ilə
birlikdə yola davam etmişdilər
1128
. Bir dəfə də güya insanlar Şihabəddin Yəhyanın suyu
dibi görünənə qədər iki yerə böldüyünü görmüşdülər
1129
. Hətta Şihabəddin Yəhyanın
1126
İBN BİBİ, Əvamirü’l-Əlaiyyə, s. 478. Bu iki qardaş mənşəcə rum, yəni Anadolu yunanı idilər. Ailələri İslamı qəbul
etmiş və türkləşmişdi.
1127
Əlişir NƏVAYİ, Nəsayimü’l-Məhəbbə min Şəmayimü’l-Fütuvvə, (Nşr. K. Eraslan), s. 382-383, İstanbul 1979; CAMİ,
Nəfəhat, s. 658-659.
1128
YAFİ’İ, Miratü’l-Cənan, C. III, s. 329-330; CAMİ, Nəfəhat, s. 658-659; TAŞKÖPRÜZADƏ, Mövzuatü’l-Ülum, C. I, s.
326-329.
1129
QƏZVİNİ, Asarü’l-Bilad, s. 264.
Məkkədə ikən Hira mağarasına gedərək orada yaşadığını, ‚qum, fə-ənzir‛
1130
[
نِمَٗأك ُْْه
]
yəni ‚qalx və insanları xəbərdar et‛ əmri gələnə qədər oradan çıxmayacağını bildirdiyi
də deyilirdi
1131
. Sufizmin mənqibə kitablarında bu qəbildən olan, fizika, tibb kimi
elmlərin qanunlarına, yəni sünnətullaha
1132
meydan oxuyan nağılvari hekayələrə tez-tez
rast gəlmək mümkündür. Lakin məsələ burasındadır ki, bu cür mənqibələrin yayılması
hələ yaşadığı dövrdə Şihabəddin Yəhya haqqındakı ictimai rəyin birmənalı olmamasına
yol açmışdı. Hələbdə yaşadığı vaxt insanların bir qismi onu təkfir edib kafirliklə ittiham
edərkən, digər bir qismi də onu kəramət sahibi övliyaullahdan biri, yəni Allah dostu,
xalis mömin hesab edirdi
1133
. Hələb əhalisinin Şihabəddin Yəhyanı təkfir etdiklərini
Şəms-Təbrizinin sözlərindən də anlamaq mümkündür. Şəms-Təbrizi Konyadakı
söhbədlərinin birində deyirdi: ‚Şam diyarında o köpəklər Şihaba açıq-aşkar kafir
deyirdilər...‛
1134
.
Anadoludan Suriyaya gedən Şihabəddin Yəhya Hələbdəki Həlaviyyə mədrəsəsində
dərs verməyə başlamışdı. Burada şeyx İftixarəddin adlı bir şəxslə tanış olmuş və onun
vasitəsi ilə Hələb məliki, Əyyubi şahzadəsi əz-Zahirlə tanış olmuşdu
1135
. Qısa müddətdə
məlikü’z-Zahirin
1136
hörmətini qazanan Şihabəddin Yəhya Əyyubi şahzadəsinin
hüzurunda tərtib edilən elmi diskussiyalarda iştirak etməyə başlamışdı. O, dərin
1130
Bu Qur’ani-Kərimin Müddəssir surəsinin 2-ci ayəsidir. Allah Rəsulu (م) Hira mağarasında ikən ona vəhy
edilmişdir. Bu əmrlə İslamın gizli dəvət dövrü qapanıb açıq təbliğ dövrü başlamışdı. Maraqlıdır, əgər Şihabəddin
Yəyya Sührəvərdi də həqiqətən belə bir əmr gözləyibsə, kimdən gözləyib?
1131
Təqiyəddin Əbü’l-Abbas Əhməd İBN TEYMİYYƏ, İman Üzerine, (Trc. S. Uçan), s. 126, İstanbul 1994.
1132
Qur’ani-Kərimin bəzi ayələrində Allahın təbiətdə yaratdığı qanunlardan danışılır. Buna Mülk surəsi 3, Əhzab
surəsi 62-ci ayələri nümunə göstərə bilərik. Əhzab surəsi 62-ci ayədə deyilir:
[
لا٣ِكْثَذ ِالله ِحٍَُُِّ٘ َك ِعَذ َُْٖ َٝ
]
‚Sən sünnətullahda
(Allahın qoyduğu qayda-qanunda) əsla dəyişiklik görməzsən!‛. Buradakı ‚qayda-qanun‛un Allahın yaratdığı təbiət
qanunları kimi də təfsir olunmuşdur. Yəni əgər su 100 C
0
-yə qədər isidilibsə o mütləq qaynamalıdır. Çünki 100
dərəcə suyun qaynama tempraturudur. Bu, qanundur. Eləcə də əgər insanın toxumaları zədələnərkən qopubsa o
mütləq qanamalıdır. Burada sadəcə peyğəmbərlər istisna təşkil edir. Çünki onlar insanlara ‚mən Allahın sizə
göndərdiyi elçiyəm‛ deyərkən sübut istəniləcəyi təqdirdə, insanların hər gün şahidi olmadıqları, təbiətdəki
qanunları aşan, sadəcə və sadəcə Allahın, yəni o qanunları yaradanın, qüdrətinin yetə biləcəyi bir hadisə ilə
üzləşmələri lazım gəlirdi ki, həmin şəxsin Allahın adından yalan danışmadığı məlum olsun.
1133
YAFİ’İ, Miratü’l-Cənan, C. III, s. 329-330; NƏVAYİ, Nəsayimü’l-Məhəbbə, s. 382-383; CAMİ, Nəfəhat, s. 658-659.
1134
ƏFLAKİ , Ariflerin Menkıbeleri, C. II, s. 93. Mənbələrdə Şihabəddin Yəhyanın 1191-ci ildə Hələb zindanında həbsdə
olduğu vaxt Şəms adlı gənc bir tələbəsinin də onunla birlikdə olduğu barədə məlumatlar var. Bax: ÜLKEN, İslam
Felsefesi, s. 207. Bu şəxsin Şəms-Təbrizi olduğunu ehtimal edirik. Çünki Şəms-Təbrizinin ‚Məqalat‛ında qeyd edilmiş
söhbətlərindən də onun Şihabəddin Yəhya Sührəvərdi ilə şəxsən tanış olduğu məlum olur. Bax: Məqalati-Şəmsi-
Təbrizi, (Nşr. Ə. Xoşnüvis), s. 258, 349-350, Tehran 1349.
1135
ZƏNCANİ, Tarixi-Zəncan, s. 76.
1136
Məlikü’z-Zahir ğazi (öl. 1216)-Əyyubi hökmdarı sultan Səlahəddin Yusif Əyyubinin (1169-1193) oğlu idi. Əyyubi
hökmdarı əmisi Məlik I Adilə (1200-1218) bağlı olaraq Hələb şəhəri və ətraf vilayətləri idarə etmişdi. Məlikü’z-Zahir
yeniyetməlik yaşlarından Hələb hakimi olmuş və gənc yaşlarında vəfat etmişdi. Ətraflı məlumat üçün bax: ƏBÜ’l-
FİDA, Kitabü’t-Tibrü’-Məsbuk, s. 73.
mühakimə qabiliyyəti və inandırıcı dəlilləri ilə rəqiblərini üstələməyi bacarırdı. Belə
diskussiyalardan birində Hələbin fəqih və kəlam alimləri ilə qızğın mübahisəyə girişən
Yəhya Sührəvərdi məlikü’z-Zahirin ehtiramını qazanmışdı
1137
. Hələbdə tez-tez
mütəkəllimlər, fəqihlər və məşşai filosofların iştirak etdikləri münazirə məclislərində
iştirak edərək özünün işraqi-fəlsəfi fikirlərini müdafiə edən Yəhya Sührəvərdi qısa
müddətdə mütəkəllim və fəqihlərin hədəfinə çevrildi. Şam diyarı üləması Şihabəddin
Yəhyanı batini əqidəli olmaqla və küfrlə suçlayaraq sultan Səlahəddin Əyyubiyə
şikayət etdilər. Onlar sultan Səlahəddin Əyyubidən onun Misirə aparılıb orada
nəzarətdə saxlanmasını və Suriyaya gəlməsinin qadağan edilməsini xahiş etmişdilər.
Əks təqdirdə şahzadə məlikü’z-Zahirin əqidəsinin pozulacağından və Hələbdə fitnə
qopacağından əndişə etdiklərini bildirmişdilər. Səlahəddin Əyyubinin əmri ilə
Şihabəddin Yəhya Sührəvərdi 1191-ci ildə məhkəməyə verilmiş, məhkəmə onu təqsirli
bilərək edama məhkum etmişdi. Vəzir Qazi əl-Fazil
1138
məhkəmənin qərarını
təsdiqləyərkən üzərinə öz xətti ilə belə yazmışdı: ‚Şihabəddin Yəyha Sührəvərdinin
qətli vacibdir. O, buna artıqlaması ilə layiqdir‛
1139
. Hələb zindanına həbsə göndərilən
Şihabəddin Yəhya Sührəvərdi 1191-ci ildə burada ölmüşdü. Onun necə edam edildiyi
ilə bağlı mənbələrdə müxtəlif məlumatlar var. Lakin bunlardan daha səhih olanı, Əbu
Yə’la Yafi’i və İbn Əbi Usəybiyyənin qeyd etdikləri kimi, onun öz istəyi ilə ac və susuz
qalaraq ölməsidir
1140
. Şihabəddin Yəhya Sührəvərdi həyatda ikən də uzun müddət ac və
susuz qalaraq riyazət edirdi
1141
. Hətta bu səbəbdən arıqlayaraq bədəni çox zəif olmuşdu.
Görünür ölümü də belə qəbul etmək istəmişdi.
1137
İBN ƏBİ USEYBİYƏ, Təbəqatü’l-Ətibba, s. 641-642; MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s.
66-67; ZƏNCANİ, Tarixi-Zəncan, s. 84.
1138
Qazi əl-Fazil ləqəbi ilə tanınan Əbdürrəhim ibn Əli ibn Muhəmməd əl-Ləxmi əl-Beysani (1135-1200) yaşadığı
dövrün məşhur fəqih, ədib və dövlət xadimlərindən biri olmuşdu. Fələstinin Qəzza bölgəsinin Əsqəlan şəhərində
dünyaya gələn qazi əl-Fazil Misirdə təhsil almış, Səlahədin Əyyubinin dövlət divanında müxtəifi vəzifələri icra
etmiş, nəhayət sultan tərəfindən vəzirlik vəzifəsinə təyin edilmişdi.
1139
İBN ƏBİ USEYBİYƏ, Təbəqatü’l-Ətibba, s. 642; ZƏNCANİ, Tarixi-Zəncan, s. 84.
1140
YAFİ’İ, Miratü’l-Cənan, C. III, s. 331; İBN ƏBİ USEYBİYƏ, Təbəqatü’l-Ətibba, s. 642. Görünür məhbusların ölüm
aclığı elan etməsinin tarixi xeyli qədimdir. Güman ki, bunu ilk edən də Şihabəddin Yəhya Sührəvərdi olmuşdur.
1141
HƏLƏBİ, Tarixi-Fəlasifəyi-İran, s. 504. Riyazət-yemək, içmək və digər dünyə nemətlərini tərk etmək. Az yemək və
içməklə nəfsi tərbiyə etmək. Riyazət oruc tutmaqdan fərqli bir şeydir. Riyazət nəticəsində qeybdən ilham aldığını,
həqiqətlərin kəşfinə məzhər olduğunu iddia edənlər də olmuşdur. Güman ki, riyazət sahiblərinin gözünə ‚qeybdən
sadir olan həqiqət‛ kimi görünənlər uzun müddət ac və susuz qalmağın nəticəsində meydana gələn qarabasmalar və
halusunyasiyalar olmuşdur.
Yəhya Sührəvərdi, 24-ü müasir dövrə qədər gəlib çatmamış, irili-xırdalı 102 əsərin
müəllifi idi. Bilinən 78 əsərdən 26-sı, əksəriyyəti İranda olmaqla, nəşr olunmuşdur
1142
.
Yəhya Sührəvərdi həmçinin şair idi. Onun farsca şerlərini ehtiva edən bir məcmuə
Konya Mövlana muzeyi kitabxanasında saxlanılır
1143
. Şihabəddin Yəhya əsərlərinin
mühüm bir qismini Anadoluda yaşadığı dövrdə qələmə almışdı. Artuqlu əmiri
İmadəddin Əbu Bəkrə ithafən yazdığı ‚Əlvahü’l-İmadi‛ adlı əsərinin ən qədim
nüsxələrindən biri Konya Yusifağa kitabxanası Nr. 4866/3-də saxlanılır. Onun
‚Risalətü’t-Təyr‛, ‚Yəzdan Şenaxt‛
1144
(Nr. 12053), ‚Tuhfətü’l-Əhbab‛ (Nr. 7342) adlı
əsərləri İranda, Astanqüdse Rezəvi kitabxanasında
1145
, h. 691-ci (1292) il istinsəx tarixli
‚Hikmətü’l-İşraq‛ və ‚Heyakilü’n-Nur‛ adlı əsərləri isə İstanbulda, Köprülü
kitabxanasında
1146
mühafizə edilməkdədir. Onun Səlcuqlu şahzadəsi Nəsrəddn
Börkyaruqşaha ithafən qələmə aldığı ‚Pərtəvnamə‛ adlı əsəri Qahirə Milli kitabxanası
Nr. 194, ‚Risaleyi-Həqiqətü’l-Eşq ya Munisü’l-Üşşaq‛ adlı risaləsi isə Nr. 510-da
saxlanılır
1147
.
Bundan başqa Şihabəddin Yəhya Sührəvərdinin ərəbcə və farsca qələmə aldığı
əsərlərinin bəziləri aşağıdakıladır: ‚əl-Mütarixət‛, ‚ət-Təlvihat‛, ‚əl-Ləma’at‛, ‚əl-
Müqavəmat‛, ‚Rəmzü’l-Mumi‛, ‚Məbdə’ və’l-Məad bi’l-Farisiyyə‛, ‚Bustanü’l-Qülub‛,
‚Təvariqü’l-Ənvar‛, ‚Tənkiha fi’l-Üsul‛, ‚Kitab fi’t-Təsəvvüf yu’raf bi’l-Kəlima‛,
‚Barikatü’l-İlahiyyə‛, ‚Nəğəmatü’s-Səmaviyyə‛, ‚Raqimü’l-Qüds‛, ‚Kitabi-Zənd‛,
‚Etiqadü’l-Hükəma‛, ‚Kitabü’s-Səbr‛, ‚Risalə fi halətü’t-Tufliyyə‛, ‚Risalətü’l-Me’rac‛,
‚Ruzi ba camaate-Sufiyan‛, ‚Əqle-Sorx‛, ‚Avaze-Pəre-Cəbrail‛, ‚Qürbətü’l-Qəribiyyə‛,
‚Səfire-Semurğ‛, ‚Lüğəte-Muran‛, ‚Risalətü’t-Təsvir ayət imn Kitabullah və xəbəri-
Rəsulullah‛, ‚Qayətü’l-Mübtəda‛
1148
.
Şihabəddin Yəhya Sührəvərdinin öz dövrünün böyük mütəfəkkirlərindən biri
olduğunu onun müasiri olmuş alimlərin bir çoxu təsdiq etmişdirlər. İşraq fəlsəfəsi onun
1142
CİHAN, həmin məqalə.
1143
Abdülbaki GÖLPINARLI, Mevlana Müzesi Yazmalar Kataloğu, C. I, s. 165, Ankara 1967.
1144
Möhtərəm prof. Mikayıl Bayram ‚Yəzdan Şenaxt‛ın Əxi Əvrən Nəsirəddin Mahmud Xoyiyə aid olduğunu
müəyyən etmişdir, bax: Ahi Evren ve Ahi Teşkilatı’nın Kuruluşu, s. 68-69.
1145
MÜŞTƏRƏK, Fehriste-Kitabxaneyi-Astanqüdse-Rezəvi, C. XI, s. 294 ,340, Tehran 1926.
1146
MÜŞTƏRƏK, Fihris Mahtutat-ı Mektebet-i Köprülü, (Nşr. E. İhsanoğlu), C. II, s. 331, 361, İstanbul 1986.
1147
MÜŞTƏRƏK, A Title Catalogue of Persian Manuscripts in the National Library Till 1963, C. I, s. 38, 125, Kahire 1966.
1148
MƏMMƏDOV, həmin əsər, s. 68-69; CİHAN, həmin məqalə.
əsərləri və düşüncələrində yenidən canlanma fürsəti tapmşdır. Buna görə də o Şeyxü’l-
İşraq adlandırılmışdır. İşraq fəlsəfəsinin mənşəi qədim yunan filosofu Platona (Əflatun)
qədər gedib çıxır. Platondan sonra bu fəlsəfi cərəyan Misirdə yayılmış və inkişaf
etmişdi. İşraq fəlsəfəsi Bizansın rəsmi dairələri tərəfindən təqib edildiyi üçün bu
düşüncə VI əsrin ortalarında mühacirət edən neoplatonist (yeniəflatunçu) filosoflar
tərəfindən İrana gətirilmişdir
1149
. Platon və ustadı Sokrat da bu fəlsəfənin təməlini
qoyarkən qədim İran mütəfəkkirlərinin düşüncələrindən faydalanmışdılar. Platon öz
akademiyasındakı mühazirələrində Zərdüştdən tez-tez rəğbətlə söz açardı
1150
. Abbasilər
dövründə yunan filosoflarının əsərləri ərəbcəyə tərcümə edildikdən sonra neoplatonist
cərəyan müsəlman məmləkətlərində, ələlxüsus İranda yayılmaq üçün yeni fürsət əldə
etmiş oldu
1151
. Neoplatonist fəlsəfəyə maraq xüsusilə Abbasilərdən xəlifə Mə’munun
(813-833) hakimiyyəti illərində zirvəyə çatmışdı. Bu dövrdə sufizm də bu təmayülə
paralel olaraq və onun təsirində inkişaf edirdi
1152
. Şihabəddin Yəhyanın İşraq
nəzəriyyəsinin platonist fəlsəfə ilə sufizmin xəlitəsindən ibarət olması bundan irəli
gəlir. Şihabəddin Yəhyanın aristotelçi məşşai filosoflarla həqiqəti idrak metodunda
ixtilaf etdikləri əsas məsələ buradan irəli gəlir. Məlum olduğu kimi məşşai (peripatetik)
fəlsəfə varlıqları üç əsas hissəyə ayırır: vacib, mümkün və qeyri-mümkün. İşraq
fəlsəfəsində isə əşya ya nurdur ya da zülümət. Nur ikiyə ayrılır, zatı ilə qaim olan nur,
zatından qeyri ilə qaim olan nur. İşraqiyyə eynən zülüməti də beləcə iki qismə ayırır.
Beləliklə işraqiyyəyə görə əşya üç deyil, dörd əsas hissəyə ayrılır. İşraqi fəlsəfə
məşşailərin əşyanın ya cövhər ya da a’raz olduğu, ya özünü idrak etdiyi, ya da öz
varlığından qafil olduğu fikrinə qarşı çıxmaqdadır. İşraqiyyəyə görə əşya ‚nuri-
mücərrəd‛dir. Özünü dərk edib qavradıqca ondan yeni şeylər südur olur ki, bunu da
‚nuri-a’raz‛ adlandırırdılar
1153
.
Məşşai fəlsəfə həqiqəti ortaya çıxaran, dəqiq biliyi əldə edən yol olaraq özünün burhani
metodunu, yəni qəti əqli dəlillərə əsaslanan isbat metodunu qəbul edir
1154
. İşraqi
1149
Zəbihullah SƏFA, Tarixi-Ədəbiyyat dər İran, C. II, s. 998-999, Tehran 1339.
1150
Həmin əsər, s. 333, 999.
1151
Həmin əsər, s. 999.
1152
ZƏNCANİ, Tarixi-Zəncan, s. 84; SƏFA, Tarixi-Ədəbiyyat dər İran, C. II, s. 999
1153
HƏLƏBİ, Tarixi-Fəlasifəyi-İran, s. 508.
1154
İsmayıl Hakkı İZMİRLİ, İslam’da Felsefe Akımları, (Nşr. N.A. Özalp), s. 24-25, İstanbul 1995.
fəlsəfədə isə həqiqi elm, bilik Yəhya Sührəvərdinin ‚Hikmətü’l-İşraq‛ında qeyd etdiyi
kimi bu biliyi əldə etmək istəyən şəxsin ‚riyazət və zövqləri vasitəsi‛ ilə əldə edilə
bilər
1155
. İşraqi fəlsəfənin metodu naməlum müəllif tərəfindən türkcə qələmə alınmış,
Konya BYEK Nr. 1792-də saxlanılan məcmuədəki bir əsərdə belə açıqlanır: ‚Cənabi-
Sührəvərdinin fəlsəfəsindəki məbdə’i-hərəkət üsuli-mükaşəfədir. Yəni fəlsəfəyi-
zövqiyyədir. Mükaşəfəyə istinad edir. Əql təriqi insanı həqiqətə irsal edəməz. Əql
məhəlli-ixtilafdır. Həqiqətdə mükaşəfə əsasdır. Bu əsasla gedilsə yekdigərinə ixtilaf
edilməz. İxtilaf ancaq dəlilə aid qalar. Həqiqətdə ixtilaf mümkün deyil. Zira həqiqət
dəyişməz‛
1156
.
Ardıcılları və fikirdaşları şeyxü’l-İşraqın əsərlərini və düşüncələrini nə qədər təvil
etməyə, yozmağa çalışsalar da bu əsərlərin məcusiliyin, zərdüştiliyin güclü təsiri
altında qalmış şəxs tərəfindən qələmə alındığı açıq-aşkar özünü biruzə verir. Onun
‚Pərtəvnamə‛, ‚Həyakilü’n-Nur‛, ‚Əlvahi-İmadi‛, ‚Rəsaili-İrfani‛, ‚Risalətü’t-Təyr‛,
‚Avaze-Pəre-Cəbrail‛, ‚Əqle-Sorx‛, ‚Ruzi ba camaate-sufiyan‛, ‚Fi halətü’t-Tufliyyə‛,
‚Fi həqiqətü’l-Eşq ya Munisü’l-Uşşaq‛, ‚Lüğəte-Muran‛, ‚Səfire-Semurğ‛, ‚Bustanü’l-
Qülub ya Rəvzətü’l-Qülub‛, ‚Yezdan-Şenaxt‛ kimi farsca əsərləri Seyyid Hüseyn Nəsr
və Henry Corbin tərəfindən ‚Məcmuate-Asari-Farisi Şeyx İşraq‛ adı ilə 1970-ci ildə
Tehranda iki cild halında nəşr edilmişdir. Buradakı əsər və məqalələrdə Şihabəddin
Yəhyanın ciddi şəkildə qədim İranın din, mədəniyyət və fəlsəfəsinin təsirində olduğu
görülür. Belə ki, o, özünün ‚Kitabi-Zənd‛ adlı məqaləsində Platonu ‚rəisü’l-hikmə‛,
Zərdüştü isə ‚imami-kamil və hakim‛ adlandırmaqdan çəkinməmişdir
1157
. Şihabəddin
Yəhya ‚Hikmətü’l-İşraq‛ adlı əsərində ‚işığın və zülmətin zəmin təşkil etdiyi təməl
üzərində‛ qurduğu fəlsəfəsini rəmzlər və simvollar vasitəsiylə izah etmişdir. Müəllif
deyir: ‚Əgər istifadə etdiyim rəmzləri anlamasanız, məni qınamayın. Bilin ki, bir çox
hikmət sahibi öz fikirlərini nadanların tə’nəsindən qorunmaq üçün rəmz və işarələrlə
izah etmişdir. Bəsirət sahibləri anlayarlar‛
1158
. Lakin bu rəmzlər demək olar ki, müəllifin
özündən başqa heç kimin anlaya bilməyəcəyi növdəndir. İşin maraqlı tərəfi isə Yəhya
1155
HƏLƏBİ, Tarixi-Fəlasifəyi-İran, s. 504.
1156
ANONİM, Həyakilü’n-Nur Müəllifi Şeyx Sührəvərdi Həzrətlərinin Fəlsəfəsi, v. 259a, KBYEK, Nr. 1792.
1157
ÜLKEN, həmin əsər, s. 192.
1158
HƏLƏBİ, Tarixi-Fəlasifəyi-İran, s. 504.
Sührəvərdinin bu rəmz və işarələrin demək olar ki, hamısını qədim İran əsatirləri və
zərdüştilikdən götürməsidir. Bununla yanaşı onun əsərlərində israiliyyatın, yəni qədim
yəhudi dini hekayələrinin də təsirini görmək mümkündür. Məsələn ‚Əqle-Sorx‛
(Qırmızı Ağıl) adlı əsərində bir dostu şeyxü’l-İşraqdan soruşur: ‚quşlar bir-birlərinin
danışığını başa düşürlərmi?‛. O, ‚bəli‛ deyə cavab verir. Dostu bunun dəlilini tələb
edəndə o, güya başına gəlmiş bir əhvalatı ona nəql edir. Həmin əhvata görə bir gün
quşlar şeyxü’l-İşraqı naməlum bir aləmə aparırlar. Orada şeyxü’l-İşraq ağ saqqallı,
qırmızı üzlü bir gənclə rastlaşır və ona ‚ey gənc!‛ deyə xitab edir. Həmin şəxs ona belə
xitab etməyin yanlış olduğunu deyir və özünü belə tanıdır: ‚Mən həqiqətin oğluyam.
Həm də gənc deyil, nurani bir qocayam, gəldiyim yer Qaf dağıdır, sən də əvvəlcə
oradan gəlmisən, fəqət unutmusan‛. Şeyxü’l-İşraqın ‚üzün niyə qırmızıdır‛ sualına
həmin şəxs ‚axşamın başlaması qırmızıdır, səhərin başlaması qırmızı, günəş batarkən
qırmızıdır, doğarkən qırmızı. Qəndilin alovunun çıxışı nur bəyazıdır, ən üstü qara
tüstü, bu ikisinin arası qırmızıdır. Qürub və tülu’nun hər isisinin arası qırmızılıqdır,
fəqət bir tərəfi qara (gecə), digər tərəfi isə bəyazdır (gündüz)‛ deyə cavab verir. Şeyxü’l-
İşraq ondan əziyyətdən qurtulmanın yolunu soruşur. O, deyir ‚dirilik bulağını tap, o
bulağın suyu ilə yuyun və beləcə Davudun zirehi bədənini örtsün, Bilarəkin qılıncının
zərbəsindən qorunarsan‛. Sonra aralarında belə bir dialoq baş verir: Şeyxü’l-İşraq:
‚Dirilik bulağı haradadır?‛. Əqle-Sorx: ‚Zülümətdədir, oraya getmək üçün Xıdırın
çarıqlarını geyməlisinə‛. Şeyxü’l-İşraq: ‚Zülümətin əlaməti nədir?‛. Əqle-Sorx:
‚Qaradır və sən özün də zülümətsən, fəqət fərqində deyilsən‛. Şeyxü’l-İşraq: ‚Sənin bu
aləmdə nə işin var?‛. Əqle-Sorx: ‚Mən səyyaham və bu aləmdə yeddi əcaibə rast
gəldim. Bunların ilki mənim vətənim olan Qaf dağıdır, ikincisi gecəni aydınladan
cövhərdir, üçüncüsü on iki iş yeridir, dördüncüsü Davudun zirehidir, beşincisi
Bilarəkin qılıncıdır, altıncısı dirilik bulağıdır, yeddincisi budaqlarında hər cür meyvənin
yetişdiyi Tuba ağacıdır. Simurğ quşunun yuvası bu ağacın başındadır. Zal anadan
olanda saçı və üzü ağappaq olduğu üçün atası Sam onu aparıb səhraya atmışdı. Simurğ
Zalı alıb aparmış və böyütmüşdü‛
1159
. Sonra Şihabəddin Yəhya bu qədim İran əsatirini
təfərrüatı ilə yazır.
1159
Şihabəddin Yəhya SÜHRƏVƏRDİ, Məcmuate-Asari-Farisi Şeyx İşraq, C. II, s. 226-239, (Nşr. S.H.Nasr-Corbin.H),
‚Ruzi ba camaate-sufiyan‛ (Sufilərin arasında bir gün) adlı əsərində isə Şihabəddin
Yəhya özünün yaradılış fəlsəfəsini belə açıqlayır: ‚Xoda (tanrı) fələkləri yaradandan
sonra, fələyin təzyinatı üçün nuru ilk fələyə göndərmişdir. Lakin lətifliyindən ötrü
fələki-əvvəl onu daşıya bilməmişdir. Çünki fələk yaradılışı etibarı ilə varlıqla yoxluq
arasındadır. Bir yandan ‚vücud‛a qonşudur, digər yandan isə ‚ə’dm‛ə. Bəs bu ikisinin
arasında nə var? Ona əşya demək olarmı? Surətinə görə o, naçizə (əşya olmayana) daha
yaxındır. Amma keyfiyyət baxımından digər əşyadan daha çox əşya xüsusiyyətlərinə
malikdir. Məsələn hava, sən onu nəzərə almırsan. Lakin onda hərəkət qüvvəsi
mövcuddur. Zərrələri daşıya bilir. Bu onun lətifliyindən irəli gəlir. Nur ikinci fələyə çatı
və onu cüzlərə ayırdı. Bu cüzlərdən ulduzlar meydana gəldi. Bu parçalanmadan geri
qalanlar üçüncü fələyə çatdılar. Bunladan da Zühal (Saturun) ulduzu meydana çıxdı.
Bu parçalanmadan geri qalanlar dördüncü fələyə çatdı. Bunladan da Müştəri (Yupiter)
ulduzu meydana çıxdı. Eynən beləcə Mərrix (Mars), sonra Afitab (Günəş), ondan Zöhrə
(Venus), ondan Utarid (Merkuri), ondan da Ay meydana çıxdı‛
1160
.
‚Səfire-Semurğ‛ (Simurğun Naləsi) adlı risaləsində Yəhya Sührəvərdi ilahi eşq
mövzusuna toxunaraq məsələni belə izah edir: ‚Mənsur Həllac deyir: ‚iki şəxs
arasındakı sevgi, məhəbbət o vaxt möhkəm olur ki, onların arasında açılmamış heç bir
sirr qalmasın‛. Kamil insan o insandır ki, Haqq-Təalaya bənzəməyə çalışaraq kamil
elmi onun sifətlərindən əldə etsin. Lazımdır ki, insan maarifləndikcə onun vücudu da
şərəflənsin. Lakin mütəkəllimlərin və digər üsul əhlinin yolu budur ki, insan Tanrını
sevməməlidir. Çünki sevgi sevgiliyə meyli zəruri edir. Hər növ də ancaq öz növünə
meyl edə bilər. İnsanın Tanrıya olan sevgisi yalnız ona itaət etməkdən ibarətdir. Lakin
əhli-mərifət sübut etmişdir ki, sevgi və ləzzəti cinsiyyətlə inhisar etmək yanlışdır.
Məsələn insan gözəl rəngi və ya həyatı da sevə bilər. Halbuki bunlar onunla eyni
növdən deyillər. Bundan başqa Haqqın sevgisi heyvani bir qüvvədən meydana gələn
sevgi də deyildir. Bəlkə Rəbbaniyyət nöqtəsindədir ki, bütün həqiqətlərin mərkəzi
oradır. Bu sevgidə cinsiyyət şərt deyildir. Bu cür eşqdə murada çatma və şövq də
Tehran 1970.
1160
Həmin əsər, s. 244-245.
yoxdur. Çünki məşuqun camalına çatdığın vaxt arzun və istəyin qalmaz, sevgin bitər.
İlahi eşqin ləzzəti bundadır ki, kamala çatıb əşyanın sirrini əldə edirsən‛
1161
.
‚Həyakilü’n-Nur‛ (Nurdan Heykəllər) adlı əsərində isə Yəhya Sührəvərdi insanın ruhu
ilə bağlı müxtəlif fikirləri maqayisə edərək öz nöqteyi-nəzərini açıqlayır: ‚Bəzi insanlar
deyirlər ki, ‚nəfsi-natiqə‛ (danışan nəfs, ruh) cism deyildir və onu ilahi mənşəli hesab
edirlər. Bu zənləri onları Xodadan (tanrıdan) uzaqlaşdırır. Çünki Tanrı təkdir, nəfs isə
çox. Hər şəxsin ayrı bir nəfsi vardır. Bunların ilahi mənşəli olması birinin bir şeyi bildiyi
vaxt digərlərini də bilməsini zəruri edir. Nəfsi-natiqə ilahi mənşəlidirsə necə olur ki,
bədənin əsiri olur, şəhvətin qucağına düşür və göylərin hökmü (qədər) ona təsir edir?
Başqa bir güruh isə nəfsi-natiqənin Tanrının bir hissəsi olduğunu deyir. Bu tamamilə
sapğın bir zəndir. Çünki onlar özləri deyirlər ki, Tanrı cism deyildir. Elə isə necə olur ki,
o, hissələrə ayrılır, bunu kim edə bilir? Başqa bir güruh isə nəfsi-natiqənin qədim və
əzəl olduğunu deyir ki, bu da batil bir fikirdir. Nəsfi-natiqə hədisdir (yaradılmışdır) və
yenidir, Tanrı onu bədəndə yaratmışdır. Nə əvvəl, nə də sonra. Necə ki, hazır bir fitili
başqa bir od və ya qəndillə yandıranda həmin qəndil və oddan heç bir şey azalmır‛
1162
.
Göründüyü kimi bu ‚ənəl-həqq‛ deməyin dolaylı yoludur. Burada şeyxü’l-İşraq kəlam
alimlərinin və vəhdəti-vücudçuların fikirlərini öz aləmində çürüdərək ruhun keyfiyyət
və necəliyinə dair fikirlərini açıqlamışdır.
Dostları ilə paylaş: |